RADİKALİZM YANILMASINA QARŞI BİRLƏŞMƏK

İndiki vaxtda hansı qrupa və ya inanca aid olursa olsun radikal meyllər, dünya barışını və təhlükəsizliyini hədələyən ünsürlərin başında gəlməkdədir. Radikalizm, hər hansı bir mövzuda kökdən, ani dəyişmələri müdafiə etmək və bu istiqamətdə sərt bir siyasət izləmək mənasını verər. Radikallar, köklü dəyişikliklər arxasında olan və bunun üçün sərt, iti, hətta bəzən təcavüzkar bir üslubdan istifadə edən kəslər olaraq bilinər. Radikalizmin diqqətə çarpan bir xüsusiyyəti "hirsli üslub"dur. Bu üslub, radikal kəslərin danışmalarında, yazılarında, nümayişlərində diqqətə çarpan şəkildə ortaya çıxar. Radikal hərəkətlərdə, şüurlu rəftarların yerini kor-koranə müdafiə olunan tabular və bu tabular istiqamətində inkişaf edən kütlə psixologiyası alır.
 
Sözü gedən mövzuda kütlə psixologiyası bəzən elə bir hal alar ki, nəyi nə üçün etdiyini də bilməyən kəslər ətraflarına zərər verən təcavüzkarlara çevrilə bilərlər. Xoşgörüş və anlayışın tamamilə ortadan qalxdığı belə bir mühitdə, qarşı tərəfin nə düşündüyünü, nəyi müdafiə etdiyini dinləməyə və anlamağa gərəyi belə lazım olmayan fərqli ideologiyalara, fərqli inanclara, fərqli irqlərə qarşı düşmənçilik hissi duyular . Zərərli və dağıdıcı bir hərəkət olmasına baxmayaraq radikalizmin tərəfdar yığa bilməsinin təməlində cəhalət yatmaqdadır. Lazımı qədər  məlumatlandırılmayan ya da səhv və ya tək tərəfli məlumatlandırılan kütlələr həddindən artıq axınların təsiri altına girə bilməkdə, və bu axınların qarşıya qoyduğu fikirləri mühakimə etmədən qəbul edə bilməkdədirlər. Bu səbəblə, radikalizmlə fikri mübarizədə təhsil əhəmiyyətli bir yer tutmaqdadır.
 
İndiki vaxtda radikalizm, Xristian və Yəhudi cəmiyyətləri içində olduğu kimi İslam dünyasında da ortaya çıxa bilməkdə və bu vəziyyət, iki mədəniyyət arasında qarşıdurma nəzərdə tutanlar tərəfindən sui-istifadə edilməkdədir. Radikalizmin dünya barışı üçün nə qədər ciddi bir hədələmə olduğunu isə, 11 sentyabrda ABŞ-a qarşı terror hücumları və bu hücumlardan sonra yaranan mühit bir daha göstərdi. Hücumların İslam adına ortaya çıxdığını iddia edən bəzi insanlar tərəfindən reallaşdırıldığının düşünülməsi, qərb dünyasının bir qismində İslam dini haqqında səhv təəssüratlar doğurdu. Halbuki İslam əxlaqı hər cür şiddəti və təcavüzkarlığı qəti olaraq qadağan edər. Necə ki İslam dünyasının böyük bir hissəsi terroristləri lənətlədi, dünyanın dörd bir tərəfindən Müsəlmanlar hücumlarda həyatını itirən günahsız insanlar üçün Xristianlarla birlikdə dua etdi, Amerikalı Müsəlmanlar da hücumlarda zərər çəkmiş olanların köməyinə qaçdı. Buna baxmayaraq -bu xain hücumları İslamla əlaqələndirmək  istəyən bəd niyyətli ətrafların da təsiriylə- Amerikada və bəzi Avropa ölkələrində Müsəlmanlara qarşı istiqamətli ayrımçılıq başladı və hətta şiddət hadisələri yaşandı. Dünyanı bir-birləriylə zidd düşən qütblərə ayırmağı hədəfləyən radikalların təlqinləri, hər iki mədəniyyətin insanları üçün də narahat edici bir mühit meydana gətirdi.
 
İstər qərb dünyası istərsədəİslam dünyası içindəki radikalizmi ortadan qaldıra bilmək və səbəb olan zərərli maneələrin qarşısını ala bilmək üçün müxtəlif maarifləndirici proqramlar təşkil edilməli və cəmiyyətin hər seqmentinə çata biləcək təhsil kampaniyaları qurmalıdırlar. Bu proqramlarda üzərində dayanılması lazım olan xüsuslar və cəmiyyətin müxtəlif seqmentlərinə düşən vəzifələr açıqca ortaya qoyulmalıdır.
 
Radikalizmin yanılmasını ortadan qaldıracaq xüsuslar:
 
Radikalizm, gerçək din əxlaqı ilə uyğun gəlməyən bir üslubdur. Bu gerçəyin dəlillər ilə gözlər önünə sərilməsi, sözdə din adına ortaya çıxdığını qarşıya qoyan radikalların fikirlə məğlub olması üçün əhəmiyyətlidir. Hər üç İlahi dinin mənsublarının da səbirli, şəfqətli, yumşaq xasiyyətli, gözəl sözlü, nəzakətli və hörmətli olmaqla öhdəçilikli olduqları insanlara izah edilməlidir. Rəbbimiz  zülm və təcavüzkarlığı bütün inananlara haram etdiyi, günahsız insanlara zərər verən hər cür hərəkətin Allah qatında qadağan olduğu dəlilləri ilə izah edilməli, bu yola uyğun gələn insanların böyük bir səhvin içində olduqları özlərinə göstərilməlidir. Bu iş sayəsində, sözdə din adına ortaya çıxan ancaq xoşgörüşsüz və şiddət tərəfdarı olan insanların doğrunu söyləmədikləri, azğın bir yola uyğun gəldikləri cəmiyyət tərəfindən dərhal fərq ediləcək, bu kəslərin özlərinə tərəfdar tapmaları mümkün olmayacaq.
 
Tərəflərin bir-birləri haqqında səhv fikirləri, həqiqətdən uzaq məlumatlara söykənən qənaət inkişaf etdirmələri ciddi çətinliklərə səbəb olmaqda, bu vəziyyətdən qaynaqlanan ön fikirlər insanlar arası dialoqun qarşısında bir maneə meydana gətirməkdədir. Hər üç İlahi dinin mənsublarının bir-birlərinin inanclarını, ənənələrini, ibadətlərini daha yaxından tanıya biləcəkləri mühitlərin hazırlanması, qarşılıqlı yaxşı əlaqələrin qurulmasında əhəmiyyətli bir addım olacaq. Qarşılıqlı təhsil və mədəniyyət proqramları ilə bu mühit asanlıqla hazırlana bilər. Fərqli inanclara mənsub insanlar bir-birlərini tanısa, nə qədər çox ortaq istiqamətə sahib olduqlarını görəcəklər, bu ortaq istiqamətlər üzərində uzlaşma imkanı əldə edəcəklər. Həm Müsəlmanlar həm də Yəhudi və Xristianlar, Allahın müqəddəs kitablarda özlərinə əmr etdiyi əxlaq istiqamətində, dünya görüşlərini bir-birlərinə izah etməli, beləcə məlumat əskikliyindən qaynaqlana biləcək səhv fikirlərə  mane olmalıdırlar.
 
Sözü gedən mövzuda mədəni işlərin müvəffəqiyyətə çata bilməsində medianın boynuna götürəcəyi rol böyük əhəmiyyət daşımaqdadır. İnsanlararası dialoq üçün lazımlı zəmin yaradılmasında media  mədəni fəaliyyətlərə dəstək verməlidir. Ayrımçılığı və şiddəti qışqırdan, təxribata açıq nəşrlər etməkdən qaçınılmalı, mülayimliyi və dözümlülüyü təşviq edən nəşrlər artırılmalıdır. Xüsusilə qərb mətbuatının bu mövzudakı etinalı nəşrləri, son vaxtlarda bəzi ətraflarda Müsəlmanlara qarşı yönələn ön fikirlərin ortadan qaldırılmasında əhəmiyyətli bir mərhələ olacaq. İslam dünyasındakı media quruluşları isə, digər dinlərə və mədəniyyətlərə qarşı nifrət qızışdıran nəşrlərdən və şiddəti təşviq edə biləcək şərhlərdən etinayla qaçınmalı, İslam dünyasının mədəni və mənəvi təhsilinə önəm verməlidir.
 
Bütün bu işlərdə ən əhəmiyyətli məsuliyyət isə cəmiyyətlərin din adamlarına və qənaət öndərlərinə düşməkdədir. Üç dinin də din adamları, bəzi xurafatları və batil inancları din əxlaqının bir parçasıymış kimi göstərənlərə qarşı diqqətli olmalıdırlar. Hər cür hərəkətlərin( yersiz davranışların) din əxlaqına zidd olduğu, Allahın inananlara balanslı və yumşaq xasiyyətli olmalarını əmr etdiyi mövzusunda cəmiyyətlərini şüurlandırmalıdırlar.
 
Üç dinin mənsublarının əməkdaşlıq ilə icra edəcəkləri bu və buna bənzər işlər, radikalizmə zəmin hazırlayan şərtlərin ortadan qaldırılmasına vasitəçi olacaq. İnananlar, bir tərəfin digərini yox saydığı, inanclarını və müqəddəs dəyərlərini tamamilə əhəmiyyət vermədiyi, yalnız özünü haqlı görən bir anlayışdan çəkinməlidirlər. Kimin doğru yol üzərində olduğunu ən yaxşı bilən Allahdır. Bu səbəblə səmimi olaraq iman edənlər, bir-birlərinə qarşı müxtəlif ittihamlarda olmaq yerinə, özlərini Allaha daha çox yaxınlaşdıracaq yollar axtarmalı, səmimiyyətlərini artırmağa cəhd göstərməli, Allahın razılığını və rəhmətini qazanmaq üçün səy göstərməlidirlər.
 
Unutmamaq lazımdır ki, həm İslam həm də Xristian və Yəhudi aləmi içində iştirak edən radikalların verdiyi zərərin aradan qaldırılması, etidallı, barışsever, mədəni və səmimi dindar insanların ittifaqı ilə mümkündür. Beləcə döyüşü həll kimi təqdim edən təlqinləri təsirsizləşdiriləcək, daha çox qan və gözyaşı axmasına itkiyə səbəb olacaq cəhdlərə maneəçilik törətmək lazımdır.
2010-11-22 14:09:03
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top