BİR QİSİM XRİSTİANLARIN AXIR ZAMANLA ƏLAQƏDAR SƏHV ETMƏLƏRİNƏ CAVABLAR
Hz. İbrahimin övladlarını bir-birinə qarşı vuruşduran, sonra da onları yox etməyi hədəfləyən bir plan, Dəccalın açıq-aşkar bir oyunudur.
Hz. İsa (ə.s.)-ın axirzamanda yer üzünə ikinci dəfə gəlişi, bütün insanlar üçün çox böyük bir müjdədir, sevinc və həvəs qaynağıdır. Xristian aləmi kimi müsəlmanlar da Hz. İsa (ə.s.)-ın axır zamanda yenidən dünyaya gələcəyinə inanmaqda və bu müjdəli gözləmədə ortaq bir sevinc yaşamaqdadır. Ancaq bir qisim xristianlar həm təhrif olunmuş İncil sözlərini səhv şərh etdikləri üçün, həm də İslamla əlaqədar az məlumatlara sahib olduqları üçün, axır zamanla əlaqədar səhv bir ümid içindədirlər. Bu səhv və təhlükəli inanclarına görə, Hz. İsa (ə.s.)-a inanan xristianlar və 144.000 yəhudidən başqa hər kəs, yaxın gələcəkdə məhv olacaq.
Bu dəhşətli ssenariyə görə, yəhudilər müsəlmanlara qarşı 'Armagedon' olaraq adlandırılan müharibəni qazanmadıqca, Hz. İsa (ə.s.) yer üzünə təkrar dönməyəcək. Buna görə də bir qisim xristianlar, Hz İsa (ə.s.)-ın yer üzünə dönməsi üçün, bu böyük müharibənin başlamasını və müharibənin yəhudilər tərəfindən qazanılmasını şərt olaraq qəbul edirlər. Bu müharibə qurtardıqdan sonra da, Hz. İsa (ə.s.)-a iman edən 144.000 yəhudidən başqa bütün yəhudilərin məhv olmaları gözlənilməkdədir. Bu qanlı müharibələr nəticəsində, bütün müsəlmanların, və təxminən bütün yəhudilərin yox olacağına və yalnız Hz. İsa (ə.s.)-a bağlı xristianlarla, seçilmiş 144.000 yəhudinin qurtulacağına inanmaqdadırlar. Bu gözləmənin bir nəticəsi olaraq, bir qisim xristianlar dünyada baş verən müharibə, qarşıdurma və anlaşılmazlıqları sakitləşdirmək yerinə, qan tökülməsini ruhlandıran siyasətlərə dəstək verməkdədirlər
Axır zamanda olduğumuz, müharibə və qarşıdurmalardakı artımın axır zaman əlaməti olduğu və Allahın icazəsi ilə Hz. İsa (ə.s.)-ın yaxın zamanda yer üzünə gələcəyi doğrudur. Ancaq bir qisim xristianların milyardlarla insanın bir-birinə qırdırılmasını məqbul görən, dəhşətli bir ssenarinin reallaşmasını gözləmələri heç cürə qəbul edilə bilməz. Bu vəziyyət Dəccalın açıq-aşkar oyunu və aldatmasıdır. Hz. İbrahimin övladlarını bir-birinə qarşı qırdırıb, sonra da onları yox etməyi hədəfləyən plan, Dəccalın bir qisim insanları din adına aldatmasıdır.
Bu anlayışın Deccaliyətə xidmət etdiyinin digər sübutu da, İslam aləminin həsrətlə gözlədiyi, dünyanı ədalət və sevgi ilə dolduracaq mübarək Hz. Mehdi (ə.s.)-ın zühurunu, Dəccalın çıxışı olaraq əks etdirmək istəmələridir. Bir qisim xristianların Hz. İsa (ə.s.)-ın dönüşü üçün qan tökülməsini qarşılarına məqsəd qoymaları və qəflət içində mübarək Hz. Mehdi (ə.s.)-ın çıxışını Deccaliyət olaraq gözləmələri, Dəccal düşüncəsinin özüdür. Milyardlarla insanın öldürülməsinə bu soyqırım ssenarisinə son verilməsi üçün, axır zaman şəxslərinin tam olaraq tanınmaları və Dəccalın oyununun pozulması lazımlıdır. Buna görə də bu səhvi düzəltmək, səmimi iman sahibi xristianların həqiqi Məsih Dəccal çıxdığında ona aldanmalarının qarşısını almaq üçün, aşağıdakıların bilinməsi son dərəcə əhəmiyyətlidir.
Hz. Mehdi (ə.s.) sevgi insanıdır, Dəccal isə sevgidən məhrum edilmişdir:
Hz. Mehdi (ə.s.) hər dindən, hər düşüncədən, hər fikirdən insanı sevgi ilə bir yerə toplayacaq, qardaşlıq və dostluq hisslərini gücləndirərək insanların bir-birlərinin gözəl tərəflərini görmələrini, bir-birlərini anlamalarını təmin edəcək. Hz.Mehdi (ə.s.) zühur etdiyində yer üzünə sevgi hakim olacaq, insanlar kin, hirs, nifrət duyğularını tamamilə tərk edəcək. Belə ki, hədislərdə, Hz. Mehdi (ə.s.)-ın vəsilə olduğu gözəllik və sevgi mühitindən dənizdəki balıqlardan göydəki quşlara qədər hər kəsin razı olacağı, bütün insanların ürəklərinə Mehdi sevgisi yerləşəcəyi izah edilməkdədir. İnsanların Hz. Mehdi (ə.s.)-a qarşı hiss etdikləri səmimi sevgi bir-birlərinə qarşı sevgi ilə, şəfqətlə, mərhəmətlə yaxınlaşmalarına vəsilə olacaq. Dəccal isə bu xüsusiyyətlərdən tamamilə məhrum edilmiş biri olacaq.
Bir qisim Xristianların bu məsələdə yanılmalarının səbəbi, Dəccalın sevgi, barış vədi ilə insanları aldatmasıdır. Ancaq Dəccal, sülh və sevgidən bəhs edəcək lakin tətbiq etməyəcək. Hz. Mehdi (ə.s.) isə sevgidən və sülhdən bəhs edəcək və tətbiq edəcək. Hz. Mehdi (ə.s.) sevgi və sülhdən bəhs edərkən, bunu ruhunda yaşayacaq və ətrafına da yaşadacaq.Axır zaman şəxslərinin tanınması üçün, bu əhəmiyyətli fərqin hər kəs tərəfindən bilinməsi lazımdır.
Hz. Mehdi (ə.s.) bir damla qan axıtmayacaq, yatan adamı oyandırmayacaq; Dəccal hər fürsətdə qan axıtmağa, müharibə və təxribat çıxarmağa çalışacaq:
Hz. Mehdi (ə.s.) müharibədən uzaq olan, sülh insanıdır. Hz. Mehdi (ə.s.) müharibə ilə deyil, sevgi ilə, Allahı düşünərək Quran əxlaqını dünyaya hakim edəcək.Hz. Mehdi (ə.s.)-ın ən əhəmiyyətli xüsusiyyətlərindən biri olan sülh və sevgi ilə din əxlaqını hakim edəcəyi, Peyğəmbərimiz (s.ə.v.)-in hədislərində belə xəbər verilməkdədir:
İnsanlar, bal arılarının erkəkləri ətrafında toplanması kimi, Hz. Mehdi (ə.s.)-ın ətrafında toplanarlar. Əvvəllər zülmlə dolu olan dünyanı, ədalətlə doldurar. Ədaləti elə olar ki, yuxuda olan bir nəfər belə oyandırılmayacaq və bir damla qan belə axıdılmayacaq. Dünya, sanki səadət dövrünə geri dönəcək.
Hz. Mehdi (ə.s.), Peyğəmbər (s.ə.v.)-in yolunda gedəcək, yatan adamı oyandırmayacaq, qan da axıdılmayacaq.
(Hz. Mehdi (ə.s)-ın) zamanında nə bir insan yuxusundan oyandırılacaq, nə də bir insanın burnu qanayacaq.
Ona (Hz. Mehdi (ə.s.)-a) beyət edənlər, (Kəbə ətrafındakı) rukün və mövqe arasında beyət edərlər. Yatanı oyandırmaz, əsla qan tökməzlər.
Bu nöqteyi-nəzərindən Peyğəmbərimiz (s.ə.v.), Hz. Mehdi (ə.s.)-ın fitnələrə, müharibə və qarşıdurmalara son verən zaman, bütün bunları fikri mübarizə apararaq reallaşdıracağını da xəbər vermişdir. Hz. Mehdi (ə.s.) dövründə bütün silahların susacağı, müharibələrin bitəcəyi, Hz. Mehdi (ə.s.)-ın zühuru və Hz. İsa (ə.s.)-ın gəlişindən sonra yer üzünə ədalət, sabitlik və sevgi hakim olacağı hədislərdə belə xəbər verilmişdir:
Müharibə (mütəxəssisi) də silah və vəsaitlərini buraxacaq.
Düşmənçilik və kini də aradan qaldıracaq... Qab su ilə dolduğu kimi dunya sülhlə dolacaq.
Din birliyi də olacaq, artıq Allahdan başqasına ibadət edilməyəcək. Müharibə də silahlarını buraxacaq.
İnsanlar arasında düşmənçilik qalmayacaq.Və bütün düşmənçiliklər, vuruşmalar, paxıllıqlar şübhəsiz yox olub gedəcək.
Hədislərdə "Müharibə silahlarını" buraxacaq ifadəsi ilə də bildirildiyi kimi, bu dövrdə hər cür şiddət, qəddarlıq, müharibə, qarışıqlıq sona çatacaq. Buna görə də Mehdiyət –Dəccaliyətin əksinə olaraq- insan sevgisinə, hörmətə əsaslanan, xeyirxah, yaxşı niyyətli və səmərəli sistemdir. Hz. Mehdi (ə.s.) bütün yer üzündə ədaləti təmin edəcək " bir damla qan belə axıdılmayacaq." Onun hakim olduğu dövr, həqiqi sevgi və sülhün yaşandığı, dinclik və xoşbəxtlik dövrü olacaq.
Hz. Mehdi (ə.s.) Haqq kitablarla hökm edər, Dəccal Haqq kitablara inanmaz:
Hz. Mehdi (ə.s.) Quranın gözəl əxlaqını Müsəlmanlara tətbiq edəcək və Müsəlmanlara gözəl əxlaqla, Quran əxlaqı ilə rəftar edəcək. Lakin Xristianlara İncilin əsli ilə; yəni, təhrif olunmamış İncil ilə hökm edəcək. Yəhudilərə də Tövratın əsli ilə, əsil Tövratla hökm edəcək.Buna görə də Hz. Mehdi (ə.s.) bir qisim Xristianların düşündüyü kimi, Xristian və Yəhudiləri İslama dönmələri üçün məcbur etməyəcək; onlara Tövrat və İncilin Qurana uyğun hissələri ilə hökm edəcək. Bu Peyğəmbərimiz (s.ə.v.)-in bir hədisində belə bildirilməkdədir:
"Hz. Mehdi (ə.s.)… Yəhudilər arasında Tövratla, Xristianlar arasında İncillə hökm edəcək."
Hz.Mehdi (ə.s.) İncilin əslinə, orijinalına inanan bir adam olacaq. Ancaq Dəccal Müqəddəs kitabların heç birini qəbul etməyəcək. Buna gərə də Dəccal İncilə inanan, hörmət edən bir adam olmayacaq; İncildəki təhrif olunmamış, haqq qisimləri qəbul etməyəcək.
Allahdan bir möcüzə olaraq Hz. Mehdi (ə.s.)-ın dövründə İncilin və Tövratın orijinalları da tapılacaq. Peyğəmbərimiz (s.ə.v.) axır zamanda, Hz. Mehdi (ə.s.)-ın bu haqq kitabların təhrif olunmamış hissələrini tapacağı belə bildirməkdədir:
... Hz. Mehdi (ə.s.)-ın Mehdi olaraq adlandırılmasının səbəbi budur ki; gizli bir işə doğru istiqamətləndiriləcək, Tövrat və digər səmavi kitabları Antakyada bir mağaradan çıxardacaq...
Şübhəsiz ki, Hz. Mehdi (ə.s.), Mehdi deyə adlandırılmışdır. Çünki O, Şam dağlarından bir dağa doğru hidayət olunar (istiqamətləndirilər) "Tövrat" kitablarını oradan çıxardar və onlarla Yəhudilərlə mübahisə (bir mövzu üzərində edilən müzakirə) edər və (nəticədə) bir qrup Yəhudionun əli ilə Müsəlman olar.
Hz.Mehdi (ə.s.) İsəviləri və Yəhudiləri də qoruyacaq, Dəccal Hz. İbrahimin övladlarına düşmən olacaq:
Hz. Mehdi (ə.s.) dindar Yəhudilərin dostu olan, onları sevən, onlara şəfqət göstərən bir adam olacaq. Hz. Mehdi (ə.s.), Yəhudiləri və Xristianları Hz. İbrahimin övladları olaraq qəbul edəcək və Dəccalın oyununu pozaraq, onları qoruyan, haqqlarını təmin edən, ədalətli və şəfqətli insan olacaq. Buna görə də Hz. Mehdi (ə.s.) Xristianların və Yəhudilərin zərər görmələrinin qarşısını alan adam olacaq. Hz. İsa (ə.s.) gəldiyində isə, Xristianlıqdakı təhrif olunmuş tərəflərini, üçləmə inancını düzəldəcək. Hz. İsa (ə.s.), Hz. Mehdi (ə.s.) ilə ittifaq edəcək; Hz. İsa (ə.s.) öz əli ilə ona kömək edəcək. Bu da Hz. Mehdi (ə.s.)-ın şəxsən Dəccaliyətin qarşısında olduğunun ən mühüm göstəricilərindən biri olacaq.
Əhli Kitab, (zamanla təhriflərə uğramış olsa da) əsası Allahın vəhyinə dayanan əxlaqi meyarlara, haram və halal anlayışlarına malikdir. Bunun üçün Kitab əhlindən insanların bişirdiyi yemək, Müsəlmanlar üçün halal edilmişdir. Eyni zamanda Müsəlman kişilərə Kitab əhlindən qadınlarla evlənmə icazəsi verilmişdir. Bu mövzu ilə əlaqədar ayədə Allah belə buyurur:
Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır. Möminlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin (yəhudilərin və xaçpərəstlərin) azad və ismətli (özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan) qadınları mehrlərini verdiyiniz, namuslu olub zina etmədiyiniz və aşna saxlamadığınız təqdirdə (evlənmək üçün) sizə halaldır. İmanı dananın bütün işləri boşa çıxar və o, axirətdə zərər çəkənlərdən olar! (Maidə Surəsi, 5)
Bu hökmlər, Müsəlmanlar ilə Kitab əhli arasında nigah nəticəsi qohumluq əlaqələrinin qurula biləcəyini,hər iki tərəfin bir-birlərinin yemək dəvətlərinə gedə biləcəklərini göstərir ki, bunlar isti münasibətlər və ortaq həyat qurulmasını təmin edəcək əsaslardır. Quranda bu mülayim və insanpərvər dünyagörüşü tövsiyə edilərkən, Müsəlmanların bunun əksinə bir fikirdə olmaları düşünülə bilməz.
Rəsulullah (s.ə.v.)-ın Kitab əhlinin toylarına getdiyinə, xəstələrini ziyarət etdiyinə və onlara kömək etdiyinə dair rəvayətlər var. Hətta Nəcran xristianları onu ziyarət edəndə Hz. Məhəmməd (s.ə.v.) onlar üçün əbasını sərmiş və oturmalarını söyləmişdir. Peyğəmbər Əfəndimiz (s.ə.v.)-in, misirli bir xristian olan Hz. Mariye (və ya Məryəm), Yəhudi mənşəli Hz. Cüveyriyə və Hz. Safıyə ilə etmiş olduğu nigahlar da , bu anlayışın nümunələrindəndir.
Hz. Mehdi (ə.s.) Hz. İbrahim nəslindən olacaq; Dəccal Hz. İbrahim nəsilindən deyil:
Quranda Allah, Hz. İbrahimi və onun soyundan gələnləri seçdiyini və onları mübarək etdiyini bildirməkdədir. (Bəqərə Surəsi, 130; Ali İmran Surəsi, 33) Bu məlumat, Yəhudilərin müqəddəs kitabı Tövratda da mövcuddur. (Yaradılış, 22:17; 12:2) Hz. İbrahimin soyu, iki oğlu olan Hz. İsmayıl və Hz. İshaq ilə davam etmişdir. Hz. İshaqın soyundan olan İsrailoğullarına, tarix boyu bir çox peyğəmbər gəlmişdir: Hz. Yaqub, Hz. Yusif, Hz. Musa, Hz. Harun, Hz. Yunus, Hz. Əyyub, Hz. İlyas, Hz. Davud, Hz. Süleyman, Hz. Zəkəriyyə, Hz. Yəhya və Hz. İsa. Hz. İsmayılın soyundan isə İslam Peyğəmbəri Hz. Məhəmməd (s.ə.v.), onun ailəsindən gələn imamlar və ən son olaraq da İmam Məhəmməd əl-Mehdi (ə.s.) gəlməkdədir.
Allah, axır zamanda din əxlaqının hakimiyyətini reallaşdırmaq üçün Hz. İbrahim soyunun iki qolundan gələn son nümayəndələr qorumuşdur. Axır zamanda əmrinin reallaşması üçün İmam əl-Mehdi (ə.s.)-ı və İsa Peyğəmbər (ə.s.)-ı bir yerə gətirəcək.Quranda və Peyğəmbər əfəndimiz (s.ə.v.)-in hədislərində bildirilən bu hakimiyyət dövrü, Tövratda Hz. İbrahimin soyundan gələnlərə vəd edilməkdə və belə bildirilməkdədir:
Mən sənə böyük xeyir-dua verəcəyəm, nəslini göydəki ulduzlar və dəniz kənarındakı qum qədər artırıb çoxaldacağam.Sənin nəslin öz düşmənlərinin şəhərlərinə sahib olacaq.Dünyanın bütün millətləri sənin nəslinin vasitəsilə xeyir-dua alacaq , çünki sən Mənim sözümə qulaq asdın (Yaradılış, 22:17-18)
Qısacası Hz. İsa (ə.s.) və Hz. Mehdi (ə.s.), hər ikisi də eyni soydan -Hz. İbrahimin soyundan- olacaq. Dəccal isə Hz. İbrahim soyundan olmayacaq.
Hz. Mehdi (ə.s.) Allahın varlığını, birliyini müdafiə edər; Dəccal Allaha şirki yaymağa çalışar:
Həzrəti İsa (ə.s.)-ın gətirdiyi din, "Allaha bir və tək olaraq iman edən, haqq din"dir. Ancaq bu mübarək insanın təbliği, onun Allah Qatına yüksəlişindən sonra, mahiyyətindən uzaqlaşdırılmış, həqiqi İsəviliyin yerinə "üçləmə və günahını yuma kimi" batil fəlsəfələri əsas alan yeni bir inanc yaradılmışdır. Ancaq Hz. İsa (ə.s.) da, Hz. Mehdi (ə.s.) da, mömin xüsusiyyəti olaraq tək Allaha inanarlar.Buna görə də hər ikisi də tək Allah inancını müdafiə edəcək, insanları şirkdən çəkindirəcəklər. Hz. Mehdi (ə.s.) yəhudilər tək Allaha iman etdikləri üçün, onlara qarşı olmayacaq. Ancaq xristianlar üçləmə inancı ilə Allaha şirk qoşmaqdadırlar. Hz. Mehdi (ə.s.) onların inanclarındakı Allaha şirki dəyişdirəcək. Əgər Xristianlar "Hz. İsa (haşa) Allah deyil. Amma Allah bütün insanlarda təcəlli edər; Allah Hz. İsada da təcəlli etməkdədir." məntiqi içində bu inanclarını açıqlayar və düzəltsələr, bu o zaman səmimi bir yanaşma və qəbul edilə bilən bir inanc olar.
Həqiqətən də axır zamanda üçləmə inancını müdafiə edən, haşa özün Allah olduğunu iddia edən bir adam gələcəkdir. Ancaq bu adam (haşa) Hz. İsa deyil, Dəccalın özü olacaq. Allahdan bir əlamət və acizliyinin bir nümunəsi olaraq, bu adamın gözü kor olacaq. Allahın birliyini müdafiə edəcək olan həqiqət İsanın isə, iki gözü də möhkəm olacaq. Ayrıca Hz. Mehdi (ə.s.) Allahın məzlum və təvazökar bir qulu olacaq; Dəccal isə (haşa) Allah olduğunu iddia edən qürur və əzəmət içində olacaq.
Hz. Mehdi (ə.s.) Hz. İsanı canı qədər sevər, Dəccal Hz. İsanın düşməni olacaq:
Hz. Mehdi (ə.s.) Allahın seçilmiş qulu Hz. İsa (ə.s.)-a dərin sevgi və hörmət bəsləyəcək. Hz. İsa (ə.s.), Allahın Quran ayələri ilə bizə tanıtdığı və aləmlərə üstün etdiyi mübarək bir elçisidir. Quranda Hz. İsa (ə.s.)-ın "dünyada və axirətdə şanı uca (şərəfli) və (Allaha) yaxın olanlardandır." (Ali İmran Surəsi, 45) olduğu bildirilməkdədir.O, Allahın müxtəlif möcüzələrlə və üstün bir əxlaqla şərəfləndirdiyi qiymətli quludur. Buna görə də Hz. Mehdi (ə.s.)-ın Hz. İsaya dərin sevgisi olacaq, onu canı qədər sevəcək. Dəccal, anti-Krist adından aydın olduğu üzrə Hz. İsa (ə.s.)-a qarşı olacaq, onun qiymətini bilməyən, düşməni olaraq yaradılmış bir şəxs olacaq.
Ayrıca, Hz. İsa (ə.s.) ilə Hz. Mehdi (ə.s.) ittifaq edəcək. Hz. İsa (ə.s.) şəxsən öz əli ilə Hz. Mehdi (ə.s.)-ı başa gətirəcək. Peyğəmbərimiz (s.ə.v.)-in hədislərində, Hz. Mehdi (ə.s.)-ın imamlığında Hz. İsa (ə.s.) və Hz. Mehdi (ə.s.)-ın birlikdə namaz qılacaqları və birlikdə hökm verəcəkləri bildirilməkdədir. Peyğəmbərimiz (s.ə.v.)-dən nəql edilən səhih rəvayətlərə görə "Hz. İsa (ə.s.) namazını Hz. Mehdi (ə.s.)-ın arxasında qılacaq. "
Bu rəvayət digər hədislərdə belə xəbər verilməkdədir:
Hz. İsa (ə.s.) səmadan nüzul edəcək və onun (Hz. Mehdi (ə.s.)-ın) əmirliyini qəbul edəcək. Hz. İsa (ə.s.)-a "Bizə namaz qıldır" deyiləcək, ancaq o, "Əmir sizin içinizdədir" cavabını verərək, "Bu Allahın Hz. Məhəmməd (s.ə.v.) ümmətinə bir lütfüdür." deyəcək.
Hz. Mehdi (ə.s.) möminlərlə birlikdə Beytül Makdisdə səhər namazı qılan zaman, o aralarda nüzul edən Hz. İsa (ə.s.)-ı təqdim edəcək və Hz. İsa (ə.s.) əllərini onun çiyininə qoyaraq, "Namazın qaməti (namaz üçün səslənilməsi) sənin üçün gətirildi, buna görə sən qıldır" deyəcək və nəhayət Hz. Mehdi (ə.s.), Hz. İsa (ə.s.) və möminlərə imam olaraq namazı qıldıracaq.
Peyğəmbərimiz (s.ə.v.)-in səhih hədislərində, Hz. İsa (ə.s.) və Hz. Mehdi (ə.s.)-ın eyni dövrdə ortaya çıxacaqları və İslam əxlaqını bütün dünyaya yaymaq məqsədi ilə birlikdə mübarizə aparacaqları bildirilmişdir. Bir çox səhih hədisdə olan bu məlumatlar, Hz. İsa (ə.s.) ilə Hz. Mehdi (ə.s.)-ın ortaya çıxdıqları dövrdə qarşılıqlı görüşəcəklərini, bir-birlərinə dəstək verəcəklərini göstərməkdədir.
Qaynaqlar:
1 Əl Kavlu'l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, sf. 29 və 48
2 Qiyamət Əlamətləri, sf. 163
3 Əl Kavlu'l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, sf. 44
4 əl-Heytemi, əl-Kavlu'l Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, s. 24
5 Süneni Ibni Macə, 10/334
6 İmam Şa'rani, ölüm-qiyamət-Axirət və Ahirzaman Əlamətləri, 496
7 Süneni Ibni Macə, 10/334
8 İmam Şa'rani, ölüm-qiyamət-Axirət və Ahirzaman Əlamətləri, 496
9 Cabir b. Yezid əl-Co'fi, İmam Məhəmməd Misdən rəvayət edir.
10 Cabir b. Yezid əl-Co'fi, İmam Məhəmməd Misdən rəvayət edir.
11 Harun b. Bilinən; Zamra b. Rəbiyədən, Abdullah b. Şevzebdən rəvayət edir.
12 Əl Kavlu'l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, sf. 24
13 Əl Kavlu'l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, sf. 24
14 Əl Kavlu'l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, sf. 25