LUT QÖVMÜ VƏ HƏLAK OLAN ŞƏHƏR

Lut qövmü də təhdidləri yalan saymışdı. Biz də onların üstünə daş yağdıran yel göndərdik (başlarına daş yağdırdıq), yalnız Lutun ailəsini səhər çağı xilas etdik;(Qəmər surəsi, 33-34)
 
Hz. Lutun qövmü, maviliyin məşhur olduğu azğın bir qövm idi. Hz. Lut, Allahın təbliğini gətirdiyində onu inkar etdilər və pozğunluqlarına davam etdilər. Axırda Allah Lut qövmünü, qorxunc bir fəlakətlə həlak etdi.
 
Hz. Lutun yaşadığı şəhərin  Əhddə keçən adı Sodomdur. Arxeoloji işlərdə, şəhərin, İsrail-İordaniya sərhədi boyunca uzanan Duz gölünün (Ölü dəniz) yaxınlarında olduğu aydın olur. Bu qövmün Quranda yazılanlara uyğun bir şəkildə həlak olduğu aydın olmuşdur.
 
Allah Quranda belə buyurur:
 
Lut tayfası da peyğəmbərləri təkzib etdi. O zaman ki, qardaşları Lut onlara dedi: “Məgər (küfr etdiyinizə, peyğəmbərləri yalançı saydığınıza görə Allahın əzabından) qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Vədimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!) Artıq Allahdan qorxun və mənə itaət edin! Mən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir! Doğrudanmı siz bəşər övladından yalnız erkəklərlə yaxınlıq edirsiniz? Və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz (günah etməklə) həddi aşan bir camaatsınız!” Onlar dedilər: “Ey Lut! Əgər (bu sözlərinə, bizi danlamağa) son qoymasan, (öz yurdundan) mütləq qovulacaqsan!” (Lut) dedi: “Həqiqətən, mən sizin əməlinizə nifrət edənlərdənəm! ." (Şuara surəsi, 160-168)
 
Özlərini doğru yola dəvətinə qarşılıq qövmü Hz. Lutu təhdid etdi, doğru yolu göstərməsindən ötəri hirsləndilər, onu sürgün etmək istədilər. Bunun uçun də Hz. Lut, Allahdan kömək istədi:
 
 Dedi: “Ey Rəbbim! Fitnə-fəsad törədən qövmə qarşı mənə yardım et!” (Ənkəbut surəsi, 30)
 
Ey Rəbbim! Məni və ailəmi bunların gördüyü (pis) işdən (onların bəd əməllərinin cəzasından) qurtar!” (Şuara surəsi, 169)
 
Sonra Allah, iki mələk göndərdi, Hz. Lutu qurtarıb səhər vaxtı, Lut qövmünü həlak etdi.
 
And olsun ki, onlar öz qonaqlarını onlara təslim etməyi tələb etmişdilər. Biz də onları kor etdik “İndi əzabımı və təhdidlərimi dadın!”. And olsun ki, səhər tezdən onları əbədi (qiyamətədək onlardan əl çəkməyən) bir əzab yaxaladı (məhv olub həmişəlik Cəhənnəmə vasil oldular). (Qəmər surəsi, 37-38)
 
Quranda, qövmün həlakı belə təsvir edilir:
 
Şəfəq doğanda o dəhşətli (tükürpədici) səs onları bürüdü. Onların altını-üstünü çevirdik və başlarına odda bişmiş gildən bərk daşlar yağdırdıq. Bunda (bu əzabda) düşünüb-daşınanlar üçün, sözsüz ki, neçə-neçə ibrətlər vardır! Həqiqətən, o (Lut tayfasının yaşadığı Sədum şəhərinin xarabaları Qüreyş kafirlərinin Məkkədən Şama getdikləri) yolun üstündə hələ də durmaqdadır!
(Hicr surəsi, 73-76)
 
(Lut tayfasının məhvi barəsində) əmrimiz gəldiyi zaman o yurdun altını üstünə çevirdik və üzərinə odda bişmiş (bir-birinə bitişik) bərk daşlar yağdırdıq. Onlara Rəbbinin dərgahında əlamət qoyulmuş (hər daş kimə dəyəcəkdisə, üstünə adı yazılmışdı). O zalımlardan də uzaq deyildir! (Hud surəsi, 82-83)
 
Bu fəlakətdən Hz. Lut və "bir ev xalqı" qədər olan iman edənlər qurtarıldı. Azğın qövm isə, yerlə bir oldu. Hz. Lutun arvadı da iman etmədiyi üçün həlak edildi:
 
Biz onu (Lutu) və ailəsini xilas etdik. Yalnız övrəti (Vailə öz küfrü səbəbilə) həlak oldu. Onların üstünə yağış yağdırdıq. Bir gör günahkarların axırı necə oldu! (Əraf sureəi, 83-84)
 
Lut gölündəki "açıq-aşkar ayələr"
 
 Əmrimiz gəldiyi zaman o yurdun altını üstünə çevirdik və üzərinə odda bişmiş (bir-birinə bitişik) bərk daşlar yağdırdıq. (Hud surəsi, 82)
 
Ayədə "üstünü altına çevirmək" ifadəsi ilə şiddətli bir zəlzələlə bölgənin yerlə bir olduğunu izah edilir. Necə ki Lut gölü, belə bir zəlzələnin meydana gəldiyinə dair "açıq-aşkar dəlillər" daşıyır.
 
Alman arxeoloq Werner Keller mövzu haqqında belə deyir: "Bu bölgədə özünü göstərmiş olan çox böyük bir çökmədə partlamalar, ildırımlar, yanğınlar və təbii qazlarla birlikdə qorxunc bir zəlzələ olmuş və Siddim Vadisi ilə birlikdə Lut qövmünün şəhərləri də yerin dərinliklərinə basdırılmışlar." **
 
Gölə sürüşən şəhərin qalıqlarından bir qisimi göl sahilində tapıldı. Bu qalıqlar Lut qövmünün həyat səviyyəsinin olduqca yüksək olduğunu göstərirdi.
 
Quranda "üzərlərinə palçıqdan bişirilmiş, yığılmış daşlar yağdırdıq" cümləsində isə, Lut gölü sahilində meydana gələn volkanik bir partlama və bunun nəticəsində püskürən "bişirilmiş konsistensiyadakı" qaya və daşlar izah edilir. Werner Keller bu mövzu haqqinda da belə deyir: "Zəlzələdə, yer qabığının çartlayıb çökməsi, qabığın altında yatan vulkanlara sərbəst yol vermişdir. Şəriyənin yuxarı vadisində bu gün də sönmüş kraterlərə rast gəlinmək olur, əhəng layları üzərində geniş lava kütlələri və bazalt layları iştirak etmişdir."
 
Lava və bazalt layları, volkanik partlamanın və zəlzələnin olduğunu göstərir. Quranda, "üzərlərinə palçıqdan bişirilmiş, yığılmış daşlar yağdırdıq" ifadəsi ilə təsvir edilən hadisə də böyük ehtimalla bu volkanik partlamadır. Eyni ayədə "... əmrimiz gəldiyi zaman üstünü altına çevirdik" şəklində ifadə edilən hadisə də Rift Vadisində tektonik mənşəli olan və vulkanların yer üzünə böyük bir şiddətlə çıxmasına səbəb olan zəlzələ ilə onun gətirdiyi yarılma və çöküntülər olmalıdır.
 
Lut gölündə, günəş şüaları suya uyğun bir bucaqla əks olunsa, insanlar bununla çaşqınlıqla  qarşılaşar. Suyun içində yaşıl rəngdə ağac gövdələri ilə ağac artıqları görülər. Bunlar da göldəki sıx duzun konserv etdiyi ağaclardır. (Harun Yəhya, Qövmlərin Həlakı)
 
Aparılan araşdırmalarda, Lut qövmünü yox edən zəlzələnin, olduqca uzun yer qabığı çatlağının (fay xətti) nəticəsində meydana gəldiyi aydın olur. Şəriyə çayının axışı boyunca, 180 metrlik eniş etməsi və Lut gölünün dəniz səviyyəsindən 400 metr alçaq olması, böyük bir geoloji hadisənin meydana gəldiyini göstirir.
 
Lut qövmünün başına gələnlər bütün dünya üçün bir ibrət vəsiqəsidir. Hələ də dünyanın bir çox yerində Lut qövmündəkinə bənzər şəkildə əxlaqi dejenarasyon yaşanmaqda və keçmiş qövmlərin başına gələn fəlakətlərdən dərs almamaqda israr edilməkdədir.
 
** Werner Keller, Und die Bibel hat doch recht (The Bible as History; a Confirmation of the Book of Books), New York: William Morrow, 1956.
2010-11-22 14:17:06
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top