PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-Ə VERİLƏN QEYB XƏBƏRLƏRİ

İnsanın duyğuları vasitəsi  ilə hiss edə bilmədiyi  gələcəyə və keçmişə dair hadisələr mənasını verən “qeybi” yalnız üstün güc sahibi olan Allah bilir. Kainatda və digər bütün aləmlərdə baş verən hər hadisəni Allah bilir və idarə edir.
 
Peyğəmbərimiz (s.ə.v) də möcüzələrindən biri olan qeyb xəbərlərinə Rəbbimizin dilədiyi qədər vaqif olmuşdur. Peyğəmbərimiz (s.ə.v) həm keçmişdə baş verən və heç kəsin bilmədiyi hadisələri, həm də gələcəkdə reallaşacaq bir çox hadisəni Allahın vəhyi ilə öyrənmiş,  qövmünə və səhabələrinə təbliğ etmişdir.
 
 Zamanı yaradan və insanlara bu anlayışı öyrədən Allahdır. Allahın Uca Zatı zamandan münəzzəhdir. O gizli olan hər şeyi bilir və Öz qatında gizli saxladığı məlumat və qeyb xəbərlərindən dilədiyi qədərini elçilərindən bəzilərinə bildirir. Allahın xüsusi elm verdiyi kəslər bu elm sayəsində Allahın iznilə keçmişdən və gələcəkdən xəbər verə bilir, baş verən hadisələrin batinini görür, bunlardan fərqli nəticələr çıxara bilirlər.
 
 Allah Quranda elçilərindən seçdiklərinə Öz qatında gizli olan qeyb xəbərlərini bildirdiyini belə xəbər verir:
 
 Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz; Bəyənib seçdiyi peyğəmbərdən başqa! Allah onların önündə və arxasında gözətçilər qoyar ... (Cin surəsi, 26-27)
 
Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v) də Allahın qeybə aid bir çox xəbər bildirdiyi, Rəbbimizin Qatında seçilmiş bir elçidir.
 
Peyğəmbərimiz (s.ə.v) həm keçmişdə baş verən və heç kimin bilmədiyi hadisələri, həm də gələcəkdə reallaşacaq bir çox hadisəni Allahın vəhyi ilə öyrənmişdir. Bir ayədə Allah bu həqiqəti belə xəbər verir:
 
Bu, sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Onlar (Yusifin qardaşları) hiylə quraraq əlbir iş gördükləri (Yusifi quyuya atdıqları) zaman sən ki onların yanında deyildin! (Yusuf surəsi, 102)
 
 
Peyğəmbərimizin (s.ə.v) möcüzəsi: qeyb xəbərləri
 
Peyğəmbərimizin (s.ə.v) qeyb xəbərlərini bilməsi özündən qaynaqlanan xüsusiyyət deyil. Ancaq Allahın dilədiyi qədər qeybdən ona bildirilən xəbərləri ətrafındakılara təbliğ etmişdir. Hər şeyi bilən Allahın elçisinə verdiyi bu məlumatlar keçmişdə baş vermiş və  ya gələcəkdə hökmən reallaşacaq hadisələrə işarə edir. Bu da Peyğəmbərimizin (s.ə.v) bildirdiyi bu məlumatların hər birinin möcüzə xüsusiyyətində olduğunu göstərir. Ancaq Allahın vəhyi ilə məlum olan xəbərləri Peyğəmbərimiz (s.ə.v) həyatı boyu bir neçə dəfə insanlara xəbər vermişdir. Həm keçmişlə, həm yaşadığı dövrlə, həm də gələcəklə əlaqədar məlumatlara vaqif olması, Rəbbimizdən qeybə dair xəbərlər alması peyğəmbərliyinin dəlillərindəndir. Allahın ona verdiyi elmlə birlikdə Peyğəmbərimizin (s.ə.v) göstərdiyi təvazö və təslimiyyət isə Quranda belə bildirilmişdir:
 
 De: “Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı ancaq qorxudan və müjdələyənəm!” (Əraf surəsi, 188)
 
 Allahın müqəddəs peyğəmbəri Hz. Məhəmməd (s.ə.v) həm Quran ayələrilə, həm də xüsusi olaraq özünə gələn vəhy ilə keçmişlə, yaşadığı dövrlə və gələcəklə əlaqədar xəbərlər almışdır. Allahın istəyilə bir çox mövzuda kimsənin bilmədiyi qeyb xəbərlərindən agah olmuşdur. Bu elm vəsiləsi ilə çətinlik zamanlarında müsəlmanları fəthlə müjdələmiş, hələ bir çox müjdə verərək onların şövqünü artırmışdır. Peyğəmbərimizin (s.ə.v) müsəlmanlara əvvəldən müjdələdiyi bu hadisələr bir möcüzə kimi ardıcıl olaraq reallaşmışdır.
 
Peyğəmbərimizin (s.ə.v) 1400 il əvvəl xəbər verdiyi və yaşadığımız dövrdə reallaşmış bir çox hadisə də var. Kütubu- sittə muhəddisləri Buxari, Müslim, Əbu Davud, Tirmizi, Nəsəi, İbni Macə və daha bir çox muhəddis (hədis alimi) Peyğəmbərimizdən (s.ə.v) rəvayət edilən hədislərdəki qeyb xəbərlərinin doğruluğu haqqında ortaq fikirdədirlər. Belə ki, Peyğəmbərimizin  (s.ə.v) xəbər verdiyi qeyb xəbərlərinin hamısı reallaşmış və reallaşmaqda davam edir və insanlar bu möcüzələrə şahid olurlar.
 
 
Qeyb möcüzəsinə baxmayaraq Peyğəmbərimizə (s.ə.v) atılan böhtanlar
 
 İman gətirməyənlər Peyğəmbərimizin (s.ə.v) Quranı insanlara təbliğ etməyə başlamasından etibarən bu mübarək insanı yalan danışmaqla ittiham etmişlər. Onlara verdiyi hər məlumata şübhə ilə yanaşmış, ona inanmaq istəməmişlər. Halbuki Peyğəmbərimizin (s.ə.v) dürüstlüyü və etibarlılığı üzünə və həyat tərzinə baxdıqda asanlıqla aydın olur. Həyatı boyu hamının "Əl-əmin" (etibarlı) kimi tanıdığı və bu cür xitab etdiyi insan olmasına baxmayaraq, bəzi insanlar onun dəvət etdiyi haqq yola tabe olmamaq üçün yalanlarına davam etmişlər.
 
 Peyğəmbərimizə (s.ə.v) böhtan atan inkarçılar onun həyatı boyu hər an doğru söylədiyini görməməzliyə vurmuşlar. Bir insanın ömürünün sonuna qədər yalan söyləməsi və buna uyğun yaşaması qeyri-mümkündür.
 
Bundan əlavə, Peyğəmbərimiz (s.ə.v) gecə-gündüz ibadət edən, çox böyük fədakarlıqlar etmiş, səbirli, üstün əxlaqlı, aləmlərə nümunə olan bir insandır. Hər döyüşə böyük cəsarətlə çıxan, ön cəbhədə vuruşan Peyğəmbərimiz (s.ə.v) ölümlə təhdid ediləndə də insanlara haqq olan həqiqətləri izah etməyə davam etmişdir.
 
 Peyğəmbərimiz hər zaman Quran əxlaqına uyğun yaşamış və möminlərə nümunə olmuşdur. Mübarək Peyğəmbərimiz (s.ə.v) insanlara infaqı izah etmiş, özü hər şeyini infaq etmişdir. Canını və malını Allah rizasını qazanmaq üçün sərf etmişdir. Səbiri, fədakarlığı, həqiqi sevgi və dostluğu izah etmiş, bu gözəl əxlaqi xüsusiyyətləri ən ideal şəkildə mənimsəmişdir. İnsanlara mərhəmətli olmağı tövsiyə etmiş, həyatı boyu bu xüsusiyyətləri qətiyyətlə tətbiq etmişdir. İman gətirməyənlər bu cür müqəddəs Peyğəmbərə böhtan atarkən bunları düşünməliydilər:
 
 Bir yalanı ömür boyu gizli saxlamaq insan fitrətinə uyğun deyil. Bir insan bir-birinə uyğun olan minlərlə ayəyə zidd  ilə ziddiyyət təşkil etməyəcək şəkildə yaşaya və bütün ömrü boyu bu ayələrlə əlaqədar yalan danışa bilməz. Habelə yalan danışan bir insan nə üçün bunları həyatının sonuna qədər etsin? İnsanların axirətinə, hidayətinə vəsilə olmaq üçün öz həyatını nə üçün təhlükəyə atsın? Bundan əlavə, yalan danışan bir adamın söylədiyi hər şeyin bu qədər hikmətlərlə dolu olması mümkündürmü? Hər söylədiyinin ədəbi cəhətdən mükəmməl olub, bəzi ədədi şifrələr daşıması və 23 il ərzində söylədiklərinin hamısının bir-biri ilə ədəbi, riyazi, elmi uyğunluq içində olması, hər birinin hikmətli olması, insanın vicdani cəhətdən cavabını axtardığı hər suala cavab verməsi, ictimai həyata dair bütün hökmləri ehtiva etməsi və tam olması mümkündürmü? Sözündə doğru olmayan bir insan bir gün mütləq bir-birinə uyğun olmayan ziddiyyətli şeylər danışar. Halbuki Peyğəmbərimizin (s.ə.v) hər söylədiyi doğru çıxmış, bunlara müsəlmanlardan və inkarçılardan bir çox insan şahid olmuşdur.
 
 Şübhəsiz, bütün peyğəmbərlərə verilən möcüzələrin hər biri çox əhəmiyyətlidir. Lakin Peyğəmbərimizin (s.ə.v) bəzi möcüzələrinə böyük kütlələrin şahid olması, bu cəhətilə onu digər peyğəmbərlərdən fərqləndirir. Məsələn, Hz. İsa ölən bir insanı diriltdikdə və ya bir xəstəni sağaltdıqda ancaq orada olanlar bu möcüzələrə şahid olur. Hz. Musanın möcüzələrinə də ancaq Firon, qövmü və bəni-İsrail şahid ola bilər (ən doğrusunu Allah bilir.) Peyğəmbərimiz (s.ə.v) döyüş olacağını, ardınca qələbə çalınacağını söylədikdə isə buna və bundan sonra sözügedən döyüşə şahid olanların sayı isə daha çoxdur. Bu möcüzələrə on minlərlə, hətta yüz minlərlə insan şahid olur.
 Peyğəmbərimizin (s.ə.v) hər biri möcüzə xüsusiyyəti daşıyan qeyb xəbərləri bunlardır:
 
 
Bizansın qalibiyyəti
 
 Quranda gələcək haqqında verilən xəbərlərdən biri Rum surəsində bildirilir. Bu ayələrdə Bizans imperiyasının məğlubiyyətə uğradığı, amma qısa müddət sonra yenidən qalib gələcəyi belə bildirilmişdir:
 
 Əlif, Lam, Mim! Rumlular məğlub oldular. Ən yaxın bir yerdə. Lakin onlar məğlubiyyətlərindən sonra qalib gələcəklər. Bir neçə ilin içində (üç ilə doqquz). Əvvəl də, sonra da hökm Allahındır. O gün möminlər sevinəcəklər; (Rum surəsi,1-4)
 
 Bu ayələr xristian bizanslıların 613-614-cü illərdə bütpərəst farslara ağır məğlubiyyətindən təxminən 7 il sonra - 620-ci ildə nazil edilmişdir. Ayələrdə Bizansın çox yaxında qalib gələcəyi xəbər verilirdi. Halbuki o ərəfələrdə Bizans o qədər böyük itki vermişdi ki, yenidən qalib gəlməsi və dirçəlməsi qeyri-mümkün idi. Farslar bizanslıları 613-cü ildə Antakyada məğlubiyyətə uğradaraq ardıcıl olaraq Şam, Kilikiya, Tarsus, Ermənistan və Qüdsü ələ keçirdilər. Xüsusilə 614-cü ildə Qüdsün itirilməsi və    Müqəddəs Məzar Kilsəsinin dağıdılması bizanslılar üçün ağır zərbə olmuştu. (1)
 
  O dövrdə təkcə farslar deyil, avarlar, slavyanlar və lombardlar da Bizans dövlətinə qarşı böyük təhlükə idi. Avarlar İstanbula qədər gəlmişdilər. Bizans kralı Herakl ordunun xərclərini təmin etmək üçün kilsələrdəki qızıl və gümüş bəzək əşyalarının əridilib pula çevrilməsini əmr etmişdi. Hətta bunlar da çatmadıqda bürünc heykəllər də pul üçün əridilməyə başlandı. Bir çox qubernator Kral Herakla qiyam qaldırmış, imperiya parçalanma nöqtəsinə çatmışdı. Əvvəllər Bizans torpaqlarına daxil olan Mesopotamiya, Kilikiya, Suriya, Fələstin, Misir və Ermənistan bütpərəst farsların işğalı altına düşmüşdü. (2)
 
 Qısaca desək, hər kəs Bizansın süqutunu gözləyirdi. Amma məhz bu dövrdə Rum surəsinin ilk ayələri vəhy olundu və Bizansın doqquz il keçmədən yenidən qalib gələcəyi bildirildi. Ərəb müşrikləri Quranda xəbər verilən bu zəfərin əsla həyata keçməyəcəyini düşünürdülər.
 
 Lakin Quranda bildirilən bütün xəbərlər kimi bu da, heç şübhəsiz, həqiqət idi. 622-ci ildə Herakl Ermənistanı işğal edib farsları məğlub edərək qələbə qazandı. (3)
 
Bizans və Fars İmperiyaları arasında Dəclə çayının 50 km şərqində yerləşən Neynəva xarabalıqları yaxınlığında böyük döyüş oldu. Bizans ordusu farsları burada da məğlubiyyətə uğratdı. Bir neçə aydan sonra da farslar işğal etdikləri əraziləri Bizansa geri qaytaran müqavilə imzalamağa məcbur oldular. (4)
 
 Rumların qələbəsi 630-cu ildə İmperator Heraklın fars hökmdarı II Xosrovu məğlubiyyətə uğradaraq Qüdsü geri alması və Məzar Kilsəsinin yenidən xristianların idarəsi altına keçməsi ilə tamamlandı. (5)
 
Beləliklə, Allahın Quranda bildirdiyi və Peyğəmbərimizin (s.ə.v) insanlara təbliğ etdiyi "Rumun zəfəri" ayədəki "üç-doqquz il ərzində" ifadəsi ilə diqqət çəkilən zaman intervalında möcüzəvi şəkildə reallaşdı.
 
 Bu ayələrdə xəbər verilən başqa bir möcüzə də o dövrdə heç kimin bilmədiyi coğrafi həqiqətin xəbər verilməsidir.
Rum surəsinin 3-cü ayəsində rumların "dünyanın ən alçaq yerində" məğlub olduğu ifadə edilir. Ərəb dilində "ədna əl-ard" olan bu ifadə bəzi tərcümələrdə "yaxın yer" kimi də tərcümə edilir. Ancaq bu tərcümə orijinal ifadənin tam qarşılığı deyil, məcazi şərhidir. "Ədna" sözü ərəbcədə "alçaq" demək olan "dəni" kökündən törəmişdir və "ən alçaq" mənasını verir. "Ard" isə yer üzü deməkdir. Beləliklə, "ədna əl-ard" ifadəsi "yer üzünün ən alçaq yeri" mənasını verir.
 Bəzi təfsirçilər sözügedən ərazinin ərəblərə yaxınlığını nəzərə alaraq həmin sözü "ən yaxın" şəklində təfsir edirlər. Ancaq sözün əsl mənası Quranın nasil edildiyi dövrdə məlum olmayan çox vacib geoloji həqiqətə işarə edir. Çünki dünyanın ən alçaq yerini araşdırdıqda bu yerin bizanslıların 613-614-cü illərdə məğlubiyyətə uğradığı Lut Gölü (Ölü dəniz) hövzəsi olduğunu görürük. Bu məğlubiyyətin ən ağır zərbəsi, daha əvvəl də ifadə etdiyimiz kimi, xristianlığın simvolu olan Lut gölü yaxınlığındakı Qüdsün işğalıdır.
 
 Lut gölünün ətrafı isə dəniz səviyyəsindən 399 metr aşağıdır və yer üzünün "ən alçaq" yeridir. (6)
 
Qeyd edək ki, Lut gölünün dəniz səviyyəsinə nisbətən mövqeyi dövrümüzdə aparılan ölçmələr nəticəsində müəyyən edilmişdir. Daha əvvəl heç kim Lut gölünün dünyanın ən alçaq hissəsi olduğunu bilmirdi. Lakin Quranda bu ərazinin "yer üzünün ən alçaq yeri" olduğu xəbər verilir. Bu məlumat Quranın Allahın sözü olduğuna başqa  bir dəlildir və Allahın Peyğəmbərimiz Hz. Məhəmmədə (s.ə.v) bəxş etdiyi çox böyük möcüzədir.
 
 
MƏKKƏNİN FƏTHİ
 
  And olsun ki, Allah-təala Öz Peyğəmbərinin röyasının çin olduğunu təsdiq etdi. Siz, inşaAllah, əmin-amanlıqla, başınızı qırxdırmış, qısaltmış halda və qorxmadan Məscidülhərama daxil olacaqsınız. (Allah) sizin bilmədiklərinizi bilir. O bundan əlavə (sizə) tezliklə bir qələbə də bəxş edəcəkdir. (Fəth surəsi, 27)
 
 Peyğəmbərimiz (s.ə.v) Mədinədə ikən yuxusunda möminlərin əmin-amanlıq içində Məscidülharama daxil olduqlarını və Kəbəni təvaf etdiklərini görmüş və möminləri bu xəbərlə müjdələmişdi. Çünki Məkkədən Mədinəyə hicrət edən möminlər o zamandan bəri Məkkəyə gedə bilmirdilər.
 
 Allah Peyğəmbərimizə (s.ə.v) Qatından kömək və dəstək olaraq Fəth surəsinin 27-ci ayəsini vəhy etmiş və yuxusunun doğru olduğunu, əgər Allah diləsə, möminlərin Məkkəyə girə biləcəklərini bildirmişdir. Həqiqətən də bir müddət sonra əvvəl Hüdeybiyyə sülhü, ardınca Məkkənin fəthi ilə müsəlmanlar ayədə bildirildiyi kimi əmin-amanlıqla Məscidülharama girmişdilər. Beləliklə, Allah Peyğəmbərimizə (s.ə.v) ilham etdiyi müjdənin həqiqət olduğunu göstərmişdir.
Buxari Məkkənin fəthi ilə əlaqədar İbni Abbasdan belə rəvayət edir:
 
 İbnu Abbas “hər halda o Quranı sənə vacib buyuran (Allah) qayıdacağın yerə səni yenə də qaytaracaqdır. (Qəsas surəsi, 85) ayədə ifadə edilən “qayıdacağın yerin” Məkkə olduğunu söyləyirdi. (7)
 
 Ancaq burada mühüm bir xüsus var. Fəth surəsinin 27-ci  ayəsinə diqqət yetirsək, Məkkənin fəthindən əvvəl reallaşacaq başqa bir fəthdən də bəhs edildiyini görərik. Belə ki, ayədə xəbər verildiyi kimi müsəlmanlar əvvəl Yəhudilərin əlində olan Xeybər qalasını , daha sonra Məkkəni fəth etmişlər.(8) Məşhur Celaleyn təfsirində Fəth surəsinin 27-ci ayəsi belə açıqlanır:
 
 And olsun, Allah Peyğəmbərinə o yuxunu doğru göstərdi. Rəsulullah (s.ə.v) Hudeybiyyə ilində səfərə çıxmazdan əvvəl yuxusunda özünü də, səhabələrini də təhlükəsizlik içində, başlarını təraş edərək Məkkəyə girən görmüş, bunu səhabələrinə xəbər vermişdi. Onlar da sevinmişdilər. Yanındakılarla birlikdə çıxdıqda kafirlər onları Hudeybiyyədə məğlub edib geri qayıtmaları onlara çox ağır gəldi. Bəzi münafiqlər isə şübhəyə düşdülər. Bu ayə o zaman enmişdir. "And olsun, inşaAllah, Məscidülharama təhlükəsizlik içində saçınızı tamamilə qırxaraq, (bəziləriniz) bir az qısaldaraq qorxusuz-xətərsiz girəcəksiniz. Lakin Allah sülhlə bağlı fayda baxımından sizin bilmədiyiniz şeyləri bildiyi üçün ondan əvvə,l yəni Məkkəyə girmədən əvvəl yaxın fəth bəxş etdi." Bu da Xeybər fəthi idi. Bu yuxu növbəti il təsdiqləndi (reallaşdı). (9)
 
 Peyğəmbərimiz (s.ə.v.) hicrətin 8-ci ilində Məkkəyə daxil olaraq bu şəhəri fəth etmişdir. Peyğəmbərimiz (s.ə.v.) möminlərə bu müjdələri verəndə mövcud vəziyyət bu cür deyildi. Hətta şərtlər tam əksini göstərir, müşriklər möminləri əsla Məkkəyə qoymaq istəmirdilər. Bu isə ürəyində xəstəlik olanların, Peyğəmbərimizin (s.ə.v) söylədiklərinə şübhə ilə baxmasına səbəb olmuşdur. Ancaq Peyğəmbərimiz (s.ə.v) Allaha inanaraq, insanların nə deyəcəyinə heç əhəmiyyət vermədən, Allahın ona bildirdiyinə iman gətirmiş və bunu insanlara açıqlamışdır. Rəbbimizin Peyğəmbərimizə (s.ə.v) xəbər verdiyi bu qeyb xəbərinin reallaşması milyonlarla insanın şahid olduğu böyük möcüzədir.
 
 
MİSİRİN FƏTHİ
 
 Siz Misiri fəth edəcəksiniz. Misir (pula) "kirat" deyilən yerdir. Oranın xalqına xeyir tövsiyə edin. Onların bir zimmət (qorunma), bir də rahim (qan qohumluğu) haqqı vardır. (10)
 
 Peyğəmbərimiz (s.ə.v) bu hədisində Misirin fəth ediləcəyini müjdələmişdir. Peyğəmbərimiz (s.ə.v) bu müjdəni verdiyi vaxt Misir romalıların hakimiyyəti altında idi. Bundan əlavə, müsəlmanların gücü hələ o qədər də çox deyildi. Ancaq Peyğəmbərimizin (s.ə.v) bu sözləri həqiqətə çevrilmiş, vəfatından çox keçmədən, Hz. Ömərin (ra) xəlifəliyi dövründə, b.e. 641-ci ilində Əmr ibn Asın rəhbərliyi ilə müsəlmanlar Misiri fəth etmişlər. (11)
 Bu hadisə Peyğəmbərimizin (s.ə.v) həyata keçən qeyb xəbərlərindən biridir.
 
 
Roma və İran torpaqlarının fəthi
 
 Kəsra öldükdə ondan başqa Kəsra olmayacaq. Qeysər də ölsə, ondan sonra başqa Qeysər olmayacaq. Nəfsimi qüdrəti altında tutan Zati-Zülcəlala and olsun, siz hər ikisinin xəzinələrini Allah yolunda xərcləyəcəksiniz. (12)
 
Bu hədisdə işlədilən "Kəsra" sözü keçmişdə İran krallarına verilən addır. Qeysər isə Roma imperatoruna deyilirdi. Peyğəmbərimiz (s.ə.v) hədisində bu iki kralın sahib olduğu xəzinənin müsəlmanlara qalacağını müjdələmişdir.
 Burada bir xüsusa diqqət yetirmək lazımdır: Peyğəmbərimiz (s.ə.v) bu xəbəri müjdələdiyi dövrdə müsəlmanlar hərbi, iqtisadi və siyasi baxımdan hələ belə böyük fəth etməyə gücləri yox idi. Bundan əlavə, bu dövrdə İran və Bizans imperiyaları da güclü dövlətlər idi. Ona görə Peyğəmbərimiz (s.ə.v) bu iki fəthi xəbər verəndə siyasi və hərbi şərait buna əl vermirdi.
 
Lakin Peyğəmbərimizin (s.ə.v) xəbər verdiyi bu hadisələr eynilə həyata keçmışdır. Hz. Ömərin xəlifəliyi dövründə İran fəth edilmiş və bu fəthlə birlikdə Kəsraların hakimiyyətinə son qoyulmuşdur. (13)
 
 Qeysərin ölümü və xəzinələrinin müsəlmanlara qalması isə müsəlmanların Rəşidilərin dövründə Roma imperiyasına aid böyük mərkəzləri fəth etməsilə başlamışdır. Hz. Əbu Bəkir dövründən başlayaraq Qeysərin rəhbərliyi altındakı İordaniya, Fələstin, Şam, Qüds, Suriya, Misir kimi böyük mərkəzlərin hamısı fəth edilmişdir. İstanbulun 1453-cü ildə Osmanlı padşahı Fateh Sultan Mehmet tərəfindən fəth edilməsi və Roma İmperiyasının süqutu ilə Qeysər ünvanı da tarixə qarışdı. (14) Beləliklə, Peyğəmbərimizin (s.ə.v) dövründə siyasi və iqtisadi baxımdan qeyri-mümkün kimi görünən bu əhəmiyyətli fəthlər Allahın Hz. Məhəmmədə (s.ə.v) verdiyi möcüzə kimi reallaşmışdır.
 
 
Peyğəmbərimizin (s.ə.v) sual soruşulmadan cavab verməsi
 
 Quranda Hz. İsanın Allahın iznilə insanların "yediklərini və yığdıqlarını" xəbər verdiyi (Ali-İmran surəsi, 49),Hz. Yusufun isə " yemək gəlmədən onu xəbər verəcəyi" (Yusuf surəsi, 37) bildirilmişdirBu möcüzələr Allahın peyğəmbərlərinə olan lütfüdür.
 
Peyğəmbərimiz (s.ə.v) də hədislərdə xəbər verildiyinə görə, Allahdan bir möcüzə olaraq hələ ona sual verilmədən cavab vermiş, insanların ürəyindən keçirdiklərini bilmişdir. Məsələn, hədislərdə bildirildiyinə görə, Peyğəmbərimiz (s.ə.v) nə vaxt, haraların fəth ediləcəyini səhabələrə xəbər verirdi(15),  evə gələcək kəsləri hələ gəlmədən, otağa girəcək kəsləri hələ otağa daxil olmadan bilirdi. Bir adam gecikəndə gecikmə səbəblərini dərhal o adama xəbər verirdi. (16)
Peyğəmbərimiz (s.ə.v) münafiq düşüncəli şəxsləri, müsəlmanlara pis niyyətlə yanaşanları, içindən pis fikirlər keçirənləri dərhal tanıyırdı. (17)(Muhəmməd surəsi, 30) 
 
Hədislərdə bu möcüzələrlə əlaqədar yüzlərlə nümunə var. Bir hədisdə Peyğəmbərimiz (s.ə.v) Əbu Süfyanın içindən keçirdiklərinə cavab vermiş və Əbu Süfyan bu mübarək insanın peyğəmbərliyinə şahidlik etdiyini söyləmişdir:
 
 Əbu Süfyan məscidin bir kənarında otururdu. Bir gün Rəsulullah (s.ə.v) paltarına bürünərək evindən çıxdı. Əbu Süfyan oturduğu yerdən: "Görəsən bu nə ilə məğlub etdi?" dedi. Rəsulullah (s.ə.v) Əbu Süfyanın yanına gəlib əli ilə onun kürəyinə vurdu və: "Səni Allah ilə məğlub etdim" dedi. Əbu Süfyan: "Sənin Allah Rəsulu olduğuna şahidlik edirəm" dedi. (18)
 
 Peyğəmbərimizin (s.ə.v) insanların içindən keçirdiklərini anlayıb buna görə cavab verməsinə başqa bir nümunə isə Vabisə ilə bağlı olan hədisdir:
 
 Rəsulullahın (s.ə.v) yanına gəldim. Ondan yaxşılıq və günah haqqında hər şeyi ətraflı soruşmaq istəyirdim. Ətrafında müsəlmanlar oturmuşdu, dayanmadan ona sual verib fətva istəyirdilər. Onları yara-yara irəliləmək istədim.
- Allah Rəsulundan uzaq dayan, ey Vabisə!- dedilər. Belə cavab verdim:
- Buraxın məni  ona yaxşıca yaxınlaşım! O, yaxın olmaq istədiyim insanların ən sevimlisidir!
- "Buraxın Vabisəni!" buyurdu. İki-üç dəfə də mənə müraciətlə:
- "Ey Vabisə, yaxınlaş!" dedi. Nəhayət Ona yaxınlaşıb qarşısında oturdum. Mənə belə buyurdu:
- Ey Vabisə, sənə mən xəbər verim, yoxsa sən məndən soruşursan!"
- Əksinə, sən mənə xəbər ver! dedim.
Belə buyurdu:
- Yaxşılıq və günah haqqında soruşmaq üçün gəldin, elə deyilmi?
- Bəli! dedim. Bunun üzərinə barmaqlarının uclarını birləşdirib sinəmə vuraraq belə buyurdu:
"Ey Vabisə, ürəyinlə məsləhətləş, özünlə məsləhətləş! Yaxşılıq, insanlar sənə fətva versələr də, verməsələr də, öz ürəyinin sakitləşdiyi şeydir; günah da ürəyi narahat edən, sinədə gəzib dolaşan şeydir!"(19)
 
 Hədisdə də bildirildiyi kimi, Rəbbimizdən lütf olaraq Peyğəmbərimiz (s.ə.v) çox vaxt sual soruşulmadan əvvəl soruşulacaq sualları bilir və cavablayırdı. Peyğəmbərimizin (s.ə.v) qarşısındakı adamın niyyətini, düşüncəsini anlamasına başqa bir nümunə isə Əbu Dərdənin müsəlman olması haqqındakı hədisdir:
 
 Əbu Dərdə bir bütə tapınırdı. Abdullah ibn Rəvaha ilə Əbu Sələmə gedib o bütü sındırdılar. Əbu Dərdə gəlib bütü sınmış gördükdə belə dedii: "Heyif səndən, özünü müdafiə edə bilmədinmi?" Sonra Peyğəmbərimizin (s.ə.v) yanına gəldi. İbn Rəvaha yolda onu görüb dedi: "Bax,  Əbu Dərdə! Mütləq bizi axtarır!" Allah Elçisi (s.ə.v) də belə buyurdu: "Xeyr! Müsəlman olmaq üçün gəlir. Rəbbim Əbu Dərdənin müsəlman olacağını vəd etdi." (20)
 
 Yuxarıda verdiyimiz bütün nümunələr Peyğəmbərimiz Hz. Məhəmmədin (s.ə.v) Allahın istəyilə bir çox möcüzə göstərdiyinə dəlildir. Peyğəmbərimiz (s.ə.v) üstün əxlaqı, Allah qorxusu, dərin imanı, təvəkkülü və səmimiliyi ilə müsəlmanlara nümunə olmuş, möcüzələri ilə də iman gətirənlərin şövq və həyəcanının daha da artmasına vəsilə olmuşdur.
 
 
Peyğəmbərimizin (s.ə.v) qeyb məlumatlarına əsasən axırzaman  
 
 Axırzaman qiyamətdən əvvəlki dövrdür. Peyğəmbərimizin(s.ə.v) axırzamanda baş verəcək hadisələrlə əlaqədar bir çox xəbəri bizə çatmışdır. Bu hadisələrin yaşadığımız dövrdə bir-bir reallaşması Peyğəmbərimizin (s.ə.v) möcüzələrindən biridir. Hz. Məhəmməd (s.ə.v) yaşadığı dövrdən 1400 il sonra meydana gələcək hadisələri hərtərəfli izah etmişdir. Kometanın çıxması, İran-İraq döyüşü, Kəbə basqını, günəşdən bir əlamətin meydana gəlməsi, saxta məsihlərin üzə çıxması, fitnələrin çoxalması və əxlaqi degenerasiya kimi əlamətlər axırzamanda baş verən hadisələrin yalnız bir neçəsidir.
 
 Qeyd edək ki, Peyğəmbərimizin (s.ə.v) axırzaman haqqındakı hədislərindəki işarələr 1400 il ərzində müxtəlif vaxtlarda və dünyanın ayrı-ayrı bölgələrində müşahidə oluna bilər, ancaq hicri 1400-cü ildən etibarən bütün əlamətlər eyni dövrdə, bir-birinin ardınca reallaşır. Bu da Peyğəmbərimizin (s.ə.v) başqa bir hədisindəki xəbərin reallaşması deməkdir:
 "Qiyamət əlamətləri bir-birini aedınca  meydana gələcək. Bir boyunbağıdakı muncuqların ard-arda qopub tökülməsiı kimi."(21)
 
 Peyğəmbərimizin (s.ə.v) hədislərində axırzaman əlamətləri kimi bildirilən bu hadisələrin bir çoxu dövrümüzdə eynilə xəbər verildiyi şəkildə reallaşır. Son zamanlarda yer üzündə müharibə və qarşıdurmaların, terror, şiddət, anarxiya və qarışıqlığın, qırğınların, işgəncələrin getdikcə artması da axırzamanın ilk dövründə yaşadığımızı göstərir.
 
 Peyğəmbərimizin (s.ə.v) hədislərindəki məlumatlara görə Allah bu qaranlıq dövrdən sonra insanları axırzamanın qarışıqlığından xilas edəcək. Allah gözəl əxlaqdan uzaqlaşan insanlara, degenerasiyaya uğrayan cəmiyyətə doğru yolu göstərmək üçün 'Hz. Mehdi (doğru yola istiqamətləndirən) sifətini daşıyan üstün əxlaqlı bir qulunu vəsilə edəcək. Hz. Mehdi İslam dünyasını birləşdirəcək, Quran əxlaqının dünyaya hakim olmasına vəsilə olacaq və ikinci dəfə dünyaya gələcək müqəddəs şəxs Hz. İsa (ə.s.) ilə birlikdə axırzaman fitnələrinə qarşı fikri mübarizə aparacaq.
 
Peyğəmbərimiz (s.ə.v) hədislərində insanların dünyada və axirətdəki nicat tapmasına vəsilə olacaq çox dəyərli insan olan Hz. Mehdiyə tabe olmağı buyurmuş və onun dövründə baş verəcək bütün bu xeyirli hadisələri bildirmişdir:
 İbn Əbi Şeybə və Naim ibn. “Hammad Fitən” adlı əsərdə, İbni Macə və Əbu Naim isə İbn Məsuddan rəvayət etdilər. O dedi:
 
... O (Hz. Mehdi) yer üzünə hakim olar və özündən əvvəl təzyiq və zülmlə dolu olan yer üzünü ədalətlə doldurar. Sizdən Ona kim yetişsə, qar üstündə sürünərək də olsa getsin, Ona qoşulsun. Çünki o, Hz. Mehdidir.(22)
 
Peyğəmbərimiz Hz. Məhəmmədin (s.ə.v) istər Hz. İsa, Hz. Mehdi və axırzaman əlamətləri, istərsə keçmişdə baş vermiş hadisələr haqqında bildirdiyi möcüzələr bütün müsəlmanlar üçün böyük müjdə, Allahdan yardım və lütfdür. Bu möcüzələr, Allahın izni ilə, iman gətirənlərin imanlarını daha da gücləndirəcək və Allahın Peyğəmbərimizə (s.ə.v) nazil etdiyi müqəddəs kitabı Qurani-Kərimə daha çox şövqlə bağlanmasına vəsilə olacaq dəlildir.
 
 
 
MƏNBƏ:
 
1 http://en.wikipedia.org/wiki/Heraclius
2 Warren Treadgold, A History of the Byzantine State and Society, Stanford University Press, 1997, səh. 287-299.
3 http://fstav.freeservers.com/emperors/heraclius.html
4 Warren Treadgold, A History of the Byzantine State and Society, Stanford University Press, 1997, səh. 287-299.
5http://web.genie.it/utenti/i/inanna/livello2-i/mediterraneo-1-i.htm;http://impearls.blogspot.com/2003_12_07_impearls_archive.html; http://en.wikipedia.org/wiki/Heraclius
6 World Book Encyclopedia, 2003, Contributor: Bernard Reich, Ph.D., Professor of Political Science and International Affairs, George Washington University
7 Buhâri, Tefsir, Kasas Suresi 2, Kütüb-i Sitte- 729
8 Imam Taberi, Taberi Tefsiri, Cild 5, Ümit Yayıncılık, İstanbul, səh. 2276
9 Celâleyn Tefsiri Tercümesi, Tercüme: İbrahim Serdar, Yusuf Şensoy, Faith Enes Yayınevi, İstanbul, 1997, 3-cü cild, səh. 1843
10 Prof. Dr. İbrahim Canan, Kütüb-i Sitte Muhtasarı Tercüme ve Şerhi, 15-ci cild, Akçağ Yayınları, Ankara, səh. 420
11 H.U. Rahman, İslam Tarihi Kronolojisi, Birleşik Yayıncılık, İstanbul 1995, səh. 70-71
12 Prof. Dr. İbrahim Canan, Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, 15-ci cild, Akçağ Yayınları, Ankara, səh. 416
13 http://www.mustakiim.de/Islam/Islam%20Tarihi/bilgi5.htm
14 a.g.e.
15 İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü’l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, səh. 696-700)
16 İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü’l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, səh. 688-689
17 İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü’l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, səh. 689-691
18 Haris; İbn Hacer Askalani, Metalib-u Aliye 4, Tevhid Yayınları, 1996, 3839, səh. 17)
19 İbn-i Kesir, Peygamberimiz (sav)’in Şemaili, Mucizeleri, Çelik Yayınevi, səh. 361
20 İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü’l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, səh. 680
21 G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 1-ci cild, Gonca Yayınevi, İstanbul, 1997, 277/6
22 Ahir Zaman Mehdisinin Alametleri, Celalettin Suyuti, səh. 14
2010-11-22 14:22:18
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top