QƏDİM MİSİR VƏ FİRONLAR

Qədim Misir mədəniyyəti, eyni tarixlərdə Mesopotamiyada qurulmuş şəhər dövlətləri ilə birlikdə, tarixin ən qədim sivilizasiyalarından biri olaraq bilinir. Dövrün ən irəli ictimai nizamına sahib dövlətini quran Misirlilər, e.ə. 3000-ci illər ətrafında yazını tapıb istifadə etmiş, Nil çayından ən yaxşı şəkildə faydalanmış və ölkənin təbii quruluşu sayəsində çöldən gələcək hücumlara qarşı qorunmuşlar. Beləcə Misir mədəniyyəti böyük irəliləmə qeyd etmişdir.
 
Qədim Misir mədəniyyəti, Quranda inkar sisteminin ən açıq və dəqiq təsvir edildiyi "firon rəhbərliyinin" etibarlı olduğu bir mədəniyyət idi. Böyüklük göstərmişlər, arxa çevirmişlər, inkar etmişlər və bu səbəblə həlaka düşmüşlər. Nə mədəniyyətləri, nə ictimai və siyasi nizamları, nə də əsgəri müvəffəqiyyətləri onları həlak olmaqdan qurtara bilməmişdi.
 
Fironların nüfuzu
Misir sivilizasiyasının təməlində Nil çayının bərəkəti vardı. Bu çayın həyat verici xüsusiyyəti sayəsində Misirlilər Nil vadisində yerləşmiş və yağış e.ə.vsümlərinə asılı qalmadan çaydan təmin etdikləri suyla əkinçilik edə bilirdilər.
 
Nil vadisinin dar və uzunlamasına quruluşu, çayın ətrafına qurulan məskunlaşma vahidlərinin genişləməsinə çox imkan verməmiş, böyük şəhərlərdən ibarət yaranan bir sivilizasiya yerinə, daha kiçik diametrli qəsəbə və kəndlərdən ibarət olan bir mədəniyyət şəkillənmişdi. Bu vəziyyət fironların xalq üzərindəki hakimiyyətini yaxşıca göstərdi.
 
Tarixdə ilk olaraq, Kral Menesin E.Ə. 3000 ətraflarında köhnə Misiri böyük bir unitar dövlət olaraq öz hakimiyyəti altında birləşdirdiyi və Misirin ilk fironu olduğu bilinər. Əslində, "firon" xarakterizə etməsi ilk zamanlarda Misir kralının yaşadığı sarayı təyin edərkən, zamanla, Misir krallarının ünvanı halına gəldi. Bu səbəblə Köhnə Misirin hökmdarları olan krallar, zamanla "firon" olaraq xatırlanmağa başlandı.
 
Bütün dövlətin və ölkə torpaqlarının sahibi, idarəçisi və hökmdarı olan bu fironlar, Köhnə Misirin çox tanrılı əyri dinində, ən böyük tanrının dünyadakı bir əks olunması olaraq qəbul edildilər. Misir torpaqlarının idarəsi, paylaşdırılması, gəlirləri, qısaca ölkə sərhədləri içindəki hər cür mal və xidmət istehsalı, firon üçün reallaşdırılırdı.
 
Rəhbərlikdəki mütləqiyyət, ölkənin idarəçisi olan fironu, hər dilədiyini etdirə biləcək bir güc sahibi etmişdi. Hələ ilk sülalənin qurulması ilə birlikdə Misirin ilk kralı olan Menes dövründə, Nil suyunun kanallar vasitəsi ilə xalqa çatdırılmasına başlanmış, ayrıca ölkədə edilən istehsal, idarə altına alınaraq bütün mal və xidmət istehsalının krala köçürülməsi təmin edilmişdi. Bu mal və xidmətləri kral, xalqının ehtiyacı olduğu nisbətdə paylayır, paylaşdırırdı. Ölkədə belə bir hakimiyyət quran kralların, xalqı əsarət altına almaları o qədər də çətin olmadı. Misir kralı, yəni daha sonra yayılacaq sifətiylə firon, xalqının bütün ehtiyaclarını qarşılayan böyük qüdrət sahibi biri olaraq müqəddəs bir varlıq sayıldı və tanrılaşdırıldı. Fironlar da, özlərinin tanrı olduqları azğınlığına qəti olaraq inandılar.
 
Qədim Misirdə dini inanclar
Tarixçi Heredota görə, Qədim Misirlilər dünyanın ən "dindar" insanları idilər. Ancaq dinləri "haqq din" deyil, çox tanrılı azğın bir din idi və içində olduqları tünd mühafizəkarlıq səbəbiylə bu azğın dinlərindən heç cür imtina edə bilmirdilər.
 
Qədim Misir qövmü, içində yaşadığı təbii ətraf şərtlərindən çox təsirlənmişdi. Misirin təbii coğrafiyası ölkəni xarici hücumlara qarşı çox yaxşı qoruyurdu. Misirin dörd bir tərəfi çöllərlə, dağlıq ərazilərlə və dənizlərlə əhatəli idi. Ölkəyə edilən hücumların iki keçiş yolu olurdu və bu yolları müdafiə etmək Misir orduları üçün son dərəcə asan idi. Misirlilər, bu təbii şərtlər sayəsində xarici ölkələrdən mücərrədləndilər. Ancaq keçən əsrlər, bu mücərrədlənməyi tünd bir fanatizmə çevirdi. Beləcə Misirlilər inkişaflara və yeniliklərə bağlı, dinləri e.ə.vzusunda son dərəcə mühafizəkar bir görünüş qazandılar. Quranda tez-tez bəhs edilən "ataların dini" onların ən əhəmiyyət verdikləri dəyərləri halına gəldi
 
Onlar (Musaya və Haruna): “Bizi atalarımızın tapındığı dindən döndərmək, özünüz də yer üzündə böyüklük etmək üçünmü gəldiniz? Biz sizə iman gətirən deyilik!” – dedilər. (Yunus surəsi, 78)
 
Qədim Misirin dini bir neçə qola ayrılmışdı. Bunların ən əhəmiyyətliləri Qədim Misirin rəsmi dini, xalqın inanışları və ölümdən sonrakı həyat ilə əlaqədar inanmalarindan meydana gəlirdi.
 
Qədim Misirin rəsmi dininə görə Firon, müqəddəs bir varlıq idi. O, tanrılarının dünyadakı bir əks olunması idi və vəzifəsi də dünyada insanlara ədalət paylamaq və onları qorumaq idi.
 
Xalq arasında məşhur olan inanclar son dərəcə qarışıq idi və dövlətin rəsmi dini ilə zidd düşən bu inanclar Firon rəhbərliyi tərəfindən təzyiq altına alınmışdı. Təməldə çox tanrıya inanılır, bu tanrılar ümumiyyətlə heyvan başlı və insan bədənli olaraq təsvir edilirdi. Ancaq bölgədən-bölgəyə dəyişə bilən yerli ənənələrlə də qarşılaşmaq mümkün idi.
 
Tarixi qaynaqlarda Hz. Musa əvvəlində qövmü tək ilahlı dinlərə çağıran Misirlilərin varlığından da bəhs edilir. Əsas e.ə.vzu Misirlilərə ən əhəmiyyətli nümunə, Misir tarixinin ən diqqət çəkici fironu olan Neferkheperure Amenhotepdir, yəni IV. Amenofis.
 
Tək tanrıya inanan Firon: IV. Amenofis
IV. Amenofis E.Ə. 1375-ci ildə taxta çıxdığında əsrlərin gətirdiyi tünd bir mühafizəkarlıq və ənənəçilik ilə qarşılaşdı. Bu dövrə qədər cəmiyyət quruluşu və xalqın kraliyət sarayı ilə olan əlaqələri dəyişmədən gəlmişdi. Cəmiyyət, xarici hadisələrə və dini yeniliklərə qəti olaraq qapılarını bağlı saxlayırdı. Andıq Yunan səyyahları tərəfindən də təsbit edilən bu dəli mühafizəkarlıq, yuxarıda da açıqladığımız kimi, Misirin təbii coğrafi şərtlərindən qaynaqlanmaqda idi
 
Fironların xalqa mənimsətdirdiyi batil din, köhnə və ənənəvi olan hər şeyə qatqısız bir bağlılığı zəruri edirdi. Halbuki IV. Amenofis, bu dini mənimsəmirdi. Tarixçi Ernst Gombrich belə yazır:
 
“Qədim ənənənin müqəddəs hesab etdiyi bir çox vərdişi qaldırıb, xalqının, qəribə bir şəkildə təsvirlənmiş saysız tanrısına hörmət göstərmək istəmədi. Onun üçün tək bir uca tanrı vardı, o da Aton idi. Atona tapındı və onu günəş formasında imgeleştirtti. O biri tanrıların rahiblərinin təsirindən qorunmaq üçün, sarayını bu günki El-Amarnaya daşıdı." (Ernst Gombrich, Dünya Tarixi, sf. 25)
 
Atasının ölümündən sonra gənc yaşdakı IV. Amenofis, böyük bir təzyiqə məruz qaldı. Bu basqının səbəbi, ənənəvi çox tanrılı Misir dinini dəyişdirərək tək tanrı inancına söykənən bir din gətirmiş olması və hər sahədə köklü dəyişikliklərə girişməsi idi. Ancaq Teb qabaqda gələnləri, bu dini təbliğ etməsinə icazə vermədilər. IV. Amenofis və əhalisi Teb şəhərindən uzaqlaşaraq Tell El-Amarnaya yerləşdilər. Burada "Akh-en-aton" adında yeni və müasir bir şəhər tikdilər. IV. Amenofis də "Amonun Məmnuniyyəti" mənasını verən adını, Akh-en-aton yəni "Atona Boyun Əyən" olaraq dəyişdirdi. Amon, çox tanrılı Misir dinində ən böyük totemə verilən ad idi. Aton isə, Amenofisə görə "göylərin və yerin yaradıcısı" idi, ki, bu sifətlə Allahı qəsd etmiş olması qüvvətlə olabiləcəkdir. (Harun Yəhya, Qövmlərin Həlakı)
 
Hz. Musanın gəlişi.
Qədim Misirlilər tünd fanatizmləri səbəbi ilə bütpərəst inanışlarından imtina etmirdilər. Tarix boyunca tək bir Allaha ibadət edilməsi lazım olduğunu təbliğ edən kəslər gəlmişdi, amma Fironun qövmü həmişə köhnə azğın inanclarına geri dönmüşdü. Nəticədə, həm Misir xalqının haqq dinə qarşı batil bir sistemi mənimsəmiş və həm də İsrail oğullarının kölələşdirilmiş olduğu bir dövrdə, Allah, Hz. Musanı elçi (rəsul) olaraq göndərdi. Hz. Musa, həm Misiri haqq dinə dəvət etmək, həm də İsrail oğullarını köləlikdən qurtararaq doğru yola çatdırmaqla vəzifələndirilmişdi.
 
Fironun sarayı
Hz. Musa və qardaşı Hz. Harun, Allahın əmri istiqamətində Firona getdilər və ona haqq dini təbliğ etdilər. İstəkləri də, artıq Fironun İsrail oğullarına əziyyət verməməsi və onları sərbəst buraxaraq Hz. Musa ilə birlikdə getmələrinə icazə verməsi idi. Firon üçün illərcə yanında tutduğu birinin, qarşısına çıxıb belə danışması qəbul edilə bilməz bir vəziyyət idi. Bu səbəblə Firon onu nankorluqla günahlandırdı. Digər tərəfdən, Hz. Musanın təbliğ etdiyi haqq din, Fironun gücünü əlindən alır, onu digər insanların mərtəbəsinə endirirdi. Ayrıca Firon İsrail oğullarını sərbəst buraxsa əlindəki iş qüvvəsinin əhəmiyyətli bir qisimini itirəcək və Hz. Musaya itaət etmiş olacaqdı.
 
Bütün bu səbəblərdən ötəri Firon, Hz. Musanın izah etdiklərini dinləmədi belə. Ağılın tərəfindən onunla lağ etməyə çalışdı, axmaq suallar soruşaraq e.ə.vzunu dağıtamağa çalışdı. Bu vaxt Hz. Musa və Hz. Harunu, nizamı pozmağa çalışan kəslər olaraq göstərib, günahkar çıxarmağa da çalışırdı. Nəticədə nə Firon, nə də yaxın ətrafındakı qövmün qabaqda gələnləri Hz. Musa və Hz. Haruna itaət etmədilər.
 
Misirdən çıxış
Firona və yaxın ətrafına Hz. Musa vasitəsi ilə çəkindikləri şeylər açıqlanmış, Allah onları xəbərdar etmişdi. Buna qarşılıq onlar üsyan edib, peyğəmbəri dəlilik və yalançılıqla günahlandırdılar. Allah da onlar üçün alçaldıcı bir son hazırladı. Və Hz. Musaya olacaqları vəhy etdi. Bu hadisələr ayələrdə belə xəbər verilir:
 
"Musaya: 'Qullarımı gecə gedişə keçir, çünki izləniləcəksiniz' deyə vəhy etdik. Bunun üzərinə Firon şəhərlərə (əsgər) yığıcılar göndərdi. "Gerçək budur ki bunlar azlıq olan bir birlikdir. Və əlbəttə bizə qarşı da böyük bir hirs bəsləməkdədirlər. Biz isə oyanıq bir cəmiyyətik" (dedi). Beləliklə biz onları (Firon və qövmünü) bağçalardan və mənbələrdən sürüb çıxardıq. Xəzinələrdən və soylu e.ə.vqe(lar)dan da. İşdə belə; bunlara İsrailoğullarını varis etdik. Beləcə (Firon və ordusu) günəşin doğuş vaxtı onları izləməyə qoyuldular. İki birlik bir-birini gördükləri zaman Musanın adamları: "Həqiqətən tutulduq" dedilər." (Şuəra Surəsi, 52-61)
 
Tam belə bir mühitdə, İsrailoğulları tutulduqlarını zənn etdikləri və Fironun adamları da onları tutacaqlarını sandıqları bir sırada, Hz. Musa Allahın köməyindən əsla ümid kəsmədi və ayədə xəbər verildiyi üzrə; "Xeyr, şübhəsiz Rəbbim, mənimlə bərabərdir; mənə yol göstərəcək" (Şuəra Surəsi, 62) dedi.
 
Fironun sonu
 
Allah Hz. Musaya əsasını dənizə vurmasını vəhy etdi. Bunun üzərinə "... dəniz dərhal yarıldı və hər parçası böyük bir dağ kimi oldu." (Şuəra Surəsi, 63) Bu vəziyyətdə, Fironun belə bir e.ə.cüzənin reallaşdığını gördüyü anda, İlahi bir müdaxilə ilə qarşı-qarşıya oldugunu anlaması lazım idi. Dəniz, Fironun öldürməyə çalışdığı insanların qarşısında açılaraq onlara yol verirdi. Üstəlik onlar keçdikdən sonra suların bağlanmayacağından əmin oluna bilməzdi. Ancaq buna baxmayaraq İsrail oğullarının ardından suya girdilər. Böyük bir ehtimalla, Firon və ordusu, içində olduqları azğınlıq və düşmənlik səbəbi ilə sağlam düşünə bilmə qabiliyyətlərini itirdilər və bu vəziyyətin e.ə.cüzəvi xüsusiyyətini qavraya bilmədilər.
 
Fironun son anlarını Allah, Quranda belə bildirir
 
İsrail oğullarını dənizdən (sağ-salamat) keçirtdik. Firon və əsgərləri zalımcasına və düşməncəsinə onların arxasınca düşdülər. (Firon) batacağı anda: “İsrail oğullarının inandıqlarından başqa tanrı olmadığına iman gətirdim. Mən artıq (Ona) təslim olanlardanam!” – dedi.(Yunus surəsi, 90)
 
Burada Hz. Musanın bir möcüzəsini görmək mümkündür. Ayədə belə buyurulur:
 
Musa dedi: “Ey Rəbbimiz! Sən Firona və əyan-əşrafına dünyada zinət və mal-dövlət ehsan etdin! Ey Rəbbimiz! Sənin yolundan azdırmaq üçün verdin? Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və ürəklərini e.ə.hürlə (sərtləşdir) ki, şiddətli əzabı görməyincə iman gətirməsinlər!” (Yunus surəsi, 88)
 
Bu ayədən aydın olur ki, Hz. Musa, Fironun ancaq ağrılı əzab özünə gəlincə iman edəcəyini əvvəldən xəbər vermişdi. Necə ki sular yüksəldiyində, Firon həqiqətən də iman etdiyini söyləməyə başladı. Ancaq bu davranışın səmimiyyətsizliyi, çox açıq idi. Firon özünü ölümdən qurtara bilmək üçün belə demişdi.
 
Fironun son anda sözdə iman etməsini və bağışlanma diləməsini Allah qəbul etməmiş, Firon və ordusu sular altında qalaraq həlak olmaqdan xilas ola bilməmişlər.
 
"... FƏLAKƏTLƏR BÜTÜN MƏMLƏKƏTİ QUCAQLAMIŞDI..."
 
Fironun qövmünə isabət edən fəlakətlər, bəzi Qədim Misir qaynaqlarında da ifadə edilmişdir. Yuxarıda məşhur Ipuver Papirüsündə (2. Hissə, 5-6) belə yazılıdır: "Fəlakətlər bütün məmləkəti əhatəsinə almışdi Hər yerdə qan vardı..."
 
HAMAN
19-cu əsrdə Misir heroglifləri oxunanaqədər "Haman" ifadəsi bəlli deyildi. Herogriflər oxunandan sonra Hamanın fironun yaxın bir köməkçisi və "daş mədənlərının başçısı" olduğu aydın oldu. (Aşağəda, Misirdəki inşaat fəhlələri) Diqqət edilməli olan bir məsələ, bundan 1400 il əvvəl endirilən Quranda da, Hamanın Fironun əmrində inşaatları idarə edən bir adam olaraq xatırlanmasıdır.
2010-11-22 14:30:06
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top