XRİSTİAN GÖZÜ İLƏ AXIR ZAMAN ƏLAMƏTLƏRİ

Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v.)in hədislərində xəbər verdiyi, qiyamətdən əvvəl yaşanacaq olan dünya tarixindəki son dövrə "axır zaman" deyilir. İndiki vaxtda meydana gələn hadisələri, hədislərin və İslam alimlərinin şərhləri işığında araşdırdığımızda, içində yaşadığımız dövrün axır zaman olduğu aydın olur. Hədislərə görə bu dövr eyni zamanda, Hz. Mehdi öndərliyində həqiqi islam əxlaqının yer üzündə hakim olacağı, Hz. İsanın yer üzünə ikinci dəfə gəlib, Kitab Əhlini bir araya gətirəcəyi, bolluq, bərəkət və zənginliyin müjdəsi Qızıl dövrün də yaşanacağı bir dövrdür. Xristianların müqəddəs saydığı qaynaqlar araşdırıldığında, bu qaynaqlarda açıqlanan axır zaman əlamətlərinin hamısına yaxın bir hissəsinin, Peyğəmbər Əfəndimiz (s.ə.v.)in hədisləri ilə böyük bir paralellik göstərdiyi diqqəti çəkir.
 
Uca Allah, müxtəlif dövrlərdə elçilər göndərərək, kitablar endirərək insanlara haqq yolu göstərmişdir. Beləcə Hz. Adəmdən etibarən insanlar, Allahın varlığından və əmrlərindən xəbərdar edilmişlər; həyatla əlaqədar sualların ən doğru və hikmətli şərhini haqq dinlərdə tapmışlar.
 
Haqq dinlər, göndərildikləri dövrlərin mühit və şərtlərinə görə fərqli hökmlər ehtiva etmiş olsalar da, təməldə eyni inanc və əxlaqi modeli insanlara təqdim etmişlər. Hamısı, Allahın varlığı, birliyi, sifətləri, insanın və bütün varlıqların yaradılış məqsədləri, Allaha necə qul olmaq lazım olduğu, Allahın razılığını qazanacaq rəftarı, davranış və həyat forması, yaxşı, pis, doğru, səhv anlayışları, insanın dünyadakı həyatını necə tənzimləməsi, sonsuz həyatı üçün nələr etməsi vacib olduğu kimi mövzularda eyni təməl həqiqətləri insanlara köçürmüşlər.
 
Yəhudilik və Xristianlıq zaman içində bəzi pozulmalara düşmüş, müqəddəs kitablarının içinə bəzi batil inanclar və xurafatlar qarışmışdır. Ancaq yenə də bu iki dinin kitabları Quran ayələri işığında araşdırıldığında, haqq dinə aid bir çox inanc əsasının və əxlaqi dəyərin qorunmuş olduğu da görüləcəkdir. Əsas mövzu inanclar və dəyərlər, üç İlahi dinin ortaq inanc əsasları və əxlaqi dəyərləridir.
Bu ortaq inanclar araşdırıldığında, axır zaman və Hz. İsanın yer üzünə ikinci dəfə gəlişi mövzusuna Xristianların böyük bir əksəriyyətinin inandığı ortaya çıxır. Xristianlar, öz qaynaqlarını göz qarşısında saxlayaraq axır zaman əlamətlərinin bir-bir həyata keçdiyini və Hz. İsanın ikinci dəfə yer üzünə gəlişinin yaxın olduğunu düşünürlər. Bu vəziyyət İncildə belə açıqlanır:
İsa, Zeytun dağında tək oturarkən şagirdləri  yanına gəldilər. «Söylə bizə» dedilər, «bu dediklərin nə vaxt olacaq, sənin gəlişini və çağın bitimini göstərən əlamət nə olacaq?» İsa şagirdlərinə ikinci dəfə gəlişini və son (axır) zamanın əvvəlində ard- arda həyata keçəcək  olan əlamətləri gözləmələrini söylədi. (Matda 24:3)
 
Xristian qaynaqlarında xəbər verilən və axır zaman hədisləri ilə çaşdırıcı bir bənzərliyə sahib olan əlamətlərin bəziləri bu şəkildədir:
 
Saxta Peyğəmbərlər və Məsihlərin ortaya çıxması
 
Bir çoxları, `Məsih mənəm' deyərək mənim adımla gələcək, bir çox adamı çaşdıracaqdır. (Matda 24:5)
 
Bir çox saxta peyğəmbər törəyəcək və bunlar bir çox adamı çaşdıracaq. (Matda 24:11)
 
Son illərdə Jim Jones, David Koresh və bir çox adam Məsih olduğunu iddia etmişdir. Xristianların şərhinə görə, bu saxta peyğəmbərlər ən son saxta Məsih olan Dəccalın gəlişinə bir başlanğıc meydana gətirir. Peyğəmbərimiz (s.ə.v.)in hədislərində isə bu vəziyyətə bu şəkildə işarə edilmişdir:
 
Hər biri Allahın Elçisi olduğunu iddia edən otuza yaxın yalançı göndərilmədikçə qiyamət qopmayacaq. (Tirmizi, Fiten 43; Əbu Davud, Melahim 16)
 
Döyüşlər
 
Döyüş səs-küyləri, döyüş xəbərləri eşidəcəksiniz. Qorxmayın əsla! Bunlar olmalıdır, amma bu hələ son demək deyil. (Matda 24:6)
 
Son dövrdə dünyanın dörd bir tərəfindən tez-tez döyüş və qarşıdurma xəbərləri gəlir. Xüsusilə axır zamanda artan bu hadisələr Xristianlar tərəfindən də bir əlamət olaraq şərh olunur.
 
Xalq xalqa, dövlət dövlətə döyüş açacaq; bəzən qıtlıqlar, zəlzələlər olacaq. (Matda 24:7)
 
Tarix boyunca, döyüşlərdə ölən insan sayının ən çox olduğu dövr 20-ci əsr olmuşdur. Kütləvi qırğın silahlarının (nüvə, kimyəvi və bioloji) istifadəsi ilə gəlinən nöqtə, eynilə Xristian qaynaqlarında izah edildiyi kimi hədislərdə də vurğulanmışdır.
 
Dünya hərci mərc içində qaldıqda, fitnələr zühur etdikdə, yollar kəsildikdə, bəziləri bəzilərinə hücum etdikdə…" (Qiyamət-Axirət və Ahirzaman Əlamətləri, s. 454)
 
Qıtlıqlar
 
Xalq xalqa, dövlət dövlətə döyüş açacaq; bəzən qıtlıqlar, zəlzələlər olacaq. (Matda 24:7)
 
Efiopiya, Sudan kimi ölkələr başda olmaqla, qıtlıq Afrikada illərdir yaşanan və hər yaşdan insanın ölümünə səbəb olan həyati bir problemdir. Birləşmiş Millətlər Qida və Əkinçilik Təşkilatının (FAO) 2000-ci il hesabatına görə, 826 milyon insan qeyri-kafi bəslənir. Digər bir ifadə ilə, dünya üzərindəki hər altı adamdan biri aclıq çəkir. Bu vəziyyət İslami qaynaqlarda olduğu kimi Xristianlar tərəfindən də axır zamanın bir xəbərçisi olaraq qəbul edilir.
 
Qıtlığın, kasıblığın yayılması hədislərdə axır zaman əlaməti olaraq göstərilir:
 
Aclıq və həyat bahalılığı ala bildiyinə yayılacaq. (Ölüm-Qiyamət-Axirət və Axırzaman Əlamətləri, s. 440)
 
 
Zəlzələlər və təbii fəlakətlər
 
Xalq xalqa, dövlət dövlətə döyüş açacaq, bəzən qıtlıqlar, zəlzələlər olacaq. (Matda 24:7)
 
Şübhəsiz dünya tarixi boyunca hər vaxt zəlzələlər olmuşdur. Ancaq Xristianlara görə Hz. İsanın dönüşünə yaxın, bunların sayı artacaq. Son bir neçə il içində meydana gələn böyük və davamlı zəlzələlər, dünya ictimaiyyətinin gündəmində davamlı olaraq ilk sıralarda iştirak edir. Amerikan Milli Zəlzələ İnformasiya Mərkəzi məlumatlarına görə 1999-cu ildə, yer üzündə kiçik və ya böyük şiddətdə 20.832 zəlzələ meydana gəlmişdir. Bu zəlzələlərdə rəsmi şərhlərə görə təxmini olaraq 22.711 insan həyatını itirmişdir. Keçmişə baxdığımızda isə zəlzələ sayının çox az olduğunu görərik. ABŞ Geoloji Araşdırma Təşkilatı (USGS)ın hesabatlarına görə 1556-1975-ci illər arasındakı təxminən 400 ildə meydana gələn 0,5 və daha böyük şiddətdəki zəlzələlərin sayı yalnız 110-dur. Eyni təşkilatın şərhinə görə, 1980-2003-cü illər arasında yalnız 23 il içində meydana gələn 6.5 və daha böyük şiddətdəki zəlzələlərin sayı isə 1685-dir. Şübhəsiz bu rəqəmlər Hicri 1400-cü ilin başlanğıcından etibarən zəlzələlərin sayındakı artımı çox açıq bir şəkildə ortaya qoyur.
 
1990-cı illərdən bəri saysız tropik fırtına, xortum və qasırğa meydana gəlmiş, küləklərin sürətinin 200 MPH' nin üstünə çıxdığı görünmüşdür. Zəlzələlər, qasırğalar kimi təbii fəlakətlərin axır zaman əlaməti olduğu hədislərdə belə vurğulanmışdır:
 
"Bu hadisələr meydana gəlmədikcə qiyamət qopmayacaq... zəlzələlər çoxalacaq…" (Ramıq-Əl Ehadis, 476/11)
 
Qiyamətdən əvvəl on əlamət görmədən O, qopmayacaq. Onuncusu, insanları dənizə atacaq olan qasırğa(Qiyamət Əlamətləri, s. 288)
 
Axır zamanda dinsizliyin artması
 
Bunu bil ki, son günlərdə çətin anlar olacaq. İnsanlar, özlərini sevən, pul düşgünü, öyünən, qürurlu, söyüşbaz, ana ata sözü dinləməz, nankor, müqəddəslikdən və sevgidən məhrum, uzlaşmaz, böhtançı, özünü nəzarət edə bilməyən, azğın və yaxşılıq düşməni olacaqlar. Xain, tələsikçi, özünü bəyənmiş, Tanrıdan çox əyləncəni sevən, Tanrı yolunu tutmuş kimi görünüb bu yolun gücünü inkar edənlər olacaqlar. Belələrindən uzaq dayan. (Timothy 3:1-5)
 
"Allah açıq-aşkar inkar edilmədikcə qiyamət qopmaz. "(Son Zamanlarla Əlaqədar Hədislər, s. 85; Kitabül Burhan Fi Alametil Mehdiyyil Axır Zaman, s. 27)
 
Azğın fəlsəfələrin yayılması
Xristianlara görə axır zamanda Xristian inancından uzaqlaşmalar olacaq. Bir çox Xristian məzhəbi İncilin əsl təlimlərindən uzaqlaşacaq və New Age hərəkətlərinə, Şərq dinlərinə, meditasyona, reinkarnasiyaya, astrolojiye, ölü ilə ünsiyyətə, bütpərəstlik, cadukarlıq kimi müxtəlif inanclara yönlənəcəklər.
 
Ruh açıqca deyir ki, sonrakı zamanlarda bəziləri imandan dönəcək. Vicdanları sanki qızğın bir dəmirlə dağlanılmış olan yalançıların ikiüzlülüyü səbəbi ilə hiyləçi ruhlara və cinlərin təlimlərinə qulaq asacaqlar. Bu yalançılar evlənməyi qadağan edəcək, Tanrının, iman edən və həqiqəti bilənlərin təşəkkürlə yeməsi üçün yaratdığı yeməklərdən çəkinmək lazım olduğunu buyuracaqlar. (Timothy 4: 1-3)
 
Bu vəziyyət hədislərdə də belə vurğulanmışdır:
 
Haram olan şeylərin halal sayılmasıqiyamət əlamətlərindəndir. (Ölüm-Qiyamət-Axirət və Axır zaman Əlamətləri, s. 454)
 
Axır zamanda ümmətim haqqında ən çox narahatlıq duyduğum: ulduzlara (inanmaq), qədəri yalanlamaq… (Ramıq-Əl Ehadis, 1/1540)
 
Pisliklərin sürətlə çoxalması
 
Pisliklərin çoxalmasından ötəri bir çoxlarının sevgisi soyuyacaq. (Matda 24:12)
 
İndiki vaxtda zorbalıq, terrorizm, cinayət, təcavüz, fırıldaqçılıq, narkotik istifadəsi, işgəncə, alkolizm, oğurluq, kin, qiyamlar, eşcinsellik kimi anlayışlar gündən günə artaraq son dərəcə məşhur bir hala gəlmişdir. Xristian qaynaqlarda bu vəziyyət axır zaman əlaməti olaraq belə xəbər verilmişdir:
 
Bunu bil ki, son günlərdə çətin anlar olacaq. İnsanlar, özlərini sevən, pul düşkünü, öyünən, qürurlu, söyüşbaz, ana ata sözü dinləməz, nankor, müqəddəslikdən və sevgidən məhrum, uzlaşmaz, böhtançı, özünə nəzarət edə bilməyən, azğın və yaxşılıq düşməni olacaqlar. (Timothy 3: 1 - 4)
 
Axır zaman ilə əlaqədar hədislərə baxdığımızda isə bu sürətli degenerasiya müddəti belə xəbər verilir:
 
Pis insanların çoxaldıqca çoxalması, yalançıların doğru qəbul edilib doğruların yalançı sayılması, xainlərin etibarlı, etibarlı kəslərin xain sayılmasıqiyamət əlamətlərindəndir. (Son Zamanlarla Əlaqədar Hədislər, s. 92)
 
Bu hadisələr meydana gəlmədikcə qiyamət qopmayacaq… Ölümlər və qırğınlar məşhur hala gələcək… (Camiü's-Sagir, 3:211, Müsned, 2:492, 4:391, 392)
 
Günəş və ulduzlarda işarələrin olması
 
Günəşdə, Ayda və ulduzlarda işarələr olacaq. (Luka 21:25)
 
"Günəş əlamət olaraq doğulmadıqca Mehdi çıxmayacaq." (Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axır Zaman, s. 33)
 
Xristian qaynaqlarına görə; Günəşdə meydana çıxacaq olan bu əlamət, 20-ci əsrdə görünən böyük partlama ola bilər. Ayrıca 11 Avqust 1999-cu ildə reallaşan Günəş tutulması 20-ci əsrin sonuncu Günəş tutulmasıdır. İlk dəfə bu qədər çox insan Günəş tutulmasını, həm də bu qədər uzun bir müddət izləyə bilmiş, araşdırma fürsəti əldə etmişdir. Bu tutulmada diqqəti cəlb edən bir nöqtə də Türkiyənin də bu tam tutulmanın ən yaxşı izlənildiyi ölkələrdən biri olmasıdır. Bartından Silopiyə qədər, təxmini olaraq 12 şəhər və 100 mahal tutulmağı müşahidə edə bilmişdir. Bu hadisə də, Peyğəmbərimiz (s.ə.v.)in hədisində diqqət cəlb edən "Günəşdən bir əlamət" olaraq qiymətləndirilə bilər. (Ən doğrusunu Allah bilər.)
 
Bütün bunlar onu göstərir ki, İslamda olduğu kimi Xristian qaynaqlarında da axır zaman əlamətləri izah edilməkdə, qurtarıcı və Məsih gözləməsi var. Axır zaman, din əxlaqının yer üzündə hakim olduğu, Hz. Mehdi öndərliyində İslamın özünə çevirildiyi və məşhur bir şəkildə yaşandığı, bunun yanında Xristian dünyasının da Hz. İsa vəsiləsi ilə gözəl əxlaqın bu hakimiyyətinə qatıldığı və bunu davam etdirdiyi, Qızıl dövr ilə nəticələnən müqəddəs bir dövrdür. Xristian qaynaqlarında bu vəziyyətə belə diqqət çəkilir:
 
Bu hadisələr reallaşmağa başlayınca doğrulun və başlarınızı qaldırın. Çünki qurtuluşunuz yaxın deməkdir. (Luka 21:28)
 
Uca Allah Quranda, gözəl əxlaqın hakimiyyətini bütün möminlərə belə müjdələmişdir:
 
Allah aranızda iman gətirib yaxşı işlər görənlərə-yalnız Mənə ibadət edənlər, heç nəyi Mənə şərik qoşmazlar deyə-onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini (İsrail övladını yer üzündə kafirlərin yerinə gətirdiyi kimi onları da müşriklərin yerinə gətirəcəyini), onlar (möminlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (İslamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu əmin- amanlıqla (arxayınçılıqla) əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonar küfr edənlə, şübhəsiz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir! (Nur surəsi,55)
2010-11-23 18:01:24
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top