Dünyanı təsiri altına alan və bütün dünyanı dinsizliyə yonəltməyə çalışan dəccal sistemi masonluq, Xristian görünüşü altına girərək, Müsəlmanlığı fərqli göstərməyə çalışmaqdadır. Bu məqsədlərini reallaşdıra bilmək üçün Müsəlman görünüşü altında terroristlər yetişdirməyi planlamaqdadırlar. Müsəlmanlara tamamilə fərqli bir Mehdi görünüşü təqdim edərək, qan axıtmağın, qan tökməyin Hz. Mehdi (ə.s.) dövründə geniş yayılacağı fikrini verməyə çalışmaqdadırlar. Halbuki İslama görə, Əhli Kitab (Xristianlar və Yəhudilər) Müsəlmanlara əmanətdir. Müsəlmanlar, Əhli Kitabdan olan hər adamı qorumlı, onlara ən yaxşı imkanları təqdim edib onları rahatlandırmaqla cavabdehdirlər. Eyni Allaha inanan, Allahı bir və tək İlah olaraq candan xatırlayaraq Ona iman edən insanlara qarşı məsuliyyətimiz onları qorumaqdır. Bu mövzuda ən böyük və gözəl nümunə, Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.s)-in, öz dövründə Əhli Kitaba qarşı davranışları, onlara qarşı qoruyucu xüsusiyyətidir. Xristianlar və Yəhudilər, Peyğəmbərimiz (s.ə.s) dövründə son dərəcə rahat yaşamışlar, öz ibadətlərini istədikləri kimi və dinclik içində yerinə yetiriblər. Ayrıca, Peyğəmbərimiz (s.ə.s)-in hədislərindən də açıqca aydın olduğu kimi, Hz. Mehdi (ə.s.) dövründə heç qan axıdılmayacaq. Hz. Mehdi (ə.s.)-ın dövrü, sevgi, barış, sağlamlıq və dinclik dövrü olacaq. Bütün insanların bir-birinə hörmət etdiyi, Müsəlmanlar, Xristianlar və Yəhudilərin birlikdə təhlükəsizlik içində ibarətlərini yerinə yetirdiyi müqəddəs bir dövr olacaq. Hz. Mehdi (ə.s.)-ın zühur etdiyi bu müqəddəs dövr, bolluq, bərəkət, sevgi və gözəllik gətirdiyindən, Qızıl Çağ olaraq adlandırılacaq. Hz. Mehdi (ə.s.)-ın sevgi ilə hökm edəcəyini və bir damcı da qan axıtmayacağı Peyğəmbərimiz (s.ə.s)-dən rəvayət edilən hədislərdə belə xəbər verilmişdir: :
İnsanlar, bal arılarının bəyləri ətrafında toplanması kimi, Hz. Mehdi (ə.s)-ın ətrafında toplanarlar. Daha əvvəl zülmlə dolu olan dünyanı, ədalətlə doldurar. Ədaləti o cür olar ki, YUXUDA OLAN BİR İNSAN DA OYANDIRILMAZ VƏ BİR DAMLA QAN BELƏ AXIDILMAZ. Dünya, sanki səadət dövrünə geri dönər.
Hz. Mehdi (ə.s), Peyğəmbərin yolunda gedəcək, YATAN ADAMI OYANDIRMAYACAQ, QAN DA AXIDILMAYACAQ
.
ZAMANINDA NƏ BİR İNSAN YUXUSUNDAN OYANDIRILACAQ, NƏ DƏ BİR İNSANIN BURNU QANAYACAQ.
Ona (Hz. Mehdi (ə.s)-a) beyət edənlər, (Kəbə ətrafındakı) rükn və mövqe arasında beyət edərlər. YATANI OYANDIRMAZ, ƏSLA QAN TÖKMƏZLƏR.
Hz. Mehdi (ə.s.)-nın bəzi masonik mərkəzlər tərəfindən bu dərəcə fərqli tanıdılması, dünyada qarışıqlıq yarada bilmək və Xristianları Müsəlmanlara, Müsəlmanları da Xristianlara qırdıra bilmək məqsədi ilə edilir. Masonlar, inanclı insanların Allahı ucaldaraq, birlikdə hərəkət edərək güclənmələrinə maneə törədib, onlar arasında ayrılıq salmaq üçün və öz azğın fəaliyyətlərinə rahatca davam edə bilmək üçün çalışırlar. Masonik sistem, bu qanlı ideologiyanı yayıb, İslam aləminin başına lider olaraq da bu anlayışı müdafiə edən terrorist insanları gətirmək məqsədindədir. Terrorist liderlər, yenə bu masonik mərkəzlərin təsiri ilə qəhrəman göstərilməkdədirlər. Bu yolla dəccalın ordusu olan masonların hədəfi, həm Müsəlman aləmini həm də Xristian aləmini tamamilə yox etməkdir.
Hətta masonlar, bu yolla bir əhali planlamasını da hədəfləməkdədirlər. Darvinin məntiqini özünə təməl alanTomas Malthusun19-cuəsrdə ortaya atdığı azğın fikirlər, bu gün masonlar tərəfindən həyata keçirilməkdədir. Bilindiyi kimi Malthus, Darvinin "güclülərin zəifi əzməsi" şəklindəki azğın iddiasından güc alaraq, dünya səviyyəsində get-gedə artan əhali artımına maneə törədə bilmək üçün müharibələrin lazımlı olduğunu, şikəst və xəstələrin öldürülməsinin, əhali planlamasının təmin edilə bilməsi üçün vəbanın yayılmasın şərt olduğunu iddia etmişdir. Budur masonlar, dindar görünüşü altında, səmimi Xristianları və səmimi Müsəlmanları aldadaraq və bu azğın sistemi yayaraq, qırğınlara söykənən qorxunc bir əhali planlaması məqsədindədirlər. Hər iki tərəfi də tamamilə yox etmə niyyətindədirlər. Bu çirkin oyunun mütləq ifşa edilməsi və masonların bu azğın məqsədlərinin qarşısının alınması lazımdır. Xristianlar və Müsəlmanlar, masonların bu azğın oyununa qarşı mütləq sayıq olmalı, yanılmamalıdırlar.
Qaynaqlar:
1 Əl Kavlu'l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, sf. 29 və 48
2 Qiyamət Əlamətləri, sf. 163
3 Əl Kavlu'l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, sf. 44
4 əl-Heytemi, əl-Kavlu'l Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, s. 24