Əsərlərində və müsahibələrində Türkiyəni parçalamağa çalışan kommunist terror təşkilatı PKK-nın ateist fəaliyyətlərinin nəticəsində dindar Şərq xalqının böyük əzab və sıxıntılara məruz qaldığını vurğulayan cənab Adnan Oktar bölücü terror təşkilatının ateist fəaliyyətlərinin dayandırılması ilə orda yaşayan xalqın rifaha qovuşacaqlarını müjdələyir. Məlumatsız olduqlarından təşkilat xadimlərini bəzən "Kürd xalqını təmsil edərək savaşan Kürd milliyyətçi partizanlar" kimi qəbul edən Şərq xalqının bölücü təşkilatın ateist quruluşu və əsl hədəfləri haqqında məlumatlandırıldıqdan sonra rahatlıq və xoşbəxtliyə qovuşacağını söyləyən Cənab Adnan Oktarın fikirlərindən faydalanaraq hazırlanan qəzet elanlarında da bu mövzudan tez-tez bəhs edilir. Məsələn: "Fikri zəmində aparılan mübarizə terrora son qoyar" başlıqlı bir qəzet elanında bu mövzuya belə toxunulur:
“PKK gəncləri evlərindən çıxarıb aparır. Bu uşaqları əvvəl Darvinist, sonra ateist, ardınca kommunist, materialist və sonra da anarxist və terrorist olaraq yetişdirirlər. Kommunist etməmişdən əvvəl dialektik fəlsəfəni, Darvinizmi, canlıların təsadüfən meydana gəldikləri yalanını öyrədirlər. Bu təhsildən sonra ateist olurlar. Ateist olduqdan, canlıları Allahın yaratmadığı yalanı öyrədildikdən sonra onlara Marksist və Leninçi fikirlər tətbiq edilir və bundan sonra terrorist olurlar”.
Darvinist təhsil alan gənc insanları öldükdən sonra yox olan heyvan kimi görür. Bu təhsilin nəticəsində isə rahat şəkildə insan öldürən zalım bir terroristə çevrilir.
Marksist və Leninçi fikirləri mənimsədikdən sonra terrorist olmaqdan başqa yol yoxdur və artıq bu gənc Leninin aşağıdakı təlimatlarını həyata keçirmək üçün heç bir problem görmür:
"Polisləri, əsgərləri, dövlət məmurlarını öldürmək, dövlət təşkilatlarında yanğınlar törətmək… Dövlət xəzinələrindən pul oğurlamaq… İnqilabçı kommunist güclər məğlubedilməz silahlı qüvvə olaraq ortaya çıxmalı, insanları öldürərək, bombalayaraq, binaları partladaraq qorxu yaymaq və bu şəkildə cəmiyyət üzərində kommunist diktaturası yaratmaq iqtidara keçməyimizin əhəmiyyətli ünsürlərindəndir." (Vladimir Lenin, Teorik ve Pratik Terör Hakkında", Homizuri gp, Moskova 2005)
Cənab Adnan Oktar müsahibələrində də mütəmadi olaraq Şərq xalqının gözəl əxlaqından bəhs edir, sevgi və şəfqətlə yanaşılarsa, bütün problemlərin həll olacağına diqqət çəkir:
Adnan Oktar: Şərq xalqı… mən uşaq olduğum zaman Anadoluya tez-tez gedirdim, Şərq xalqı ilə də əlaqəm olurdu, çox gözəl xasiyyətli insanlardır, çox insanpərvər, mərhəmətli, şəfqətli, çox nəzakətli, hörməti, ədəbi-ərkanı çox yaxşı bilən sadə insanlardır. Bütün Anadolu xalqı kimi çarə sevgidədir, şəfqətdədir, mərhəmətdədir, dərin hörmət etməkdədir, çarə budur. Şəfqət, sevgi hər şeyi həll edir.
Hörmətli Adnan Oktarın 8 mart 2008-ci il tarixli mətbuat konfransından
Adnan Oktar: ... Hamısı mənim canım-ciyərim, qardaşlarımdır. Dərin məhəbbətlə, sevgi ilə hamısını çox sevirəm. Hamısı mənim qardaşlarımdır. Qəlbləri çox rahat olsun. Bu terror da, anarxiya da qısa müddətdə bitəcək inşaAllah. Hamısı rahat olacaqlar. Bütün Anadolu xalqı kimi, bütün millətim kimi qəlbən sevirəm. Səid Nursi və digər böyük alimlərin çıxdığı o bölgədə yaşamaq da onlar üçün böyük şərəfdir, böyük nemətdir. Hamısına qəlbən salamlarımı çatdırıram.
Denge TV / 3 iyul 2008
Adnan Oktar: … Hər şey sevgi ilə, qardaşca və dostca düşünülsə, imanla və Allah sevgisindən qaynaqlanan coşğu ilə həll ediləcək…
The Gulf Today / 2 noyabr 2008

Sabah, 17 Sentyabr 2008 Sabah, 11 Sentyabr 2008

Posta, 23 May 2008

Zaman, 19 Noyabr 2008
2010-11-24 13:35:53