TÜRK-İSLAM DÜNYASI ƏMƏKDAŞLIĞININ ƏHƏMİYYƏTİ DAHA YAXŞI BAŞA DÜŞÜLMƏYƏ BAŞLANDI

Cənab Adnan Oktar son vaxtlarda müxtəlif televiziya kanallarında və qəzetlərdə verdiyi müsahibələrdə Türk-İslam Birliyinin təsis edilməsinin bütün dünyaya sülh və rahatlıq gətirəcəyini qeyd etmişdir. Mövzunun əhəmiyyəti Harun Yəhyanın əsərlərindən faydalanılaraq hazırlanan qəzet elanları vasitəsilə də ictimaiyyətə çatdırılır.
Bu şərhlərdə cənab Adnan Oktarın diqqət yetirdiyi mövzulardan biri də Türk-İslam Birliyinin qurulmasının ticarət və iqtisadiyyatın inkişafına təsiridir. Buna gərə də cənab Oktar Türk-İslam ölkələrinin ortaq sərmayələr qoymasının, bu ölkələr arasında ticari canlılıq yaradılmasının, texnoloji və infrastruktur cəhətdən lazımi sərmayələrin qoyulmasının əhəmiyyətini həm əsərlərində, həm şərhlərində, həm də digər elmi işlərində xüsusilə vurğulamışdır.
Son zamanlar Türk-İslam Birliyi yolunda atılan addımların getdikcə artması və sürətlənməsi cənab Adnan Oktarın əsərlərinin və işlərinin əhəmiyyətli göstəricisidir. Türkiyənin qabaqcıl vətəndaş cəmiyyəti təşkilatları türk-Müsəlman dünyasının əməkdaşlığının əhəmiyyətini diqqət mərkəzində tutan çıxışlar edir, müxtəlif vətəndaşlar bu mövzuda əhəmiyyətli addımlar atırlar. Bunlardan biri də 5-6 İyul 2008-ci il tarixində təşkil edilən İslam Konfransı Təşkilatı yığıncağında TOBB Başçısı Rıfat Hisarcıklıoğlunun çıxışıdır.
Cənab Hisarcıklıoğlu çıxışında bunları bildirmişdir:
"Dünya torpaqlarının 28%-nə sahib olan və çox geniş ərazini əhatə edən İslam ölkələrinin fərqli iqtisadi strukturları və tutumları başda insan gücü olmaqla, çox zəngin qaynaqlara və potensiala sahib olduğunu", "Bu böyük bəşəri və maddi qaynağı eyni ölçüdə iqtisadi müvəffəqiyyətə çatdırmanın hər kəsin ortaq ideyası olduğunu", "Yüksək texnologiyaya əsaslanan istehsalı və məhsuldarlığı arzu edilən səviyyəyə çıxartmağın lazım olduğunu" bildirmişdir.
"Sabah" Qəzeti, 6 İyul 2008
Cənab Adnan Oktar “İslam Birliyinə Çağırış” adlı kitabında mövzu ilə əlaqədar bu fikirləri dilə gətirmişdir:
"Müsəlman ölkələrin iqtisadiyyatlarının fəaliyyəti və iqtisadi strukturları arasında müxtəliflik var. Bəzi ölkələrin iqtisadiyyatı yeraltı sərvətlərə (neftlə zəngin ölkələrdə olduğu kimi), bəzilərinin iqtisadiyyatı (coğrafi strukturlarının əlverişli olmasına görə) əkinçiliklə bağlıdır. Bu müxtəliflik qismən də olsa cəmiyyət strukturları üçün etibarlıdır. Bəzi ölkələrin çöl şəraitində yaşamasına baxmayaraq, bəzi ölkələrdə isə şəhər mədəniyyəti hakimdir. Ancaq bir ölkənin digərinin çatışmayan tərəfini bilməsi, birinin digərinin ehtiyacını ödəməsi, hər kəsin bildiyi mövzularda digərlərinə kömək etməsi bu müxtəlifliyi mühüm zənginlik qaynağına çevirər. Bu da İslam Birliyi ilə təmin edilə bilər."
"İqtisadi əməkdaşlıq həm sabitliyin təmin edilməsi baxımından, həm də inkişaf baxımından əhəmiyyətlidir. Bir çox Müsəlman ölkələrinin iqtisadiyyatının sabitliyə qovuşmasını təmin etmək və möhkəm əsaslar üzərinə qurulmasına kömək etmək lazımdır. İslam dünyasında sənayenin inkişafına əhəmiyyət verilməsi və mühüm sərmayələrin edilməsi zəruridir. Bir inkişaf proyektinin qurulması tələbatı var. Təhsil, iqtisadiyyat, mədəniyyət, elm və texnologiya bir yerdə inkişaf etməlidir. Bir tərəfdən iş yerləri açılmalı, digər tərəfdən işləyənlərin təhsil səviyyəsinin və keyfiyyətinin artırılması təmin edilməlidir. Cəmiyyətlərin daha da istehsalçı olmasına diqqət yetirilməlidir".
"Qoyulan ortaq sərmayələr və ortaq fəaliyyət bu məsələyə qarşı mühüm addım olacaq. Ortaq fəaliyyət sayəsində həm ölkələr qarşılıqlı olaraq bir-birlərinin təcrübələrindən istifadə edəcəklər, həm də yaradılan sərmayə sahələri hər iki tərəfin iqtisadiyyatı üçün də gəlir qaynağı olacaq".
"İslam dünyasının imkanlarını və gücünü birləşdirməsi ilə Müsəlman ölkələrində də yüksək texologiyaya əsaslanan xammal istehsal olunacaq. Yaradılan İslam ortaq bazarı sayəsində bir ölkədən ixrac olunan məhsullar gömrükdən rahatlıqla keçirilərək, başqa ölkədə asanlıqla satışa çıxarıla biləcək. Ticarət sahələri genişlənəcək, bütün Müsəlman ölkələrin bazar payı artacaq, ixracat inkişaf edəcək, bu, Müsəlman ölkələrdəki sənayeləşməni sürətləndirəcək, iqtisadiyyatın inkişafı ilə texnologiya da inkişaf edəcək. Müsəlman ölkələri digər sərmayə qruplarına qarşı birləşərək hərəkət edə biləcək və qlobal iqtisadiyyatın əhəmiyyətli bir parçasına çevriləcəklər".
Türk-İslam Birliyi ticarəti canlandıracaq, iqtisadiyyatı gücləndirəcək. İqtisadiyyatda, siyasi sahədə və mədəni sahədə Müsəlman ölkələri arasında bir bütünlük, geri qalanların sürətlə irəliləməsinə, lazımi imkana və infrastruktura sahib olanların bunlardan ən məhsuldar şəkildə istifadə etmələyə imkan yaradacaq. İqtisadi yüksəliş elm və texnologiyaya qoyulan sərmayələri də artıracaq. İqtisadiyyatın inkişafı ilə təhsil səviyyəsində də yüksəlmə olacaq, cəmiyyət hərtərəfli inkişaf edəcək.
İqtisadiyyatı güclü olan Türk-İslam aləmi Qərb dünyası və digər cəmiyyətlər üçün də əhəmiyyətli rifah qaynağı olacaq. Bu cəmiyyətlər qarşılarında güvən içində, narahatlıq hiss etmədən əməkdaşlıq edə biləcəkləri, ticarət edə biləcəkləri bir güc tapacaqlar. Bundan başqa, Qərb təşkilat və qurumlarının bu bölgələrin inkişafı üçün yardım fondlarına da ehtiyac qalmayacaq, bu fondlar dünya iqtisadiyyatının güclənməsi üçün istifadə ediləcək.
 
8 Mart 2008 TARİXLİ MƏTBUAT KONFRANSI
 
Mətbuat: İslam Birliyinə əsaslanan bir siyasi sistemdən bəhs etdiniz, bu mövzunu izah edə bilərsinizmi? Bu sistem necə qurulacaq? Bu günkü xalqlar sistemə necə inteqrasiya olunacaq?
Adnan Oktar: Bu sistemi izah edim. Bu sistemdə hər bir dövlət müstəqil olacaq. Yəni Türkiyə Türkiyə olaraq qalır, Azərbaycan Azərbaycan olaraq qalır, Türküstan Türküstan olaraq, hər kəs ayrı-ayrı. Bu bir könül birliyi, bir sevgi birliyidir. İnsan sevgisinə əsaslanan, terrora və şiddətə qarşı əməkdaşlıq edən, İQTİSADİ İNKİŞAF ÜÇÜN ƏMƏKDAŞLIQ EDƏN, fədakarlıq, comərdlik inancını önə gətirən, Allah sevgisini öndə tutan bir düşüncə olacaq.
 
 
CƏNAB ADNAN OKTARIN BOSNİYA TV MÜSAHİBƏSİNDƏN (3 İyun 2008)
 
Müxbir: İslam Birliyi mövzusunda digər insanlar fikir bildirdilər. Bəs bu istiqamətdə sizin fikriniz nədir?
Adnan Oktar: Türk-İslam Birliyinin meydana gəlməsi üçün hər şərait var. Məsələn, yoldaşlarımız bir neçə gün əvvəl Azərbaycanla Türkiyənin birləşməsinə aid qəzet elanı vermişdi. Hər tərəfdən çox gözəl, müsbət reaksiyalar gəldi. Azərbaycanın Respublika prezidenti də bunu istəyir. Fələstin, Suriya, İraq, Fas, Tunis, əl-Cəzair də həmçinin İslam birliyini istəyir. İstəməyən qalmayıb.
Müxbir: Bildiyiniz kimi, Avropa Birliyi artıq qurulub. Fransa prezidenti Aralıq dənizi ölkələri birliyinin qurulması üçün təşəbbüs irəli sürüb. Bu birliyə İslam ölkələrinin də daxil olması nəzərdə tutulur. Şimali Afrika ölkələri və təbii ki, Türkiyə, Bosniya Hersoqovina kimi ölkələrin də daxil olması nəzərdə tutulub. Bununla əlaqədar nə deyə  bilərsiniz?
Adnan Oktar: Baxın, Avropa Birliyi Xristian birliyini meydana gətirdi. Əgər xristian birliyi varsa, deməli Müsəlman birliyi də olacaq. Heç olmayacaq kimi görünən şey Xristian birliyi idi, bu çox rahat oldu. Türk ölkələri bölünmüş vəziyyətdədir. Türküstan, Qazaxıstan, Azərbaycanda tamamilə süni bölünmə var. Hər biri İslam ölkəsidir və biz Türk-İslam birliyində Yəhudilərin də rahat yaşamasını, İsrailin də xilas olmasını istəyirik. Türk-İslam birliyi elə bir birlik olacaq ki, burada hər kəs rahat şəkildə, təhlükəsiz yaşayacaq.
2010-11-24 13:37:48
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top