ŞƏRQ VƏ CƏNUB-ŞƏRQ VİLAYƏTLƏRİMİZDƏKİ ƏZAB VƏ ÇƏTİNLİKLƏR SEVGİ VƏ MƏRHƏMƏTLƏ HƏLL EDİLƏCƏK
Müxbir: Bölgədən söz düşmüşkən, bölgə ilə əlaqədar çox vacib hadisə - yaxınlaşan seçkilərin gərgin seçki atmosferində olacağı güman edilir və siz də siyasi araşdırmalar aparan əhəmiyyətli bir insansınız, bu barədə nə düşünürsünüz?
Adnan Oktar: … Bizim insanlarımız xeyirxahdır, gözəl xasiyyətlidir ən ağıllı hərəkəti edəcəklərini düşünürəm. Kommunist mənşəli bir partiyaya, Stalinist bir partiyaya səs verməzlər. Aydındır ki, PKK-nın kommunist və Stalinist düşüncəsi öz-özlüyündə xoşagəlməzdir,terrorist olması çox xoşagəlməzdir. Bununəvəzindəo bölgədətamamiləsevgi hakim olsun. Yəni rahatlıq hakim olsun. Hamısını bağrımıza basaq. Bu yaxınlarda da dedim. Paltarlardan yığaq, yemək yığaq o qardaşlarımıza yük maşınıları iləaparıb orada paylayaq. O uşaqların xoşuna gələn şeylər, oyuncaqlar paylayaq. Onların sevinci iləbiz xoşbəxt olaq. Yəni onsuz da onlar bombadan, müharibədənbezmiş insanlardır, onları yenidən müharibəniniçinəsalmağın nəmənası var?Əzabçəkdirməyin nəmənası var? Amma inşaAllah, Mehdinin zühuru ilə, Hz. İsanın nüzulu ilə, Türk-İslam Birliyinin meydana gəlməsi ilə bütün bu əzablar sona çatacaq. Müdhiş bir rahatlıq olacaq. O bölgədə, bütün bölgələrdə hamı rahatlığa qovuşacaq. Bir az da səbr etsinlər, inşaAllah çox gözəl olacaq.
Denge TV / 9 Dekabr 2008
Aparıcı: Bəli, təhsil dairəsində işləriniz var. Bu mənada Türkiyənin şərqinə baxdığımız zaman sizin dost qrupunuzun bura ilə əlaqədar işləri varmı?
Adnan Oktar: Təbii ki, var. Biz əvvəlcə Şərqin mədəni inkişaf dairəsinə daxil olmasını istəyirik. Bütün Türkiyədə olduğu kimi Materialist, ateist və Darvinist təhsilin oradan da silinməsini istəyirik. Əvvəl buna bir nizam verilməlidir. Sonra orada iqtisadi yüksəlişin, iqtisadi rifahın artması, oradakı qardaşlarımızın rahat, qardaşlıq düşüncəsi ilə, sevgi iləyaşamalarıdır. Bir məqsədimiz də budur. Onun üçün oraların zənginləşməsi, oralarda sənayenin inkişafı, əkinçiliyin inkişafı, insanlarımızın orada azad olması, Şərq-Qərb ayrı-seçkiliyinin ortadan qalxması, Şərqdən gələn insanlarımızın bura yerləşməsi, Qərbdən gələn insanlarımızın oraya yerləşməsi, buna görə də onların o gözəl əxlaqına nümunə olaraq bütün Türkiyədə də tanınmasını istəyirəm. Məsələn: Şərqlilərin gözəl bir cəhəti var, çox qonaqpərvərdirlər. Bu, o qədər də bilinmir. Ən gözəl yeməklərini, evlərinin ən gözəl hissəsini dostlarına, qonaqlarına ayırırlar. Çox hörmətpərvərdirlər, heyrətamiz hörmət anlayışı var Şərqdə. Bunların bilinməlidir. Bu sevgini artıran, onlara qarşı məhəbbəti artıran xüsusiyyətdir. Bunları inkişaf etdirə, daha da gücləndirə bilərik. Amma bunun üçün təbii ki, yaxşı mədəni əlaqə qurulmalıdır. Biz onsuz da ona üstünlük veririk.
Doğu TV / 27 Fevral 2008
Adnan Oktar:… hər kəs bir-birini sevməli… küçədə insanlar qarşılaşdıqları zaman bir-birlərinə salam verməli, sevgi ilə baxmalı, coşğulu olmalı, dostluq, qardaşlıq olmalıdır deyə düşünürəm. Mən illərdən bəri Türkiyədə daimi bir gərginlik olduğunu görürəm. Yəni bir sevgisizlik, gərginlik...
Iğdır TV / 28 Avqust 2008
Aparıcı: Yaxşı, son olaraq xüsusilə Şərqi Anadolu Bölgəsində yaşayan insanlara demək istədiyiniz bir şey varmı?
Adnan Oktar: Oradakı qardaşlarımız, cənub-şərqi Anadolu bölgəsindəki qardaşlarımız İslamı çox gözəl yaşayan, ta qədim zamanlardanbərigözəl yaşayan, dəyərlialimlərin çıxdığı, dəyərlielm adamlarının çıxdığı bölgəmizdir. Bizi süni şəkildəbölməyəçalışırlar,əslabu tələyə düşməsinlər. Bütün TürkiyəCənub-Şərq xalqını sevir, hamıhörmət edir. Mən oradakı vətəndaşlarımızın tərtəmiz insanlar olduğuna inanıram, çox hörmətli insanlar olduqlarına inanıram.Ən yaxşı həyat şəraitlərində yaşamalı olduqlarına inanıram. Oradakı ilk iş materialist, Darvinist, ateist təhsilin dayandırılmasıdır. Darvinizmə qarşı ciddi mübarizə aparılmalıdır. Bunun üzərində dayanmaq lazımdır. Anti-marksist, anti-kommunist fəaliyyət çox əhəmiyyətlidir. Kommunizmin zərərləri, marksizmin səhvləri izah edilməlidir. Bu mövzuda bizim uğurlu fəaliyyətlərimiz ola bilər, təbii, kifayətdir ki, yolumuz açılsın, bizə daha çox imkan verilsin. Bizə daha çox imkan verilsə biz bunu ən gözəl şəkildə edərik. Amma cənub-şərqdəki insanlarımıza təbii ki, yalnız bununla deyil, ilk növbədə yemək yardımı, paltar yardımı, yanacaq yardımı etməklə dərhal təcili tədbirlər görülməlidir. Əvvəl onları nə qədər sevdiyimizi, nə qədər qoruduğumuzu göstərilməliyik. Arada bizə göstərilən bu bölücü və ayrı-seçkilik salan siyasətin nə qədər anormal, lazımsız və çirkin olduğu izah edilə bilər. Müharibəyə və terrora da ehtiyac olmadığı izah edilər. Amma təbii, Allah qorusun, terror varsa təbii ki, oradakı əsgər xalqı müdafiə edər, yəni bu başqa məsələdir.
Doğu TV / 27 Fevral 2008
Adnan Oktar:… Bizim cənub-şərqdəki xalqımız çox mübarək çox möhtərəm insanlardır, çox da dindardırlar. Bizim bütün millətimiz kimi çox dindardırlar, çoxürəklidirlər, çox mehriban insanlardır.PKK başlarına bəla oldu, PKK-nın məqsədi onların dindarlığını ortadan qaldırmaqdır. Xalq çəkindi, indi məscidə gedə bilmir. Məsələn, oruc tutmaqdan çəkinirlər, Allah deməkdən çəkinirlər. Dini kitab oxuya bilmirlər, çünki PKK hər yerdədir. Hər an xəbər tuta bilərlər, budur, "bunlar Müsəlmandırlar" deyə bilərlər, şirin görünürlər Müsəlmanlara, amma onlara qarşı çox mərhəmətsiz və qəddar rəftar edirlər…
Ekin TV / 5 Yanvar 2008
Müxbir: … Bəs PKK terror təşkilatı Türkiyədən necə təmizlənə bilər? Yəni bunun yolları varmı sizcə?
Adnan Oktar: PKK terror təşkilatının təmizlənməsinin yolu antimaterialist, antidarvinist, antikommunist elmi mübarizə, fəlsəfi mübarizə aparmaqdır. Çünki onlar fəlsəfi mübarizə aparırlar. Darvinist təbliğat aparırlar. Marksist təbliğatı edirlər, materialist təbliğat aparırlar. Materialist təbliğata, Marksist təbliğata susmaq, Darvinist təbliğata susmaq, hətta ona bir növ uyğun mühit hazırlamaq təbii ki, təşkilatın (PKK) inkişafına səbəb olur. Əks-hücum çox əhəmiyyətlidir. Bunun olması, bir də cənub-şərqdəki vətəndaşlarımıza qarşı çox şəfqətli, sevgi dolu yaxınlaşmaq, onlara bəslədiyimiz dərin hörməti, sevgini, məhəbbəti hiss etdirməyimiz çox vacibdir. Bir də oraları heç olmazsa, möhkəm iqtisadiyyata qovuşana qədər qida, paltar, yəni təcili ehtiyaclarını ödəməklə dəstəkləmək.
Kanal 47 (Mardin) / 28 iyul 2008
Cənab Adnan Oktar yaxın gələcəkdə müharibələrin, qarşıdurmaların, anarxiya və terrorun tamamilə sona çatacağından bəhs edərkən, bunun yalnız Quran əxlaqından qaynaqlanan insan sevgisi ilə mümkün olacağını ifadə edir. Bu vasitə ilə fərqli dinlərə, fərqli irq və millətlərə mənsub insanlar olan son dərəcə mədəni və demokrat bir mühitdə rahatlıq və təhlükəsizlik içində yaşayacaqlar. Türkiyənin şərq və cənub-şərq bölgələrində yaşayan insanların sevgi və hörmətə layiq olan dəyərli insanlar olduqlarına Cənab Adnan Oktar müsahibəsində belə toxunur:
Müxbir: Ayrı-seçkilik edilirmi? Bu şərqlidir və s..
Adnan Oktar: Belə cahillər, yarımağıllılar, fitnəçilər, masonların xidmətçiləri, saxtakar, sevgisiz insanlar, insan sevgisini dadmamış, Allahdan qorxmayanlar təbii ki, ayrı-seçkilik salırlar. Amma onsuz da Allah onların başını əzir. Elə bir şey olmaz. Allahın yaratdığı hər qul müqəddəsdir və qiymətlidir. Oradakı bütün qardaşlarım, bütün Anadolu xalqı kimi çox qiymətlidirlər. Çox üstündürlər, birinci dərəcəli vətəndaşdırlar, hamısı qardaşımızdır, bunu bu şəkildəbilmək lazımdır.Əksini söyləyənlərin isə fitnəçi, cahil və ağılsız olduğunu da bilməkdə fayda var. Onun üçün onların sözlərinə heç etibar edilməməlidir, nəzərə alınmamalıdır. Dəyərsiz insanlardan, elə o tərz dəyərsiz sözlər çıxar. Dəyərsiz insanların dəyərsiz sözlərinə dəyər verməmək lazımdır.
Kanal 47 (Mardin) / 28 İyul 2008
Müxbir: İndi bilirsiniz, cənub-şərqdə terrordan zərər çəkmiş çox insan var, məsələn kəndlərdə, yəni oralara necə kömək edilə bilər? Nələr edilə bilər?
Adnan Oktar:Buralara ən gözəl köməkyük maşınlarına yemək doldurub, qida maddələri, qida maddələrinin xaricindədə,xüsusiləsoyuqda geyinəbiləcəkləri qalın qış vəya yaz paltarları, ayaqqabı, yəni təbii ehtiyaclar ola bilər, sağlamlıq vəsaitləri ola bilər, yəni gözəl, sağlam yaşaya biləcəkləri vəsaitlərgöndəriləbilər. Ora bol vəsaitgöndərilməlidir ki, oradakı dəyərliqardaşlarımız bunlardan rahat-rahat istifadəedə bilsinlər. Çünki şərq xalqı çox şərəflidir, yəni onlar razı olmazlar ki, sən aparıb onlara vəsaitpaylayasan, israr etsən götürərlər, beləinsanlardır onlar… Bütün Türkiyəmiz belədir, yəni utancaq, hörmətə layiqinsanlardır. Şərəfli insanlardır. Onun üçün israr etmək lazımdır. Evinəaparıb o şəkildəköməketmək lazımdır. Evlərəyük maşını ilə kitab paylamaq lazımdır.
Kanal 47 (Mardin) / 28 iyul 2008
Müxbir: Bəli, sonda buradan Mardin xalqına nə söyləmək istəyirsiniz?
Adnan Oktar: Mardinlilər mənim canım-ciyərim qardaşlarımdır.
Müxbir: Mardin, Midyat, Nusaybin, hamısı.
Adnan Oktar: Hamısı, hamısı Şanlıurfa, Diyarbəkir, Siirt, Tillo Səid Nursinin məmləkətidir. Orada mənim canım qardaşlarımın olduğunu bilirəm. Hamısını çox sevirəm. Oradakı Kürdlər, Ərəblər, seyidlər, Türklər, Lazlar… hamısı, hamısı mənim qardaşlarımdır və mənim üçün hamısı Türkdür. Hamısı şəxsən mənim qardaşlarım, canlarımdır. Eyni bayrağın altında, bir millət olaraq, bir bədən olaraq inşaAllah qardaşıq. Amma Allah bizi qövm-qövm yaratmış, Quranda da var, bir çox qövmdən də ola bilərik, heç fərqi yoxdur. Üstünlük ancaq təqva ilədir. "Allah qatında da ən yaxşı olanınız…" deyir Cənab Allah, şeytandan Allaha sığınıram, "… ən təqvalı olanınızdır" deyir. Bütün məsələ təqvalı olmaqda və səmimi olmaqdadır. Allah, şeytandan Allaha sığınaram, "ancaq səmimi olan qullarım xilas olar" deyir. Mənim oradakı qardaşlarım hər qövmdən ola bilər, mən onların gözəl əxlaqına baxıram və bu bayraq altında, bu vətənin vətəndaşı olaraq mən Türkəm deyir, mən o adamın anlından öpürəm. Yəni, mövzu bitmişdir.