QURAN ƏXLAQINA UYĞUN OLMAYAN DAVRANIŞ: LAQEYDLİK

Böyük təhlükələr, fəlakətlər, yolxucu xəstəliklər, ölüm... Bir çox insana təsir edən, düşünməyə sövq edən bu ibrətverici hadisələr bəzi insanların vicdanlarına ciddi təsir etmir, onlar üçün ötəri xəbər əhəmiyyəti daşıyır. Belə laqeyd həyat sürən insan çox əhəmiyyətli hadisələr qarşısında qəflətdə olur, bunların üzərindən rahatlıqla, düşünmədən keçir, gündəlik həyatına davam edir. Əlbəttə ki, burada əsas məqsəd kədərlənmək, romantik olmaq və ya düşünülməmiş addımlar atmaq deyil. Nəzərdə tutulan insanların əhəmiyyətli hadisələr qarşısında belə laqeyd rəftarlarını davam etdirməyi, bunlardan ibrət almamağı və özləri üçün nəticə çıxartmamağıdır.

Laqeydliyi həyat tərzi olaraq mənimsəyənlər

Laqeydliyi həyat tərzinə gətirən insanların özlərinə məxsus kiçik dünyaları var. Bu insanlar heç nəyi düşünmür və təkcə o anı yaşayırlar. Sanki ovsunlanıblar. Yaşadıqları həyatı pozmaq istəmirlər. Düşündükcə həqiqəti görüb, Allahdan qorxacaqlarını bildikləri üçün hər şeyə qarşı laqeyd olurlar. Məsələn, dünya həyatının müvəqqəti olduğunu, Allahın varlığını və axirətin həqiqiliyini xatırladan ölüm hadisəsi və ya qəza xəbəri bu insanlar üçün hər gün yaşanan, yüzlərlə insanın başına gələn normal hadisədir. Onlar düşünmək, ölümün yaxınlığını xatırlayaraq Allahdan çəkinib qorxmaq, tövbə etməkdənsə, bu mövzular üzərində heç düşünmürlər. Əksinə, bütün diqqətlərini gündəlik işlərinə verərək xəbərin üzərlərindəki təsirini azaltmağa çalışırlar. Halbuki Allah Quranda bu hadisələrin insanların ibrət alması üçün olduğunu bildirir:
 

"Münafiqlər ildə bir-iki dəfə bəlaya giriftar olduqlarını görmürlərmi? Bununla belə, yenə tövbə edib ibrət almırlar." (Tövbə surəsi, 126)
 
Diqqətlə baxsaq, bu insanların ölümdən qorxmadıqlarını, ölümün də doğum kimi təbii hadisə olduğunu tez-tez vurğuladıqlarını görürük. Bu insanlar ölümün axirət həyatının başlanğıcı olduğundan heç bəhs etmirlər. Həmişə başqaları öləcək, özləri isə sonsuzadək dünyada yaşayacaqmış kimi düşüncəyə sahib olurlar. Bu insanlar boş söhbətlər edərək ölümün yaxınlığını, Allaha hesab verəcəklərini düşünməkdən çəkinirlər. Ölümlə birlikdə heç kimin yenidən dünyaya dönmə ehtimalı olmadığına görə, öldükdən sonra dünyada edilənlərdən peşmanlıq duyulsa belə, artıq bunun geriyə yolu olmadığı üçün də bunlardan heç bəhs etmirlər. Allah bu laqeydliyi yaşayan insanların içində olduqları qəfləti "İnsanların haqq-hesab vaxtı yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər. Rəbbindən onlara (bir-birinin ardınca) elə bir yeni xəbərdarlıq (öyüd-nəsihət) gəlməz ki, onu məsxərəyə qoyub dinləməsinlər" (Ənbiya Surəsi, 1-2) ayəsi ilə bildirir.
 

 

Yaşananlardan ibrət almağı bacarmaq

Hər şeyə laqeyd yanaşan insanlar başlarına gələn fəlakətlərdə də Allaha sığınmırlar. Allahın insanların üzərində düşünməyi, çəkinib qorxmağı, Ona yönəlməyi üçün yaratdığı vulkan, zəlzələ, sel, yolxucu xəstəliklər kimi fəlakətlər belə bu insanların fikrini dəyişdirmir. Allah Quranda bu mövzu ilə əlaqədar dəniz fırtınasından xilas olan insanların laqeyd rəftarlarına geri dönmələrini ibrət kimi bildirir. Allah Quranda dənizin ortasında fırtınada çarəsiz qalan insanlardan, Allah onları xilas etdikdən sonra yenə laqeyd rəftarlarına geri dönmələrindən bəhs edir. Bu insanlar Allahın sonsuz qüdrətini görməyib laqeydlik göstərərək dünyəvi ehtiraslarına, din əxlaqından uzaq həyatlarına davam edirlər.

Allah Quranda bu həqiqəti belə bildirir:
 
"Sizə dənizdə bir çətinlik üz verdiyi zaman (Allahdan) qeyri ibadət etdiyiniz bütlər qeyb olar. Lakin O sizi xilas edib quruya çıxartdıqda üz döndərirsiniz. İnsan nankordur!" (İsra surəsi, 67).

Nə olursa-olsun bu fikirdə olan insanlar üçün hər şey mənasız və dəyərsizdir. Ciddi xəstəlik keçirməyin, başlarına gələn qəza və ya bəlaların olması bu insanlar üçün heç bir əhəmiyyət daşımır. Bu hadisələr qarşısında özlərindən razı insanların vəziyyətləri haqqında Allah Quranda belə buyurur:
 

"Barı, əzabımız onların başlarının üstünü alanda yalvaraydılar. Lakin (inadları üzündən) qəlbləri sərtləşdi və Şeytan da onlara etdikləri əməlləri süslü göstərdi." (Ənam surəsi, 43)
 

Qəflətdə yaşayan bu insanlar fəlakətləri, ölümləri, qəzaları və xəstəlikləri həyatın bir parçası kimi qiymətləndirirlər. Əslində ibrət olaraq yaradılan hadisələr bu insanlara görə keçmişdə necə yaşanıbsa, bu gün də eyni şəkildə yaşanan "təbii" və ya "qaçınılmaz" hadisələrdir. Halbuki Quranda Allah bəzi insanların sahib olduqları bu səhv anlayışı xəbər verir və onların “Atalarımıza da belə yaxşı-yaman günlər üz vermişdi”... (Əraf surəsi, 95) ifadəsi ilə ortaya qoyduqları yanlış fikri bildirir. Ayədəki ifadədən aydın olduğu kimi, bu insanların ortaq xüsusiyyəti başlarına gələn hadisələr üzərində düşünüb və Allahdan qorxub-çəkinmək əvəzinə laqeyd olmalarıdır. Ancaq bu laqeyd rəftarların heç biri onlara fayda verməyəcək.

Hər şey qədərlə yaradılır

Qəzalar, xəstəliklər, ölümlər, bir sözlə hər şey ancaq Allahın diləməsi ilə olur. Xəstəliyə səbəb olan hər cür mikrobu, qəzalara səbəb olan bütün vasitələri, hər yeri yox edən sel fəlakətlərini, qasırğaları Allah səbəb olaraq yaradır. Heç kimin bunların qarşısını alması və ya dəyişdirməsi mümkün deyil. Bu həqiqətə baxmayaraq, xəstəliyi meydana gətirənin virus, qəzaya səbəb olanın isə naşı sürücü olduğunun düşünmək Allahın unudulmasına və laqeyd münasibətin yaranmasına səbəb olacaq.

Allah yaratdığı hadisələrlə insanların düşünərək Ona yönəlmələrini, qorxub-çəkinmələrini və axirət yurdunu xatırlamalarını istəyir. Rəbbimiz bir ayəsində bu həqiqəti "Biz ən böyük əzabdan (axirət əzabından) əvvəl onlara mütləq dünya əzabından daddıracağıq. Bəlkə, (tövbə edib düz yola) qayıdalar!" (Səcdə surəsi, 21) şəklində bildirir. Başqa ayələrdə də Allah başlarına nə gəlirsə-gəlsin dərs almayan və qəflətdə yaşamağa davam edən insanların varlığına diqqət çəkir.

Laqeyd insanlar gözəlliklər qarşisinda da laqeyddirlər

Laqeyd insanlar təkcə təhlükələrə və ya həyati əhəmiyyət daşıyan hadisələrə qarşı deyil, gözəlliklərə qarşı da laqeyd olurlar. Gözəllikləri tərifləməmək, təqdir etməmək, bəyəndiyini bildirməmək, sevgi göstərməmək də laqeydliyin başqa formasıdır. Halbuki bu, Allah qorxusundan uzaq, ağıl və vicdana zidd əxlaqdır. Özlərinə bu mövzularda sədd çəkən insanlar bir müddət sonra Allahın yaratdığı nemətləri və gözəllikləri görməməyə, sevgidən uzaq, hər şeyə qarşı laqeyd olmağa başlayırlar. Sahib olduqları batil düşüncələri onları boşluğa, laqeydliyə və sevgisizliyə aparır.

Sevgiyə, mərhəmətə, yaxşı, gözəl və yeni şeylərə qarşı duyulan həyəcan hissini itirirlər. Bir çox insanı həyəcanlandıran, sevindirən hadisələr bu insanlarda təsir etmir. Hadisələrə reaksiya verməmələri və sakit olmaları ilə digər insanlardan fərqlənirlər. Bu səssizlikləri həm səs tonlarında, həm danışıqlarında, həm də baxışlarında özünü göstərir. Quranda bu insanlar üçün istifadə edilən "qəlblərində mərəz və ürəkləri qatı olanlar" (Həcc surəsi, 53) ifadəsi onların ruh halını müəyyən edir.

Qəlbləri daşlaşmış, vicdanları ilə hərəkət etməyən insanlar bilərəkdən və ya bilməyərək özlərinə çox böyük pislik edirlər. Allahın verdiyi nemətlər üçün Ona şükür etmək, Onun razılığını qazanacaq gözəl işlər görmək, Quran əxlaqını tətbiq etmək yerinə vicdanlarını korlaşdırırlar. Gözəl əxlaqlı, Allaha boyun əyən, hadisələrdəki hikmətləri görərək Onun rəhmətinə sığınan, şüurlu mömin xarakteri yerinə, laqeyd insan olmağı seçirlər. Allah bu insanların vicdanı vəziyyətlərini “Bundan sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da qatı oldu. Həqiqətən, bəzi daşların içərisindən nəhrlər axar, bəzisi yarılıb içindən su fışqırar və bəzisi də Allahın qorxusundan yuvarlanıb düşər. Allah sizin etdiklərinizdən, əlbəttə, qafil deyildir!" (Bəqərə surəsi, 74) ayəsi ilə açıqlayır.

Müsəlmanların rəftarı

Quran əxlaqını tətbiq edən müsəlmanlar isə son dərəcə həssas vicdana malikdirlər. Hər şeyin bir məqsədlə yaradıldığına şahid olduqları, hər hadisənin xeyir və hikmətlə yaradıldığına inandıqları üçün ətraflarında olanlara laqeyd qala bilmirlər. Qarşılaşdıqları hər hadisənin hikmətlərini görmək və anlamaq üçün həmişə səy göstərirlər. Əhəmiyyətli hadisələr qarşısında təmkinli olmaqla yanaşı, çox həssas və insanpərvərdilər. Başlarına gələn ən kiçik hadisədə belə, bunu Allahın xeyir və hikmətlə yaratdığını düşünür, Allaha sığınıb Ondan bağışlanma diləyirlər. Allah Quranda müsəlmanların bu davranışını nümunə olaraq göstərir, rəhmətinin və bağışlayıcılığının onlar üçün olduğunu bildirir:

 

O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” deyirlər. Onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət (Cənnət) gözləyir. Onlar doğru yolda olanlardır! (Bəqərə surəsi, 156-157)
2010-11-26 12:47:45
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top