FAŞİZMİN QADIN DÜŞMƏNÇİLİYİ

Faşizm, qadınlara qarşı qəribə bir düşmən möqeyindədir və qadınları kişilərdən səviyyə etibariylə aşağı hesab edir.
Bu gerçəyi 20-ci əsrin faşist liderlərinin nitq və çıxışlarında görmək mümkündür. Məsələn, Mussolini 12 Noyabr 1922-ci il tarixində Fransız Journal qəzet müxbiri olan Maurice de Valeffeyə verdiyi müsahibəsində qadınları açıq aydın alçaltmışdı:
"Mənim səs haqqını məhdudlaşdırmaq niyyətində olduğumu söyləyənlər var. Xeyr! Hər vətəndaş Roma Parlamenti üçün sahib olduğu səs haqqını qoruyacaq... Həmçinin sizə etiraf edim ki, qadınlara səs haqqı verilməsinin lazım olduğunu düşünmürəm. Bunun bir faydası yoxdur. Əlbəttə qadın bir kölə olmamalı, lakin onlara səs haqqı versəm məni məsxərəyə qoyarlar. Bizim dövlətimizdə qadın hesaba alınmamalıdır". (1)
1930-cu ildə böyük iqtisadi böhran başladığı vaxtlarda Mussolini qadınların işdən ixtisar olunması təlimatını vermişdi. Çünki qadınları "kişinin çörəyinə əl uzadan oğrular, kişi sonsuzluğunun günahkarları" olaraq görürdü. (2) 1932-ci ildə "Duçe" Fransız jurnalist Helene Gossetin verdiyi müsahibəsində qadınların dünyagörüşü haqqında qəribə fikirlər söyləmişdi:
"Qadın boyun əyməlidir…Analiz gücü varsa da, sintez gücü yoxdur. Heç bir zaman arxitektur bir əsər ortaya qoymayıb. Bir məbəddən danışmıram, bir daxma qurmasını istəyin qadından, öhdəsindən gələ bilməyəcək. Qadın, bütün sənətlərin sintezi olan memarlıqdan kənardır və taleyi də bu nöqtədə düyünlənilmişdir". (3)
Qadınlara iş həyatına tətbiq edilən bu məhdudlaşdırma təhsil sahəsində də özünü göstərmiş və alınan silsilə tədbirlərlə qadınların təhsil və iş həyatları məhdudlaşdırılmışdır. Məsələn, 30 Yanvar 1927-ci il tarixli fərman ilə qadınlara liseylərdə ədəbiyyat və fəlsəfə dərslərinin keçilməsi tamamilə qadağan edildi. 1928-ci ildə çıxardılan fərmanla qadınların təhsilinə qarşı qanuni tədbirlərə əl atılmış, qadınların orta təhsil müəssisələrində direktor vəzifəsində işləməsinin qarşısı alınmışdır. Qız şagirdlərinə orta təhsillərində və universitetlərdə təhsil haqqı iki qat artırılmışdır.
"Mussolininin Məclisə təqdim etdiyi 28 Noyabr 1933-cü il tarixli fərman mətnində isə bunlar yazılmışdır: "Dövlət qurumlarının işçi götürmək üçün keçirdiyi imtahanlarda qadınlara işləməyə qadağa qoyan şərtlər olmalıdır… Dövlət qurumları işləyən qadınların artmasına qarşı limit qoymaq məcburiyyətindədir". (1) Sentyabr 1938-ci il tarixli fərmanla qadınların dövlət qurumlarındakı iştirak payının, cəmi 10% olacağı bildirilmişdir.
 Faşist Almaniyasında isə qadınlara qarşı təyin olunan "ikinci sinif vətəndaş" statusu daha da nəzərəçarpan idi. Alman Milli Təhsil Nazirliyi, orta məktəb məzunlarının 10%-dən çoxunun qız olmamasına qərar vermişdi. 1934-cü ildə liseyi bitirmiş hər 10.000 qızdan sadəcə 1.500 nəfərinə ali təhsil qurumlarında oxumağa icazə verildi. 1929-cu ildə 39 nasiyonal-sosyalist (nasist) təhsil təşkilatı vardı. Bunların sadəcə ikisi qızlar üçün idi. Qızlara orta təhsilləri əsnasında Latın-dili dərslərinə girməyi qadağan etmək üçün də qanunlar çıxarıldı. Onlar hələ orta məktəbi bitirməmiş, ali məktəblərə və universitetlərə daxil olmaları qadağan edilirdi…(5)
Bunlar yalnız ictimai mövqe və ya əmək bölgüsü ilə əlaqədar tənzimləmələr deyil, Nasizmin əsl bioloji tətbiqatları idi. Faşizmin Analizi kitabının yazarı Maria A. Macciocchinin şərhinə görə Nasistlərin gözündə qadın heyvan idi. (6) Bu fəlsəfəyə görə qadın ibtidai bir irq, bioloji baxımdan aşağı səviyyəli məxluq idi. (7)
 
 
 
Qadın Düşmənçiliyinin Darvinist Mənşəyi
Faşistlərin qadınlara olan bu alçaldıcı yanaşmalarının mənşəyində Darvinizm durur. Faşistlər Darvinin irqlər arasındakı bərabərsizlik fikirini mənimsəməklə yanaşı, kişilərin qadınlardan üstün olduğu fikirlərini də mənimsəmişdilər.
Darvin, Descent of Man adlı kitabında qadınların idrak etmə, sürətli anlayışa və təqlid mövzusunda "daha aşağı irqlərin xüsusiyyətlərini daşıdıqlarını və buna görə də daha qədim mədəniyyətə sahib olduqlarını" yazmışdı. (8) Darvinin öz sözləri ilə desək təkamül - bir cinsin üzvlərinin, xüsusilə də kişilərin digər cinsi, hakimiyyəti altına almaq üçün mübarizə aparmaları deməkdir. (9) Həmçinin Darvinə görə qadınların bəzi xüsusiyyətləri aşağı irqlərə məxsus olduğundan, qadınlar kişilərə görə daha aşağı bir mədəni səviyyəyə sahib idilər. (10)
 Darvinə görə kişilər yalnız bədən və ağıl olaraq qadınlardan üstün olmaları ilə yanaşı eyni zamanda seleksiya gücünə sahibdirlər. Təkamül kişilərin əlində idi və qadınlar olduqca passiv idilər. Nəticə olaraq qadınlar daha az inkişaf etmiş və daha primitiv idilər, buna görə qadınların ən böyük zəiflikləri olan instinkt və duyğuları dözülməz idi. (11)
Darvin həyatı boyunca təkamül üçün əhəmiyyətli olduğuna inandığı kişi üstünlüyü fikirini davam etdirdi. Bu mövzu ilə əlaqədar əmisi oğluna Francis Galtonun nəzəriyyəsinə istinad ederək bunları söyləmişdi:
"... İki cinsin zehini bacarıqlarındakı başlıca fərq, istər dərin düşüncəni, sağlam fikiri, istər xəyal gücünü, istərsə də duyğuları olsun, tələb olunan işləri yerinə yetirən zaman kişi qadının vara biləcəyindən daha yüksək məqama çatıb. Şeir, şəkil, musiqi, (istər bəstə, istər səsləndirmə), tarix, elm və fəlsəfədə ən məşhur kişilərin və qadınların siyahıları hazırlansa, bu siyahılar müqayisə edilə bilməz. Bay Qaltonun Hereditary Genius adlı əsərində çox gözəl izah etdiyi sapma qanunundan, kişilər bir çox mövzuda qadınlardan qəti olaraq üstündürsə, kişidəki ortalama zehini gücün qadınınkından yüksək olması nəticəsinə də gələ bilərik." (12)
Darvinin bu fikirləri əslində onun qadınlara qarşı şəxsi yanaşmasından da aydın olurdu. Darvin qadının evlilikdəki rolunu belə təsvir edirdi: "Davamlı yoldaşlıq, (yaşlılıqda belə sürən bir yoldaşlıq) sizinlə maraqlanacaq biri, bir itdən daha yaxşı əyləndirə biləcək, ev və evin məsuliyyətlərini öz üzərinə götürəcək biri…" (13) Göründüyü kimi Darvin ailə qurumuna və qadınlara tam bir materialist gözlə baxırdı. Bu dünyagörüşündə sevgidən, hörmətdən, bağlılıqdan, şəfqət və mərhəmətdən əsər əlamət yox idi.
 
Geneva Universitetində təbiət tarixi professoru olan təkamülçü və materialist Carl Vogt da qadınlara qarşı alçaldıcı fikirlər söyləyirdi. Vogt belə yazmışdı: "İnsan dişiləri kişilərdən çox aşağı, heyvan növlərinə daha yaxındır. Buna görə əgər standart olaraq özümüzə bir qadını almaq fikrində olsaydıq, daha çox meymunabənzər xüsusiyyətə rast gələrdik".
Darvini izləyən bir çox təkamülçü, qadınların bioloji və zehni baxımdan kişilərdən daha aşağı olduğunu iddiasında əl çəkmədilər. Hətta bəzi təkamülçülər kişiləri və qadınları iki fərqli psixoloji növ olaraq təsnif edirdilər: Kişilər homo-frontalis, qadınlar homo-parietalis hesab olunurdu. (14) Təkamülçü Morgan, Darvinin kişiləri qadınların nə üçün aşkar bir şəkildə alçaq və daha alt təbəqədə olduqlarının səbəbləri üzərində işi motivasiya etdiyini ifadə etmişdi. (15)
 Parisdə Tibb Fakültəsindən təkamülçü fizik Paul Broca isə (1824-1880) xüsusilə də kişilər və qadınlar arasındakı ağıl və beyin həcmləri ölçümləri ilə maraqlanmışdı. Qadın beyninin olduqca kiçik olan həcmini, onun ağılının az olmasına bağlamışdı.
Darvinin təqiblərindən təkamülçü ictimai psixoloq Gustave Le Bon isə (1841-1931) belə yazmışdı:
"Qadınların beyinləri kişilərdən çox qorillaların beyinlərinə yaxındır. Qadınların aşağı irq olması o qədər diqqətə çarpandır ki, heç kim bu həqiqət haqqında bir an belə mübahisə etmir, yalnız dərəcəsini müzakirə etməyə dəyər... Qadınlar insan təkamülünün ən aşağı formasını təmsil edirlər, yetkin və mədəni kişilərdən çox uşaqlara və vəhşilərə daha yaxındırlar. Vəfasızlıqda, əsassızlıqda, düşüncə və məntiq çatışmazlığında üstündürlər. Heç şübhəsiz ortalama bir kişidən daha üstün olan qadınlar mövcuddur, amma bunlar doğuşdan çirkin olan istisna şeylərdir. Məsələn, iki başlı bir qorilla kimi; nəticə olaraq onları tamamilə gözümüzdən kənarlaşdıra bilərik" (16)
Faşizmin qadınları alçaltması və xor görməsinin təməlində, Darvinizmin bu elmi təlqinləri yatır. Mussolininin qadınların ictimai haqlarını əllərindən alması, Hitlerin üstün irqi çoxaltmaq üçün "artım fermaları" quraraq, gənc qızları bu fermalarda SS zabitləriylə birlikdə olmağa məcbur etməsi, faşistlərin qadınlara olan münasibətidir. Darvinistlər də, faşistlər də qadın düşmənidirlər. Qadınları həm aşağı və dalda qalmış bir növ olaraq görmüş, həm alçaltmış, həm də onlara qarşı ayrı-seçkilik və təzyiqlər etmişlər.
 
Faşistlərin bu dünyagörüşləri Quran əxlaqı ilə ziddir. Allah Quranda qadınlara qarşı son dərəcə şəfqətli, hörmətli və qoruyucu davranılmasını əmr etmişdir. Bununla bərabər Hz. Məryəm və Fironun arvadı kimi üstün əxlaqa sahib qadınları insanlara nümunə göstərmişdir. Allah qatında üstünlük insanların irqlərinə, cinsiyyətlərinə və ya mövqelərinə görə deyil, Allaha olan yaxınlıq və iman güclərinə görədir. Allah Quranın bir çox ayəsində bütün iman edənlərin, qadın-kişi ayrı-seçkiliyi olmadan etdiklərinin qarşılığını əskiksiz olaraq alacaqlarını belə xəbər vermişdir:
 
 
Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: "İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. (Ali- İmran Surəsi, 195)
 
 
Mömin olmaqla bərabər, yaxşı işlər görən kişilər və qadınlar Cənnətə daxil olarlar. Onlara xurma çərdəyi qədər haqsızlıq edilməz! (Nisa Surəsi, 124)
 
Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Nəhl Surəsi, 97)
 
 
Ancaq dinin tərk edilməsi ilə birlikdə bu gerçəklər də tərk edilmişdir. Bunun yerinə isə hər cür irq və cinsiyyət ayrı-seçkiliyini yaradan faşizm, Darvinizm kimi xurafatlar inkişaf etmişdir.
 
 
 
 
Ədəbiyyat
 
1. Maria a. Macciocchi, Faşizmin Analizi , tərcümə edən: Camal Sürəəya, Payel Nəşrləri, İstanbul 2000, s. 108
2. Maria a. Macciocchi, Faşizmin Analizi , s. 126-127
3. Maria a. Macciocchi, Faşizmin Analizi , s. 126
4. Maria a. Macciocchi, Faşizmin Analizi , s. 128-129
5. Maria a. Macciocchi, Faşizmin Analizi , s. 132-133
6. Maria a. Macciocchi, Faşizmin Analizi , s. 134
7. Maria a. Macciocchi, Faşizmin Analizi , s. 163
8. John R. Durant, ''The Ascent of Nature en Darwin's Descent of Man'' en The Darwinian Heritage, Et. By David Kohn, Princeton, NJ: Princeton University Press, 1985, s. 295
9. Charles Darvin, The Origin of Species by Means of Natural Selection , New York: D. Appleton and Company, 1859 (1897-ci il nəşri), s. 108
10. Charles Darvin, The Descent of Man and Selection en Relation to Sex, New York: D. Appleton and Company, 1896, s. 563-564
11. Stephanie A. Shields, ''Functionalism, Darwinism, and the Psychology of Women; A Study en Social Myth.'' American Psychologist 30, nömrə. 1 (1975): 742
12. Charles Darvin, Seksual Seçmə, Qürur nəşrləri, Aprel 1977, Birinci Nəşr, Tərcümə edən: Önər Ünalan, s. 465
13. Charles Darvin, The Autobiography of Charles Darvin 1809-1882 (Et. by Nora Barlow), New York: W. W. Norton & Company, Inc., 1958, s. 232-233
14. Rosaleen Love, "Darwinism and Feminism: The 'Women Quesfion' en the Lifə and Work of Olive Schreinr and Charlotte Perkins Gilman" en David Oldroyd and Ian Langham (Eds.), The Wider Domain of Evolutionary Thought (Holland: D. Reidel, 1983), 113-131.
15. EIaine Morgan, The Descent of Woman, New York: Stein and Day, 1972, s. 1
16. Stephen Jay Gould, The Mismeasure of Man, New York: W. W. Norton & Company, 1981,s.104,105
2010-11-26 13:25:24
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top