QƏRBDƏ YAŞAYAN MÜSƏLMANLAR İSLAMIN SÜLHSEVƏR VƏ SEVGİ DOLU ƏXLAQINI ƏN GÖZƏL ŞƏKİLDƏ TƏMSİL ETMƏKLƏ ÖHDƏLİK DAŞIYIRLAR
Müsəlmanlar Allahın rəhməti ilə özlərinə iman və hidayət verilmiş xüsusi insanlardır. Allah onları seçmiş, onlara Özündən nur və anlayış nəsib etmişdir. Tarix boyunca bütün möminlər: peyğəmbərlər və onların davamçıları Allaha böyük sədaqət göstərmişlər, hər şərt və mühitdə ürəkdən Allaha yönəlmiş, var gücləri ilə haqqı müdafiə etmiş, insanlara yaxşılığı əmr etmişlər. Bu gün də biz müsəlmanlara düşən, peyğəmbərlərin və onları izləyən möminlərin dində və gözəl əxlaqda göstərdikləri dözümlülüyün eynisini göstərmək, maddi və mənəvi bütün imkanlarımızı səfərbər edərək Allahın varlığını, birliyini və Onun əmr və tövsiyələrini insanlara təbliğ etməkdir. Xüsusilə gəncliyin ürəkdən Allaha bağlı, Allahı çox sevən və Ondan çox qorxan dindar fərdlər olaraq yetişmələrinə vasitəçi olmaq bütün dünya müsəlmanları üzərinə düşən ən əhəmiyyətli vəzifələrdən biridir.
Digər tərəfdən hər müsəlman davranışları ilə də Allahın dinini ən gözəl şəkildə təmsil etməklə öhdəlik daşıyır. Müsəlmanlar Peyğəmbərimizin (s.ə.v.) Allaha yaxınlığını, Allaha itaətini, təvazökarlığını, təmizliyini, mehribanlığını, səmimiliyini nümunə götürməli, onun gözəl əxlaqda göstərdiyi qətiyyəti eyni şəkildə göstərməli, Peyğəmbərimiz kimi səmimi, insanlara qarşı onun kimi şəfqətli, xeyirxah, onun kimi mərhəmətli olmalıdırlar.
Qərbdə yaşayan müsəlman qardaşlarımız da istər Allahın varlığını və birliyini, istərsə də Allahın əmr etdiyi gözəl əxlaqı insanlara təbliğ etmə məsələsində bütün müsəlmanlar kimi eyni dərəcədə məsuliyyət daşıyırlar. Belə ki, Kitab Əhli ilə eyni torpaqlarda yaşamaları, onların bu məsuliyyətlə üz-üzə qoyur. Bu səbəbdən Qərb ölkələrində yaşayan hər təqvalı müsəlman, İslam dinini tanımayanlara İslamın gözəlliyini ən gözəl şəkildə izah etməklə bilavasitə öhdəlik daşıyır. Bundan əlavə Allahın Bir və Tək İlah olduğunu, hər yeri əhatə etdiyini, axirətin qəti həqiqət olduğunu, insanın dünyada etdiyi hər əməldən hesaba çəkiləcəyini onlara xəbər verməli, insanların şərik qoşmadan bilavasitə Allaha yönəlmələrinə səbəb olmaq üçün cəhd göstərməlidirlər. Bütün bu ibadətləri lazımi şəkildə tətbiq edən hər bir müsəlman, haqqı izləmiş, peyğəmbərlərin izindən getmiş olacaq.
Beləliklə, bütün peyğəmbərlərdə təcəlli edən bu cəsur və qərarlı müsəlman ruhunu və Allahın əmr etdiyi gözəl əxlaqı tamamilə mənimsəmiş olan hər bir müsəlman həyatının hər anında səmimi olacaq, Quranın xaricində heç bir əxlaq modelini mənimsəməyəcək və dolayısı ilə tərtəmiz, şərəfli ruha, dərin vicdana sahib olacaq.
Qərb ölkələrində yaşayan müsəlman qardaşlarımızın üzərinə düşən digər bir əhəmiyyətli məsuliyyət də, Kitab Əhlinə Peyğəmbərimiz (s.ə.v.) kimi şəfqət və xeyirxahlıqla yanaşmaq, dostumuz olduqlarını onlara hiss etdirməkdir. Bilindiyi kimi Peyğəmbərimizin (s.ə.v.) dövründə xristianlar və yəhudilər çox rahat və dinc mühitdə yaşamışlar.
Peyğəmbərimiz (s.ə.v.) onlara qarşı çox şəfqətli davranmış, onların dəvətlərinə getmiş, yeməklərini yemişdir, Yəhudilərlə alış-veriş etmiş, səhabələri də onlardan alış-veriş etməyə təşviq etmişdir. O dövrdə, xristianlar və yəhudilər Cənnət həyatı kimi rahat və dinc həyat yaşamışlarsa, bu dövrdə də eyni dinclik və etibarı onlara hiss etdirmək bu gün bütün müsəlmanların vəzifəsidir. Qərb ölkələrində yaşayan qardaşlarımız da Peyğəmbərimizin (s.ə.v.) bu sünnəsini yerinə yetirməklə öhdəlik daşıyırlar.
KİTAB ƏHLİ İLƏ ƏLAQƏDAR AYƏLƏR
Kitab Əhli İçində İman Edənlər və Onların Gözəl Yönləri
Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız. Əgər kitab əhli də (sizin kimi) iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. ….(Alı İmran Surəsi, 110)
Onların hamısı eyni deyil. Kitab əhli içərisində düzgün (sabitqədəm) bir camaat vardır ki, onlar gecə vaxtları səcdə edərək Allahın ayələrini oxuyurlar.(Ali İmran Surəsi, 113)
Onlar Allaha, axirət gününə inanır, (insanlara) yaxşı işlər görməyi əmr edir, (onları) pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər.(Ali İmran Surəsi, 114)
Onların yaxşılıq naminə etdikləri işlərdən heç biri inkar edilməz (mükafatsız qalmaz). Şübhəsiz ki, Allah müttəqi olanları tanıyır!(Ali İmran Surəsi, 115)
Həqiqətən, kitab əhli içərisində elələri də vardır ki, onlar Allaha, həm sizə, həm də özlərinə nazil olanlara (Qurana, Tövrata və İncilə) inanır, Allaha boyun əyərək Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir.(Ali İmran Surəsi, 199)
(Qurandan) əvvəl kitab vermiş olduğumuz kəslər (mömin yəhudi və xaçpərəstlər) ona inanırlar.(Qəsəs Surəsi, 52)
Onlara (Quran) oxunduğu zaman: “Biz ona inandıq. Doğrudan da, Rəbbimizdən (nazil olmuş) haqdır. Biz ondan əvvəl də müsəlman (təkallahlıq, Allahın vəhdaniyyətini qəbul edib yalnız Ona itaət və ibadət edən kəslər) idik!” – deyirlər.(Qəsəs Surəsi, 53)
Hz. Məhəmmədə (s.a.v.) Quran Endirildiyi Üçün Sevinənlər
İçlərindən İman edənlər Üçün Qorxu Yoxdur
İman gətirənlərdən (müsəlmanlardan), musavi (yəhudi), isəvi (xristian) və sabiilərdən Allaha, axirət gününə (sədaqətlə) inanıb yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır. (Qiyamət günü) onların nə bir qorxusu olar, nə də onlar bir qəm-qüssə görərlər.(BəqərəSurəsi, 62)
Verdiyimiz kitabı layiqincə (təhrif etmədən) oxuyanlar həmin kitaba iman gətirənlərdir, onu inkar edənlər (dəyişdirənlər) isə (dünyada və axirətdə) özlərinə zərər yetirənlərdir.(BəqərəSurəsi, 121)
Yaxşı əməl sahibi olun özünü Allaha təslim edən, İbrahimin hənif millətinə (dininə) tabe olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər? Həqiqətən, Allah İbrahimi (Özünə) dost tutmuşdur!(Nisa Surəsi, 125)
Lakin onların elmdə qüvvətli (möhkəm) olanları və möminləri sənə nazil edilənə və səndən əvvəl nazil edilənə və səndən əvvəl nazil olanlara inanır, namaz qılır, zəkat verir, Allaha və axirət gününə iman gətirirlər. Biz, əlbəttə, onlara böyük mükafat verəcəyik!(Nisa Surəsi, 162)
Kitab Əhlinin Yeməyinin Müsəlmanlara Halal Olması
Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır. Möminlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin (yəhudilərin və xaçpərəstlərin) azad və ismətli (özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan) qadınları mehrlərini verdiyiniz, namuslu olub zina etmədiyiniz və aşna saxlamadığınız təqdirdə (evlənmək üçün) sizə halaldır. İmanı dananın bütün işləri boşa çıxar və o, axirətdə zərər çəkənlərdən olar!(MaidəSurəsi, 5)
(Ey möminlər, yəhudi və xaçpərəstlərin sizi öz dinlərinə dəvət etmələrinə cavab olaraq) belə deyin: “Biz Allaha, bizə nazil olana (Qurana), İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladına (əl-əsbat) göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən (bütün) peyğəmbərlərə verilən şeylərə (möcüzələrə) inanmışıq. Onlardan heç birini digərindən ayırmırıq. Biz ancaq Allaha boyun əyən müsəlmanlarıq!”(BəqərəSurəsi, 136)
(Ey möminlər!) Əgər onlar da siz inandığınız kimi (Allaha) inanırlarsa, şübhəsiz ki, doğru yolu taparlar. Yox, əgər (imandan) üz döndərərlərsə, (sizə qarşı) ədavət bəsləmiş olarlar. (Ya Rəsulum! Belə olduqda sən onların düşmənçiliyindən qorxma!) Allah sənə (tezliklə sənin intiqamını) onlardan (almağa) kifayət edər. O, (hər şeyi) eşidəndir, biləndir.(BəqərəSurəsi, 137)
Müsəlmanların Kitab Əhlinə Dəvəti
(Ya Rəsulum!) Söylə: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! ( O kəlmə budur: ) “Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: “İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq (Allaha təslim olanlarıq)!”(Ali İmran Surəsi, 64)
Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər (Muhəmməd) və ona iman gətirənlərdir. Allah möminlərin dostudur!(Ali İmran Surəsi, 68)
Elçini Tanımaları
Kitab verilmiş şəxslər onu (Muhəmməd peyğəmbəri) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Özlərinə zərər edənlər, əlbəttə, iman gətirməzlər!(Ən'am Surəsi, 20)
(Ya Rəsulum!) Söylə: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! ( O kəlmə budur: ) “Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: “İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq (Allaha təslim olanlarıq)!”(Ali İmran Surəsi, 64)
...onların ən yaxın dostu görəcəksən. Bu onların (möminlərin) içində (bilikli, abid) keşiş və rahiblərin olması və onların özlərini yuxarı tutmalarına görədir.(MaidəSurəsi, 82)
Kitab əhlinin zülm edənləri (cizyə verməyənləri, sizinlə vuruşmaq istəyənləri) istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin! (Onlarla xoş rəftar edib ürəklərini ələ alın və özünüzdən incitməyin. Onların kobudluğuna nəzakətlə, qəzəblərinə soyuqqanlıqla cavab verin. Nalayiq işlər gördükdə nəsihət edib düz yola çağırın. Yox, əgər üstünüzə silah qaldırsalar, siz də silahlanıb onlarla vuruşun və onları təslim olmağa, cizyə verməyə məcbur edin!) Və (onlarla söhbət etdikdə) belə deyin: “Biz həm özümüzə nazil olana (Qurana), həm də sizə nazil olana (Tövrata və İncilə) inanırıq. Bizim də Allahımız, sizin də Allahınız birdir. Biz yalnız ona təslim olanlarıq!”(Ənkəbut Surəsi, 46)
Şübhəsiz ki, iman gətirənlərdən, yəhudilərdən, sabiilərdən və xaçpərəstlərdən Allaha və axirət gününə inanıb yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməzlər!(MaidəSurəsi, 69)
Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!(MumtəhinəSurəsi, 8)
PEYĞƏMBƏRİMİZİN (S.Ə.V.) ƏHLİ KİTABLA ƏLAQƏDAR BƏZİ HƏDİSLƏRİ
1. Hz. Peyğəmbər belə buyurmuşdur:
"Bir zimmiyi (məsuliyyət altına alınan adam) haqsız yerə öldürən cənnətin qoxusunu duya bilməz. Halbuki, onun qoxusunu qırx illik yoldan duya bilər." (Buxari, Cizyə, 5)
2. Peyğəmbərimiz (s.ə.v.),
"Hər kim zimmiyə zülm edər və ya daşımaqdan aciz olduğu yükü yüklərsə, o kimsənin rəqibiyəm"
3. "Kim bir muahimə zülm edər və ya gücünün yetdiyindən artıq iş yüklər ya da zorla ondan bir şey alarsa qiyamət günü mən onun rəqibiyəm."
(Əbu Davud, Xərac, 31-33)
4. "Kim bir zimmiyə əziyyət versə mən onun şikayətçisiyəm. Mən kimə qarşı (bu dünyada) şikayətçi olsam, qiyamət günündə də şikayətçi olaram."
(Aclını, Keşfu'l-Hafa' II, 218)
5. Hz. Peyğəmbər buyurur:
"Çəkinin! Kim, belə insanlara (yəni özləriylə müqavilə bağlanılmış olanlara) zalım və sərt olsa, onların haqlarını pozsa və ya edə biləcəyindən çoxunu yüklərsə və ya iradələri xaricində onlardan bir şey alsa, hökm günü onlardan mən şikayətçi olacağam." (Əbu Davud, Cihad; (İslamda Dövlət Nizamı, Əbu-l AL-Əl Mevdudi, Aypara Nəşrləri, 1967, s. 71)
6. Hz. Ömər zamanında fəth edilən ölkələrin heç birində, heç bir ibadət yerində heç vaxt hörmətsizlik edilməmişdir. Əbu Yusuf yazır:
"Bütün ibadət yerləri olduğu kimi buraxıldı. Nə onlar yerlə bir edildi, nə də məğlublar əşya və mallarından məhrum buraxıldı." (Əbu Yusuf, Kitab-ül Xərac; İslamda Dövlət Nizamı, Əbu-l Al-Əl Mevdudi, Aypara Nəşrləri, 1967, s. 74)
7. Hz. Əli:
"Hər kim ki, bizim zimmimizdir, onun qanı bizimki qədər müqəddəsdir, malları bizim mallarımız qədər təcavüzdən masundur" dedi. Başqa bir qaynaqda, Hz. Əlinin belə dediyi nəql edilir: "Zimmi vəziyyətini açıqca qəbul edənlərin malları və həyatları bizimki (yəni müsəlmanlarınkı) kimi müqəddəsdir." (İslamda Dövlət Nizamı, Əbu-l AL-Əl Mevdudi, Aypara Nəşrləri, 1967, s. 76)
8. Hz. Peyğəmbər (s.ə.v.), xristian olan İbn Harris b. Ka'b və dindaşlarına yazdırdığı razılaşma mətnində:
"Şərqdə və Qərbdə yaşayan bütün xristianların dinləri, kilsələri, canları, ismətləri və malları Allahın, Peyğəmbərin və bütün möminlərin himayəsindədir. Nasraniyet dini üzrə yaşayanlardan heç kim kerhen İslama icbar edilməyəcək. Xristianlardan kim hər hansı bir cinayətə və ya haqsızlığa məruz qalsa müsəlmanlar ona kömək etmək məcburiyyətindədirlər" maddələrini yazdırdıqdan sonra: "Əhli Kitab ilə ancaq ən gözəl üsullarla mübarizə edin. ..(Ankebut, 29/46) ayəsini oxudu. (İbn Hişam, Əbu Məhəmməd Abdulmelik, (v. 218/834), əs-Siretü'n-Nebeviyye, Daru't-Turasi'l-Arabiyye, Beyrut, 1396/1971, IV/241-242; Hamidullah, əl-Vesaik, s. 154-155, Nömrə. 96-97; Şərq Qərb qaynaqlarında birlikdə həyata, s. 95)