PEYĞƏMBƏRİMİZİN (S.Ə.V) ƏHLİ KİTAB İLƏ ƏLAQƏDAR BƏZİ HƏDİSLƏRİ
1. Hz. Peyğəmbər (s.a.v.) belə buyurmuşdur:
"Bir zimmiyi (məsuliyyət altına alınan adam) haqsız yerə öldürən cənnətin qoxusunu duya bilməz. Halbuki, onun qoxusunu qırx illik yoldan duyula bilər." (Buxari, Cizyə, 5)
2. Peyğəmbər Əfəndimiz (s.ə.v.),
"Hər kim zimmiyə zülm edər və ya daşımaqdan aciz olduğu yükü yüklərsə, o kimsənin rəqibiyəm"
3. "Kim bir muahime zülm edər və ya gücünün yetdiyindən artıq iş yüklər ya da zorla ondan bir şey alsa qiyamət günü mən onun rəqibiyəm."
(Əbu Davud, Xərac, 31-33)
4. "Kim bir zimmiyə əziyyət etsə mən onun şikayətçisiyəm. Mən kimə (bu dünyada) şikayətçi olsam, qiyamət günündə də şikayətçi olaram."
(Aclını, Keşfu'l-Hafa' II, 218)
5. Hz. Peyğəmbər (s.ə.v) buyurur:
"Çəkinin! Kim, belə insanlara (yəni özləri ilə müqavilə bağlanılmış olanlara) zalım və sərt olsa, onların haqlarını pozsa və ya edə biləcəyindən çoxunu yüklərsə və ya azad iradələrindən kənar onlardan bir şey alarsa, hökm günü onlardan mən şikayətçi olacağam." (Əbu Davud, Cihad; (İslamda Dövlət Nizamı, Əbu-l AL-Əl Mevdudi, Aypara Nəşrləri, 1967, s. 71)
6. Hz. Ömər zamanında fəth edilən ölkələrin heç birində, heç bir ibadət yerində heç vaxt hörmətsizlik edilməmişdir. Əbu Yusuf yazır:
"Bütün ibadət yerləri olduğu kimi qaldı. Nə onlar yerlə bir edildi, nə də məğlublar əşya və mallarından məhrum edildi." (Əbu Yusuf, Kitab-ül Xərac; İslamda Dövlət Nizamı, Əbu-l ALİ-Əl Mevdudi, Aypara Nəşrləri, 1967, s. 74)
7. Hz. Əli (ə.s):
"Hər kim ki, bizim zimmimizdir, onun qanı bizimki qədər müqəddəsdir, malları bizim mallarımız qədər təcavüzdən masundur" dedi. Başqa bir qaynaqda Hz. Əlinin belə dediyi nəql edilir: "Zimmi vəziyyətini açıqca qəbul edənlərin malları və həyatları bizimki (yəni müsəlmanlarınkı) kimi müqəddəsdir." (İslamda Dövlət Nizamı, Əbu-l ALİ-Əl Mevdudi, Aypara Nəşrləri, 1967, s. 76)
8. Hz. Peyğəmbər (s.ə.v.), xristian olan İbn Harris b. Ka'b və dindaşlarına yazdırdığı razılaşma mətnində:
"Şərqdə və Qərbdə yaşayan bütün xristianların dinləri, kilsələri, canları, ismətləri və malları Allahın, Peyğəmbərin və bütün möminlərin himayəsindədir. Nasraniyət dini üzrə yaşayanlardan heç kim kerhen İslama icbar edilməyəcək. Xristianlardan hər hansı biri hər hansı bir cinayətə və ya haqsızlığa məruz qalsa müsəlmanlar ona kömək etmək məcburiyyətindədirlər" maddələrini yazdırdıqdan sonra: "Kitab əhlinin zülm edənləri (cizyə verməyənləri, sizinlə vuruşmaq istəyənləri) istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin!. ..(Ənkəbut,-46) ayəsini oxudu.(İbn Hişam, Əbu Məhəmməd Abdulmelik, (v. 218/834), əs-Siretü'n-Nəbeviyyə, Daru't-Turasi'l-Arabiyyə, Beyrut, 1396/1971, IV/241-242; Hamidullah, əl-Vesaik, s. 154-155, Nömrə. 96-97; Şərq Qərb qaynaqlarında birlikdə həyata, s. 95)