RUSİYANIN İŞĞALÇILIQ SİYASƏTİ VƏ ONUN PƏRDƏ ARXASI

Kommunizm uzun müddət Sovet İttifaqı ilə eyni qəbul edildi. Sovet İttifaqının çökməsi isə bütün dünyada kommunist ideologiyanın da yox olması kimi dəyərləndirildi. Bunun nəticəsində kommunizmin vurduğu zərərlərin qısa müddətdə yox olacağı, Rus xalqının maddi və mənəvi qurtuluşa nail olacağı düşünülürdü. Halbuki SSRİ-nin dağılmasını kommunizmin yox olması kimi dəyərləndirmək çox böyük səhv idi. SSRİ-nin Müstəqil Dövlətlər Birliyinə çevrilməsi isə sadəcə olaraq saxta çöküşün davamı idi. Çünki, bütün dünyanın da şahid olduğu kimi Rusiyanın işğalçı siyasəti hələ də bu ölkələr üzərində davam edir və Qafqaz ölkələri üçün həqiqi mənada "müstəqil" demək hələ ki, mümkün deyildir.
Sovet İttifaqının bir əsrə yaxın müdafiə etdiyi və 20-ci əsri qana qərq edən, milyonlarla insana aclıq, səfalət, qorxu və dəhşət yaşadan bu təhlükəli ideologiyanın həqiqi mənada məhvi ancaq bu ideologiyaya dəstək olan fikirlərin və inancların çökdürülməsi ilə mümkün ola bilər. Rusiya modeli materialist dünya görüşünü, güclünün gücsüzü əzdiyi bir sistem və kommunist əxlaqı davam etdiyi müddətcə Sovet İttifaqının təsiri də əsla yox olmayacaq. Belə bir vəziyyətdə səfalət, yoxsulluq və aclıq davam edəcək, insanlara zülm ediləcək, təhlükəsiz və rahat həyat yaşamaq mümkün olmayacaq.
 
Kommunizmi dəstəkləyən ən əhəmiyyətli iki faktor Darvinizm və Materializmdir. Buna görə də bu ölkələrdə baş verən toqquşmaların, səfalətin, aclığın, narahatlığın və insanlara edilən zülmün səbəbkarı kimi Darvinist və Materialist düşüncə qəbul edilməlidir.
 
 
Kommunizm Darvinizm və Materializmin dəstəyi ilə varlığını qoruyub!
 
Darvinizm həyatın bir mübarizə və döyüş arenası olduğunu, bu mübarizədə isə güclü olanların, yəni düşmənini insafsızlıqla məğlub edənlərin üstün gələrək inkişaf edəcəklərini iddia edir. Darvinizmin başqa iddiası da insanların inkişaf etmiş bir heyvan növü olduqlarıdır. Darvinizmin və Materializmin ortaq iddiaları isə bütün kainatın və canlıların təsadüflərin əsəri olduğu və bir Yaradıcının olmadığıdır. Bu paraqrafda çox qısa olaraq izah edilən heç bir elmi sübutu olmayan bu iddialar kommunizmin 20-ci əsrdə bəşəriyyətə yaşatdığı zülmün arxasında yatan səbəblərdir. Buna görə də Darvinizmin yalnız elmi olaraq müzakirə edilən hər hansı bir nəzəriyyə kimi qəbul edilməsi böyük bir səhv olar.
Heç bir elmi sübutu olmamağına baxmayaraq, 150 ildir müəyyən mərkəzlər tərəfindən gündəmdə tutulan və nəzəri olaraq dəstəklənməyə çalışılan təkamül nəzəriyyəsi 20-ci əsrə bəla və kədər gətirən ideologiya və sistemlərin tək istinad nöqtəsi olmuşdur. Təkamül nəzəriyyəsinin etibarsızlığı sübut edilərək bütün insanlığa çatdırılması bu baxımdan böyük əhəmiyyət daşımaqdadır.
 
 
Kommunizm ölkələrə səfalət, aclıq və xaos gətirdi
 
Rusiya və Çin kimi ölkələrdə keçdiyimiz əsrdə baş verənlər Darvinizmin bir cəmiyyətə gətirəcəyi bəlaların və dərdlərin görülməsi üçün son dərəcə əhəmiyyətli nümunələrdir. Xüsusilə də Rusiyada 1917-ci ildə baş verən inqilabdan bu vaxta qədər olanlar kommunist quruluşun bir ölkəni necə uçuruma apardığını açıq-aşkar göstərir.
 
Bolşevik inqilabı ilə Rusiyada Darvinist-materialist düşüncə iqtidar oldu. Bu düşüncə rus xalqını çox böyük səfalətlərə, aclığa, çətinliklərə aparan yolun başlanğıcı idi. Rusiyada dünya tarixinin ən zalım qırğınları, soyqırımları və sürgünləri oldu. Kommunizmin nəzəri qurucuları Karl Marx və Friedrich Engels kimi kommunizmi tətbiq edən Lenin, Stalin və digər bolşeviklər də qatı Darvinist idilər və apardıqları siyasətləri və zülmləri Darvinizmin uydurma elmi dəlilləri ilə qanuniləşdirməyə çalışırdılar.
 
Qatı Darvinist olduqları üçün Lenin və Stalin insanları heyvan sürüsü kimi görür və insan həyatına heç bir dəyər vermirdilər. Kommunist tərəfdarlarla birlikdə reallaşdırdığı qanlı vətəndaş müharibəsindən sonra iqtidarı ələ keçirən Lenin qurduğu sistemə qarşı olan hər kəsi güllələtmiş, ölkə içində baş verən vətəndaş müharibələri üç il davam etmiş, Rusiya xarabalığa çevrilmişdi. Lenin bir iclasdakı çıxışında bu dəhşətli ifadələri işlətmiş və insan həyatına nə qədər az dəyər verdiyini göstərmişdir:
 
"Əgər kütlələr öz-özünə ayağa qalxmazsa heç bir şey edə bilmərik. Spekulyatorlara terror tətbiq etmədiyimiz, yəni dərhal oradaca başlarına bir güllə çaxmadığımız müddətcə heç bir nəticə də əldə edə bilmərik." (V. İ. Lenin, Polnoye Sobraniye Soçineniy, Moskva, 1958-1966, cild XXXV,s.311)  
 
Lenin ilə eyni fikirdə olan Stalinin dövründə günahsız insanlar evlərində tutularaq ölüm düşərgələrinə göndərilirdilər. Burada ağır işgəncə altında və ac işlədilən bu insanlar bir müddətdən sonra isə öldürülürdülər. Stalinin bu Darvinist-materialist dövləti insanların həyatlarını və insani dəyərləri qətiyyən qiymətləndirmirdi. Ukrayna düşərgələrindən birinin rəhbəri olan Martin Latsis hesabatlarından birində bunların həqiqi "ölüm düşərgəsi" olduğunu belə etiraf edirdi:
"Maykop yaxınlığındakı bir düşərgədə toplanan girovlar -qadınlar, uşaqlar və yaşlılar - palçıq içində və oktyabrın qorxunc soyuğunda, dəhşətli şəraitdə yaşayırlar… Ağcaqanadlar kimi qırılırlarQadınlar ölməmək üçün hər şeyi etməyə hazırdı. Düşərgəni qoruyan əsgərlər bu qadınların ticarətini etmək üçün bu vəziyyətdən faydalanırlar." (Kommunizmin Qara Kitabı, Doğan Nəşriyyat, İstanbul, s. 134-135)
 
Stalin "kommunizm layihəsini" reallaşdırmaq üçün ölkəni aclıq və səfalətə qərq etmiş zalım rəhbərlik qurmuş, kəndliləri zorla işlətmiş, dinlərini yaşamağa tamamilə mane olmuşdur. Stalinin ən böyük işlərindən biri isə Rusiya əhalisinin 80 faizini təşkil edən kəndlilərin torpaqlarını dövlət adına əllərindən almağı idi. Xüsusi mülkiyyəti ləğv etmək məqsədi ilə Rus kəndlilərin bütün məhsulu silahlı məmurlar tərəfindən toplandı. Bunun nəticəsində çox şiddətli aclıq baş verdi. Yeməyə bir şey tapa bilməyən milyonlarla qadın, uşaq və yaşlı aclıqdan öldülər. Qafqazda ölənlərin sayı bir milyonu keçdi. Dövlətin əli ilə kəndlilərin məhsullarına zorla alan "müsadirə dəstələri" quruldu. Bu dəstələr də müxtəlif zülmlər tətbiq etdilər. 14 Fevral 1922-ci ildə bir müfəttiş aşağıdakıları yazırdı:
 
"Müsadirə dəstələrinin haqsız hərəkətləri son həddə çatdı. Həbs olunan kəndlilər planlı şəkildə soyuq anbarlarda saxlanılırlar, qamçılarla döyülürlər və ölümlə hədələnirlər. Təhvil verəcəkləri planın hamısını verə bilməyənlər əlləri bağlanaraq, çılpaq şəkildə kəndin mərkəzi küçəsi ilə qaçmağa məcbur edilir və sonra da soyuq bir anbara atılırlar. Bir çox qadın huşunu itirənə qədər döyüldükdən sonra çılpaq şəkildə qarlı havada qazılan quyulara soxulur…" (Kommunizmin Qara Kitabı, s. 159-160)
 
Bu siyasətə qarşı çıxan yüz minlərlə insan isə Sibirdəki işçi düşərgələrinə göndərildi. Məhbusların çox ağır şəraitlərdə işlədildiyi bu düşərgələr sürgünə göndərilən insanların böyük əksəriyyətinə məzar oldu. Stalinin bu qanlı siyasəti nəticəsində təxminən 20 milyon insan həyatını itirdi.
 
Öldürmək həyatda qalmağın tək yolu kimi qəbul edildiyi üçün Darvinist-kommunistlər milyonlarla günahsız insanı müxtəlif üsullarla öldürdülər. Bu qısa dövrdə təkcə Rusiyada öldürülən insan sayı 60 milyonu keçirdi.  
Darvinist düşüncənin başqa xüsusiyyəti də xalqa etibar etməməsi idi. Verməyə məhsulu olmadığını söyləyən kəndlilərin məruz qaldığı işgəncələrin səbəbləridən biri də bu idi. Xalqını onlardan yalnız mənfəət əldə edəcəkləri, heyvan kimi işlədib ehtiyacları olmayanda və ya  şübhələndikdə fikirləşmədən öldürə biləcəkləri varlıqlar kimi görən bu Darvinist rəhbərlər bir əsri qana buladılar.
 
Darvinist-kommunist dövlətin xüsusi təşəbbüsə imkan verməməyi, istehsalçının əlindən bütün məhsulunu və qazancını alsa da, şübhəli hesab etməsi bunun digər sübutudur . Belə düşüncə özündən başqa heç bir insana, heç bir düşüncəyə və ya inanca dəyər vermədiyi üçün onların inkişafına və ya yaşamasına də icazə verməz. İnsanlar Darvinist dövlətin istehsal etdiyi paltarı geymək, bu dövlətin göstərdiyi işi görmək, yalnız müəyyən məhsulları müəyyən şəkillərdə istehsal etmək məcburiyyətindədirlər. Heç kim fikir yürüdə bilməz, geniş düşünə bilməz, yenilik gətirə bilməz. Yalnız dövlətin imkan verdiyi qədər həyatını sürdürə bilər. Bu Darvinist-materialist bir dövlətin istədiyi bir cəmiyyət şəklidir.
Yazının əvvəlində də qeyd etdiyimiz kimi Sovet İttifaqının çökməsi bu düşüncənin çökməsi üçün yetərli olmamışdır. Necə ki, bu gün Rusiya hələ də eyni mərhəmətsiz, ruhsuz və hər cür insani dəyərdən uzaq Darvinist düşüncənin pəncəsindədir. Sovet İttifaqının dağılmasından sonra iqtidara gələn bütün dövlət başçılarının həm öz xalqına, həm də Qafqaz xalqlarına qarşı münasibətləri bunun bir sübutudur. SSRİ-nin dağılması bütün dünyanın gözlədiyi kimi rus xalqı üçün yaxşılığa doğru irəliləyiş olmamışdır. Çünki, eyni kommunist anlayış hələ də iqtidardadır və bütün gücü ilə dəyişməyə qarşı müqavimət göstərir. Rəhbərlikdə olanlar ya keçmiş kommunistlər ya da Putin kimi keçmiş KQB agentləridir.
 
Necə ki, uydurma dəyişikliyi son on ildir baş verənlər də yalanlayır. Rusiyanın çeçen xalqına qarşı etdiyi vəhşi soyqırım bu kommunist düşüncənin başqa bir sübutudur. Stalin dövründə də eyni zülmlərə məruz qalan çeçen xalqının yaşadıqları soyuq müharibədən sonra da heç bir şeyin dəyişmədiyini bütün dünyaya göstərməkdədir. Müdafiəsiz və günahsız çeçen xalqı 10 ilə yaxın müddətdir bombaların altında həyatını davam etdirməyə çalışır. İnsan həyatına dəyər verməyən rus rəhbərliyi insanlıqdan kənar döyüş üslubu ilə insanların olduğu xəstəxanaları, doğum evlərini, bazarları, qaçqın düşərgələrini bombalayır. Mülki çeçen xalqına da yaşamaq imkanı vermir və bir dənə də olsun çeçen qalmayana qədər bu müharibəni davam etdirəcəyini söyləyir.
 
 
Darvinist Rus hökuməti öz dənizçilərini dənizin dibində ölümə tərk etdi
 
1917-ci il Bolşevik inqilabından sonra rus hökumətinin siyasətində ən çox maraq oyadan şey insan həyatına əhəmiyyət verilməməyi olmuşdur. Bu düşüncə o dövrdən bu yana həyata keçirilən və milyonlarla insanın ölümünə səbəb olan qətliamlarla da özünü göstərmişdir. Ancaq yuxarıda da qeyd etdiyimiz kimi bu düşüncə yalnız digər xalqlara qarşı deyil, öz xalqına da dəyər vermir.
 
Bir neçə il bundan əvvəl batan rus sualtı gəmisini qurtarmaq üçün göstərilən laqeydlik və diqqətsizlik bu düşüncənin vəhşiliyinin digər bir sübutudur.
 
Bilindiyi kimi rus rəhbərlər sualtı gəminin batdığını qərb ölkələrindən gizlətməyə çalışdılar. (Əgər gəmiyə ruslardan əvvəl çatsalar, bəzi sirlərinin ortaya çıxacağından qorxurdular. Hətta bəzi siyasi şərhçilər rusların beynəlxalq sularda gizli olaraq nüvə silahı daşıdığının ortaya çıxmasından çəkindiyini iddia etdilər.) Əslində bu vəziyyət rus xalqı üçün təəccübləndirici deyildi. Çünki, Sovet hökumətinin ənənəsində bu cür fəlakətlərin gizlədilməsi, xüsusilə də qərb ölkələrinə bildirilməməsi normal bir vəziyyətdir. Soyuq müharibə dövründə çox fəlakətin, faciəli qəzanın başqa ölkələrdən gizlədildiyi deyilir. Məsələn, Qorbaçov da 1986-cı ildə Çernobildə baş verən nüvə reaktorunun partlamasını gizlətmək, üzərini bağlamaq istəmiş ancaq bacara bilməmişdir. İnsan həyatına dəyər verməyən rus hökuməti bu dəfə də müxtəlif yayındırma cəhdləri etməsinə, yalan məlumatlarla xalqı aldatmasına baxmayaraq məğlub oldu. Müxtəlif yalanlar söylədi amma müvəffəqiyyətli ola bilmədi. Rus ictimaiyyəti də öz hökumətlərindən çox, qərb mətbuatının sözünü ciddi qəbul etdi. Xarici mətbuat agentlikləri elə ilk gündən etibarən bütün baş verənləri ictimaiyyətə təqdim etdikləri üçün hər şey bütün dünyanın gözləri qarşısında oldu. Ancaq buna baxmayaraq rus rəhbərliyi hadisənin ilk günündən etibarən həm bütün dünyaya, həm də öz xalqına yalan danışdı. Əvvəlcə sualtı gəminin ciddi zədə aldığı və gəmi ekipajının öldüyü deyildi. Ancaq daha sonra belə bir şey olmadığı və dənizçilərdən kömək siqnallarının gəldiyi ortaya çıxdı. Ən son olaraq da çıxış qapaqlarının ağır dərəcədə zərər gördüyü və açıla bilməyəcəyi açıqlandı. Bu dəfə yalanların üstü qurtarma işlərini yerinə yetirən norveçli qrup tərəfindən açıldı. Qurtarma qrupu iki saatlıq işdən sonra qapaqları açmağı bacardı. 
 
Kommunist əxlaq anlayışının tipik bir nümayəndəsi olan Putin isə bu hadisə zamanı göstərdiyi laqeyd, insani duyğulardan uzaq, soyuq rəftarı ilə həqiqi bir Sovet bürokratı və KQB agenti olduğunu göstərdi. Onun üçün vətənini müdafiə etməklə vəzifəli 118 vətəndaşın həyatının heç bir əhəmiyyəti yoxdur və bəlkə də xalqın ən çox reaksiya verdiyi məsələ Putinin laqeyd rəftarı idi. Əslində Putin 118 dənizçini dənizin altında heç bir səy göstərmədən ölümə tərk edərkən müdafiə etdiyi fəlsəfənin qaydalarına əsasən davrandı. O qədər insanın həyatını heçə sayaraq, məzuniyyətini belə yarıda kəsməyə ehtiyac görməyən, xarici köməkləri qəbul etməyən bir dövlət başçısının o millətə nə qədər böyük zülm gətirəcəyi çox açıqdır. Öz əsgərlərinin həyatına belə dəyər verməyən bu rəhbərlərin xalqın digər hissəsinə də dəyər verməyəcəyini bütün xalq anladı. Necə ki, rus xalqı "dövlətimizin necə bir dövlət olduğunu hər halda hər kəs görmüşdür" deyərək bu düşüncəyə qarşı etirazlarını dilə gətirmişdilər.
 
 
Kommunist düşüncəmüxalif fikirləri yox etməyi öyrədir
 
Sualtı gəminin batmasından sonra bütün dünya mətbuatında göstərilən bir görüntü rus hökumətinin düşüncəsini bu dəfə də canlı-canlı insanlara göstərdi. Övladlarının ölümlərindən rus hökumətini günahkar bilən ailələr hadisənin ilk günündən etibarən hər imkanda Putinə olan qəzəblərini dilə gətirdilər. Ancaq baş nazir müavininə "Övladımı bir dəmir qutu içində ölümə göndərdiniz. Sinənizdəki medalları söküb atın!" deyə qışqıran bir anaya gizli xidmətdən olduğu iddia edilən bir tibb bacısı tərəfindən vurulan iynə canlı görüntülərlə bütün dünya televiziyalarında nümayiş olundu. Və bu görüntü bütün dünyanı ayağa qaldırdı. Bu iynədən sonra huşunu itirən ana cangüdənlər tərəfindən oradan uzaqlaşdırıldı.
 
Bu görüntü bütün tamaşaçılara keçmiş Sovet dövründə tətbiq olunan KQB üsullarını xatırlatdı və bütün dünya mətbuatında bu istiqamətdə yazılar nəşr olundu. Rus hökuməti zorbalıqla, təzyiqlə və insan həyatına əhəmiyyət verməməklə günahlandırıldı. Bilindiyi kimi SSRİ dövründə rejim müxaliflərini təsirsiz hala gətirmək üçün xüsusi psixoloji xəstəxanalar qurulmuşdu. Bu xəstəxanalarda müxtəlif üsullarla insanlar susdurulur, rus deyimi ilə "zərərli düşüncələrindən təmizlənirdilər". Eyni zamanda belə insanları Sibirə sürgünə, işçi düşərgələrinə göndərirdilər. İynə ilə bihuş etmək üsulu da bu dövrdə çox tez-tez müraciət edilən bir üsul idi. Lakin insanı bir neçə dəqiqə içində bihuş edən bu iynələr, tənəffüs yollarında ölümə səbəb ola biləcək ciddi problemlər yarada bilir və beyində qalıcı zərərlər yaradır. Yüksək dozada istifadə edildikdə isə ölümə səbəb olur. Bir şəhid anasının tənqidlərini eşitməmək üçün belə bir üsula müraciət etmək isə ancaq kommunist əxlaqın hələ də hökm sürdüyü bir ölkədə ola bilər.
Lakin daha maraqlı olan isə hökuməti tənqid edən bu qadının iynədən və hökumət səlahiyyətliləri tərəfindən olduğu yerdən uzaqlaşdırıldıqdan sonra ifadələrini bir anda dəyişdirməsi idi. Bu da yeni KQB oyunu kimi şərh olundu və bu ifadə dəyişikliyinin hansı şəraitdə reallaşdığı ağıllarda sual olaraq qaldı.
 
 
Kommunist Çin rəhbərliyinin vəhşiliyi davam edir
 
Rusiyada baş verənlərin bənzəri illərdir Çində də baş verməkdədir. Xüsusilə də Mao Tse Tungun iqtidara gəlməsi ilə birlikdə Çin xalqı üçün çox böyük bəlalarla dolu bir dövr başlamışdır. Mao rəhbərliyindəki kommunistlər uzun müddət davam edən vətəndaş müharibəsi nəticəsində 1949-cu ildə iqtidara gəldilər. Mao bu tarixdən etibarən 1976-cı ilə qədər zalım və qanlı bir hakimiyyət qurdu. Çində də eynilə Rusiyada olduğu kimi özlərini yoxsulların qurtarıcıları kimi göstərən kommunist rəhbərlik xalqın torpaqlarını, heyvanlarını, məhsullarını və bütün mülklərini əllərindən aldı. Bu dövrdə iqtidardakılar və tərəfdaşları zənginləşirdi, xalq isə aclıqdan ölürdü. Tətbiq olunan bütün islahatlar ölkədə baş verən qarışıqlıqları və xaosu daha da artırdı. Milyonlarla insan həyatını itirdi. Mao həm öz xalqına və xüsusilə də azlıqlara qarşı böyük soyqırım törətdi. Ölkənin tamamilə xarici dünya ilə əlaqəsini kəsərək, mətbuat və informasiya vasitələrini öz əlinə aldı. Hökumətə ya da rejimə qarşı ən kiçik tənqid belə edamla nəticələndi. Yenə eynilə Rusiyada olduğu kimi azlıqların öz dinlərinin tələb etdiyi kimi yaşamağı qadağan edildi. Din xadimləri qorxunc işgəncələrə məruz qaldılar, məscidlər və ibadət evləri bağlandı. Dinin təbliğ edilməsi tamamilə qadağan edildi. 
Məktəblərdə yalnız Maonun fəlsəfəsinin izah edildiyi Qırmızı Kitab oxudulur, materializm təbliğ olunurdu. Kommunist sistemin mənfəəti üçün hər cür əxlaqsızlığın edilə biləcəyi təlqin edilir, ailə quruluşunun isə dövlətin gələcəyinə mənfi təsir edəcəyi öyrədilirdi. Bunun nəticəsində milyonlarla ailə dağıdıldı, uşaqlar körpələr evlərinə verildi və ailələrin ildə bir dəfə görüşmələrinə icazə verildi. Keçdiyimiz günlərdə qəzetlərə əks olunan bir hadisə isə Mao dövründən günümüzə heç bir şeyin dəyişmədiyini göstərdi. Təxminən 1 milyard 250 milyon əhalisi ilə dünyanın ən çox əhalısinə sahib ölkəsi olan Çində 1970-ci illərdən bəri həyata keçirilən tək uşaqlılıq siyasəti nəticəsində ailələr aborta məcbur edilirdi. Hətta hamilə qalaraq qaydaları pozan qadınlar həbs edilirdi. Xarici mənbələr isə birdən çox uşaq sahibi olanların döyüldüyü və evlərinin dağıdıldığı kimi xəbərlər yayırdılar. Keçdiyimiz günlərdə isə çox vəhşi bir hadisə baş verib. Dördüncü uşağına hamilə qalan bir qadına uşağını öldürmək üçün dərman verilib. Ancaq buna baxmayaraq uşaq sağlam bir şəkildə dünyaya gəlib. Bundan sonra ailəyə uşağını dərhal xəstəxanada öldürməsi əmr olunur. Ailə bunu edə bilmir və bu dəfə körpə dövlət məmurları tərəfindən boğularaq öldürülür. Çin hökuməti bu vəhşi siyasəti dəstəkləmədiyini bildirsə də bunların hökumətin əli ilə edildiyi artıq hər kəsə məlumdur. Yəni, Çində hakim olan kommunist əxlaq bələkdəki körpəni  boğaraq öldürməyi qanuni görür.
 
Lakin bu baş verənlər heç kimi heyrətləndirməməlidir. Bunlar Darvinist və materialist həyat anlayışının təbii nəticələridir. Mənəvi dəyərlərə qiymət verilmədiyi, insanların inkişaf etmiş heyvan növü olaraq görüldüyü, Allaha və axirətdə hesab gününə inanılmadığı bir dövlət anlayışında xalq hər an zülm, əziyyət, çətinlik içində olacaq və hər an dəhşət və qorxu yaşayacaq. Rusiyada və Çində baş verənlər bunun çox açıq və hələdə gündəmdə olan nümunələridir.
Darvinizmin nə qədər böyük bəla və təhlükə olduğunu görə bilməyənlər və ya görməzlik edənlər 20-ci əsrdə və hələdə baş verən bəzi hadisələri bu tərəflərini görərək də düşünməli, həqiqətləri qəbul etməlidirlər. Pisliklərin, zülmün və mərhəmətsizliyin mənbəyi yox edilmədən, bəlaların və əzabların sonu gəlməyəcək...
2011-02-07 10:37:47
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top