Hz. İsaya (ə.s) endirilən İncil Quranda bildirildiyi kimi hidayət və nur olan haqq kitabdır. Ancaq İncilin bir hissəsi zaman keçdikcə yox olmuş, bir hissəsi isə təhrif olunmuşdur. Buna baxmayaraq, İncildə haqq dinə aid bir çox doğru izah qorunmuşdur. Müsəlmanlar İncili Qurana görə qiymətləndirib ayələrə və hədislərə uyğun olan izahların təhrif edilmədiyini hüsnü-zənn edirlər. Bu səbəbdən, Qurana və hədislərlə uyğun İncil izahları müsəlmanların istifadə edə biləcəkləri izahlardır.
Quran heç vaxt dəyişdirilə bilməz
Adnan Oktarın 20 Fevral 2010 tarixli Qaziantep Olay TV reportajından
Bəzi xristianların Allahın haqq kitab olan İncilin zaman ərzində dəyişdiyi və yanlış şərh olunduğu ehtimalını qəbul etməmələri əlbəttə, labüddür. Təhrif edilmiş haqq kitaba əməl etmək fikrindən narahat olurlar. Lakin, səmimi xristianlar bu həqiqəti göz ardı etməməlidir: İncilin böyük bir hissəsi doğrudur. Hz. İsaya (ə.s) endirilən orijinal İncil çox dərin və hikmətli izahlardan, gözəl sözlərdən ibarət olan Allahın vəhyidir və Quranda təriflənir. Lakin İncilə sonradan daxil edilmiş və ya yanlış şərh olunmuş hissələrin varlığı səmimi gözlə baxan hər xristian üçün aşkardır. Bunu anlamaq üçün səmimi xristianlar İncillə əlaqədar bu həqiqətləri nəzərə almalı və bu xüsusları ağıllı şəkildə qiymətləndirməlidirlər:
· İncil Hz. İsaya (ə.s) endirilən və haqq olan vəhyi ehtiva etdiyi kimi Hz. İsanın (ə.s) tətbiqlərini, zaman ərzində dildən-dilə keçərək izah edilən sözlərini, tarixi hadisələri və həvarilərin məktublarını özündə ehtiva edir. Bu səbəbdən bunları "Allahın dəyişdirilə bilməyən qəti hökmləri" olaraq xarakterizə etmək düzgün yanaşma olmayacaq. İncilə sonradan peyğəmbər sözü kimi əlavə olunan keçidlərin doğruluğu mübahisəlidir və bunlar rəvayət xüsusiyyətindədir.
· İncildəki məlumatların bəziləri Hz. İsadan (ə.s) əsrlər sonra əlavə olunmuş və heyət qərarı ilə qəbul edilib həyata keçirilən məlumatlara əsaslanır. Bu məlumatların səhihliyi, bitərəfliyi də çox mübahisəlidir. Belə ki, bu səbəbdən müxalif cəbhələr meydana gəlmiş, münaqişələr baş vermiş, qarışıq mühitlər yaranmışdır. Xristian dünyasında III əsrdən sonra baş veren ciddi bölünmələr bu keçidlərin müzakirəli olmasından qaynaqlanır.
· Məlumdur ki, İncili meydana gətirən 4 kitab İznik Konseyində çoxsaylı İncil kitablarının arasından səs çoxluğu ilə seçilmişdir. Hər sağlamfikirli insanın qəbul edəcəyi kimi olduqca çox sayda və müxtəlif şəkillərdə yazılmış kitabın orijinallığı müzakirəlidir. 4 müxtəlif İncilin də hansı meyara əsasən səs çoxluğu ilə seçilməsi də sual altındadır. Hazırda istifadə edilən və bir-birinə ziddiyyət təşkil edən bu dörd kitabdan hansının tam doğru məlumat verdiyi isə bilinmir.
· Bu dörd İncil kitabının içində ciddi müxtəlifliklər var. Sinoptik İncillər (Markos, Matda və Luka) Yuhanna İncili ilə ciddi ziddiyyətlər təşkil edərkən öz aralarında da ciddi fərqlər var. Kitablardan birində verilən məlumatı doğru saydığımızda, digərində verilən ziddiyyətli məlumatı yox saymaq lazımdır. İki şərhdən yalnız biri doğrudursa, bu vəziyyətdə İncilin hər sözünü vəhyə əsaslanan, təhrif olunmamış kitab olduğunu iddia etmək mümkün deyil. Bu vəziyyət İncilin təhrif edilməsinin açıq dəlilidir.
· İncildə Hz. İsanın (ə.s) (guya) çarmıxa çəkilməsinə dair məlumatlar izah edilir və Hz. İsanın (ə.s) (guya) ölümündən sonrakı məlumatlarla Müqəddəs Kitab davam edir. Burada ciddi ziddiyyət var. Hz. İsaya (ə.s) endirilən və Hz. İsanın (ə.s) Kitab verilmiş peyğəmbər olduğunun ən böyük dəlili olan Müqəddəs İncil necə Hz. İsanın (ə.s) ölümündən sonrakı hadisələri əhatə edə bilər? Burada vəhy kimə gəlir? Aydındır ki, bu hissələr o dövrə şahid olmuş insanların izahatlarından ibarət olan tarixi məlumatları əhatə edir. Nəticədə bu mətnlərə Allahın vəhyi demək mümkün deyil.
Uca Allah əlbəttə, insanlara yol göstərici olaraq endirdiyi haqq kitabları qorumağa qadirdir. Xristianlar İncilin təhrif edilməsinə dair izahları qəbul etməmək üçün Rəbbimizin bu üstün xüsusiyyətini dəlil gətirirlər. Halbuki, burada təqdir edilməli olan gizli hikmət var:
Bir daha qeyd etmək lazımdır ki, Allah əlbəttə ki, Öz kitabını qorumağa müqtədirdir. Uca Allah bütün kainatda hər şeyi qüsursuz yaratmağa da müqtədirdir. Lakin kainatdakı hər şey qüsursuz deyil, Allahın əksikliklər yaratmasının xüsusi hikməti var.
Dəlilləri son dərəcə açıq olan Müqəddəs İncilin təhrif edilməsi də Allahın izni və diləməsi ilə baş verən hadisədir. Allah bu şəkildə yaradırsa və bu mövzudakı dəlilləri açıq şəkildə göstərirsə, bu mövzuda sabit fikirli olmaq deyil, bunun ardındakı hikmətləri görmək və anlamaq lazımdır. Aydındır ki, hazırda xristian aləmi bununla sınanır. Vicdanlarına qulaq asmağa dəvət edilirlər. Aydındır ki, bu vəziyyət Hz. İsanın (ə.s) gəlişi üçün xüsusi zərurətdir. Bu imtahan ilə aydın olur ki, yanlış inanclar dünyanı əhatə edəcək, insanlar din adı altında qan tökməyə can atacaq, Hz. İsa (ə.s) və Hz. Mehdinin (ə.s) gəlişi üçün Tövratda, İncildə, Quran və hədislərdə bildirilən axır zaman əlamətləri yerini tutacaq. Bu səbəbdən səmimi xristianların üzərinə düşən əsl vəzifə İncilin həqiqi hökmlərinin axtarılması və tətbiq olunmasıdır.
Burada bunu da qeyd etmək lazımdır ki, haqq kitab olan İncil həqiqətən də xristianların müdafiə etdikləri şəkildə qorunmuşdur. Lakin qorunmuş olan İncil hələ tapılmamışdır. Allahın izni ilə Hz. İsanın (ə.s) yenidən yer üzünə gəlişi ilə birlikdə Tövratın da, İncilin də əsli tapılacaq, yəhudilərə və xristianlara bu haqq kitablarla hökm ediləcək.
Lakin eyni zamanda xristian qardaşlarımız Quranın haqq olan İncilin hökmlərinin hamısını əhatə etdiyini bilməlidirlər. Haqq olan İncil hökmləri Quranda var və bu səbəbən müsəlmanlar da haqq olan İncili tətbiq etməklə məsuliyyət daşıyırlar. Quran İncili təsdiq edən, yəni səhvlərini ayırd edərək doğru hissələrini təsdiq edən haqq kitabdır. Bu səbəbdən müsəlmanlar Məhəmmədi olduqları kimi, haqq olan İncili tətbiq edən İsəvi və haqq olan Tövratı tətbiq edən yəhudidirlər. Bu səbəbdən, səmimi xristian İncilin əslinə əməl edən və haqq olan İncillə hökm etmək istəyirsə, Quranda bu hökmlərin hamısını tapacaq. Haqq olan İncil Quranda Uca Allahın təriflədiyi müqəddəs kitabımızdır. Allah İncilin göndərildiyi dövrdə insanlar üçün yol göstərici olduğunu Quranda belə bildirir:
O, sənə Kitabı gerçək olaraq, ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi. Tövratı və İncili də O nazil etdi – daha əvvəllər insanlara doğru yolu göstərən rəhbər olmaq üçün. Furqanı da O nazil etdi. Şübhəsiz ki, Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah Qüdrətlidir, intiqam almağa qadirdir. (Ali-İmran surəsi, 3-4)
Onların ardınca Məryəm oğlu İsanı özündən əvvəlki Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içərisində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiqləyən, müttəqilər üçün doğru yol göstəricisi və öyüd-nəsihət olan İncili verdik. (Maidə surəsi, 46)
Sonra onların ardınca dalbadal elçilərimizi yolladıq. Sonra Məryəm oğlu İsanı göndərib ona İncil bəxş etdik. Onun ardınca gedənlərin qəlblərinə şəfqət və mərhəmət saldıq. Rahibliyi isə onlar özlərindən icad etdilər. Biz bunu onlara vacib buyurmamışdıq. Onlar bunu Allahın razılığını qazanmaq üçün etdilər, lakin ona lazımınca riayət etmədilər. Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə fasiqlərdir. (Hədid surəsi, 27)
Xristian qardaşlarımız Quranı ön mühakimələrə əsaslanaraq inkar etmədən əvvəl onu bu dünyagörüşü ilə oxumaldırlar. Allahdan səmimi şəkildə doğrunu səhvdən ayıran yol istəyən hər insan Allahın bu böyük nemətinə nail olacaq.