ATEİST SİONİSTLƏRİN ÇİRKİN OYUNLARININ TƏNQİD OLUNMASINI YƏHUDİ DÜŞMƏNÇİLİYİ KİMİ QƏBUL EDƏNLƏR ALDANIRLAR

İslam dini sevgi, sülh, dostluq və şəfqət dinidir. Qurana uyğun yaşayan insanın kin, ədavət və düşmənçilik etməsi mümkün deyil. Müsəlmanların Yəhudilərə münasıbəti bu sevgi və şəfqət anlayışı daxilindədir. Səmimi Yəhudilər Quranda Allahın Kitab Əhli kimi göstərdiyi və Müsəlmanlara əmanət etdiyi dindar insanlardır. Allaha, Peyğəmbərlərə, mələklərə, axirət gününə, cənnət və cəhənnəmə inanan səmimi dindar olan Yəhudilər Allahın izni ilə Qiyamətə qədər Müsəlmanların himayəsi altında olacaqlar. 
 
Ancaq hal-hazırda ateist Sionistlərin dünya səviyyəsində oynadıqları çirkin oyunların ifşa edilməsi bəzi insanlar tərəfindən qəsdən "Yəhudi düşmənçiliyi" kimi qələmə verilir. Çox vaxt ateist Sionistlər vəziyyətlərinin ifşa edilməsindən narahatlıq keçirərək əks hücuma keçir və günahlarını qarşı tərəfə yükləmək üçün bu oyunu oynayırlar. Halbuki bu çox çirkin oyundur. 
 
 Ümumiyyətlə, Yəhudi düşmənliyi kimi məlum olan anti-Semitizm termininin əsl mənası "Sami düşmənçiliyi"dir. Yəni Sami irqinə mənsub olan, başqa sözlə desək, "semit" millətlərə qarşı nifrəti ifadə edir. Sami irqi Yəhudilərdən əlavə Ərəblərdən və bəzi Yaxın Şərq mənşəli etnik qruplardan ibarətdir. 
 
İrqi baxışların mənşəyinin müxtəlif irqlərə əsaslanmasına baxmayaraq, bu termin ateist Sionistlər tərəfindən Yəhudi düşmənçiliyi olaraq irəli sürülmüşdür.
 
Fikrimizin əsas məğzi budur: anti-Semitizm din əleyhinə olan ideologiyadır. Bu səbəbdən də hər bir Müsəlmanın antisemitizmi mənimsəməsi, bu ideologiyaya simpatiyasının olması yolverilməzdir. Bir antisemit Hz. İbrahimə, Hz. Musaya və ya Hz. Davuda da düşməndir ki, bu insanlar Allahın seçib insanlara nümunə olaraq vəzifələndirdiyi, Quranda təriflədiyi müqəddəs, mübarək peyğəmbərlərdir. 
DÜNYADA QAN TÖKMƏKLƏ MƏŞĞUL OLAN, MASONLUĞUN İDARƏSİ ALTINDA HƏRƏKƏT EDƏRƏK GÖZLƏRİNİ QIRPMADAN MÜHARİBƏ VƏ QIRĞINLAR TÖRƏDƏN İNSANLAR ATEİST SİONİSTLƏRDİR. Bu çirkin əməllər HARADA GÖRÜLSƏ, O YERDƏ DƏ QINANACAQ VƏ TƏNQİD OLUNACAQ. BUNUN ANTİ-SEMİTİZM İLƏ HEÇ BİR ƏLAQƏSİ YOXDUR. Lakin çirkin oyun nəticəsində bütün tənqidlər Yəhudi düşmənçiliyi görünüşündə təqdim edildiyinə görə ateist Sionistlər və İsrail hökuməti tənqid olunmur. Ateist Sionistlər hiyləgərcə oynadıqları əks-hücum tatikası  nəticəsində özlərini toxunulmaz hala gətiriblər. 
Hal-hazırda dünyada ABŞ hökuməti tənqid olunur, İngilis, Rus, hətta kommunist Çin hökuməti belə tənqid olunur. Dünyada yeganə tənqid olunmayan ateist Sionistlər və İsrail hökumətidir.
BU OYUNA ALDANMAMAQ ÇOX VACİBDİR. Ağıllı hərəkət edib ateist Sionistlərin çirkin hərəkətlərin mütləq ortaya çıxarılması, nə qədər böyük bir təhlükə olduqlarının ifşa edilməsi son dərəcə böyük əhəmiyyətə malikdir. 
Mühüm olan mövzu isə bu hiyləgər oyunlar tənqid olunarkən, bu tənqidlərin tərtəmiz dindar Yəhudilərə aid edilməməsidir. Belə ki, Hitleri və ya Mussolinini tənqid etmək, onların zülm, qırğın və nifrət dolu sistemlərinin bədnam üzünü bütün dünyaya bəyan etmək Alman və ya İtalyan xalqına düşmənçilik mənasını vermirsə, Stalinin kommunist rəhbərliyini tənqid etmək Rus xalqına olan ədavətin əlaməti deyilsə, hətta anti-Semitizm Ərəb düşmənçiliyi mənasını versə belə Səddam kimi sosialist Ərəb liderlərə olan tənqidlərin heç biri bu cür qiymətləndirilmirsə ateist Sionistlərin çirkin hərəkətlərini tənqid etmək də, dindar Yəhudilərə istiqamətlənmiş düşmənçilik mənasını vermir və hətta belə nəticəyə gəlinməsi də mümkün deyil. Hətta tam əksinə, bu mövqe səmimi Yəhudi xalqının qorunması mənasını verir. 
 
Yəhudilər Allaha eşq, sevgi və coşğu ilə bağlı olan, Allahdan hörmətlə qorxan, Peyğəmbərlərin, mələklərin, axirətin, cənnət və cəhənnəmin varlığına inanan son dərəcə qiymətli dindar insanlardır. Ateist Sionistlərin qanlı hərəkətlərinin tərtəmiz Yəhudi xalqına aid edilə bilməyəcəyi açıqdır. Səmimi dindar olan Yəhudi xalqı Qurana görə daim Cənab Allahın mühafizəsi altında olan və Müsəlmanlara əmanət edilən Kitab Əhlidir. Bu səbəbdən, dindar Yəhudi xalqının bir qrup azğın ateistin hərəkətlərinə görə qiymətləndirilməməsi vacibdir.
 
Bu çirkin təbliğatın ateist Sionistlərin oyunlarından biri olduğunu başa düşmək lazımdır. Ateist Sionistlərin bütün qanlı hərəkətləri və azğın düşüncə sistemi ifşa ediləcək və dünya səviyyəsində reallaşdırılan bu hiyləgər oyun Allahın diləməsi ilə mütləq məğlub olacaq.
2011-02-07 13:35:56
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top