TÖVRATDAN 1500 İL ƏVVƏLƏ AİD OLAN EBLA LÖVHƏLƏRİNDƏ ADI ÇƏKİLƏN PEYĞƏMBƏRLƏR

E.ə. 2500-cü illərə aid Ebla lövhələri din tarixini öyrənmək baxımından çox əhəmiyyətli məlumatlar daşıyır. 1975-ci ildən etibarən bir neçə dəfə tədqiqat və müzakirə mövzusu olan Ebla lövhələrinin ən əhəmiyyətli xüsusiyyəti isə İlahi kitablarda bəhs edilən üç peyğəmbərin adının çəkilməsidir.
 
Ebla lövhələrinin min illər sonra tapılması Quranda bildirilən qövmlərin coğrafi mövqeyinin müəyyən olunması baxımından çox əhəmiyyətlidir.
 
Ebla e.ə. 2500-cü illərdə indiki Suriyanın paytaxtı olan Şam və Türkiyənin cənub-şərq ərazilərini əhatə edən krallıq idi. Bu krallıq mədəni və iqtisadi baxımdan inkişaf etmiş, amma bir müddət sonra (bir çox sivilizasiyada olduğu kimi) tarix səhnəsindən silinmişdi. Ebla krallığının dövrünün tanınmış bir mədəniyyət və ticarət mərkəzi olduğu lövhələrdən aydın olur. Eblalılar dövlət arxivi formalaşdıran, kitabxana quran və yazılı şəkildə ticarət müqavilələri bağlayan bir mədəniyyətə sahib idilər. Hətta Eblait adlanan öz dilləri var idi. (Ebla, Funk & Wagnalls New Encyclopaedia, (c) 1995 Funk & Wagnalls Corporation, Infopedia 2.0, SoftKey Multimedia Inc.)
 
Yer altında gizli qalan dinlər tarixi
 
1975-ci ildə aparılan qazıntılar zamanı aşkar edilən Ebla mədəniyyəti həqiqi əhəmiyyətini mixi yazılarla yazılmış təxminən 20.000 lövhə və hissələrdən ibarət arxivin tapılması ilə qazanmışdır. Bu arxiv, eyni zamanda, digər arxeoloqlara üç min ildən bəri məlum olan bütün mixi yazılı mətnlərdən dörd dəfə çox idi.
 
Lövhələrdəki dil Roma Universitetində arxeoloji yazılar eksperti olan Giovanni Pettitano tərəfindən açıqlandığında mövzunun nə qədər vacib olduğu daha da yaxşı aydın oldu. Bunun sayəsində Ebla krallığının və bu böyük dövlət arxivinin tapılması artıq təkcə arxeoloji deyil, dini dairələri də maraqlandıran bir mövzuya çevrilmişdi. Çünki lövhələrdə Qurani-Kərimdə adı çəkilən mələk Mikayılın (Doubleday, 1981, s. 271-321) və üç İlahi kitabda bəhs edilən peyğəmbərlərin adı çəkilirdi. Hz. İbrahim (Ab-ra-mu) və Hz. İsmayılın (Iş-ma-il) adları... (Howard La Fay, “Ebla: Bilinməyən Böyük Bir İmperatorluq”, National Geographic magazine, Dekabr 1978, s. 736)
 
Ebla lövhələrindəki adların əhəmiyyəti
 
Ebla lövhələrində aşkar olunan peyğəmbər adlarının çox böyük əhəmiyyəti var. Çünki sözügedən adlara ilk dəfə bu qədər qədim tarixi sənəddə rast gəlinmişdir. Tövratdan 1500 il əvvələ aid olan bu məlumatlar olduqca maraqlıdır. Hz. İbrahimin adının lövhələrdə qeyd olunması Hz. İbrahim və onun gətirdiyi dinin Tövratdan əvvəl mövcud olduğunu təsdiq edir.
 
Tarixçilər Eblada tapılan lövhələri bu cəhətdən dəyərləndirdilər, Hz. İbrahim və onun peyğəmbərliyi haqqındakı bu əhəmiyyətli kəşf dinlər tarixi cəhətindən mühüm tədqiqat mövzusuna çevrildi. Amerikalı arxeoloq və dinlər tarixi tədqiqatçısı David Milad Freidmanın da apardığı tədqiqatlara əsasən lövhələrdəki İbrahim və İsmayıl kimi adların peyğəmbər adları olduğu bildirdi. (İlim ve Teknik Dergisi, say 118, Sentyabr 1977, Oktyabr 1978)
 
Lövhələrədə adı çəkilən digər adlar
 
Yuxarıda da qeyd etdiyimiz kimi, lövhələrdə yazılan adlar üç İlahi kitabda bəhs edilən peyğəmbər adları idi və lövhələr Tövratdan daha qədim idilər. Bundan başqa, bu adların yanında daş lövhələrdə əks olunan başqa mövzular və yer adları da var idi. Bu məlumatlardan və yer adlarından verdiyi məlumata görə Eblalılar ticarət sektorunda böyük uğur qazanmışdılar. Yazılarda Eblanın yaxınlığındakı Sina, Qəzza və Qüds adları da çəkilirdi. Bu da Eblalıların bu yerlərlə olan ticarət və mədəni əlaqələrini göstərirdi. (Harun Yəhya, Quran Möcüzələri)
 
Lövhələrdə nəzərə çarpan digər əhəmiyyətli bir xüsusiyyət isə Lut qövmünün yaşadığı Sodom Qomorra bölgələrinin adları idi. Məlum olduğu kimi, Sodom və Qomorra Ölü dənizin sahilində Lut qövmünün yaşadığı, Hz. Lutun təbliğ edib insanları din əxlaqına çağırdığı ərazi idi. Bu iki yerdən başqa Quran ayələrində adı çəkilən İrəm şəhəri də Ebla lövhələrindəki adların arasında idi..
 
Bu adların daha çox diqqət çəkən tərəfi isə peyğəmbərlərin təbliğ etdiyi kitablardan başqa, indiyə qədər başqa heç bir mətndə işlədilməməsi idi. Bu, o dövrdə haqq dini təbliğ edən peyğəmbərlərin xəbərlərinin bu bölgələrə də çatdığını göstərən əhəmiyyətli bir sənəd xüsusiyyətini daşıyır. “Reader's Digest” jurnalındakı bir məqalədə verilən məlumata görə, Kral Əbrumun hakimiyyətdə olduğu dövrdə eblalıların dinlərində dəyişiklik olduğu, insanların Ulu Allahın adını ucaltmaq üçün adlarının qarşısına başqa bir ad əlavə etdiklərindən məlum olur.
 
Uca Allahın vədi Haqdır...
 
Yaşadıqları dövrdən təxminən 4500 il sonra ortaya çıxan Ebla tarixi və Ebla lövhələri çox əhəmiyyətli bir həqiqətə diqqət çəkir: Uca Allah Eblaya da hər qövmə olduğu kimi, elçilər göndərmiş və onlar da qövmlərinə göndərilən dini təbliğ etmişdilər. Bəzi qövmlər onlara göndərilən dini qəbul edib hidayətə qovuşmuş, bəziləri isə peyğəmbərlərin təbliğ etdiyi dinə qarşı çıxıb batil bir həyatı daha üstün tutmuşdular. Göylərin, yerin və ikisi arasındakı hər şeyin Rəbbi olan Uca Allah bunu Quranda belə bildirmişdir:
 
Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– (deyə), elçi göndərdik. Onlardan kimisini Allah hidayət yoluna yönəltmiş, kimisinə də azmaq nəsib etmişdir. Yer üzündə gəzib dolaşın və görün yalan sayanların aqibəti necə oldu! (Nəhl surəsi, 36)
2011-02-07 13:38:10
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top