Qədim Misir mədəniyyəti eyni tarixlərdə Mesopotamiyada qurulmuş şəhər dövlətləri ilə birlikdə tarixin ən qədim sivilizasiyalarından biri olaraq tanınır. Dövrün ən qabaqcıl sosial nizamına malik dövlət yaradan misirlilər təxminən e.ə. 3000-ci ildə yazını kəşf edib, Nil çayından ən yaxşı şəkildə faydalanmış və ölkənin əlverişli təbii şəraiti sayəsində xaricdən gələn təzyiqlərə qarşı qorunmuşdular. Beləliklə, Misir mədəniyyəti böyük inkişafa nail olmuşdur.
Qədim Misir mədəniyyəti Quranda inkar sisteminin ən açıq və dəqiq tərif edildiyi “firon hakimiyyətinin” hökm sürdüyü sivilizasiya idi. Onlar təkəbbür göstərərək Allahdan üz çevirmiş, inkar etmiş və bu səbəbdən həlak olmuşdular. Nə inkişaf etmiş mədəniyyətləri , nə sosial və siyasi nizamları, nə də hərbi gücləri onları həlak olmaqdan xilas edə bilməmişdi.
Fironların Nüfuzu
Misir sivilizasiyasının əsasında Nil çayının bərəkəti var idi. Bu çayın həyatverici xüsusiyyəti olduğuna görə misirlilər Nil çayının sahilində məskunlaşmış və yağış yağmasa belə çaydan yararlanaraq əkinçiliklə məşğul ola bilmişdilər.
Nil çayının ensiz və uzun quruluşu çayın ətrafındakı məskunlaşmaların artmasına çox imkan verməmiş, böyük şəhərlərdən ibarət sivilizasiya yerinə daha kiçik sahəli qəsəbə və kəndlərdən ibarət mədəniyyət formalaşmışdı. Bu vəziyyət Fironun xalq üzərində hakimiyyətini xeyli böyütmüşdü. Tarixdə ilk dəfə olaraq təxminən e.ə. 3000-ci ildə Kral Menesin Qədim Misiri böyük unitar dövlət kimi öz hakimiyyəti altında birləşdirdiyi və Misirin ilk Fironu olduğu bilinir. Əslində Firon xarakteri əvvəllər Misir kralının yaşadığı sarayı tanıtdığı halda getdikcə Misir krallarının ünvanına çevrildi. Bu səbəbdən Qədim Misirin hökmdarları olan krallar zaman keçdikcə “firon” kimi tanınmağa başladı.
Dövlətin və bütün ölkə torpaqlarının sahibi və hökmdarı olan bu fironlar Qədim Misirin çoxtanrılı dinlərində ən böyük tanrının dünyadakı əksi olaraq qəbul edildilər. Misir torpaqlarının idarəçiliyi, bölünməsi, gəliri, qısaca desək, ölkə sərhədlərindəki hər növ mal və məhsullar fironun sərəncamında idi.
Rəhbərlikdəki mütləqiyyət firona hər istədiyini edə bilən güc vermişdi. Hələ ilk sülalənin qurulması ilə birlikdə Misirin ilk kralı olan Menes dövründə Nil suyunun kanallar vasitəsilə xalqa çatdırılmasına başlanılmış, bundan başqa ölkədəki istehsal nəzarət altına alınaraq bütün mal və məhsulların krala çatdırılması təmin olunmuşdu. Bu mal və məhsulları kral, xalqının ehtiyacına uyğun paylayırdı. Ölkədə belə bir hakimiyyət quran krallar xalqı özlərinə tabe etməkdə çətinlik çəkmədilər. Daha sonra Misir kralı firon xalqının bütün ehtiyaclarını qarşılayan böyük qüdrət sahibi kimi müqəddəs varlıq hesab edildi və ilahlaşdırıldı. Fironlar da bu azğın fikrə - özlərinin ilah olduqları fikrinə qəti şəkildə inandılar.
Qədim Misirdə Dini İnanclar
Heredota görə Qədim misirlilər dünynın ən “dindar” insanı idilər. Ancaq dinləri “haqq din” deyil, çox ilahlı azğın din idi və qatı mühafizəkar olduqları üçün bu azğın dinlərindən imtina edə bilmirdilər. Qədim Misir qövmü yaşadığı mühitin şərtlərindən çox təsirlənmişdi. Misirin coğrafi mövqeyi ölkəni xaricdən gələn təzyiqlərə qarşı çox yaxşı qoruyurdu. Misirin ətrafı səhralarla, dağlıq ərazilərlə və dənizlərlə əhatə olunmuşdu. Ölkəyə gözlənilən basqınların iki keçid yolu var idi və bu yolları qorumaq onlar üçün çox asan idi. Misirlilər bu şəraitə görə xarici ölkələrdən təcrid olundular. Ancaq ötən əsrlərdə bu təcrid olunma qatı fanatizmə çevrildi. Beləliklə də misirlilər inkişafa və yeniliklərə qapalı, dinləri barədə çox mühafizəkar fikirli oldular. Quranda tez-tez vurğulanan “ataların dini” onların ən çox qiymət verdikləri dəyərə çevrildi.
Bu səbəbdən Hz. Musa və Hz. Harun Firona və yaxın ətrafına haqq dini təbliğ etdikdə:
Onlar (Musaya və Haruna): “Bizi atalarımızın tapındığı dindən döndərmək, özünüz də yer üzündə böyüklük etmək üçünmü gəldiniz? Biz sizə iman gətirən deyilik!” (Yunus surəsi, 78) deyərək üz çevirdilər.
Qədim Misirin dini bir neçə qola ayrılmışdı. Bunlardan ən vacibləri Qədim Misirin rəsmi dini inancları və ölümdən sonrakı həyat ilə bağlı inanclardan ibarət idi.
Qədim Misirin rəsmi dininə görə Firon müqəddəs varlıq idi. O, ilahlarının dünyadakı əksi idi və vəzifəsi də dünyada insanlara ədaləti yaymaq və onları qorumaq idi.
Xalq arasında məşhur olan inanclar çox qarışıq idi və dövlətin rəsmi dininə zidd olan bu inanclar Firon hakimiyyəti tərəfindən təzyiq altına alınmışdı. Çox ilahlığa inanılır, bu ilahlar ümumiyyətlə heyvan başlı və insan bədənli olaraq təsvir edilirdi. Ancaq ayrı-ayrı bölgələrdə yerli ənənələrlə də qarşılaşmaq mümkün idi. Tarixi mənbələrdə Hz. Musanın dövründən əvvəl xalqı tək ilahlı dinlərə çağıran misirlilərin varlığından bəhs edilir. Sözügedən misirlilərə ən bariz nümunə Misir tarixinin ən diqqət çəkən fironu Neferkheperure Amenhoteddir, yəni IV Amenofis.
Tək İlaha İnanan Firon: IV Amenofis
IV Amenofis e.ə.1375-ci ildə hakimiyyətə gəldikdə əsrlərdən qalan qatı mühafizəkarlıq və ənənəçilik ilə qarşılaşdı. Cəmiyyətin quruluşu və xalqın kral sarayı ilə olan əlaqələri bu dövrə qədər dəyişmədən qalmışdı. Cəmiyyət kənardan daxil olan təsirlərə və dini yeniliklərə qəti şəkildə qarşı idi. Antik yunan səyahətçiləri tərəfindən də bu mühafizəkarlıq yuxarıda da açıqladığımız kimi Misirin mövqeyindən qaynaqlanırdı. Fironların xalqa qəbul etdirdiyi bu batil din qədim və ənənəvi olan hər şeyə şübhəsiz inanmağa məcbur edirdi. Halbuki IV Amenofis bu dini qəbul etmirdi. Tarixçi Ernst Qobriç belə yazır:
“Qədim ənənənin müqəddəs hesab etdiyi bir çox vərdişləri aradan qaldıraraq, xalqının qəribə şəkildə təsvir edilmiş tanrısına hörmət etmək istəmədi. Onun üçün bir tək Uca Allah var idi, o da Atond tanrısı idi. Atona sitayiş etdi və onu günəş kimi simgələdi. Əvvəlki tanrıların rahiblərinin təsirindən qorunmaq üçün sarayını bu günkü El-Amarnaya köçürdü.”(Ernst Qpmbriç, Dünya Tarixi, səh., 25)
Atasının ölümündən sonra gənc yaşdakı IV Amenofis böyük təzyiqlərə məruz qaldı. Bu təzyiqin səbəbi ənənəvi çox ilahlı Misir dinini dəyişdirərək tək tanrı inancına əsaslanan bir din gətirməsi və hər sahədə köklü dəyişikliklər etməsi idi. Ancaq Tebin qabaqcıl insanları bu dini təbliğ etməsinə icazə vermədilər. IV Amenofis və əhalisi Teb şəhərindən uzaqlaşaraq Tell El-Amarnada məskunlaşdılar. Burada “Akh-en-Aton” adında yeni və müasir şəhər inşa etdilər. IV Amenofis də “Amonun razı salınması” mənasını verən adını Akh-en-Aton yəni “Atona Boyun Əyən” olaraq dəyişdirdi. Amon çox Allahlı Misir dinində ən böyük totemə verilən ad idi. Aton isə Amenofisə görə “göylərin və yerin Yaradanı” idi. Bu ifadə ilə Allahı nəzərdə tutması ehtimal olunur. (Harun Yahya, Kavimlerin Helakı)
Hz. Musanın Gəlişi
Qədim misirlilər qatı fanatik olduqlarına görə bütpərəst inanclarından əl çəkmirdilər. Tarix boyu tək Allaha ibadət edilməsinin lazım olduğunu təbliğ edən insanlar hakimiyyətə gəlmişdi, amma fironun qövmü hər zaman köhnə batil dinlərinə inanırdı. Nəticədə həm Misir xalqının haqq dinə qarşı batil sistemi mənimsədiyi, həm də İsrailoğullarının kölələşdirildiyi bir dövrdə Allah Hz. Musanı elçi olaraq göndərdi. Hz. Musa həm Misiri haqq dinə dəvət etmək, həm də İsrailoğullarını köləlikdən xilas edərək doğru yola yönəltməklə vəzifələndirilmişdi.
Fironun Sarayı
Hz. Musa və qardaşı Hz. Harun Allahın əmrinə əsasən Fironun yanına getdilər və ona haqq dini təbliğ etdilər. İstəkləri də Fironun bundan sonra İsrailoğullarına əziyyət verməməsi və onları azad edərək Hz. Musa ilə birlikdə getmələrinə icazə verməsi idi. Firon üçün illərlə yanında saxladığı birinin qarşısına çıxıb belə danışması qəbul edilməz hal idi. Bu səbəbdən Firon onu nankorluqda ittiham etdi. Digər tərəfdən də Hz. Musanın təbliğ etdiyi haqq din Fironun dinini əlindən alır, onu digər insanların səviyyəsinə salırdı. Bundan başqa İsrailoğullarını azad edərsə əlindəki işçi qüvvəsinin böyük bir qismini itirəcək və onlar Hz. Musaya itaət edəcəkdilər.
Bütün bu səbəblərə görə Firon Hz. Musanın söylədiklərinə heç qulaq asmadı. Öz ağlına görə onu ələ salmağa çalışdı, yersiz suallar verərək mövzunu yayındırmağa cəhd göstərdi, Hz. Musa və Hz. Harunu nizam-intizamı pozmağa çalışan insanlar kimi qələmə verdi və günahkar çıxarmağa çalışdı. Nəticədə nə Firon, nə yaxın ətrafı, nə də qövmün qabaqcıl insanları Hz. Musa və Hz. Haruna itaət etmədilər.
Misirdən Çıxış
Firona və yaxın ətrafına Hz. Musa vasitəsiylə çəkinmələri lazım olan şeylər açıqlanmış, Allah onları xəbərdar etmişdir. Bunun qarşılığında onlar üsyan edib, peyğəmbəri dəlilik və yalançılıq ilə günahlandırdılar. Allah da onlar üçün alçaldıcı son hazırladı və Hz. Musaya olacaqları vəhy etdi. Bu hadisələr ayələrdə belə xəbər verilmişdir:
Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx. Çünki siz təqib olunacaqsınız”(– deyə) vəhy etdik. Firon şəhərlərə (əsgər) toplayanlar göndərdi. “Şübhəsiz ki, bunlar (İsrail övladı) kiçik bir tayfadır! Onlar bizi qəzəbləndirmişlər. Biz hamımız ayıq-sayıq olmalıyıq”. Nəhayət, Biz onları (Fironu və tayfasını) bağlardan və bulaqlardan çıxartdıq. Xəzinələrdən və (Nil ətrafındakı) gözəl (bərəkət dolu) yerdən kənar etdik. (O yerlərdən onları) beləcə çıxartdıq və İsrail oğullarını oralara varis etdik. (Firon vəəsgərləri) günəş doğduqda onların (İsrail oğullarının) arxasınca düşdülər. İki dəstə (tayfa) bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı dedi: “(İşimiz bitdi!) Artıq yaxalandıq!” (Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!” (Şuəra surəsi, 52-61)
İsrailoğulları artıq yaxlandıqlarını zənn etdilər və Fironun adamları da onları yaxaladıqlarını düşündülər. Ancaq Hz. Musa Allahın yardımından əsla ümid kəsmədi və ayədə xəbər verildiyi kimi :
Fironun Sonu
Allah Hz. Musaya əsasını dənizə vurmasını vəhy etdi: “o dərhal yarıldı və hər hissə böyük (uca) bir dağ kimi oldu”(Şüəra surəsi, 63). Firon bu hadisəni gördükdən sonra əslində Allahın yaratdığı möcüzəni dərhal qavramalı idi. Dəniz Fironun öldürməyə çalışdığı insanların önündə açılaraq onlara yol verirdi. Üstəlik onlar keçdikdən sonra suların birləşməyəcəyindən əmin ola bilməzdi. Ancaq buna baxmayaraq İsrailoğullarının ardınca suya girdilər. Böyük bir ehtimalla Firon və ordusu Hz. Musaya düşmənçilikləri və azğınlıqları səbəbiylə sağlam düşünmə bacarığını itirdilər və bu möcüzəvi vəziyyəti qavraya bilmədilər. Fironun son anlarını Allah Quranda belə bildirir:
Biz İsrail oğullarını dənizdən keçirtdik. Firon və onun qoşunu zülm və düşmənçilik məqsədilə onları təqib etdilər. Nəhayət (Firon) (dənizdə) batdığı vaxt dedi: “İsrail oğullarının iman gətirdiklərindən başqa ilah olmadığına inandım. Mən də müsəlmanlardanam!”(Yunus surəsi, 90)
Burada Hz. Musanın bir möcüzəsini də görmək mümkündür. Ayədə belə buyurulur:
Musa dedi: “Ey Rəbbimiz! Sən Firona və onun əyanlarına dünya həyatında zinət və mal-dövlət bəxş etdin. Ey Rəbbimiz! Onlar (insanları) Sənin yolundan sapdırırlar. Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və qəlbini sərtləşdir ki, üzücü əzabı görməyincə iman gətirməsinlər”. (Yunus Surəsi, 88)
Bu ayədən başa düşülür ki, Hz.Musa Fironun ancaq əzaba düçar olduqdan sonra iman gətirəcəyini əvvəlcədən xəbər vermişdi. Belə ki, sular birləşdikdə Firon həqiqətən də iman gətirdiyini söyləməyə başladı. Ancaq bu davranışının səmimiyyətsiz olduğu çox açıq idi. Firon özünü ölümdən qurtara bilmək üçün belə demişdi.
Fironun son anda guya iman gətirməsini və bağışlanma diləməsini ALLAH qəbul etmədi, Firon və ordusu suların altında qalaraq həlak oldular.
FƏLAKƏTLƏR BÜTÜN ÖLKƏNİ BÜRÜMÜŞDÜ
Fironun qövmünə üz verən fəlakərlər bəzi qədim Misir mənbələrində də bildirilmişdir. Yuxarıdakı məşhur İpuver Papirusundu (2-ci bölmə, 5-6) belə yazılıdır: “Fəlakətlər bütün məmləkəti bürümüşdü. Hər yerdə qan vardı…”
HAMAN
19-cu əsrdə Misir Heroqlifləri oxunana qədər “Haman” sözü məlum deyildi. Heroqliflər oxunduqda Hamanın Fironun yaxın köməkçisi və “daş ocaqlarının başçısı” olduğu başa düşüldü. (Yuxarıda Misirdəki inşaat işçiləri) Diqqət etmək lazımdır ki, Hamanın Fironun əmrində olan memar olması bundan 1400 il əvvəl endirilmiş Quranda bildirilmişdir.