PEYĞƏMBƏRİMİZİN (S.A.V.) TƏBLİĞ MƏKTUBLARI

Hz. Məhəmmədin (s.ə.v.) müxtəlif ölkələrin krallarına və bəzi əyalətlərin qubernatorlarına yazdığı təbliğ məktublarından bir qisminin orijinalları bu günə qədər qorunub saxlanılmışdır. Hökmdarları və onların xalqlarını ən gözəl və hikmətli şəkildə haqq dini yaşamağa dəvət edən bu məktublar Peyğəmbərimizin (s.ə.v.) üstün əxlaqının, mərhəmətinin, anlayışının və təbliğ gücünün tarixi nümunələrindəndir.
 
Allahın, Qurani Kərimdə “Aləmlərə Rəhmət” olduğunu bildirdiyi Peyğəmbərimiz (s.ə.v.), özünə bu şərəfli vəzifə vəhy edildiyi ilk andan həyatının son anına qədər Rəbbimizin dinini təbliğ etmişdir. Hz. Məhəmmədin (s.ə.v.) bu təbliğləri əsnasında izlədiyi ən təsirli üsullardan biri isə, şübhəsiz, müxtəlif ölkələrin hökmdarlarına göndərdiyi məktublar olmuşdur. Bu məktublardakı hikmətli, təsirli və mülayim üslub bir çoxlarının haqq din İslamı tanıyıb qəbul etmələrinə səbəb olmuşdur. Şübhəsiz ki, Peyğəmbərimizin (s.ə.v.) təbliğindəki bu hikmətli üslub bütün müsəlmanlara nümunədir.
 
Hz. Məhəmməd (s.ə.v.) göndərdiyi məktublarda ölkə başçılarına,  Allahın tək İlah olduğunu və şəriki olmadığını təbliğ etmişdir. Bununla yanaşı Peyğəmbərimiz (s.ə.v.)  məktublarında barışdırıcı, Ona tərəf çağıran və Allahın himayəsi altında olduğunu bildirmişdir.
 
Məktub göndərdiyi hər bir hökmdarı İslama dəvət edən Peyğəmbərimiz (s.ə.v.), onlara, əgər müsəlman olsalar və cəmiyyətlərinə İslamı təbliğ etsələr, Allah Qatında savablarının çox böyük olacağı müjdəsini vermişdir. Bildirmişdir ki, itaət edib təbliği qəbul etsələr, iqtidarlarını qoruyacaqlarını, qəbul etməsələr də lider olduqları cəmiyyətin məsuliyyətini daşıyacaqlarını və dünyada da iqtidarlarının qalmayacağını vurğulamışdır. (Harun Yəhya, Həzrəti Məhəmməd)
 
Müqəddəs Peyğəmbərimiz (s.ə.v.) xristianlara yazdığı təbliğ məktublarında həmişə onları Quran ayələri ilə xəbərdar etmiş, Quranda Allahın əmr etdiyi, Kitab əhli ilə lazım olan əlaqələri və dialoqları da Allahın buyurduğu şəkildə yerinə yetirmişdir. Uca Rəbbimiz, Quranda müsəlmanların Kitab əhli ilə aralarındakı münasibətin necə olduğu barədə belə bildirmişdir:
 
(Ya Rəsulum!) Söylə: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! ( O kəlmə budur: ) “Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: “İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq (Allaha təslim olanlarıq)!” ( Ali İmran Surəsi 64 )
 
 
Həbəşistanın hökmdarı Necaşiyə Göndərilən Məktub…
 
Hz. Məhəmmədin (s.ə.v.) Həbəşistan Kralı Ashamaya yazdığı məktub müsəlmanların dünyagörüşünü xristianlara göstərməsi üçün son dərəcə əhəmiyyətlidir. Ashama, Hz. Məhəmmədin (s.ə.v.) məktubunun və müsəlman elçilərlə apardığı danışıqlardan sonra, ölkəsinə sığınan müsəlmanları qoruyan siyasət aparmışdır. Peyğəmbərimiz (s.ə.v.) məktubunda belə buyurmuşdur:
 
Rəhman və Rəhim olan Allahın adıyla,
Allah Rəsulu Məhəmməddən Həbəş Necaşisi Ashamaya.
Özündən başqa İlah olmayan gerçək Hökmdar, Müqəddəs, Salam, Qoruyucu, Qurtarıcı olan Allahın tərifini sənə çatdıraram. Təsdiq edib şahidlik edərəm ki, Məryəm oğlu İsa Allahın Ruhu və Sözüdür. Özünə toxunulmamış Məryəmə nəsib edilmişdir. Beləliklə, Məryəm İsaya hamilə qalmış, Allah Təala da Ruh və Nəfəsindən olmaq üzrə Adəmi necə yaratdısa onu da eləcə yaratmışdır. Səni Tək olan və Bənzəri olmayan Allaha səsləyirəm. Ona itaət etmək üçün qarşılıqlı köməyə səsləyirəm. Məni izlə, mənə tabe ol və mənə gələn şeyə iman et. Şübhəsiz ki, mən, Allahın Rəsuluyam. Bu səbəblə səni və ətrafında olan əsgərlərini Allaha iman etməyə dəvət edirəm. Nəsihət və sözlərim sizə çatınca qəbul etmənizi tövsiyə edərəm. Əmim tərəfdən qardaşım oğlu olan Cəfəri yanında az sayda müsəlman qrupu ilə birlikdə sənə doğru yola çıxarıram. Salam olsun həqiqi hidayət yolunda olanlara.
 
Peyğəmbərimizin (s.ə.v.) Misirdə Mukavkısa Göndərdiyi Məktub…
 
Rəhman və Rəhim olan Allahın adıyla, Allahın qulu və Elçisi Məhəmməddən, qıbtilərin Böyüyü Mukavkısa. Allahın Salamı hidayət edənlərin üzərinə olsun. Buna görə Mən, Səni İslama dəvət edirəm. İslama gəl. Nəticədə təhlükəsizlik və salamatlıq içində olarsan. Bunun qarşılığında Allah sənə iki dəfə çox savab verəcək. Əgər bundan qaçsan bütün qıbtilərin günahı sənin üzərində toplanacaq…
 
Bizans İmperatoru Herakla Göndərilən Məktub…
 
Hz. Məhəmmədin (s.ə.v.) Bizans İmperatoru Herakla göndərdiyi məktub da Əhli Kitaba edilən dəvətdə Qurandan ayələrin istifadə edildiyini göstərən hikmətli nümunədir. Peyğəmbərimiz (s.ə.v.) məktubunda əvvəl Ali-İmran Surəsinin 64-cü ayəsini yazaraq təbliğ etmişdir.
 
Bismilləhir-rəhmanir-rahim,
Allahın qulu və elçisi Məhəmməddən, Bizanslıların böyük rəisi Herakliyusa: “Salam olsun həqiqət yolunu izləyənə! Əlavə edim ki, səni bütünlüklə İslama dəvət edirəm. İslamı qəbul et ki, rahatlıq tapasan, İslamı qəbul et ki, Allah dəyərini iki qat artırsın. Amma əgər qaçsan, təbəənin günahı da sənin üzərinə yüklənəcək və siz, ey Müqəddəs Kitabın insanları (Ey Kitab Əhli!) sizinlə bizim aramızda eyni olan bir sözə doğru gəlin ki, biz ancaq Allaha tapınarıq, Ona heç bir şeyi ortaq qoşmarıq və aramızda heç kim Allahdan başqa heç nəyi sahiblənməz (Rəbb etməz). İndi, əgər üz döndərərlərsə, belə deyin: Şahid olun biz müsəlmanlardanıq (Allaha təslim olanlarıq).
 
            İran İmperatoru Kisraya Göndərilən Məktub…
 
Hz. Məhəmməd (s.ə.v.) müşrik cəmiyyətlərin liderlərinə göndərdiyi məktublarında onlara sonsuz elm sahibi Allahın tək İlah olduğunu və özünün də Onun elçisi olduğunu təbliğ etmişdir. Kitab Əhli olan cəmiyyətlərdən fərqli olaraq müşrik cəmiyyətlərə göndərilən bu məktublarda Allahın varlığı və birliyi əsas mövzu olaraq vurğulanmışdır.
 
Bismilləhir-rahmənir-rahim,
Allah Elçisi Məhəmməddən, İranlıların rəhbəri Kisraya: Salam, həqiqət yolunu tapıb Allaha və Rəsuluna iman edənlərin və Allahdan başqa İlah olmadığına, Onun bir və şəriksiz olduğuna və Məhəmmədin Onun qulu və Elçisi olduğuna şahidlik edənlərin üzərinə olsun! Səni İslamı qəbul etməyə dəvət edirəm, çünki mən, Allahın, diri olan hər kəsi xəbərdar etmək və ilahi kəlamın kafirlərə qarşı hökmünü tamamlaması üçün bütün insanlara göndərdiyi elçisiyəm. İndi İslama təslim ol və rahatlıq tap. Amma əgər rədd etsən, o zaman atəşpərəstlərin günahları da sənin üzərinə olacaq.
 
Uman Məlikləri Ceyfər və Abdə Göndərilən Məktub…
 
Rəhman və Rəhm olan Allahın adıyla,
Allah Rəsulu Məhəmməddən, Culandanın iki oğlu Ceyfər və Abdə: "Salam olsun, həqiqət yoluna tabe olanların üzərinə! Sizin hər ikinizi İslama dəvət edirəm. İslama tabe olun və qurtuluşa çatın. Çünki mən, Allahın bütün canlıları xəbərdar etmək üçün və vədinin kafirlər üzərinə tamamlaması üçün bütün insanlığa göndərdiyi elçisiyəm. İndi, əgər hər ikiniz də İslamı qəbul etsəniz, hər ikinizə də iqtidar verəcəyəm. Amma ikiniz də (İslamı) qəbul etməyi rədd etsəniz, ikinizin də krallığı sizdən uzaqlara yox olub gedəcək, süvarilərim ölkənizdə qərargah quracaqlar və peyğəmbərlik xüsusiyyətim krallığınıza qalib gələcəkdir."
 
Əl Ahsa Qubernatoru Əl Münzirə Göndərilən Məktub
 
Bismilləhir-rahmənir-rahim.
Allah Elçisi Məhəmməddən, əl-Münzir b. Sovaya! Salam üzərinə olsun. Səni, özündən başqa heç bir ilah olmayan tək bir Allaha həmd etməyə çağırıram və elan edirəm ki, Ondan başqa heç bir tanrı yoxdur və Məhəmməd Onun qulu və Rəsuludur. Sənə Qadiri Mütləq və Şanı Uca olan Allahı xatırladaram, çünki kim yaxşı nəsihətə qulaq assa öz yaxşılığı üçündür və kim mənim elçilərimə itaət etsə və əmrlərinə tabe olsa mənə itaət etmiş olar. Bundan başqa, kim onlar haqqında yaxşı düşünsə mənim haqqımda yaxşı düşünmüş olar. Şübhəsiz, mənim elçilərim səni tərifləmişlər. Mən də sənin xalqına şəfaətini qəbul edirəm. İndi, müsəlman olmadan əvvəl sahib olduqları şeyləri müsəlmanların əlində saxla. Və mən günahkarları bağışlayıram. İndi sən də onların peşmanlıqlarını qəbul et. Biz isə sən yaxşı davrandığın müddət ərzində səni vəzifədən uzaqlaşdırmayacağıq. Əksinə, kim ki, yəhudilik, ya da atəşpərəstlikdə israr etsə cizyəyə tabe olacaq. Bu məktublar, müsəlmanların Əhli Kitab və digər müşrik və inkarçılarla olan əlaqələrində necə davranacaqlarını görmələri cəhətdən indiki dövrdə də çox qiymətli təbliğ nümunələridir. Dinsizliyə qarşı mübarizə etməli olan Müsəlmanların və Əhli Kitabın birləşdirilməsi üçün də bir üsuldur. Bu birlikdəlik, Hz. İsanın yer üzünə ikinci dəfə gəlişini gözlədiyimiz bu günlərdə dünyanı işıqlığa və rahatlığa qovuşduracaq ən əhəmiyyətli vəsilələrdən biri olacaq.
 
Müqəddəs Əmanətlərin Mərkəzi: İstanbul
 
Peyğəmbərimizin (s.ə.v.) məktubları çox hikmətli, məqsədyönlü və Allahın dinini təbliğ etmək istiqamətindədir.
 
Bununla bərabər bu məktubların başqa bir xüsusiyyətləri də var: Məktubların böyük bir qismi İstanbulda Topqapı Sarayında saxlanılır.
 
Sarayın “Müqəddəs Əmanətlər” hissəsində Peyğəmbərimizdən (s.ə.v.) və Səhabəi Kiramdan qalan digər əşyalarla birlikdə qorunan məktublar, Hz. Məhəmmədin (s.ə.v.) Bayrağı,  Xirqə-i Səadəti və Qılıncı ilə eyni otaqda nümayiş etdirilir.
 
Xüsusilə qeyd etmək lazımdır ki, hədisilərdə Hz. Mehdinin çıxış yeri ilə əlaqədar əlamətlərin ərasında bu əmanətlərin olduğu yer göstərilir. Bu hədislərdən bəziləri belədir:
 
Abdullah b. Şurəfədən nəql edilir ki: Hz. Mehdidə Peyğəmbərimizin bəzənmiş bayrağı olacaq. (Kitab-ul Bürhan Fi Əlamət-el Mehdiyy-il Axır Zaman, 65)
 
Əlamətlərə gəldikdə: yanında Allah Rəsulunun (s.ə.v) köynəyi, qılıncı, bayrağı olacaq. Həmin bayraq Rəsulullahın (s.ə.v) vəfatından bu günə qədər heç açılmayıb. Hz. Mehdinin zühuruna qədər də açılmayacaq. Bayrağında "Əl Beyəti Lilləh" (Allah üçün Beyət) kəliməsi yazılı olacaq. (Qiyamət Əlamətləri, səhifə 164)
 
Şübhə yoxdur ki, əsrlər əvvəl bildirilən bu hədisdə Peyğəmbərimizin (s.ə.v.) axır zamanda baş verəcək hadisələri müjdələməsi də böyük möcüzələrdəndir. Hədislərdə bildirildiyi kimi indiki dövrdə Topqapı Sarayında qorunan bayraq bəzənmiş və yenə hədisdə ifadə edildiyi kimi Osmanlı İmperiyasında olduğu dövrdə müharibələrə aparılmasına baxmayaraq mühafizə edilmiş və bu günə qədər açılmamışdır. Hədislərdə bildirilən bu xüsusiyyətlərin aradan yüzlərlə il keçməsinə baxmayaraq hələ də etibarlı olması, şübhəsiz, Peyğəmbərimizin (s.ə.v.) hikmətli sözlərinin dəlilidir.
 
Hz. Mehdiyə dair hədislər, Allahın izniylə axır zamanda həyata keçəcək və Qızıl əsrin xəbərçisi olan bu möcüzələr müsəlmanların şükr etməsinə səbəb olacaq.
2011-02-07 13:50:48
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top