BAKIDA KEÇİRİLMİŞ ''İSLAM TERRORU LƏNƏTLƏYIR VƏ QURANDA BƏHS EDILƏN CANLILAR'' ADLI İKİ HİSSƏLİ KONFRANSDAN GÖRÜNTÜLƏR

"Gənclərin Mənəvi İnkişafı" İctimai Birliyi (GMİİB) fevralın 27-də "Park İNN-Azərbaycan" mehmanxanasında "İslam Terroru Lənətləyir" və "Quranda Bəhs Edilən Canlılar"  adlı iki hissəli konfransı təşkil etdi. Tədbirin təşkilində əsas məqsədlərdən biri 19 il bundan əvvəl Xocalı şəhərində baş verən və İslam, Quran və ümumiyyətlə heç bir din əxlaqına sığmayan o böyük terror aktının təkcə Azərbaycanlılar üçün deyil, bütün bəşəriyyət üçün təhlükəsini ictimaiyyətə çatdırmaqdı.  Həmçinin, tədbirdə qeyd olundu ki, iki əsrə yaxındır bütün bəşəriyyətə qırğınlar, böhranlar, mərhəmətsizlik və qəddarlıqdan başqa heç nə bəxş etməyən darvinist-materialist əxlaqın qarşısını almağın yeganə yolu həqiqi Quran əxlaqıdır.

Tədbirin ikinci hissəsində elmi mövzulara daha çox toxunulmuş, "Quranda diqqət çəkilən canlılar və onların möcüzəvi xüsusiyyətləri" mövzusunda mühazirə oxunmuş, daha sonra canlılar aləmi və bitkilərin yaradıldığı andan bu günədək heç bir dəyişikliyə uğramadığını sübut edən milyonlarla il yaşa malik onlarla daşlaşmış qalıqdan ibarət fosil sərgisi nümayiş etdirildi. 

Sonda Xocalı faciəsi qurbanlarının ruhuna dualar oxundu. 

 

 

 

 

 

 

 

 

 

2011-03-01 00:08:20
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top