BƏHREYN, YƏMƏN VƏ DİGƏR İSLAM ÖLKƏLƏRİNDƏ BAŞ VERƏN PROSESLƏR MƏZHƏBLƏR ARASI QARŞIDURMAYA ÇEVRİLMƏMƏLİDİR
İslam aləmində son bir neçə ay ərzində ard-arda baş verən hadisələ bütün müsəlmanlar üçün olduqca həssas yanaşılması lazım olan hadisələrdir. Antidemokratik rejimlərin təzyiqi altında əzilən, gəlir bölgüsündəki bərabərsizlik və s. səbəblərdən yoxsulluq içində yaşayan, dinlərini sərbəst yaşaya bilməyən müsəlmanlar onlarla ildir ki, davam edən təzyiqlərə qarşı öz iradələrini ortaya qoymuş, Tunis və Misirdə hakimiyyət dəyişikliyinə nail olmuşlar. Müsəlmanların üzərindəki təzyiqlərin sona çatması və demokratik irəliləyişlərin olması əlbəttə ki, sevindirici haldır. Ancaq bunlar ümid edilən əmin-amanlığın, etimadın və rifahın bərqərar olması üçün kifayət deyil. Bir çox İslam ölkəsində onlarla ildir davam edən zülmün həqiqi azadlıqla və sülhlə əvəz olunması üçün mütləq Allahın Quranda bildirdiyi və Peyğəmbərimiz (s.ə.v.) -in göstərdiyi yolun izlənilməsi lazımdır.
Peyğəmbərimiz (s.ə.v.) axır zamanda yaşanacaq hadisələri əhatəli şəkildə izah edərək,ümmətini bu mühüm dövrlə mujdələmişdir. Bu dövrdə yaşanacaq hadisələrin hamısını bir-bir xəbər verən Rəsulullah (s.ə.v.) bu hadisələrlə qarşılaşdıqlarında hansı mövqedə olmalı olduqlarını da müsəlmanlara bildirmişdir.
Fərat çayının suyunun kəsiləcəyini, Kəbədə qan axıdılacağını,İraqın və Əfqanıstanın işğal ediləcəyini, Ramazan ayında Ay və Günəş tutulmaları olacağını, Halley və Lulin kometalarının keçəcəyini, müsəlmanların lidersiz qalacağını, zalım rəhbərlərin müsəlmanlara əziyyət verəcəyini, İslam aləminin əsir alınacağını, ard-arda fitnələrin olacağını, savaşların və qırğınların yaşanacağını, zəlzələlərin və təbii fəlakətlərin artacağını demiş, bütün bunlar ardıcıl şəkildə həyata keçməyə başlayanda öz soyundan Hz.Mehdi (ə.s.)-ın çıxış vaxtının yaxn olduğunu söyləmişdir. (www.ahirzaman.netsaytından mövzuyla əlaqədar hədisləri və gerçəkləşən hadisələri oxuya bilərsiniz.). Bu hadisələrin baş verdiyini gördükdə hz. Mehdi (ə.s.)-ın artıq gəldiyini anlayan möminlərin o müqəddəs şəxsi axtarmaq, hansı şəraitdə olurlarsa-olsunlar onu tapmaq üçün cəhd etmələrini və o mübarək şəxsin mənəvi liderliyi ətrafında birləşmələrini buyurmuşdur. Hicri 1400-cü ildən etibarən axır zamanı tərif edən hədislərin bir-bir həyata keçməsi Allahın izni ilə, Peyğəmbərimiz (s.ə.v.)-in xəbər verdiyi dövrdə olduğumuzu göstərir. Bu halda Peyğəmbərimiz (s.a.v)-in göstərdiyi yola tabe olmaq və Hz. Mehdi (ə.s.)-a ən gözəl şəkildə hazırlıq görmək ən əsas işimiz olmalıdır. Bu səbəbdən müsəlmanlar zalımların getməsi, zülmün sona çatmasını istədiklərini dilə gətirərkən, Hz. Mehdi (ə.s.)-ı görmək və İslam aləminin birləşməsini istəmək tələblərini də mütləq ifadə etmələri lazımdır.Fironlar, Nemrudların getməsini istəyən müsəlmanların, Musaların, İbrahimlərin gəlməsini də istəmələri şərtdir. Dəccal zulmünün bitməsini istəyən, Mehdiyyət gözəlliyinin, sevgi və şəfqətinin hakim olmasını da istəməlidir. Əgər Müsəlmanlar, Allahın Quranda bildirdiyi kimi birlik olmazlarsa, Peyğəmbərimiz (s.ə.v.)-in xəbər verdiyi bütün əlamətlərin gerçəkləşdiyini görməməzliyə vurarlarsa və bu baş verən hadisələri adi bir sosial-siyasi bir hadisə kimi görərlərsə, Allahın bu hadisələri yaratmaqdakı hikmətlərini görə bilməzlərsə , o zaman ümid etdikləri müvəffəqiyyət və uğura nail ola bilməzlər. Yaşadığımız axır zamanda müsəlmanların xilası Mehdiyyət və İslam birliyi vəsiləsiylə olacaqdır.
Bütün bu hadisələr baş verərkən, müsəlmanların unutmaması lazım olan əhəmiyyətli bir məsələ də "LəiləhəilAllah Muhammədən Rəsulullah" deyən hər kəsin qardaş olmasıdır. İslam aləminin mənəvi bir liderinin olmadığı, müsəlman qanının axdığı bu dövrdə, qardaşlıq, birlik və bərabərlik çox qiymətlidir.
Hansı məzhəbdən, hansı düşüncədən, hansı qrupdan olursa-olsun bir müsəlmanın digərini darda qoyması, onun əziyyət altında olmasına göz yumması mümkün deyil. Müsəlmanlar Peyğəmbərimiz (s.ə.v.)-in "MüsəlmanMüsəlmanazülm etməzvəonu təhlükədəqoymaz" sözünü unutmamalıdırlar.
Müsəlman, din qardaşının hər zaman üçün yaxşılığını istəməsi lazım olduğunun, özünü düşündüyü kimi onu da düşünməsinin lazım olduğunun, hər hansı bir anlaşılmazlıq olduğunda da səbirlə, şəfqətlə və sevgiylə cavab verməsinin lazım olduğunun şüurundadır. Bu səbəbdən hər bir müsəlman özü və yaxınları üçün istədiyi azadlığı, rahatlığı, komfortu, rifahı və etibarı, digər bütün müsəlmanlar üçün da istəməlidir. "Biz rahat olaq yetər", "biz azad olaq yetər" məntiqi Quran əxlaqına uyğun deyil. Quran əxlaqı müsəlmanların dini, dili, irqi nə olursa olsun hər insan üçün eyni həyat səviyyəsi istəməyi və təmin etməyi tələb edər. Xüsusilə də kitabı bir, peyğəmbəri bir, Allahı bir olan müsəlmanların rahatlığı, sevinci, təhlükəsizliyi və dincliyi hər Müsəlman üçün vicdani bir məsuliyyətdir.
Son günlərdə Bəhreyn və Yəməndə yaşanan hadisələri qiymətləndirərkən də bu həqiqətlərin unudulmaması çox əhəmiyyətlidir. Rəhbərlikdə olanlar Şiə, Sünni,Cəfəri, Vəhhabi məzhəbi və s. nə olursaolsun, hər bir müsəlmana bərabər imkanlar təmin etməli, hər birinin xoşbəxt və dinc olması üçün cəhd göstərməlidir. Əgər sünni bir rəhbərlikdə şiələr rahatlıq tapa bilmirsə və ya şiə rəhbərliyi altında sünnilər dinc deyilsə, bu, Quran əxlaqının və Peyğəmbərimiz (s.ə.v.)-in sünnəsinin ən azından natamam yaşandığının göstəricisidir. İslam əxlaqına görə rəhbərlikdə olan hər bir insan, xidmət üçün o vəzifədədir və bütün xalqın birinci sinif vətəndaş kimi yaşamasını təmin etməklə mükəlləfdir. Xalqın qanuni tələblərinə təzyiq və zorla maneə törətməyə çalışmaq qəbuledilməzdir. Xüsusilə də bu təzyiq və zorakılığın yalnız müəyyən bir qrup insana, müəyyən bir məzhəbdən və ya düşüncədən olan insana yönəldilməsi Allahın razı olmayacağı bir davranışdır.
Bu səbəbdən xahişimiz, başda Yəmən və Bəhreyn olmaqla, bütün İslam ölkələrində -şiə, sünni, vəhhabi, cəfəri ayrı-seçkiliyi olmadan hər bir müsəlmanın gözəl bir həyat sürməsidir. Belə bir dövrdə müsəlmanlar arasına nifaq salmağı hədəfləyən, qardaşı qardaşa qırdırmaq planları təşkil edən insanların da ola biləcəyini gözardı etməmək lazımdır. Bəhreyn və Yəməndə yaşanan hadisələri qardaş savaşına çevirmək istəyənlərə icazə verilməməli və Allahı bir, Kitabı bir, Peyğəmbəri bir olan müsəlmanları bir-birinə düşmən etməyə çalışanların oyunları pozulmalıdır.