Kompüter mühəndisləri, son illərdə enerjidən səmərəli şəkildə istifadə olunması yönündən ən üstün model olaraq qaraciyər modelini seçiblər. Bunun səbəbi qaraciyərin eyni vaxtda bir çox funksiyanı qüsursuz şəkildə yerinə yetirməsidir. Qaraciyər insan orqanizminin təxminən 500 funksiyasını həyata keçirir. Qaraciyər, yediyimiz yeməkləri orqanizmin mənimsəyə biləcək şəklə salır. Bunu edərkən, həzm sistemindən gələn qanın daxilində olan mürəkkəb molekulları parçalayır və ya kompleks molekullar şəklinə gətirir. Daha sonra faydalı olanları təkrar qan vasitəsi ilə digər hüceyrələrə göndərir. Zərərli olanları isə, bir neçə əməliyyatdan keçirərək böyrəklərə göndərir və ordan da süzülərək bədəndən xaric edir. 1.5-2 kq ağırlığındakı "ət kütləsi"nin, qan yolu ilə bütün qida maddələrini mənimsəyib müxtəlif kimyəvi reaksiyalardan keçirərək, bədənin digər hüceyrələri üçün lazımlı elementlərə çevirməsi sadəcə yaradılış möcüzəsidir.
Qaraciyərin başlıca vəzifəsi ilk növbədə qan vasitəsi ilə qida maddələrini digər orqanlara çatdırmaqdır. Qaraciyər süngərəbənzər quruluşa malikdir. Belə ki insan bədənindəki qanın 800-900 qramı, hər zaman qaraciyər tərəfindən mənimsənilmiş olur Beləliklə, qaraciyərin orqanizm daxilində mövqeyi, digər orqanlara zərər verməyəcək və vəzifələrini ən yaxşı icra edəcək şəkildə nizamlanmış olmasıdır.
Qaraciyərin özünəməxsus quruluşu
Həyatımız üçün son dərəcə əhəmiyyət daşıyan qanı, bədənin ən uc nöqtələrinə yorulmadan daşıyan, tükşəkilli damarlardır. Qaraciyərdəki tükşəkilli damarların divarları isə digər tükşəkilli damarlardan fərqli quruluşa malikdir. Qaraciyərdəki tükşəkilli damarlar qoruyucu təbəqə olan "bazal təbəqə"dən məhrumdur. Əslində "məhrum" sözünü istifadə etmək doğru deyil. Çünki burada şüurlu bir "məhrumluq" nəzərdə tutulur. Digər orqanlarda "bazal təbəqə" olduğundan, qaraciyərdəki tükşəkilli damarlarda belə törəmənin olmaması nəticəsində, damarlardan gələn qan, dərhal bir süngər kimi mənimsənilib qaraciyər hüceyrələrindən keçərək bədənə sürətli şəkildə çatdırılır. Qaraciyər, özünəməxsus quruluşu sayəsində qanı rahatlıqla toxumalara ötürə bilir.
Bu şəkildə əldə etdiyi zülalı da qan plazmasına boşalda bilir, ölmüş qan hüceyrələrini məhv edir
"Bazal təbəqə"nin qaraciyərin tükşəkilli damarlarında olmamasının nə qədər əhəmiyyətli olduğunu başqa örnəklə açıqlayaq:
Suyun torpaqdan süzülərək daxili qatlarına enməsi, üzərində giləbənzər sərt təbəqə olan torpaqdan keçməsindən daha asandır. Təsərrüfatçılar bitkilərin dibindəki torpağın su keçiriciliyini artırmaq üçün torpağı tez-tez belləyirlər. Bellənməyən bitkilərin yağan yağışlardan faydalanması da məhdud olur. Bitki köklərinə mineralların və suyun rahatlıqla çata bilməsi üçün torpağın sukeçirici quruluşa malik olması lazımlıdır. Eyni vəziyyəti qaraciyər üçün də düşünsək; bazal təbəqəsi olmayan və bu sayədə daha keçirici olan qaraciyərin tükşəkilli damarları, qanı qaraciyər hüceyrələrinə qısa zaman ərzində çatdırırlar.
Qaraciyər hüceyrələrinin xüsusi qabiliyyətləri
Qaraciyərin orqnizmimizdəki vəzifəsi qan dövranı, həzm, sistemi kimi fərqli orqanlarda reallaşan fəaliyyətlərdən xəbərdar olmaqdır. Məsələn, həzm sisteminə daxil olan yağların həll ola bilməyəcəyini əvvəlcədən müəyyən edir və bu yağların parçalanmasını təmin edən maddə ifraz edir.
Bu maddə bildiyimiz öd ifrazatıdır. Qaraciyər ifraz etdiyi bu maddəni dərhal istifadə etmir. Aldığı əmrə, uyğun olaraq öd ifrazatını lazımlı olduğu zaman yağlı qidaların üzərinə ifraz edir. Qaraciyər hüceyrələrinin qabiliyyətləri bununla da məhdudlaşmır. Bu orqanın fəaliyyəti nəticəsində ortaya bəzi tullantılar çıxır. Bunların aradan qaldırmaq da qaraciyərin vəzifəsidir. Sinusların səthində olan "Kupffer hüceyrələri" bu vəzifəni icra edir. "Kupffer hüceyrələri", əslində qanda olan zərərli maddələri "faqositoz" (orqanizmin müdafiə funksiyası) və həzm etmə üsulu ilə udur. Bu hüceyrələrdə zərərli və faydalı maddələri ayırd edir, beləliklə təhlükəni aradan qaldırır. Əgər qan yolu ilə qaraciyərə gələn zərərli maddələr Kupffer hüceyrələri tərəfindən müəyyən edilib ortadan qaldırılmasaydı nə baş verərdi?
Bədəndə mütəmadi olaraq xəstəliklər meydana gəlir, bunun nəticəsində immunitet sistemimiz zəifləyir. Bu da özümüzü xəstə və yorğun hiss etməmizə səbəb olur. Amma qaraciyərdəki bu xüsusi sistem sayəsində bədənə həyəcan siqnalı verilməmiş zəhərli maddələr müəyən edilərək zərərsizləşdirilir. İnsan sağlamlığı üçün keçirilmiş bu tədbir də Allahın, yaratdığı canlılar üzərində təcəlli edən şəfqətinin parçasıdır. Bu məlumatları oxuyan, vicdanı və ağlı ilə düşünərək belə bir nəticəyə çıxaracaq: Allah, üstün güc sahibi və təriflənməyə layiq olandır.
Qaraciyərdəki çox funksiyalı işçilər
Qaraciyərin əsas hüceyrələri hepatosidlərdir. Bu hüceyrə növü öd ifraz olunması, qandakı toksinlərdən təmizlənməsi, qanın yığılması və laxtalanmanı təmin edən parçacıqların çıxarılması kimi vəzifələri yerinə yetirir. Ardıcıllıqla sıraladığımız bu funksiyaların hər biri, sağlam həyat sürməyimiz üçün lazım olan çox əhəmiyyətli fəaliyyətlərdəndir. Əslində hər biri başlı-başına bir mütəxəssis tələb edən bu kimyəvi reaksiyaların hüceyrələr tərəfindən ustalıqla həyata keçirilməsi, çox sistemli, nizamlı və planlı şəkildə hərəkət etməyi tələb edir. Bu planlı işi karbon, hidrogen, oksigen və azot kimi maddələrdən meydana gəlmiş və hissələrini ancaq elektron mikroskopu altında görülə bilən hüceyrələrin reallaşdırması isə üzərində düşünülməsi lazım olan mövzulardandır. Bu məqamda belə bir nümunə göstərə bilərik. Qaraciyərin həyata keçirdiyi əməliyyatları bizim üçün edəcək insan birliyi meydana gətirməyə çalışdığımızı düşünək.
Tapmamız lazım olan;
-kimyəvi reaksiyalar aparacaq mütəxəssis,
-istehsalda çalışacaq,
-anbarda lazım olan maddələri ayıracaq,
-istehsalda yaranan tullantıları xaricə atacaq, lakin bunu fabrikdə işləyənlərə zərər vermədən və ətrafı çirkləndirmədən edəcək,
-ətrafındakı fabriklərə əlavə xidmət edəcək və onların ehtiyacı olan vəsaiti əvvəlcədən təyin edib tədbirini alacaq və istehsalını edəcək,
Eyni zamanda bu kəslərin hər birinin -qaraciyər hüceyrələrinin etdikləri kimi- bütün bu işlərdə təcrübəli olmaları, ara vermədən işləmələri, yorğunluq bilmədən və bütün işlərin məsuliyyətini tək başlarına boynuna götürə bilmələri lazımdır.
Gördüyümüz kimi, belə işin altından qalxa biləcək, bu xüsusiyyətlərin hamısına sahib insanlar tapmaq qeyri-mümkündür.
Halbuki, qaraciyərimizdəki ancaq mikroskop altında görə bildiyimiz milyonlarca vəzifəli hüceyrə, bu anda saydığımız vəzifə siyahısını və daha saymadıqlarımızı əskiksiz yerinə yetirməkdə davam edir. Üstəlik bu qüsursuz vəzifələr bu gün yer üzündə yaşayan milyardlarca insanın hər birinin qaraciyərində eyni şəkildə reallaşmaqdadır. Tarix boyunca yaşamış trilyonlarca insanın hər birinin qaraciyər hüceyrələri eyni vəzifələri əskiksiz olaraq yerinə yetirmişdir. Trilyonlarca hüceyrənin göstərdiyi bu bənzərsiz ağlın, molekullardan ibarət olan bu varlıqlar tərəfindən reallaşdırılmayacağı əlbəttə ki, məlumdur.
Bu möcüzəvi prosesi reallaşdıran, yaradan və nizama qoyan, lazımlı əmrləri verən Allahdır. Qurani Kərimin ayələrində yer üzündə qarşılaşdığımız hər sistemin və varlığı hərəkətə gətirənin, hər şeyi edənin Allah olduğu və insanın bu elmi araşdırıb düşünməsinin lazım olduğu izah edilmişdir.
2011-06-07 16:36:01Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz. (Talaq Surəsi, 12)