DÜNYANIN YERİ

Üzərində yaşadığımız Yer planetinin, Günəş sistemindəki və ümumiyyətlə kosmosdakı yeri, Allahın yaratma sənətindəki qüsursuzluğu göstərən dəlillərdən biridir. Son zamanlarda tapılan astronomik dəlillər sistemdəki digər planetlərin varlığının, Dünyanın təhlükəsizliyi və orbiti üçün böyük əhəmiyyət kəsb etdiyini göstərir. Yupiterin mövqeyi buna nümunədir. Günəş sisteminin ən böyük planeti Yupiter, öz varlığı ilə əslində dünyanın tarazlığını təmin edir. Astrofizik (astronomiyanın bir bölməsi) hesablamalar Yupiterin varlığının digər planetlərin orbitlərinin də tarazlıqda saxlandığı həqiqətini ortaya çıxarır. Yupiterin Dünyanı qoruyan ikinci bir funksiyası haqqında, planetlərlə bağlı elm sahəsini araşdıran Corc Wetherill "Yupiter necə də fərqlidir" adlı məqalədə belə yazır:

 

"Yupiterin yerləşdiyi ərazidə əgər bu böyüklükdə planet olmasaydı, Dünyamız planetlər arası boşluqlarda gəzişən meteroidlərə və kometalara daha çox hədəf olardı... Əgər Yupiter hal-hazırda yerləşdiyi mövqedə olmasaydı, bu an biz Günəş Sisteminin mənşəyini araşdırmaq üçün burada olmazdıq". (G. W. Wetherill, "How Special his Jupiter?", Nature, vol. 373, 1995, s. 470)

 

Bir sözlə, Günəş Sisteminin quruluşu, hər cür detalıyla birlikdə canlılar üçün xüsusi və qüsursuz dizaynla yaradılmışdır. Başqa sözlə desək, kainatın fiziki qanunları kimi Dünyanın kosmosdakı mövqeyi də, bu kainatın insan həyatı üçün xüsusi hazırlanmış olduğunu göstərən dəlillərdəndir. Aparılan araşdırmalar bu qüsursuz nizamın və dizaynın sonsuz güc və ağıl sahibi olan Allahın bənzərsiz yaratma sənətinin dəlillərindən olduğunu təsdiq edir.

 

Bəzi insanların bunu qavraya bilməmələrinin səbəbi isə səmimi şəkildə düşünməmələridir. Halbuki, səmimi olaraq düşünən, həqiqi ağıl sahibi olan insan kainatda hər şeyin mütləq məqsədyönlü şəkildə yaradıldığını anlayır. Allah hər bir varlığın yaradılış məqsədinin olduğunu bizə xəbər verir:

 

Biz göyü, yeri və onların arasındakılarını nahaq yerə xəlq etməmişik. Bu, kafirlərin zənnidir. Vay o kafirlərin Oddakı halına! (Sad Surəsi, 27)

 

Bu dərin anlayışı Allah başqa ayələrində də təsvir etmişdir.

 

Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür (və deyirlər:) "Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru". (Ali İmran Surəsi, 190-191)

 

Yer üzündə olanların hamısını sizə görə xəlq edən, sonra göyə tərəf yönəlib onu yeddi qat göy edən Odur. O, hər şeyi bilir. (Bəqərə Surəsi, 29)

2011-06-07 16:45:39
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top