ALLAH BƏDƏNİMİZİ BİR HÜCEYRƏDƏN YARADANDIR

De: “Bir deyin görək, sizin Allahdan başqa tapındıqlarınız yer üzündə nə yaratmışlar? Yoxsa onların göylərin (yaradılmasında) bir şərikliyi var? Əgər doğru danışanlarsınızsa, mənə bundan əvvəl (nazil olmuş) bir kitab və ya elmdən qalan bir əsər gətirin”. (Əhqaf surəsi, 4)

 

Yeni döllənmiş yumurta hüceyrəsi və ana bətnində inkişaf edən rüşeym ilk əvvəl ət parçası şəklində olur. Ancaq zaman keçdikcə inkişaf edir və dəyişməyə başlayır. Gözlər, qulaqlar, ürək və başqa orqanlar yaranır və pillə-pillə yeni insan meydana gəlir. Dünyadakı bütün insanlar bu mərhələlərdən keçiblər. İnsan öz varlığından xəbərdar olmayan hüceyrələr toplusu ikən ana bədənində hazırlanmış qoruyucu mühitdə inkişaf edir. Simmetrik gözlər, qaşlar, burun, ağız, qoruyucu dəri həmişə ana bətnində yaranır.  

 

Bu möcüzəvi dəyişiklik Allahın yaratma sənətinin dəlillərindən biridir. Bu həqiqəti düşünmək və Allaha şükür etmək dünyadakı hər insanın borcudur. İnsanın yaradılışındakı möcüzəvi xüsusiyyətlərə gözün və sümüklərlə qaşların yaranmasını incələyərək bir daha şahid olaq:

 

Gözün möcüzəvi yaradılışı

Rüşeym 4 həftəlik olanda başın hər iki tərəfində oyuq yaranır. İnanmaq çətindir, amma bu oyuqların içində gözlər meydana gələcək. 6-cı həftədə gözlər yaranmağa başlayır. Hüceyrələr bir necə ay ərzində heyranlıq oyandıran plana uyğun hərəkət edir və gözün müxtəlif hissələrini bir-bir yaradırlar. Bəzi hüceyrələr buynuz qişanı, bəzi hüceyrələr göz bəbəyini, bəzi hüceyrələr də bülluru yaradırlar. Hər hüceyrə yaratdığı hissənin sonuna çatanda dayanır. Hər biri gözün bir hissəsini yaradır, sonra mükəmməl şəkildə birləşirlər. Ardıcıllıqda heç bir qarışıqlıq olmur, göz bəbəyinin yerinə başqa təbəqə yaranmır, buynuz qişa, göz əzələləri hər şey öz yerindədir. Bu əməliyyat dayanmadan davam edir və müxtəlif təbəqələrdən yaranan göz qüsursuz şəkildə meydana gəlir.

 

Təkamülün çıxmazları

Dünyanın “ən mükəmməl kamerasi” kimi qəbul edilən gözün yaranmasından da göründüyü kimi, şüursuz hüceyrələr sonsuz ağılla hərəkət edir və gözlər ana bətnində yoxdan yaranır. Əlbəttə, bu möcüzəvi hadisəni edən hüceyrələr deyil. Gözü yaradan hüceyrələr sonsuz güc sahibi Allahın ilhamı ilə hərəkət edirlər.

 

Sümüklərin əzələ ilə örtülməsi

Son dövrlərə qadər sümüklərlə əzələlərin birlikdə yarandığı zənn edilirdi. Ancaq son araşdırmalar çox fərqli və insanların heç fərqinə varmadıqları həqiqəti ortaya qoydu. Rüşeymdəki qığırdaq toxumadan əvvəl sümükləşir, sonra isə əzələ hüceyrələri sümüklərin ətrafındakı toxumalardan seçilərək bir yerə toplanaraq sümükləri əhatə edirlər.

Elmin yeni kəşf etdiyi bu həqiqəti Allah Quranda 1400 il əvvəl insanlara bildirmişdi. Bununla bağlı ayədə belə buyurulur:

 

Daha sonra nütfədən laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq tək xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır!  (Muminun surəsi, 14)

 

Ayədə 1400 il əvvəl xəbər verilən bu elmi həqiqət Developing Human (İnkişaf edən insan) adlı elmi jurnalda belə təsvir edilir: 6-cı həftədə qığırdaqlaşmadan sonra ilk sümükləşmə körpücük sümüyündə ortaya çıxır. 7-ci həftənin sonunda uzun sümüklərdə də sümükləşmə başlayır. Sümüklər meydana gəlməyə davam edərkən, əzələ hüceyrələri sümüyü əhatə edən toxumadan seçilərək, əzələ kütləsini meydana gətirir. Əzələ toxuması bu şəkildə sümüyün ətrafında ön və arxa əzələ qruplarına ayrılır.

 

Qısaca desək, insanın Quranda təsvir edilən meydana gəlmə mərhələləri müasir embriologiyanın kəşfləri ilə uyğunluq təşkil edir. Aləmlərin Rəbbi olan Allah bu həqiqəti əsrlər əvvəl insanlara bildirmişdir.

 

Allah göylərin və yerin yeganə hakimidir. Gözlə görünməyən şüursuz canlılara insanın dərk etdə bilməyəcəyi qədər mükəmməl və kompleks işlər ilham edən Rəbbimiz bizə sonsuz qüdrətinin dəlillərini göstərir.

 

Hüceyrədən insana

Burada özümüzə bir sual verməliyik: Bu hüceyrələr müxtəlif təbəqələr inşa etmək lazım olduğunu haradan bilirlər? Təbəqələrin başlanğıc və son hədlərinə necə qərar verirlər? Bu sualların bir cavabı var. Hüceyrələr Allahın ilhamı ilə hərəkət etdikləri üçün bu şüurlu hərəkətləri edə bilirlər. Ancaq insanın yaranmasını təsadüflərlə izah etməyə çalışan təkamülçülər bu sualların cavabını verə bilməzlər.  (Harun Yahya, İnsan Möcüzəsi)

 

İnsan bədənindəki qüsursuz planı kitablarında izah edən təkamülçülərdən biri də Hoymar von Ditfurtdur. Yazıçı “Dinozavrların səssiz gecəsi” adlı kitabında insanın yaranmasını ətraflı şəkildə izah etmiş, amma “necə, niyə” kimi suallara təkamül nəzəriyyəsi ilə əsla cavab verə bilmədiklərini etiraf etmişdir:

 

“...İnşaata haradan və nə vaxt başlanacağı və planın hissələrinin hansı zaman ardıcıllığı ilə bir yerə gətiriləcəyini izah edən  proyektlər yoxdursa, ən yaxşı plan belə işə yaramaz. Əgər bir binadan bəhs edilirsə, işə təməldən başlayıb, divarları inşaa edib bitirdikdən sonra ən son damı yerləşdirməyimiz lazım olduğunu bilirik. Amma elektrik və su təchizatı tamamlanmadan suvağa da keçə bilmərik. Hər inşaatda tətbiq olunan planla bərabər inşaatın tabe olduğu zaman nizamlanması var.

Hüceyrəyə planın hansı hissəsini nə vaxt emal etməsi lazım olduğunu kimin söylədiyini bioloqlar hələ tapa bilməyiblər. Bəzi genlərin tam lazım olduğu anda və doğru zamanda qarşısı alınarkən, yenə bəzilərinin üzərindəki embarqonun necə qalxdığı, təzyiqçi genlərlə təzyiqi ortadan qaldıran genləri hərəkət etdirən əmri kimin verdiyi tamamilə qaranlıq qalan suallardır..."

2011-06-07 16:59:38
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top