Darvin bundan 150 il əvvəl “Növlərin Mənşəyi”kitabında bu etirafı etmişdir:
Əgər həqiqətən də növlər digər növlərdən tədricən inkişaf etmişdirsə, BƏS NİYƏ ÇOXLU SAYDA ARALIQ MÖVQE TUTAN KEÇİD FOSİLLƏRLƏ QARŞILAŞMIRIQ? Niyə təbiətdə hər şey kortəbii şəkildə deyil, nizamlanmış və yerli yerindədir? Külli miqdarda keçid forması olmalıdır. Bəs niyə yerin saysız hesabsız qatlarında belə nümunələrə rast gəlmirik? Nəyə görə bütün geoloji quruluş və hər təbəqə belə dəlillərlə zəngin deyil? Geoloji cəhətdən belə hallara rastlamadığımız üçün bəlkə də bu, gələcəkdə Mənim nəzəriyyəmə qarşı irəli sürüləcək böyük bir etiraz olacaqdır. (Charles Darwin, The Origin of Species, s. 172, 280)
150 ildən sonra Darvin haqlı çıxdı. Yer kürəsində bir dənə belə olsun keçid mərhələsini özündə əks etdirən canlıların qalıqlarına rastlanmadı. Nəzəriyyəsi, özünün də vurğuladığı kimi BÖYÜK MƏĞLUBİYYƏTƏ UĞRADI.
Son iki yüz illik zaman ərzində, Darvinistlər, elm adı altında bütün dünyanı böyük bir yalanla aldatmışdılar. Lakin 21-ci əsrdə bu gerçəyin ortaya çıxması ilə Darvinizm, məğlubiyyətə uğradı. Yer alt qatlarından 100 milyon heyvan qalıqları çıxardıldı. Darvinistlər isə, bu 100 milyon fosili Yaradılışı sübut etdiyi üçün “GİZLƏTMƏYƏ” səy göstərdilər. Ancaq bu maddi sübutlar, onların gözləmədikləri bir vaxtda bütün dünyaya göstərildi. Bu fosillərin biri belə olsun, keçid mərhələsini özündə əks etdirmirdi. Zülalın, hüceyrənin və DNA-nın quruluşu öyrənildikdən sonra elmin ortaya çıxardığı gerçək ondan ibarətdir ki, bir zülal molekulunun belə son dərəcədə kompleks quruluşa malik olması onun, qətiyyən təsadüf nəticəsində yaranmadığını sübut etməyə kifayət edir. Darvinizmin saxtakarlıqlar üzərinə qurulu, batil bir inancdan başqa bir şey olmadığı dəlillərlə sübut olundu. İnsanın xəyali təkamülünü göstərməyə çalışan kəllə sümüklərinin saxta olduğu ortaya çıxdı. Beləliklə, artıq insanlar TƏKAMÜL YALANINA QARŞI ƏKS REAKSİYA GÖSTƏRMƏYƏ, DARVİNİST İSTİQAMƏTLİ MARİFLƏNMƏYƏ ETİRAZ ETMƏYƏ VƏ KÜTLƏLƏR HALINDA ALLAH İNANCINA DOĞRU YÖNƏLMƏYƏ başladılar.
Bu məğlubiyyəti qəbul etməyən Darvinistlər, xalqın arzu və istəklərindən istifadə edərək yalanlarını davam etdirməyə, təkamülə qarşı çıxan elm adamlarını məktəb və universitetlərdən uzaqlaşdırmağa və dövlətin üst mövqelərini təzyiq altında saxlayaraq, Darvinist diktaturanın məhv olmasının qarşısını almağa çalışdılar. Hətta kilsələr də, Darvinist diktaturanın təzyiqi və işğalı altındadır. Bu təzyiqin nəticəsidir ki, Papa İncildəki izahları təkamül nəzəriyyəsi ilə uzlaşdırmaq məcburiyyətində qaldı. Kilsələr isə, bu azğın dikaturanın təzyiqi ilə lazım olmadığı təqdirdə Darvindən üzr istəmək vəziyyətinə çatdırıldı. Məktəblərdə Təkamül nəzəriyyəsi ilə yanaşı Yaradılışın tədris olunmasının qarşısı alındı. Hətta Darvinin öz kitabında bəhs etdiyi, təkamülü əks etdirən canlı qalıqlarına rast gəlinmədikdə nəzəriyyəsinin əsassız olduğu kimi zəif nöqtələrinin oxunmasına qarşı çıxıldı. Darvinist diktatura bütün təşkilatları, məktəbləri, universitetləri, professorları, təlim keçən və dövlətin üst mövqelərində işləyən şəxsləri, bir sözlə hamını öz idarəçiliyində saxlayırdı.
Artıq bu rejim uzun müddət davam etməyəcək, çünki Allahın izni ilə Hz. İsanın gəlişi yaxınlaşdı.
Hz. Mehdinin zühuru və Hz. İsanın enişi
Hz.Mehdinin axır zamanda göndəriləcəyi Peyğəmbərimiz (s.ə.v) tərəfindən müjdələnmiş, Müsəlmanları zülüm və darlıq vəziyyətindən qurtaracaq, yer üzündəki fitnələri ortadan qaldıracaq, bütün dünyaya barış, ədalət, bolluq, dinclik, sevinc və rifah gətirəcək müqəddəs şəxsdir. Peyğəmbərimiz (s.ə.v) tərəfindən söylənmiş rəvayətlərə görə Hz.Mehdi, xurafatlarla, boş inanclarla və tətbiqlərlə əslindən uzaqlaşdırılmış olan dini əslinə qaytaracaq, Hz.İsa ilə görüşəcək, birlikdə Hz.İsanın da köməyi ilə, Allahın izni ilə yeganə din olan İslamın gözəl əxlaqının yer üzərinə hakim olmasına vəsilə olacaqdır.
Hz.İsanın yenidən dünyaya gəlməsi Quranda və İncildə öz əksini tapmış qəti gerçəkdir. Peyğəmbərimiz (s.ə.v) tərəfindən rəvayət edilən hədislər, axır zaman adlandırılan son dövrdə Hz.Mehdinin zühur edəcəyini və onun ardından da Hz.İsanın yer üzünə enməsi açıq şəkildə göstərilmişdir. Hz.İsa, Hz.Mehdi ilə birlikdə bütün dünyadakı yanlış və batil dinləri yox edəcək və Haqq dini bütün dünyaya hakim edəcəkdir. Hədislərdə əks olunmuş axır zaman yaşadığımız dövrdür və yenə də hədislərdə göstərildiyi kimi Hz.İsanın yer üzünə enməsi çox yaxındır.
Hz.İsanın yenidən yer üzərinə gəlməsi artıq Darvinist diktaturanın Dünya miqyasındakı təzyiqi sona çatacaq. Hz.İsa yenidən yer üzərinə gəldiyində, Qurandan, İncildən, Tövratdan və İncildən sübutlar gətirəcək və batil sistemi məhv edəcəkdir. Hədislərdən də göründüyü kimi Hz.Mehdinin zühur etdiyi aydın şəkildə görünür. Hz.İsanın zühurundan əvvəl Hz.Mehdi, Darvinizmi məğlub edəcək, bu yanlış inancı yerlə yeksan edəcəkdir. Hz.İsanın gəlişi ilə, Darvinist diktaturanın hegemonluğu dasona çatacaq. Hz.İsanın gəlməsi ilə Papa, təzyiq altında qalaraq Darvinizmi müdafiə etmək məcburiyyətində qalmayacaq. Richard Dawkins kimi Darvini müdafiə edən və bütün dünyaya ateizmi yaymağa çalışanlar indiyə qədər etdiklərinin yanlış olduğunu başa düşəcəklər. Hz.İsa, Hz.Mehdi ilə birlikdə insanlar üzərindəki bütün təzyiqləri qaldıracaq, Allahı inkar edən inancları və ideologiyaları məhv edəcəkdir. İnsanlar, Altın Çağ adı ilə tanınan bu dövrdə indiyə qədər görmədikləri rahatlıq, dinclik və bolluq mühitinə keçəcəklər və bütün batil inanclardan və azğın diktaturanın hegemonluğundan xilas olacaqlar. Allahın izni ilə bu dövr çox yaxındır.
Quranda Hz.İsanın gəlişi
Bir də: “Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!”– dediklərinə görə (lənətə düçar edildilər.) Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq (İsanın) bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər.
Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Nisa surəsi, 157-158)
O vaxt Allah dedi: “Ey İsa! Mən sənin həyatına son qoyub Özümə tərəf qaldıracağam, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də ixtilafa düşdüyünüz şeylər barəsində sizin aranızda hökm verəcəyəm. (Ali İmran surəsi, 55)
Kitab əhlindən elə kimsə yoxdur ki, (öz ölümündən, yaxud İsanın) ölümündən əvvəl ona iman gətirməsin. Qiyamət günü isə (İsa) onların əleyhinə şahid olacaqdır. (Nisa surəsi, 159)
Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!” (Məryəm surəsi,33)
Həqiqətən, (İsanın yer üzünə enməsi) Saatın (yaxınlaşmasının) əlamətidir. (Qiyamətə) şəkk etməyin və Mənə tabe olun. Budur, düz yol! (Zuxruf surəsi, 43)
Allah ona yazmağı, hikməti, Tövratı və İncili öyrədəcək. (Ali İmran surəsi, 48)
Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə yazmağı, hikməti, Tövratı və İncili öyrətmişdim. Sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə koru və cüzam xəstəliyinə tutulanı sağaldır və Mənim iznimlə ölüləri dirildirdin. Sən İsrail oğullarının yanına açıq-aydın dəlillərlə gəldikdə Mən onları səndən dəf etmişdim. Onlardan kafir olanlar isə demişdilər: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir”.(Maidə surəsi, 110)
Hədislərdə Hz.İsanın gəlişi haqqında
Mənliyimə hakim olan O şəxsə and olsun ki, Məryəmin oğlunun ədalətli bir hakim olaraq sizə gəlməsi çox yaxındır. O, Xaçı qıracaq, (xaça ibadət etməyi qaldıracaq), donuzu öldürəcək (donuz əti yeməyin haram olduğunu bildirəcək), cizyə (vergi) verməyi ləğv edəcək; mal çox olacaq, amma ona ehtiyacı olan olmayacaq. (Sünen-i Tirmizi, 4/93)
Onunla (İsa ilə) mənim aramda heç bir peyğəmbər yoxdur. O şübhəsiz enəcəkdir. Onu gördüyünüzdə tanıyın! O, orta boylu, qırmızıya çalan (qırmızımtıraq) ağ rəngdədir. Əynində sarı rəngli iki dəst paltar olacaq. Yağış yağmasa da, saçından su damlayacaq. İnsanlarla birlikdə dəccala qarşı mübarizə aparacaq və dəccalı məğlub edəcəkdir. Sonra yer üzündə qırx il yaşayacaq. Sonra öləcək və namazını müsəlmanlarla qılacaqdır. (Buhari, Müslim, Ebu Davud ve Tırmizi, Büyük Hadis Külliyatı, Rudani, 5. cilt, s. 380)
Həyatım əlində olan Allah and olsun ki, Məryəm oğlu (İsa əleyhissalam)ın adil hakim olaraq sizin aranza enməsi şübhəsiz çox yaxındır. O, salibi (xaçı) qıracaq (xaça ibadət etməyi aradan qaldıracaq), donuzu öldürəcək (donuz əti yeməyin haram olduğunu bildirəcək), cizyəni (vergini) ləğv edəcək, mal o qədər artacaq ki, heç kəsin mala ehtiyacı qalmayacaq. (Səhihi Müslim, 6/532)
Hz.Isa (a.s) adil hakim və ədalətli imam olaraq enmədikcə qiyamət qopmayacaq. O, xaçı qıracaq, donuzu öldürəcək, cizyəni (vergini) qaldıracaqdır. Mal da o qədər çoxalacaq ki, heç kəs qəbul etməyəcək. (Sünəni İbni Mace, 10/340)
Hz. İsa (a.s) mənim ümmətim içində;
1. Ədalətli hakim və adil imam olacaq,
2. Xaçı qırıb əzəcək (xaça ibadəti ortadan qaldıracaq) və donuzu öldürəcək (donuz əti yeməyin haram olduğunu bildirəcək)
3. (Xristianlardan) Cizyəni (vergini) qaldıracaq
4. Qabın su ilə dolması kimi yer üzü də barışla dolacqdır
5. Din birliyi olacaq, artıq Allahdan başqasına ibadət edilməyəcək. (Sünen-i İbni Mace, 10/334)
Dəccal, Hz.İsanı görən kimi suyun içərisində duzun əriməsi kimi əriyir və qaçıb gedir. Hz. İsa ( Dəccalın arxasından ) :
-Mənim sənə endirəcəyim zərbə var, sən bu zərbədən əsla qurtula bilməzsən, deyər ona (Fəlistindəki Babü Lüdd adlandırılan ərazidə) Bab-ü Lüddün şərq tərəfindəki Rəmlə yaxınlığında çataraq Dəccalı təsirsiz hala salır. (Ölüm- Qiyamət- Axirət. s, 496)
İncildə Hz.İsanın gəlişi
...Sizdən göyə yüksələn İsa, göyə çıxdığını necə gördüzsə, eyni şəkildə yer üzünə qayıdacaqdır. (Elçilərin işləri, 1:11)
Bunun barədə sizə , “Məsih çöldə” desələr getməyin. “Baxın, içəri otaqlardadır” desələr inanmayın. Çünki insanoğlunun gəlişi, şərqdə çaxıb, qərbə qədər hər tərəfdən görünən şimşək kimi olacaqdır. (Matta, 24: 26-27)
Bunun üçün siz də hazır olun! Çünki İnsanoğlu (İsa), heç gözləmədiyimiz zamanda gələcəkdir. (Matta, 24: 44)
Allah, Məsihi təyin olunmuş vaxtda insanlara göstərəcəkdir. Şərəf və qürur sonsuza qədər onunla olsun. Amin. (Timoteyə 1-ci Məktup, 6: 15-16)
Bundan sonra mənim üçün salehlik tacı hazır durur. Adil hakim olan Rəbbim, o gün bu tacı mənə və yalnız mənə deyil, onun zühurunu həsrətlə gözləyən hər kəsə verəcəkdir. (Timoteyə 2-ci Məktub, 4: 8)
Səmavi Səltənət haqqında olan bu Müjdə xalqların hamısına şəhadət olaraq bütün dünyada təbliğ olunacaqdır; və son o zaman gələcəkdir. (Matta, 24: 14)
“O zaman İsanın (ə.s) əlamətləri göydə görünəcək. Yer üzündəki insanlar kədərlənib ağlayacaqlar. İsa (a.s)-ın buludlar üstündən böyük güc və qüdrətlə endiyini görəcəklər”. (Matta, 24: 30)
“Mələklər: Ey Cəliləlilər (Filistinin şimalında yaşayan xalq), niyə göyə baxıb durursuz?-deyə soruşdular. Sizdən göyə yüksələn İsanı, göyə getdiyində necə gördüzsə, eyni şəkildə də geri gələcəkdir.” (Elçilərin İşləri, 1:11)
“Bizim vətəndaşlığımız isə göylərdədir və biz xilaskar olan İsa Məsihi oradan gözləyirik. (Filippililərə Məktub, 3:20)
“Budur, o, buludlarla gəlir! Hər göz onu görəcək...” (Vəhy, 1: 7)
Qardaşlar, çoxbilmişlik etməyi önləyərək bu sirddən uzaq qalmanızı istəmərəm: Nəhayət bütün İsrail qurtulacaq. Yazıldığı kimi: “Qurtarıcı Siondan gələcək və Yaqubun soyundan dinsizliyi uzaqlaşdıracaqdır. (Romalılara Məktup, 11: 25-26)
Əncir ağacından dərs alın! Budaqların tumurcaqlaması, yarpaqların əmələ gəlməsi yaz fəslinin yaxın olduğunu xəbər verir. Eyni şəkildə, bütün bunların reallaşdığını gördükdə bilin ki, İsanın (ə.s) gəlişi yaxındır. (Matta, 24: 32-33)
İsa (ə.s) öz görkəmi daxilində bütün mələkləri ilə birlikdə gələcək və öz taxtında oturacaq. (Matta, 25: 31)
2011-06-30 16:24:00