“HAQSIZLIĞA MƏRUZ QALMIŞ DARVİN” FİKRİNİN TƏBLİĞATI SADƏCƏ BİR OYUNDUR

Son vaxtlarda bütün dünyada, eləcə də Türkiyədə Darvinizmin yanlış nəzəriyyə olduğu  haqqında mətbuatda yayılan xəbərlərlə paralel yeni bir fikir də irəli sürülürdü. Söz azadlığının məhdudlaşdırıldığını bəhanə edərək Darvinizmlə bağlı xəbərlər və “elmin təzyiq altında olduğu” iddiaları israrla gündəmdə qaldı. Darvinist diktatura bütün dünyada Darvinizmi “haqsızlığa uğramış” bir nəzəriyyə kimi göstərməyə çalışdı. Halbuki bu, Darvinist diktaturanın çirkin oyunu idi. 

 

Təxminən iki əsrə yaxın müddətdir ki, Darvinizm bu nəzəriyyəni irəli sürən masonlar və ateistlər tərəfindən müdafiə olunur. Bu yanlış ideologiya, dünya dövlətlərinin 95%-i tərəfindən qorunur. Rəsmi şəkildə bütün məktəblərdə tədris olunur.

 

Qanunla Darvinizmlə fikri mübarizə aparılması da  rəsmən məhdudlaşdırılıb. Ən təhlükəli ideologiyalar olan kommunizm, faşizm tənqid oluna bilər, amma darvinizm ideologiyası əsla tənqid oluna bilməz. İnsanların bu nəzəriyyəni öyrənmə səbəbi, hazırkı dövrdə dövlət işlərində çalışmaq istəyən, eyni zamanda məktəblərdə təhsil alan şagirdlərin sinifdən-sinfə keçmələri və sairdir. Əks təqdirdə Darvinist diktatura fəaliyyətə keçəcək. Darvinizmin əleyhinə danışan insanlar dərhal susdurulur, əlindəki bütün səlahiyyətlər alınaraq işdən uzaqlaşdırılır. Dəfələrlə təkrarlanmış bu üsullar hələ də Darvinistlər tərəfindən utanmadan həyata keçirilir.

 

Yaradılış gerçəyini müdafiə etdikləri üçün tələm-tələsik işlərindən uzaqlaşdırılan görkəmli professorların bəziləri

 

Dünyanın ən böyük və tanınmış universitetləri Darvinizm nəzəriyyəsini müdafiə edirlər. Eyni zamanda dünyanın ən məşhur mətbuat orqanları və elmi jurnalların əksəriyyəti Darvinistdir. Darvinist lojalar bütün universitetlərə, məktəblərə, bir sözlə hər yerə daxil olmuş, bu dini qanun şəklinə gətirmişdir. Dünya miqyasında ən çox müdafiə olunan  ideologiya Darvinizmdir.

 

Darvinist diktatura elə bir hegemonluq əldə etmişdir ki, təkcə rəsmi orqanlar və məktəblər deyil, dini qurumlar belə bu təzyiqə məruz qalmışlar.  Kilsələrin Darvindən üzr istəməyə məcbur edilməsi, Vatikanın təzyiqə məruz qalaraq Darvinist konfranslara təşəbbüs göstərməsi bu təzyiqin nəticəsidir. Darvinist diktaturanın hakimiyyəti altında olduğumuz müddətdə, yaradılış gerçəyinin oxunmasına, elmi sübutlarının nəşrinə icazə yoxdur. "Yaradılış Atlası" minlərlə fosil və dəlillərlə doludur. Buna baxmayaraq həmin bu dəlillərin bir dənəsinə belə Darvinist ad altında nəşr olunmuş elmi jurnallarda yer verilməmişdir. Çünki bu elmi dəlillər Yaradılış gerçəyini sübut etdiyindən, masonların hakimiyyəti altındakı Darvinist diktatura tərəfindən qadağan olunmuşdur. Məktəblərdə təkamül nəzəriyyəsi ilə bərabər Yaradılış gerçəyinin oxunmasının qarşısı alınmışdır. Darvinist diktatura, şagirdlərin Yaradılış gerçəyini öyrənməsindən qorxduğu üçün var gücü ilə bunu əngəlləməyə çalışır.

 

Darvinizm dövlətlər tərəfindən  rəsmi şəkildə qorunduğu halda, “haqsızlığa uğramış Darvin” imici altında Darvinistlərin haqsızlığa uğradıqları kimi mənzərə yaratmaq saxtakarlıqdır. Darvinist diktatura bu dəfə də eyni yolla Darvinizmə tərəfdar toplamaq məqsədi güdür. Bütün dünyada sorğulanması, rəddedilməsi, tənqid olunması qardağan olunmuş, bütün dövlət orqanlarını hakimiyyəti altına almış , elmi jurnallarda gülünc iddialarla ortaya çıxan saxta bir ideologiyanın haqsızlığa uğraması fikri olduqca gülüncdür. Bu oyun “200-cü il dönümündə Darvin senzuradan keçmədi, belə olduğu təqdirdə onun haqqında daha çox xəbər hazırlamaq lazımdır” fikirlərinə təkan vermək üçün hazırlandı. Bu olacaqdır, “Qarşılaşacağımız təzyiqi görürük və elə buna görə də Darvinə daha çox yer verməliyik” xəbərinin ardında gizlənərək, daha çox təbliğat aparmaq məqsədi güdürdü. Bu, Darvinizmin dəfələrlə gündəmə gətirilməsi üçün hazırlanmış saxta, ucuz və insanlara qarşı yönəlmiş çirkin bir oyundur.

 

Lakin əsas olan odur ki, Darvinizmdən nə qədər danışırlar, danışsınlar nəticə dəyişməyəcək. Elmi  məlumatlardan xəbəri olmayan insanları belə yalanlarla aldatmaq asandır. Artıq insanlar Yaradılış Atlasından xəbərdardırlar. Onun içərisində olan bir neçə fosil belə kifayət edir. Canlılar dəyişmədilər. Canlılar milyonlarla il ərzində dəyişmədiklərini 100 milyon fosil sübut edir. Bunun qarşısında Darvinizmi sübut edəcək bir ədəd fosil belə yoxdur. Keçid mərhələsini özündə əks etdirən fosil olmadığı təqdirdə Darvinizm yox olmuşdur, artıq bu nəzəriyyəni müdafiyə etmək mümkün deyil. Darvinistlərin Yaradılışın məktəblərdə tədris olunması qorxusu, dövlət orqanlarında Yaradılışı müdafiə edən insanları susdurmağa çalışmalarının tək səbəbi elə budur. Məqsədləri Yaradılışı sübut edən və təkamülün əsassız olduğunu göstərən dəlillərin meydana çıxmasının qarşısını almaqdır. Amma Yaradılış Atlası sayəsində qorxduqları başlarına gəlmişdir.

 

Artıq insanlar elmi sübutları bilirlər. İnsanlar artıq günəşi gördülər. Pərdələri çəkib, "ətraf qaranlıqdır" deməklə insanları aldatmaq mümkün deyil. İndi hətta "mən təkamül nəzəriyyəsini müdafiə edirəm" söyləyənlər belə, bu elmi sübutlar qarşısında vəziyyətin nə yerdə olduğunun bilirlər: Darvinizm öldü!

2011-06-30 16:31:42
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top