Peyğəmbərimiz (s.ə.v)-in hədislərindəki məlumatlara görə Uca Allah, gözəl əxlaqdan uzaqlaşan insanları, degenerasiyaya uğrayan cəmiyyətləri doğru yola çatdırmaq üçün ‘’Mehdi’’, digər bir ifadəylə ‘’doğruya aparan’’ xüsusiyyətini daşıyan üstün əxlaqlı bir qulunu vəsilə edəcək.
Hz. Mehdi (ə.s.)Allahın izni ilə bəşəriyyətin içində olduğu bütün bu qarışıqlıqlara, ictimai problemlərə, sosial çətinliklərə həll yolu gətirəcək. Bütün yer üzünə səadət, hüzur, sülh vəgözəl əxlaq hakim olarkən Hz. Mehdi (ə.s.) İslamı bütün təhriflərdən, xurafatdan təmizləyərək əsl Quran əxlaqının yaşanmasını təmin edəcək və Allahın izni ilə bir çox insanın Cənnəti qazanmasına vəsilə olacaqdır.

Hz. Mehdi (ə.s.) insanların Allahdan qorxmalarına və Allahı sevmələrinə vəsilə olacaq
Hz. Mehdi (ə.s.) insanların Allahın gücünü lazımınca təqdir edib, Ondan qorxub çəkinərək gözəl əxlaq göstərmələri üçün insanlara Allahın gücünün və yaradılışdakı ehtişamın dəlillərini izah edəcək, gözəl və hikmətli izahları ilə onların Allahı sevərək Ondan qorxub çəkinmələrinə vəsilə olacaq.
Hz. Əlidən (r.a.) belə rəvayət edilmişdir:
ALLAHPƏRƏSTLİK NƏFSPƏRƏSTLİYƏ ÇEVRİLDİKDƏN SONRA HZ. MEHDİ (Ə.S.) GƏLƏCƏK VƏ NƏFSPƏRƏSTLİYİ ALLAHPƏRƏSTLİYƏ ÇEVİRƏCƏK, QURAN İNSANLARIN ŞƏXSİ DÜNYAGÖRÜŞÜ VƏ DÜŞÜNCƏLƏRİNƏGÖRƏ DƏYİŞDİRİLDİKDƏN SONRA HZ. MEHDİ (Ə.S.) GƏLİB BÜTÜN BU DÜŞÜNCƏLƏRİ QURANLA ƏVƏZLƏYƏCƏK... "Yer üzü içində saxladığı hər şeyi onun üçün çıxaracaq, bütün imkanlarını və bərəkətini onun xidmətinə verəcək.O zaman Hz. Mehdi (ə.s.) gerçək ədalətin necə olduğunu, Kitab və sünnəni əhya etmənin nə demək olduğunu sizə göstərəcək." (Nəhcül Bəlağa, Feyz-ül İslam Nəşr, sf. 424,425)
Hz. Mehdi (ə.s.) dəlalət və azğınlıq qalalarını yıxacaq, insanların tək Allaha iman etmələrinə vəsilə olacaq
Hz. Mehdinin (ə.s.) insanları çəkindirəcəyi ən əhəmiyyətli mövzulardan biri şirkdir. Hz. Mehdi (ə.s.) insanlara daim Allahın tək İlah olduğunu, Ondan başqa heç bir varlığın heç bir gücə sahib olmadığını izah edəcək və müşrikliyə qarşı onları xəbərdar edəcək.
Dünyanı fitnə və düşmənlik bürüdüyündə, hər yer zülm, fəsad və oğurluqla dolduğunda, DƏLALƏT VƏ İNHİRAF (DOĞRU YOLDAN AYIRAN) QALALARINI YIXMAQ, QARANLIQ VƏ DAŞ ÜRƏKLƏRİ TÖVHİD (ALLAHIN BİRLİYİ, TƏKLİYİ), İNSANİYYƏT VƏ ƏDALƏT NURUYLA İŞIQLANDIRMAQ ÜÇÜN ALLAH BÖYÜK İSLAHATÇISINI GÖNDƏRƏCƏK. (Əl Mehdiyy-il Mev'ud, c: 1, sf. 310)

Hz. Mehdinin (ə.s.) vəsiləsiylə hər yer Allaha ibadət edilən yerlər halına gələcəkdir
Hz. Mehdi (ə.s.) insanlara hər an hər yerdə Allahla daim əlaqə içində olmalarını, Allahla səmimi bir yaxınlıq qurmalarını, Allaha dua edib, tövbə etməyi və daim şükr halında olmaları xatırladacaq, beləcə Allahın icazəsiylə dünyanın hər yeri ibadət yerlərinə çevriləcək.
Əbu Basir belə deyir: İmam Cəfər Sadiq (ə.s.)-a "Ey Rəsulullahın övladı! Siz Əhli Beytin Qaimi kimdir?" deyə soruşduğumda belə cavab verdi: ... Hz. Mehdi (ə.s.) dünyanı fəth edəcək, İsa b. Məryəm (ə.s.) nazil olaraq onun arxasında namaz qılacaq. O ZAMAN YER ÜZÜ ALLAHIN NURUYLA İŞIQLANACAQ, ALLAHDAN BAŞQASINA İBADƏT EDİLƏN HƏR YER, ALLAHA İBADƏT EDİLƏN YERLƏR HALINA GƏLƏCƏK; MÜŞRİKLƏR İSTƏMƏSƏ DƏ, DİN O GÜN YALNIZ ALLAHIN DİNİ OLACAQ."(Bihar-ul Envar, c. 51, s. 146)
Hz. Mehdi (ə.s.) insanlara Quranı və Qurana uyğun yaşamağı öyrədəcək
De: “Müqəddəs Ruh (Cəbrail) onu sənin Rəbbindən iman gətirənləri sabitqədəm etmək üçün, həm də müsəlmanlara doğru yol göstərən rəhbər və müjdə olsun deyə gerçək olaraq nazil etmişdir”. (Nəhl Surəsi, 102)ayəsində xəbər verildiyi kimi Hz. Mehdi (ə.s.) Quranın insanlar üçün bir nur və ruhları üçün şəfa olacağını bildirəcək, insanlara Qurandan dərslər hazırlayacaq, hər kəsin Quranı oxuması və anlamasının lazım olduğunu xatırladacaq.
Hz. Mehdi (ə.s.) Quranın doğru şərh olunması üçün elmi mübarizə aparacaq
Rəsulullah (s.ə.v.) Ammar ibn Yasirə belə buyurmuşdur: "Onun uzun bir qeyb dövrü olacaq ki, bəzi insanlar bu dövrdə imanlarını itirəcək, digər bir qrupu isə imanlarını qoruyacaqlar. O (Hz. Mehdi (ə.s.)), axır zamanda çıxıb yer üzünü ədalətlə dolduracaq. O (Hz. Mehdi (ə.s.)), ALLAHIN KƏLAMININ ŞƏRHİ (AÇIQLAMASI) ÜÇÜN SAVAŞACAQ, necə ki mən Allahın kəlamının nazil olması üçün savaşdım. Ey Ammar... (O) xalqın mənə ən çox bənzəyəni olacaq." (Kifayet'ül Eser, İlzamün Nasib, c. 1, s. 98)
O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bilməyən peyğəmbərin, ardınca gedərlər. O (peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan xilas edər. Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun (Quranın) ardınca gedənlər isə nicat tapanlardır”. (Əraf Surəsi, 157)ayəsində xəbər verildiyi kimi axır zamanın dəyərli şəxsi Hz. Mehdi (ə.s.) İslam dinini müxtəlif xurafatlar, batil inanc və səhv hökmlərdən təmizləyəcək. Peyğəmbərimizin (s.ə.v) hədislərində dini müxtəlif xurafatlarla çətinləşdirən cahil sistemin və Hz. Mehdinin (ə.s.) çətin bir mübarizəsinin olacağı bildirilmişdir. Ancaq ayədə işarə edildiyi kimi Hz. Mehdi (ə.s.) cahil sistemin bütün reaksiyalarına baxmayaraq əslindən uzaqlaşdırılmış din əxlaqını əslinə qaytaracaq, İslam dininin asanlığı və gözəlliyini xatırladacaq, beləcə insanların Quran əxlaqına görə yaşamalarına vəsilə olacaq.

Hz. Mehdi (ə.s.) insanları Qurana dəvət edəcək, gerçək ədalətin tərəflərin haqlarını ayrı-ayrılıqda nəzərə alaraq təmin edilə biləcəyini onlara öyrədəcək
Onlar hidayətə qarşı nəfslərinətabe olmaq istədiklərində O da (Hz. Mehdi (ə.s.) nəfsə qarşı hidayətə uyğun gəlməyi istəyəcək. Onlar Qurana qarşı nəfslərini istəyərlərsə, O da nəfslərinə qarşı Qurana uyğun gəlməyi istəyər. ...Döyüş hər yana yayıldığı, çoxalıb şiddətləndiyi zaman,... Əmr sahibi (Hz. Mehdi (ə.s.), onlardan pislik edən kəsləri sorğuya çəkəcək; yer üzü, içində qızıl və gümüş nə varsa çölə atacaq, sərvət və xəzinələrini ona təqdim edəcək. O DA (HZ. MEHDİ (Ə.S.) DA) ƏDALƏT NECƏ TƏTBİQ OLUNARMIŞ, ONLARA GÖSTƏRƏCƏK; KİTABA VƏ SÜNNƏYƏ TƏKRAR HƏYAT VERƏCƏK. ... (Nəhcül bəlağə, 138-ci xütbə)
Peyğəmbərimizdən (s.ə.v) rəvayət olunan bu hədisdə Hz.Mehdinin (ə.s.) zühurunun ardından dünya səviyyəsində böyük bir təsir meydana gətirəcəyi ifadə edilmişdir.Hz. Mehdi (ə.s.) tükənməyən bir okeana bənzəyən Quranı Kərimi bütün dünyaya yayacaq, Quran əxlaqını insanlar arasında mənimsədib təsirli etməyə vəsilə olacaq. Hədisdə Hz. Mehdinin (ə.s.)Quran əxlaqını dünya səviyyəsində öyrənilməsindəki müvəffəqiyyəti Rəsulullahın (s.ə.v) dilindən hər zamanki mükəmməlliyiylə ifadə edilmişdir.
Hz. Mehdi (ə.s.) insanları ən doğru, məqsədəuyğun, məqbul, məntiqli, tutarlı və ağıllı şəkildə davranmağa təşviq edəcək
İmam Məhəmməd Baqir (ə.s.) da buyurmuşdur ki: Qaimimiz (HZ. MEHDİ) QİYAM EDƏRKƏN QULLARIN BAŞINA ƏLİNİ ÇƏKƏCƏK VƏ ONLARIN DAĞINIQ FİKİRLƏRİNİ BİR YERƏ YIĞACAQ. ONLARI BİR HƏDƏFƏ DOĞRU YÖNƏLDƏCƏK və onlarda bəyənilmiş əxlaqı kamal həddinə (mükəmməllik səviyyəsinə) çatdıracaq. (Bihur-ul Envar, c. 52, s. 336)
Hz. Mehdi (ə.s.) inkarçı cərəyanları və bidətləri İslam dinindən çıxaracaq, insanları Allaha imana dəvət edəcək
Rəsulullah (s.ə.v) belə buyurur: "HƏR ZAMANDA ÜMMƏTİM ÜÇÜN ƏHLİ BEYTİMDIN BİR ƏDALƏTLİ ŞƏXS VARDIR. ONLAR, AZANLARIN TƏHRİFLƏRİNİ, BATİL ƏHLİNİN BATİLİNİ, CAHİLLƏRİN ŞƏRHİNİ BU DİNDƏN ÇIXARARLAR, eşidin ki, doğrusu sizin imamlarınız sizi Allaha aparan elçilərdir, elə isə yaxşı baxın ki, sizin elçiləriniz kimlərdir."
(Savaik'ul Muhrika, İbni Həcər, s. 148, Muhammediyye mat. Və s. 90, Meymeniye mat. Misir. / Yenabi'ul Mevedde, Kunduzi Hənəfi, s. 226, 326, 327, Haydariye mat. S. 191, 271, 273 və 297, İstanbul. / Zehair'ül Ukba, Muhibbiddin Taberi Şafisi, s. 17)
Peyğəmbərimiz (s.ə.v) hədisi şərifində hər əsrdə seyidlər arasından ədalətlə hökm edən biri gələcəyini bildirmişdir. Bu kəslər öz əsrlərində hakim olan batil cərəyan nə isə onunla fikri mübarizə içində olacaqlar və insanları din əxlaqını yaşamağa dəvət edəcəklər. O dövrdə cəmiyyətlər üzərində təsirli olan batil din (materializm, ateizm, bütpərəstlik, Darvinizm) hansı isə onunla və ya hamısı bir yerdə isə hamısı ilə fikri mübarizə aparacaqlar.Hicri 1400-də bu fikri mübarizə aparacaq və insanları haqq yola dəvət edəcək seyiyd Hz.Mehdi (ə.s.) olacaq. Hz. Mehdi (ə.s.) həm Darvinizm və materializm bütünü fikirlə məhv edəcək, həm də bəzi cahil kəslərin dinə daxil etdikləri hər cür batil izahı dindən çıxaracaq, din əxlaqının Peyğəmbərimizin (s.ə.v.) yaşadığı dövrdəki kimi yaşanmasını təmin edəcək. Ustad Səid Nursi Həzrətləri Hz. Mehdi (ə.s.)-ın bu fikri mübarizəsini bu şəkildə açıqlamaqdadır:
Birincisi: ...Fən və fəlsəfənin təsiriylə və MADİYYUN (MATERİALİZM) VƏ TABİYYUN (TƏBİƏTÇİLİK İNANCININ) BƏŞƏR İÇİNDƏ İNTİSAR ETMƏSİYLƏ (YAYILMASIYLA) HƏR ŞEYDƏN ƏVVƏL FƏLSƏFƏNİ VƏ MADDİNİN FİKİRİNİ (MATERİALİST DÜŞÜNCƏNİ) TAM SUSDURACAQ BİR TƏRZDƏ İMANI QURTARMAQDIR. ." (Emirdağ Lahikası, məktub sf. 337)
Hz. Mehdi (ə.s.) birinci vəzifəsi olaraq “maddiunun”, yəni materializm, “tabiyyun”, yəni Darvinizm ilə fikri bir mübarizə aparacaq və bu iki inkarçı axımı tam olaraq fikirlə məhv edəcək, insanların Allaha qəti olaraq iman etməsinə vəsilə olacaq.

Hz. Mehdi (ə.s.) gecə ibadəti (dərsləri) ilə insanların ağıllarının artmasına, yetkinləşib, təmizlənməsinə vəsilə olacaq
Sözsüz ki, gecə qalxmaq çox çətin və Quran oxumaq daha münasibdir. (Müzəmmil Surəsi, 6)ayəsində xəbər verildiyi kimi Hz. Mehdi (ə.s.)-ın gecələri edəcəyi dərslər və təbliğ gücüylə insanlar dövlətinə, millətinə, dininə və bütün insanlığa faydalı hala gələcək. Əvvəllər cahil, xəsis və qorxaq olan bir insan, axır zamanın böyük mürşidi (doğru yolu göstərən adamı) Hz. Mehdinin (ə.s.) təbliği və təhsiliylə savadlı, comərd və cəsur bir hala gələcək; insanların şəxsiyyəti Uca Allahın razı olacağı şəkildə dəyişəcək.
"... (ONUN (HZ. MEHDİNİN (Ə.S.)) LÜTFÜ SAYƏSİNDƏ) GECƏ CAHİL, QORXAQ VƏ XƏSİS OLAN ADAM SƏHƏRƏ SAVADLI, CƏSUR VƏ COMƏRD OLACAQ. (Allahın) köməyi onun (Hz. Mehdinin (ə.s.)) qarşısında gedəcək… Allahın elçisinin addımlarını izləyəcək və heç səhv etməyəcək; O ((Hz. Mehdi (ə.s.)), görmədən onu dəstəkləyən bir mələk olacaq, insanların əhvalını yüksəldəcək və zəifə yardımçı olacaq, hərəkətləri sözlərinə görə olacaq və sözləri əməllərinə görə olacaq… (Əl-Futuhatu'l Makkiyah, s. 6)
Peyğəmbərimizin (s.ə.v) gecə ibadət etməsi kimi, Hz. Mehdi (ə.s.) və tələbələri də təbliğ fəaliyyətlərini yalnız gündüz deyil, internet, televiziya və radio kimi vasitələrlə gecə də davam etdirəcək.
Nuaym ibn Hammad, Əbu Cəfərdən belə rəvayət etmişdir: ... (HZ. MEHDİ (Ə.S.)) GECƏLƏRİ İBADƏTLƏ MƏŞĞUL OLUB, gündüzləri gizli olacaq... (Ukayli “En-Necmu’s-sakıb fi Beyanı Enne’l Hz. Mehdi min Evladı Ali b. Ebi Talib Ale’t-Temam ve’l kamal”)
"GECƏLƏRİNİ RAHATLIQ İÇƏRİSİNDƏ KEÇİRMƏK YERİNƏ ONLAR (HZ. MEHDİ (Ə.S.) VƏ TƏLƏBƏLƏRİ) RƏBLƏRİNƏ İBADƏT EDƏRƏK KEÇİRƏCƏKLƏR." (Mikyaal al-Makaarem, cild 1, s. 65)

Hz. Mehdi (ə.s.) İnsanların Ağıllarının Artmasına Vəsilə Olacaq.
Hz. Mehdi (ə.s.)-ın zühurunun ardından ona böyük qardaş olan insanlar üzərində səmimiyyət və ağıl artımı olacaq. Hz. Mehdi (ə.s.) insanların əxlaq və şəxsiyyət olaraq yetkinləşmələrinə vəsilə olacaq bu inkişaf nəticəsində isə insanların Allahın ayələrini anlama güclərini və anlayışlarını gücləndirəcək.
"Hz. Mehdinin (ə.s.) təbliğ üsulu insanların ürəklərinin dərinliklərinə işləyən və Allaha ən səmimi ürəklə yönəldən şəkildə olacaq. Dindən uzaqlaşmış olanlar ibadətlərinə, şükür etməyə və hüzura geri dönəcəklər." (İkdud Durar, səhifə. 156, Bihar- ül Envar, cild 53, s. 36 və 280)
Hədisində ifadə edildiyi kimi, Hz. Mehdi (ə.s.) İslam əxlaqını izah edərkən son dərəcə səmimi bir üsuldan istifadə edəcək. Allah Hz. Mehdi (ə.s.)-ın səmimiyyətini də vəsilə edərək "Hadi" sifətiylə təcəlli edəcək və insanları hidayətə çatdıracaq. Hz. Mehdi (ə.s.)-ın dövründə insanlar təmiz bir qəlblə Allaha iman edəcəklər və imanı zəifləmiş insanların da yenidən imanları güclənəcəkdir. Hz. Mehdi (ə.s.)-ın İslam əxlaqını izah şəklindəki səmimiyyətin xüsusilə diqqət çəkməsinin səbəblərindən biri də, Hz. Mehdi (ə.s.)-ın yaşadığı dövrdə insanların ümumi olaraq səmimiyyətdən uzaq münasibətiçində olmalarıdır. Peyğəmbərimiz (s.ə.v) həmçinin iman edən insanların ürəklərinin razı olacağına və sülh, hüzur mühitinin meydana gələcəyinə də diqqət çəkmişdir.
Allah Necə Bütün Orqanlar Üçün Ürəyi İmam Etmişsə Hz. Mehdi (ə.s.) də Axır Zamanda İman edənlərin Öndəri Olacaq
Əbu Abdullah (İmam Cəfər-i Sadiq (ə.s.)) buyurdu ki: "Ey Hişam! Mənə Əmr bin Ubeydə nə etdiyini və ona necə bir sual soruşduğunu xəbər ver. Hişam (Ümumi bu sual üzərinə Əmr bin Ubeyd ilə aralarında keçən dialoqu izah etdi) dedi ki: Yoxsa Allah; ürəyi, bədənin digər orqanlarının şübhələriniaradan qaldırmaq üçün var etmişdir? (Əmr bin Ubeyd) Dedi ki: "Bəli!" Hişam dedi ki: "Allah Təala sənin bədəninin orqanlarını öz başlarına buraxmamış, onlara doğrunu bildirən, şübhəli şeylərlə əlaqədar qəti inamı ortaya qoyan bir imam var etmişdir. Bunu edən Allah, bütün insanları, qarışıqlıqlar, şübhələr və ixtilaflar içərisində buraxarmı? Onlar üçün müraciət edəcəkləri, şübhələri üçün həll yolları axtaracaqları, qarışıqlıqlarını aradan qaldırması üçün sığınacaqları bir İmam təyin etməz mi? Sənin orqanlarının qarışıqlığını və şübhələrini aradan qaldırmaq üçün müraciət edəcəyi bir imam təyin edərkən, bütün insanları qarışıqlıq və şübhələr içərisində unudarmı? Əbu Abdullah (İmam Cəfər Sadiq[ə.s.]),güldü və belə dedi: "Ey Hişam! Bunları sənə kim öyrətdi? Dedim ki: "Bunları səndən öyrənərək bir araya gətirdim. İmam buyurdu ki: "Allaha and içərəm ki bu, İbrahim və Musanın suhuflarında yer alan gerçəklərdir."
(Üsulu kafi, Yaqub ibnİshak Əl Kuleyni, cild 1, Səhifə 229)

Axır Zamanda İnsanlar Hz. Mehdi (ə.s.)-ın Ətrafında Toplanacaqlar
Möminlərin bir kimsəni sevmədə göstərdikləri ölçü, o adamın Allaha olan yaxınlığı, sevgisi, qorxusu və bağlılığıdır. Bu səbəblə, Rəbbimizin sifətləri ən çox kimdə təcəlli edirsə, möminlər tərəfindən ən çox sevilən, hörmət edilən adam o olar.Necə ki, Allahın elçiləri, Uca Allahın sifətlərinin ən çox təcəlli etdiyi, təqva tərəfindən ən üstün əxlaqı göstərən kəslər olmuşdur. Peyğəmbərimiz (s.ə.v.), axır zamanda Hz. Mehdi (ə.s.)-ın, dövrün ən sevilən şəxsi olacağına işarə etmiş və insanların ona qarşı hiss etdiyi sevgi səbəbiylə ətrafında toplanıb ona güvən və hörmətlə bağlanacaqlarını bildirmişdir.
"Onun (Hz. Mehdi (ə.s.)-ın) zamanı çatdığında, ... İNSANLAR PAYIZIN BULUD PARÇALARI KİMİ ONUN ƏTRAFINA TOPLANAR." (Nech-ül Belağa Maraqlı Sözlər 1)
Hz. Mehdi (ə.s.) Hikmətli Danışmaları, Hadisələrin İçinə Enən İzahlarıyla Tanınacaq
Uca Allah bütün elçilərinə olduğu kimi Hz. Mehdi (ə.s.)- a da danışıqlarında hikmət vermişdir.Bu bacarığına görə insanların diqqətlərini açacaq, onların qəflətdən oyanmalarını təmin edəcək, ən yaxşı bildikləri, amma üzərində heç düşünmədikləri mövzular üzərində düşünmələrinə, gerçəklərin çox açıq olaraq görülməsinə vəsilə olacaq. Hz. Mehdinin (ə.s.) hadisələri ən qısa, özlü amma aydın və təsir edici şəkliylə izah edəcəyi Peyğəmbər Əfəndimiz (s.ə.s.)-in bir çox hədisində ifadə edilmişdir.
HZ. MEHDİ (Ə.S.)) HİKMƏT ZİREHİNƏ BÜRÜNDÜ, ONU BÜTÜN ƏDƏBİYLƏ, TƏVƏCCÖH, BACARIQ VƏ FƏRƏQƏTLƏ SİLAHLANDI. Hikmət onun nəzdində həmişə istədiyi ehtiyacıdır. ... (Nəchül Bəlağa 182. Xütbə)
Hz. Mehdi (ə.s.) əsl Tövratı üzə çıxarar və bir Yəhudi camaatı onun vəsiləsiylə Müsəlman olar
"Ona Mehdi deyilməsinin səbəbi budur. O, Yəhudilərin həcc etdiyi Şam dağlarından bir dağın içindəki TÖVRATA AİD KİTABLARI ÜZƏ ÇIXARAR VƏ YƏHUDİLƏRDƏN BİR CAMAAT ONUN ƏLİNDƏ MÜSƏLMAN OLAR." (İmam Suyuti)
Hz. Mehdinin (ə.s.) üzərində, Allahın "Hadi"; "Hidayət Verən" sifətinin bərəkəti olacaq vəhz. Mehdi (ə.s.) bütün dünyanın hidayətinə vəsilə olacaq
Peyğəmbərlərin insanların hidayətlərinə vəsilə olmaxüsusiyyətləri vardır. Allahın onlara lütf etdiyi möcüzələr vəmöcüzələrlə, imanlarının gücünü göstərən mənəvi dərinlik vəhalla insanların hidayətlərinə vəsilə olurlar. Peyğəmbərlər kimitarix boyu gəlmiş mücəddidlərə, müctəhidlərin də insanlarınhidayətinə vəsilə olmaq xüsusiyyətləri vardır. Buna bənzər mənəvihal və xüsusiyyət hz. Mehdinin (ə.s.) də üzərində olacaq."Hz. Mehdi "adı," hidayətə çatdıran "mənasındadır. Allahın "Hadi" yəni "Hidayət verən, doğru yola çatdıran" adı, Hz. Mehdidə (ə.s.) sürəkli olaraq təcəlli edəcək. Hz. Mehdinin (ə.s.) üzərində, Allahın ‘'Hadi''; ‘'hidayət verən'' adının bərəkəti olacağı, içində olduğumuz axır zamanda bütün insanların hidayətinə vəsilə olacağı hədislərdə də xəbər verilmişdir:
HZ. MEHDİ (Ə.S.), HİDAYƏT MƏŞƏLİYLƏ ALƏMDƏ GƏZƏR VƏ SALEHLƏR KİMİ YAŞARAYAR.(əl-Mehdiyy-il Mev'ud, c. 1, s. 281-282 və 266 və 300)
Dibel məşhur şeirlərini İmam Rızanın (ə.s.) yanında oxuduqdan sonra belə dedi: "Hz. Mehdi mütləq qiyam edəcək: Allahın adı və bərəkətiylə zühur edəcək" (Yəni İmamın qıyamı qətidir.) O, Allahın adı və bərəkətiylə qiyam edəcək. (Yenabi-ul Mevedde, c. 2, s. 197)

Adnan Oktar 29 Yanvar 2011 tarixli Aba TV və Kocaeli TV müsahibəsində“Allah Hadi ismi ilə təcəlli etdiyində insanların Hz. Mehdiyə (ə.s.) qarşı ruhlarında bir meyl və məhəbbət olacağını” belə izah etmişdir:
ADNAN OKTAR: Allah, axır zamanda insanlara Hadi sifəti ilə təcəlli edir. Qarışıq bir şey yoxdur. Yeni nəsil, köhnə nəsil deyə fərq etməz.Allahın qulları həmişə eynidir, yaşına görə insanlara Allah rəftar etməz.Yaşına, kilosuna görə deyil.Bir dənə ruh vardır, O ruhun da yaşı yoxdur. O ruh hər zaman təxminən 33 yaşındadır. İnsanın ruhu, heç bir şəkildə dəyişikliyə uğramaz.Bədən şəkildən şəklə girər, o əhəmiyyətli deyil, amma ruh davamlı sabitdir.Bu səbəbdən ruh yaşını əsas götürərik biz, Müsəlman olaraq.Bu səbəbdən Müsəlman üçün yaşlı, gənc ayrı-seçkiliyi yoxdur.Ruh yetkinləşə bilər yalnız.
Məsələn, "qırx yaş yetkinlik dövrüdür" deyir, Cənab Allah. Qırx yaşına doğru yetkinləşər insan; təcrübə, bilik və dünya görüşünə əsaslanaraq. Allah Hadi sifəti ilə təcəlli edibinsanlara hidayət verir. Mehdiyyətinkölgəsi dünyanı bürüdü.Mehdiyyət ilə insanlar bir şəkildə təmasda olarlar; istəsin və ya istəməsin. Şeytanla da bir şəkildə təmasda olarlar.Məsələn, şeytan onların qarşısına insan olaraq çıxar,xəbərləri olmaz. Hz. Mehdi (ə.s.) da onların qarşısına insan olaraq çıxar, xəbərləri olmaz. Hz. Mehdinin (ə.s.) üzüyləqarşılaşdığında xəbəri olmadan feyz alar və hal alar, fərqində olmaz, o, sanki mənəvi bir bağ meydana gələr.
Bir elektrikbağı meydana gələr və davamlı onun təsirinə girər, Hz.Mehdinin (ə.s.) təsirinə girər.Şeytanla əlaqəsi olan da davamlı şeytanın təsirinə girər, xilas ola bilməz ondan, yəni şeytanla əlaqəyəkeçdiyində. Allah, Hadi adıyla təcəlli etdikdə insanlarınMehdiyə (ə.s.) qarşı ruhlarında bir meyl və məhəbbət olur.Tanısın və ya tanımasın Mehdi (ə.s.)-ın təsiri altında qalarlar.Adamın Mehdi (ə.s.) -ı tanıması şərt deyil. Onun enerjisini, onunfeyzi bir şəkildə onu tapar. Və yaxud hər hansı bir şəkildəüzüylə qarşılaşması, hər hansı bir şəkildə baxışlarıylaqarşılaşması yetərli olar və ondan sonra onun təsirinəgirər, bir daha da çıxmaz, sonuna qədər də elə gedər. Məsələn Peyğəmbər Əfəndimiz (s.ə.v.)-də elə olurdu.
Bir dəfə qarşılaşdığında, bir dəfə baxdığında dərhalPeyğəmbərimiz (s.ə.v.)-in təsirinə düşərdilər. Bir dahatəsirlənməz artıq şeytandan. Allah, Hadi adıyla təcəlli etdisəbir insana, simasını bir dəfə 50 metrdən belə görmüş olsakifayətdir o və səhabə olar ondan sonra, inşaAllah.
2011-07-11 10:27:21