DARVİNİZMİN HAY-KÜY SALMA VƏ TƏBLİĞAT ÜSULLARI

Darvinizmi sübut edən bir ədəd dəlil belə yoxdur. Buna görə də  Darvinistlər 150 ildir elmi dəlil  göstərmək əvəzinə  tamamilə fərqli üsullar tətbiq edirlər:  hay-küy və təbliğat

 

-          Darvinistlər təkamül nəzəriyyəsinin saxtakarlıq olduğunu gizlətmək üçün hər yola əl atırlar. Nəzəriyyəni tənqid edən, anti-darvinist fikiri müdafiə edən professor və elm adamlarını vəzifədən kənarlaşdırır və onları susdururlar. 

 

-          Darvinizm saxtakarlığını son dərəcə mürəkkəb elmi bir həqiqət  kimi göstərməyə çalışırlar. Qatma-qarışıq düsturlarla, aydın olmayan sözlərlə insanları aldatmağa çalışırlar. Elmlə heç bir əlaqəsi olmamasına baxmayaraq, elmin özünü  və insanların  elmə olan marağını istismar edirlər. 

 

-         Fikirləri istismar edir, əks  fikirlərə elmi cavab vermək əvəzinə, şarlatanlıq edirlər. Gerçək elmi sübutlara  cavab olaraq, heç zaman həqiqi elmi dəlil göstərə bilmədikləri üçün rişxənd tərzində, lağlağı və nalayiq bir üslubla Yaradılışı isbat edən dəlilləri etibarsız etməyə çalışırlar. Açıq dəlillər ortada olduğu halda, bu üsulla insanları aldadacaqlarını  düşünürlər. 

 

-          İnsanların düşünmələrini və həqiqətləri  tətqiq etmələrinə maneə törətməyə çalışırlar. Ancaq bu şəkildə Darvinizm saxtakarlığının gün üzünə çıxmayacağını zənn edirlər. Demaqoq üslubla danışaraq və qəribə düsturlarla boğulmuş, qarışıq, aydın olmayan yazılarla insanları düşündurməməyə  çalışırlar.

 

-          Əcnəbi  Darvinizm tərəfdarı  olan  nəşrlər  bunun ən bariz nümunələridir. Bu nəşrlərin heç biri "bəli Yaradılışı dəstəkləyən 100 milyon daşlaşmış qalıq var. Biz də buna bu şəkildə cavab veririk" deyə bilmir, canlıların milyonlarla il əvvəlki hallarının olduğu kimi saxlandığı amberlərdən heç bəhs etmirlər. Bunların dəlillərin Darvinizmi yox etdiyini bildiklərindən bu mövzulardan heç söhbət açmaq belə  istməzlər. Yalnız , elmi dəlillərdən uzaq, aydın olmayan  üslubla demaqoqluq  etməkdədirlər.

 

-          Anti-Darvinist fikirdə olan tələbələrin ali məktəblərdən atılması üçün təzyiq edərlər. Məsələn son vaxtlarda “The Observer “ qəzetində nəşr olunan mövzu ilə əlaqədar məqalədə Darvinist elm adamlarının, "əgər din, tələbələrin təkamülü qəbul etmələrinə maneə törədirsə, bu tələbələri universitetdə qalmasınının mənası yoxdur" dedikləri ifadə edilmişdir. Bu da Darvinistlərin hədə-qorxu gəlmə üsulunun bariz nümunəsi. 

 

-          Darvinistlərin ən cox istifadə etdikləri üsullarından biri, Harun Yəhyanın bütün dünyanı sarsıdan bənzərsiz əsərlərinin maddi qaynağının xarici ölkələrdən olduğu  iddiasıdır. Son olaraq “ The Observer “qəzetində çıxan xəbərdə bu  fəaliyyətlərin Səudiyyə Ərəbistanından dəstəkləndiyi iddia edilmişdi. Halbuki Səudiyyə Ərəbistanının təkamül mövzusuna heç əhəmiyyət vermədiyi, dövlətin təkamülə qarşı bir siyasətinin olmadığı açıqca görülməkdədir. Əgər Səudiyyə Ərəbistanı hökuməti həqiqətən təkamülə qarşı bir iş icra etmək istəsə, şübhəsiz ki bunu Türkiyədə etməyəcək. Bunun Səudiyyə Ərəbistanı nöqteyi nəzərindən bir mənası da yoxdur. Səudiyyə hökumətinin əlindəki pul da imkan da, öz ölkəsində əhatəli bir iş görməsi üçün kifayətdir. Darvinistlərin bu istiqamətdə etdikləri demaqoqluq son dərəcə məntiqsiz, hətta gülməlidir.

 

-          Yenə eyni qəzetdə Türkiyədə kasıb məktəblərin Harun Yəhyanın kitablarına minnətdar olduqları iddia edilmişdir. Bu da başqa bir demaqoqluq üsuludur. Harun Yəhyanın kitabları elmi dəyəri olduğu üçün, həqiqətləri açıqca göstərdiyi üçün bütün dünyada oxunmaqdadır. Zəngin Avropa ölkələri və Amerika, bu kitabları ən çox oxuyan ölkələrdir. İnsanlar, doğruları göstərdiyi üçün bu kitabları sevərək almaqdadırlar. Darvinistlər, yalnız bu həqiqəti qəbul edə bilmirlər. 

 

-        Darvinist elm adamlarının debatlardan  qorxduqlarının deyilməsi də yenə eyni saxtakarlığın bir hissəsidir. Həqiqətdə elm adamları Yaradılış müdafiəçiləri ilə danışmaqdan qorxmur. Onların qorxuları Yaradılışı isbat edən milyonlarla dəlilə baxmayaraq, Darvinizm lehində  bir dəlil  belə təqdim edə bilmədiklərinə görədir. Əllərində elmi dəlil olsa şübhəsiz ki, bu cür müzakirələrə  qatılmamaq  üçün bir səbəb yoxdur. Həm yaradılış həqiqətini isbat edən 100 milyon daşlaşmış qalığa cavab verə , həm də zülalın təsadüfən meydana gələ bilməyəcəyini etiraf edə bilmirlər. Hər hansı bir müzakirə əsnasında açıq, qəti, elmi həqiqətlərlə  qarşılaşacaqlarını bilirlər , ancaq bunlara verə biləcək heç bir cavabları yoxdur. 

 

-          Yenə “ The Observer” qəzetində nəşr olunan, Avropa Şurasının Yaradılış Atlasının məktəblərdə oxudulmamasına dair cəhdi də Darvinistlərin propaqanda üsullarındandır. Kitabları qadağan edərək insanlara elmi həqiqətlərin çatmayacağını zənn edirlər. Halbuki, məktəblərdə yalnız  Darvinizmin izah edilməsi, əks fikirlərə imkan verilməməsi Darvinistlər üçün rüsvayçılıqdır. Fəlsəfə məktəblərində belə, kommunizm izah edilərkən bunun əks fikirdə olan faşizm də izah edilir. Kainatın meydana gəlməsi ilə əlaqədar olaraq Big Bang nəzəriyyəsi izah edilərkən, bunun əksi olan iddialar da izah edilir. Burada isə vəziyyət çox daha dəhşətlidir. Çünki Yaradılış elmi dəlillərlə isbat edilmiş bir həqiqət olduğu halda, Darvinizm isə sadəcə bir doqmadır.

 

Əgər Darvinistlərin əllərində nəzəriyyələrini sübut edəcək dəlillər olsaydı və Darvinistlər nəzəriyyələrinin doğru olduğuna səmimi olaraq inansaydılar, demaqoqluq etməyə, Yaradılış dəlillərini gizlətməyə, elm adamlarını və Yaradılış müdafiəçilərini təsirsiz hala salmağa şübhəsiz ki ehtiyac hiss etməzdilər. Darvinistlərin qadağalarının, istehzalarının, saxta izahatlarının, müzakirələrinin əsas səbəbi Darvinizmin böyük bir doqma, dünyanı 150 ildir aldatmış bir yalan olduğuna görədir..

 

Lakin bu qadağalar, təlaşlar və saxtakarlıqlar, dünyaya Yaradılışı dəstəkləyən 100 milyon daşlaşmış qalığın var olduğunun açıqlanması ilə sona çatmışdır. Artıq insanlar Günəşi görmüşdür, "cöldə hələ qaranlıqdır" fikrini təlqin etməyə çalışmaq bir fayda verməyəcəkdir. Elmi həqiqətlər bütün dünyanın gözü önündədir. Darvinist yalan ifşa  olmuşdur. Artıq Darvinistlər hansı saxtakarlıqdan istifadə etsələr istifadə etsinlər Allahın icazəsi ilə mütləq məğlub olacaqlar.

2011-08-06 17:06:27
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top