GİRİŞ
Quran əxlaqının yaşanmadığı cəmiyyətlərdə son dərəcə
əyri bir əxlaq anlayışı vardır. İnsanın ruhundakı eqoist
ehtiras və ehtirasların bir məhsulu olan bu əxlaq
anlayışı, insanları qürurlu, eqoist, həyasız,
mərhəmətsiz, kobud və zalım olmağa yönəldər. Hər kəs, öz
yüksəlişini təmin etmək üçün digər insanları əzmək lazım
olduğuna inanar və bunu hər fürsətdə tətbiq edər.
Halbuki Allah, yaratdığı insana belə bir əxlaqı
yaşamasını tövsiyə etməmişdir. Əksinə Quranda insanlara
zadəgan, təvazökar, etibarlı, şəfqətli, fədakar, yetkin
və içli olmaları əmr edilər. Allahın Haqq Kitabında bir
insanın əxlaqındakı incəliklərə diqqət çəkilərək bu əmr
verilər:
Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa
gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını,
lovğalanıb fəxr edəni sevməz!
(Loğman Surəsi, 18)
Müsəlmanın vəzifəsi, şübhəsiz Allahın vəhy etdiyi bu
üstün əxlaqı ən incə detalına qədər tətbiq etməkdir. Bu
ilahi əxlaqı tərk etmiş və üstdə sözünü etdiyimiz əyri
əxlaq anlayışını mənimsəmiş olan azğın və primitiv
mədəniyyətin nüfuz edici təsirindən tam mənasıyla xilas
olmaq üçün, son dərəcə həssas və diqqətli olmaq
lazımdır. Bu səbəblə adam özünü davamlı dartmalı,
cahiliyyə əxlaqından tam mənasıyla uzaqlaşıb Quran
əxlaqını tətbiq etmək üçün böyük bir diqqət
göstərməlidir.
Oxumaqda olduğunuz kitab, bu səyində iman edənlərə
dəstək olmaq, unudulmaması lazım olan təməl Quranı
mövzuların ağılda tutulmasına kömək etmək üçün
hazırlanmışdır. İrəliləyən səhifələrdə, bir möminin
davamlı ağlında tutması, hər an üzərində dayanması lazım
olan bəzi təməl imani mövzuları və yenə unudulma
təhlükəsi olan bəzi ibadətləri Quran ayələri ilə
birlikdə araşdıracağıq.
ALLAHI HAQQIYLA TƏQDİR ETMƏK
Quran ayələrində, Allahın sifətlərinin bir qisimi bu
şəkildə xəbər verilməkdədir:
Allahdan başqa heç bir tanrı yoxdur. (Zatı və kamal
sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan
və idarə edən, bəndələrini dolandıran və onların
işlərini yoluna qoyan) əbədi, əzəli varlıq Odur. O nə
mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa
(hamısı) Onundur. Allahın izni olmadan (qiyamətdə) Onun
yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin
günahlarının bağışlanmasını xahiş) edə bilər? O, bütün
yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və
olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın
elmindən Onun Özünün istədiyindən başqa heç bir şey
qavraya bilməzlər. Onun kürsüsü (elmi, qüdrət və
səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları
mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca,
ən böyük varlıq da Odur!
(Bəqərə Surəsi, 255)
Yeddi (qat) göyü və bir o qədər də yeri yaradan
Allahdır. Allahın hər şeyə qadir olduğunu, Allahın hər
şeyi elm (Öz əzəli elmi) ilə ehtiva etdiyini biləsiniz
deyə, (Allahın) əmri onların arasında (mövcud olan bütün
məxluqata) nazil olar.
(Talaq Surəsi, 12)
(Müşriklər) Allahı layiqincə qiymətləndirmədilər (uca
tutmadılar). Həqiqətən, Allah yenilməz qüvvət sahibi,
qüdrət sahibidir! (Həcc
Surəsi, 74) ayəsiylə təsvir edilər.
Allahın gücünü haqqıyla təqdir etmək, imanın ən
əhəmiyyətli şərtlərindəndir. Mömin, cahiliyyə
cəmiyyətlərindəki əyri Allah inancından qopar və
cahiliyyə cəmiyyətinin bütün azğın inanışlarını rədd
edər. Mömin Allaha Quranda təsvir edilən
xüsusiyyətləriylə inanar. Allahın dünyada, göylərdə və
öz nəfsində yaratdığı dəlilləri, ayələri, iman
həqiqətlərini araşdıraraq, Allahın sənətini, gücünü
yaxşıca görərək, Rəbbimizi tanıyar, ONun qədrini
haqqıyla təqdir edər.
Ancaq Allaha iman etdiyini söyləyən bir adam, ürəyini
Allahın zikrindən və ağılını ONU düşünməkdən uzaq
tutarsa, bu vəziyyətdə cahiliyyənin azğın Allah inancına
doğru bir yol alar. Və əgər özünü yığışdırıb Allah
inancını Qurana görə təyin etməzsə, bəzi imtahan
vəziyyətlərində cahiliyyəyə sürüşmə təhlükəsiylə üz-üzə
qala bilər. Allah, bu vəziyyətə, döyüş əsnasında zəiflik
göstərən Müsəlmanlardan bəhs edən ayələrdə diqqət çəkər.
Ayələrdə bildirildiyinə görə, bu kəslər, "Canları
dərdinə düşərək; Allaha qarşı haqsız yerə cahiliyyə
zənniylə zənnlərə qapılmış"lardır. (Al- İmran Surəsi,
154)
Mömin belə bir vəziyyətə düşməmək üçün, cahiliyyədəki
səhv inancların buraxdığı izləri tamamilə ürəyindən
silməli və Quranda təsvir edildiyi şəkildə, Allahı
haqqıyla təqdir edərək bu həqiqi inancı ürəyinə həzm
etməlidir.
GÜCÜNÜN ÇATDIĞI QƏDƏR ALLAHdan QORXMAQ
İnsan nə qədər Allahdan qorxsa, ONun Qatında o cür üstün
olar. Allah qorxusunda bir sərhəd yoxdur, hər insan bunu
Allahdan diləyərək artıra bilər. Bu mövzuda Quranda
rəsullar nümunə olaraq verilmişdir. Bu sayədə möminlər
özlərini onlarla müqayisə edib, Allah qorxularını daha
da artıra biləcəklərini anlaya bilərlər.
Allah möminlərdən ola biləcək ən yüksək dərəcədə Özündən
qorxmalarını istəməkdədir. Ayələrdə, bu mövzuda bu hökm
verilər:
Allahdan (Allahın əzabından) bacardığınız qədər qorxun.
(Sizə verilə öyüd-nəsihətə) qulaq asın; (Allaha və
Peyğəmbərinə) itaət edin və (mal-dövlətinizdən Allah
yolunda) xərcləyin. Bu sizin özünüz üçün xeyirli olar.
(Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından)
qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb
səadətə qovuşanlardır!
(Teğabün Surəsi, 16)
Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız
müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!.
(Al-İmran Surəsi, 102)
QƏDƏR
Dünyada və hətta bütün kainatda hər şey bir məqsəd üzrə
reallaşar. Quranda bildirildiyinə görə, Allah "... Hər
işi dəyişdirib nizamlar..." (Rəd Surəsi, 2). Bir başqa
ayədə bildirildiyinə görə isə, "... O bilmədən bir
yarpaq da düşməz" (Ənam Surəsi, 59).
Meydana gələn bütün hadisələri yaradan, idarə edən, bu
hadisələrin başlarının və sonlarının necə olacağını
təyin edən Allahdır. Kainatdakı bütün ulduzların və
dünyanın hər hərəkətini, dünyadakı bütün canlıların hər
halını, insanın necə yaşayacağını, nə danışacağını, nə
ilə qarşılaşacağını təyin edən Allahdır. Allah kitabında
"Heç şübhəsiz, Biz hər şeyi qədər ilə yaratdıq" (Qəmər
Surəsi, 49) hökmünü verər.
Bir başqa ayədə isə belə buyurulmaqdadır:
Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir
müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir
kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah
üçün çox asandır!.
(Hədid Surəsi, 22)
Mömin bu sirrin şüurunda olaraq yaşamalı, inkarçıların
içində olduqları "cəhalət" ölçüsünə əsla enməməlidir.
Əgər həyatın "qədəri izləmək" olduğunu anlarsa,
qarşısına çıxan heç bir hadisə onu üzməz ya da
qorxutmaz. Sığındığı mağaranın qapısına özlərini
öldürmək üçün gələn müşriklərə baxmayaraq, yanındakı
yoldaşına "Hüznə qapılma, əlbəttə Allah bizimlə
bərabərdir" (Tövbə Surəsi, 40) deyən Hz. Məhəmməd
(s.ə.s.) kimi hər an əmin və cəsur olar.
TƏVƏKKÜL
Bütün hadisələri meydana gətirən Allahdır. Allahın
yaratmış olduğu hadisələrin hamısında möminlər üçün
mütləq bir xeyir vardır. Bütün hadisələr, mütləq
möminlərə faydalı olacaq şəkildə hazırlanmışdır və hər
şey bu plana görə işlər.
Mömin üçün tək güvənib dayanılacaq dost, Allahdır. Tək
vəkil Odur. Möminin üzərinə düşən, hadisələr qarşısında
yalnız Allahın istədiyi reaksiyaları vermək, səbəblərə
sarılmaq, nəticəsini isə Allahdan gözləməkdir. Ayələrdə,
inkarçıların xəbərdar olmadığı bu böyük sirr belə ifadə
edilər:
Bunların (bu qadınların) gözləmə müddəti başa çatdıqda
(barışmaq istəsəniz) onları yaxşılıqla (mehrlərini
verib) yola salın. (Sonradan aranızda ixtilaf olmasın
deyə) içərinizdən iki ədalətli şahid tutun. (Siz də ey
şahidlər!) Allah üçün (doğru) şahidlik edin! Bununla
Allaha və axirət gününə iman gətirənlərə öyüd-nəsihət
verilir. Kim Allahdan qorxsa, Allah ona (hər
çətinlikdən) bir çıxış yolu əta edər.
Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha
təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini
yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü (hədd,
müddət) təyin etmişdir.
(Talaq Surəsi, 2-3)
Başqa bir ayədə də təvəkkülün sirri yenə belə açıqlanar:
De: “Allahın bizim üçün (lövhi-məhfuzda) yazdığından
başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar
sahibimizdir. Buna görə də möminlər yalnız Allaha
təvəkkül etsinlər!”
(Tövbə Surəsi, 51)
Mömin, inkarçılardan gələcək təzyiqlərə qarşı belə
deməklə öhdəçiliklidir:
"
Allah bizə yollarımızı (iman, nicat, səadət yollarını)
göstərdiyi halda, biz nə üçün Ona təvəkkül etməməliyik?
(Sizi Allahın haqq yoluna dəvət etdiyimizə görə) bizə
verdiyiniz bütün əziyyətlərə, əlbəttə, dözəcəyik.
Təvəkkül edənlər də yalnız Allaha təvəkkül etsinlər!."
(İbrahim Surəsi, 12)
Bir başqa ayədə isə belə buyurulmaqdadır:
Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ
bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim
sizə kömək edə bilər? Buna görə də möminlər Allaha
təvəkkül etsinlər!.
(Al-İmran Surəsi, 160)
TƏFƏKKÜR
İnkar edənlər dünyada yaradılmış olan dəlilləri görmədən
keçib gedərlər. İman edən bir insanın bu kəslərdən fərqi
isə, Allahın yaratdığı dəlilləri hər an görə bilməsidir.
Mömin ətrafındakı hər incəlikdə Allahın qüdrətini və
sənətini görər, ONU təsbeh edər və Allaha yaxınlaşmağa
yol tapar. Möminlərin bu xüsusiyyətləri Quranda belə
izah edilər:
“O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda
da Allahı xatırlar, göylərin və yerin yaradılması
haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən
bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən!
Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!”
(Al-İmran Surəsi, 191)
Allah Quranın bir çox yerində "düşünməzsinizmi",
"düşünənlər üçün dəlillər vardır" ifadələriylə təfəkkür
etmənin əhəmiyyətini vurğulamaqdadır. Ayrıca üzərində
düşünmək üçün Allah saysız dəlil yaratmışdır.
Gördüyümüz, fərqinə vardığımız hər şey Allahın bir
təcəllisi və dəlilidir. Bu səbəblə göylərdə, yerdə və
bunların aralarında olan hər şey bir təfəkkür
vəsiləsidir. Bir ayədə belə buyurular:
(Allah) onunla (o su ilə) sizin üçün əkin (taxıl,
bitki), zeytun, xurma, üzüm və bütün (başqa) meyvələrdən
yetişdirir. Düşünüb-daşınanlar üçün bunda (Allahın
vəhdaniyyətini sübut edən) dəlillər vardır!.
(Nəhl Surəsi, 11)
Ayədə "təfəkkür mövzusu" olaraq göstərilənlərin biri,
məsələn xurma ağacı üzərində bir az düşünək. Ağac,
bilindiyi kimi torpağa atılan bir toxumdan ortaya çıxar.
Toxum kiçik (bir santimetr küp belə etməyən) bir
cisimdir, amma necə olar naməlum, o toxumun içindən qısa
müddət içində 4-5 metr uzunluğunda və yüzlərlə kilo
ağırlığında nəhəng bir taxta kütləsi meydana gələr.
Toxumun bu nəhəng taxta parçasını edərkən istifadə edə
biləcəyi tək vəsait isə içinə basdırılmış olduğu
torpaqdır.
Yaxşı amma toxum necə ağac çıxarmağı bilər? Necə olar da
ətrafındakı torpağın içində lazımlı vəsaitləri təhlil
edib bunları taxta toxuması meydana gətirmək üçün
istifadə etməni "ağıl
edə bilər"?
Çıxardığı ağacın necə bir şəklə və quruluşa sahib olması
lazım olduğunu necə təxmin edə bilər? Bu son sual
xüsusilə əhəmiyyətlidir. Çünki toxumdan hər hansı bir
taxta parçası çıxmamaqdadır. Toxum, içində damarlar
olan, torpaqdakı maddələri istifadə etmək üçün lazım
olan köklərə sahib və üst qisimi də budaqlara ayrılan
son dərəcə yaxşı hazırlanmış bir canlı maddə
çıxarmaqdadır. İnsan belə yaxşı bir ağac rəsmi çəkmək
lazım olduğunda çətinlik çəkər; ağacın köklərindəki və
budaqlarındakı detalları çəkmək çətin bir işdir çünki.
Halbuki toxum, çəkmək belə dayansın, bu son dərəcə
kompleks cisimi torpaqdakı vəsaitləri istifadə edərək
sıfırdan çıxarmaqdadır.
Bu vəziyyətdə toxumun son dərəcə ağıllı bir varlıq
olduğu nəticəsinə çatarıq. Daha doğrusu, toxumun içində
son dərəcə təsir edici bir ağıl vardır. Yaxşı bu ağıl bu
toxuma haradan, necə gəlmişdir? Necə olar da bir nüvə,
belə bir ağla və yaddaşa sahib ola bilər?
Şübhəsiz bunun tək bir cavabı vardır: Allah toxumu ağac
edə biləcək qabiliyyətlə yaratmış, bu əməliyyat üçün
lazımlı məlumatlara sahib olacaq şəkildə
proqramlaşdırmışdır. Torpağa atılan hər toxum, Allahın
elmi ilə əhatə edilmişdir, ONun elmi ilə böyüyər. Bir
ayədə bu həqiqət belə xəbər verilər:
Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O
(Allah) bilir. (Allah) suda və quruda nə varsa bilir.
Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu
bilməsin. Yerin zülmətləri içində elə bir toxum,
(kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın
kitabda (lövhi-məhfuzda) olmasın!.
(Ənam Surəsi, 59)
Toxumu yaradan da, torpağın içinə düşdüyündə onu yarıb
içindən yeni bir bitkini çıxaran da Allahdır. Bu həqiqət
Ənam Surəsində belə xəbər verilməkdədir:
Şübhəsiz ki, toxumu da, çəyirdəyi də cücərdib çatladan,
ölüdən diri, diridən də ölü çıxardan (ölü yumurtadan
diri toyuq, diri toyuqdan ölü yumurta yaradan) Allahdır.
Budur Allah! Axı siz Ondan (haqq olan Allahdan) nə cür
döndərilirsiniz?
(Ənam Surəsi, 95)
Toxum, Allahın kainatda yaratdığı sonsuz saydakı
"təfəkkür vəsaiti"ndən yəni "iman həqiqəti"ndən yalnız
biridir. İnsan, ağlını əhatə edən qalın qəflət pərdəsini
ayırar da, "necə", "niyə " kimi suallar soruşaraq
düşünsə, bütün kainatın Allahın varlığının və gücünün
dəlilləriylə dolu olduğunu rahatlıqla görə bilər.
DİQQƏTLİ OLMAQ
Təfəkkürün əhəmiyyətli bir parçası da diqqətdir. Başda
da ifadə etdiyimiz kimi, Allah, bütün kainatı və o
kainatın hər parçasını Öz varlığının dəlillərini
göstərmək üçün yaratmışdır. Ancaq inkarçılar bu həqiqəti
qavraya bilməzlər. Çünki bu incəliyi qavrayacaq bir
"görmə" qabiliyyətinə sahib deyildirlər. Quranda ifadə
edildiyi şəkliylə "... gözləri vardır bununla
görməzlər...". (Əraf Surəsi, 179) Gözləriylə gördükləri
maddi kainatın üzərindəki incə pərdəni qaldırıb,
arxasındakı böyük həqiqəti fərq edə biləcək bir ağla və
qavrayışa sahib deyildirlər.
Mömin isə, Allahın kainatı bir hikmət ilə və bir məqsəd
üzrə yaratdığını qəbul etməklə, bu, gözləri olan ancaq
görməyən qrupdan ayrılar. Ancaq bu imanın ilk
mərhələsidir. İman və ona paralel olaraq ağıl inkişaf
etdikcə, mömin qəbul etdiyi bu böyük həqiqəti qarşısına
çıxan hər detalda yoxlamağa başlar.
İmanın söz mövzusu inkişafı üç mərhələyə ayrılar; Elm-əl
yəqin, Ayn-əl yəqin, Haqq-əl yəqin.
Bu mərhələləri açıqlamaq üçün istifadə edilən bir yağış
nümunəsi vardır. Çöldə yağışın yağdığını bilmənin üç
dərəcəsi olar. Birinci dərəcədə yəni elm-əl yəqində, bir
adam pəncərələri bağlı bir şəkildə evində oturmaqda ikən
çöldən gələn biri, ona yağışın yağdığını söyləyər və o
da onun doğruluğuna inanar. İkinci dərəcə, ayn-əl yəqin,
yəni gözlə anlayış dərəcəsidir: Adam, pəncərənin yanına
gedər, pərdəni aralayar və yağışın yağdığını gözləriylə
görər. Haqq-əl yəqində isə, qapını açar və evdən çıxar;
artıq yağışın "içində"dir.
İmanın elm-əl yəqindən ayn-əl yəqinə, hətta daha da
irəlisinə getməsi üçün edilməsi lazım olan hərəkəti
dualardan biri, diqqətli olmaqdır.
Çünki Allahın ayələrini görə bilmək və inkarçılar kimi
"gözləri olan amma görməyən"lərdən olmamaq üçün, bu
lazımdır. Necə ki Quranda möminlər, Allahı qavramaq üçün
diqqətli olmağa çağırılmaqdadırlar. Ayələrdə belə
buyurulmaqdadır:
Bilin və agah olun ki, göylərdə və yerdə nə varsa,
(hamısı) Allahındır. O, həqiqətən, sizin nə əməl sahibi
olduğunuzu (hansı məzhəbə qulluq etdiyinizi) bilir.
Allah (məxluqatın, yaxud münafiqlərin dirilib) Onun
hüzuruna qaytarılacaqları gün (qiyamət günü) onlara
(dünyada) nə etdiklərini bildirəcəkdir. Allah hər şeyi
biləndir!.
(Nur Surəsi, 64)
Diqqətli olun; həqiqətən onlar, Rəblərinə qovuşmaqdan
yana dərin bir şübhə içindədirlər. Diqqətli olun;
həqiqətən O, hər şeyi əhatə edəndir. (Fussilət Surəsi,
54)
Allahın ayələrini hər yerdə görə bilmək üçün bu mövzu
üzərində düşünmə və bunun üçün zehini öyrətmək lazımdır.
Əks halda, öz başına buraxılan bir zehin, idarəsiz bir
şəkildə gəzməyə başlar. Bir neçə saniyə içində mövzudan
mövzuya atlar və "boş işlər"lə, lazımsız detallarla,
kiçik hesablarla özünü məşğul edər. Bu, bir növ
sərxoşluqdur. Adam, ağlını idarə edə bilməz. Hər hansı
bir mövzu üzərində diqqətini yığa bilməz. Belə olunca
da, həm ətrafında inkişaf edən hadisələrin incəliklərini
qavraya bilməz, yəni təfəkkür edə bilməz, həm də bu
hadisələrə müdaxilə edəcək bir iradəyə sahib ola bilməz.
Əksinə adamın düşüncələri hadisələr tərəfindən
istiqamətləndirilər.
Halbuki mömin, Allahın icazəsiylə düşüncələrini dilədiyi
kimi istiqamətləndirən, ağlını davamlı Allahı tanımaq,
ONun dininə xidmət etmək üçün istifadə edən insandır. Bu
səbəblə iman edən bir insan ağlına boş bir düşüncə
gəldiyində bunu dərhal fərq edər. Şeytanın ağlına bir
şübhə soxmağa çalışdığını anlayaraq Quranda təsvir
edildiyi şəkildə zehinini bu təzyiqdən qurtarar. Bütün
bu "ağlı təmiz tutma" səyinin ən əhəmiyyətli parçası
diqqətdir.
HƏR İŞDƏ BİR XEYİR OLMASI
Allah hər şeyi bir hikmət üzərinə yaradar. Bu
hikmətlərdən biri də, Rəbbimizin meydana gətirdiyi
hadisələrin nəticəsinin möminlərə fayda verməsi, dinə
fayda gətirməsidir. Çünki Allah möminlərlə bərabərdir və
möminlərin əleyhinə yol verməz.
Möminin qarşısına çıxan bəzi hadisələr, məsələn
inkarçıların qurduğu bir tələ, ilk baxışda mənfi,
əleyhdə bir vəziyyət kimi görünə bilər, amma Allah
mütləq bunda da bir xeyir yaratmışdır. Bu hadisədə nə
kimi xeyirlər olduğunu da dərhal və yaxın zaman
içərisində möminlərə göstərər. Buna görə möminlərin də
qarşılaşdıqları hər hadisədə bir xeyir olduğunu
bilmələri lazımdır.
Quran hekayələrində bu mövzuya nümunə təşkil edən bir
çox hadisə izah edilməkdədir. Hz. Yusifin həyatı
bunlardan biridir. Hz. Yusif kiçik bir uşaqkən
qardaşları tərəfindən quyuya atılmış, sonra oradan xilas
olmuş, ancaq bir müddət sonra günahsız olduğu halda,
günahlandırılaraq zindana atılmışdır.
Hz. Yusifin yaşadıqlarına bənzər vəziyyətlərlə
qarşılaşan bir insan əgər imana və imanın gətirdiyi
şüura sahib deyilsə, böyük talehsizliklərlə
qarşı-qarşıya olduğunu, başına fəlakətlərin gəldiyini
düşünəcək. Halbuki Hz. Yusif bütün bu hadisələrin
Allahın idarəsində inkişaf etdiyini və hamısında mütləq
bir xeyir olduğunu heç bir zaman unutmamışdır. Necə ki
Allah bir müddət sonra bütün bu "fəlakət"lərin
arxasındakı xeyiri ona göstərmiş və Hz. Yusif, atıldığı
Misir zindanlarından xilas olaraq o ölkənin
rəhbərliyində söz sahibi bir adam olmuşdur.
Mindiyi gəmidə "kim dənizə atılacaq" deyə püşk atılan və
püşk özünə düşən və dənizə atılan, sonra da nəhəng bir
balıq tərəfindən udulan Hz. Yunusun vəziyyəti də Hz.
Yusifə bənzəməkdədir. Quranda, Hz. Yunusun Allahı
"təsbeh edənlərdən" olduğu üçün o yerdən qurtarıldığı və
sonra da mükafatlandırıldığı belə izah edilər:
Əgər (Allahı çox) təsbeh edənlərdən olmasaydı, Onun
qarınında (insanların) dirilib-qaldırılacaqları günə
qədər kalakalmıştı. Sonunda o xəstə bir vəziyyətdəykən
çılpaq bir yerə (sahilə) atdıq. Və üzərinə, sıx-geniş
yarpaqla (balqabağa bənzər) növdən bir ağac bitirdik.
Onu yüz min və ya (sayı) daha da artan (bir birlik)a
(peyğəmbər olaraq) göndərdik. Sonunda ona iman etdilər,
Biz də onları bir müddətə qədər faydalandırdıq. (Saffat
Surəsi, 143-148)
Quran hekayələrində izah edilən bütün bu nümunələr,
insana əhəmiyyətli bir dərs verər: Bir hadisənin
"fəlakət" kimi görünməsi, onun həqiqətdə elə olduğu
mənasını verməz. Əgər bir mömin, Allaha güvənib dayansa,
ONdan kömək diləyər, ONA sığınsa, onun başına gələcək
heç bir hadisə "pis" deyil. Allah yalnız onu sınamaq,
Özünə olan sədaqət və inancını sağlamlaştırmaq üçün
müxtəlif çətinliklər meydana gətirər, amma bunların
hamısının xeyirli bir nəticəsi olar.
İnkarçılar üçün isə bu vəziyyətin tam tərsi söz
mövzusudur. Heç bir hadisə onlar üçün "xeyirli" deyil.
Onlara zövq və sevinc verən, gözəl kimi görünən şeylər
də həqiqətdə axirətdə çəkəcəkləri əzabı artıran səbəblər
olacaq. İnkar edənlərin haqsız olaraq əldə etdikləri
bütün qazanclar, hesabı soruşulacaq bir günah olaraq
onlar adına yazılmaqdadır. Allah, Quranda bu hökmü
verər:
Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə
xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab
etməsinlər. Xeyir, bu onlar üçün zərərlidir. Onların
xəsislik etdikləri şey qiyamət günü boyunlarına
dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur.
Allah hər bir əməlinizdən xəbərdardır!.
(Al-İmran Surəsi, 180)
YANIMIZDAKI ÖLÜM
Cahiliyyə cəmiyyəti, adından da aydın olduğu kimi, son
dərəcə məlumatsız, ağılsız və şüursuz bir cəmiyyətdir.
Bu cəmiyyətin üzvləri, həyatlarını qəti həqiqətlərə,
ağla və məntiqə yönəltməzlər. Əksinə boş və batil
inanclar, həqiqi xarici zənnlər, xahişlər və nəticədə
aldanışlarla yaşayarlar. Bu aldanışların biri də, ölüm
haqqındakı düşüncələridir. Ölümün, mümkün olduğunca
ağıldan uzaq tutulması, düşünülməməsi lazım olduğu
qənaətindədirlər.
Belə etməklə, yəni ölümü göz ardı etməklə etmək
istədikləri şey isə, öz ağılların tərəfindən ölümdən
xilas olmaqdır. Ölümü düşünməyincə, ölümdən
uzaqlaşdıqlarını sanarlar. Əlbəttə ki bu məntiq, bir
təhlükədən xilas olmaq üçün başını quma basdıran
dəvəquşununkından daha fərqli bir məntiq deyil. Halbuki
bir təhlükəni görməzlikdən gəlmək, o təhlükəni yox
etməz. Əksinə o təhlükəyə hazırlıqsız tutulmaq və
dolayısilə daha böyük zərər görmək mənasını verər.
Mömin, hər mövzuda olduğu kimi, bu mövzuda da cahiliyyə
cəmiyyətinin məntiqindən tamamilə uzaqdır. Onlar kimi
açıq və qəti bir həqiqəti yox sayaraq xəyali bir dünyada
yaşamaz. Əksinə, həqiqət olduğu, indiyə qədər dünyada
yaşamış olan istisnasız bütün insanların şahidliyi ilə
qəti olaraq isbat edilmiş olan ölümü, ciddi bir şəkildə
düşünər. İnkarçılara isə Allahın Quranda bildirdiyi bir
əmri uyğun olaraq belə səslənər:
(Ya Peyğəmbər!) De: “(Qorxub) qaçdığınız ölüm sizi
mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da
bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız. O da sizə
(dünyada) nələr etdiyinizi (bir-bir) xəbər verəcəkdir!."
(Cümə Surəsi, 8)
Ölüm unudulması, düşünülməməsi lazım olan bir "müsibət"
deyil, əksinə insana həyatın həqiqi mənasını öyrədən və
dolayısilə üzərində sıx şəkildə düşünülməsi lazım olan
böyük bir dərsdir. Mömin bu böyük hadisə üzərində ağıllı
və səmimi bir şəkildə düşünər. Allahın insanı bir müddət
yaşatdıqdan sonra niyə bu dünyadan ayırdığını, niyə
bütün canlıları ölümlü etdiyini düşünər. Qurana görə,
yaradılmış olan hər varlıq qısacası hər şey ölümlüdür.
Bu, onların aciz və zəif bir "qul" olduqlarını göstərər.
Həyatın sahibi Allahdır; yaradılmışlar, ancaq Allahın
diləməsi ilə həyat taparlar və yenə Allahın diləməsi ilə
həyatlarını itirərlər. Allah ayələrində belə hökm
etməkdədir:
(Yer) üzündə olan hər kəs fanidir (ölümə məhkumdur).
Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir.
(Rəhman Surəsi, 26-27)
Hər kəs öləcək və ən əhəmiyyətlisi, nə vaxt harada
öləcəyini kimsə bilə bilməz. Heç kimin bir dəqiqə sonra
həyatda qalacağına dair bir zəmanəti yoxdur. Bu səbəblə,
mömin sanki hər an öləcəkmiş kimi davranmalıdır. Ölümü
tez-tez düşünmək möminin ixlasını qorumasını və həmişə
şüurlu hərəkət etməsini təmin edər, Allah qorxusunu
artırar, nəfsini tərbiyə etməsinə köməkçi olar.
Quranda, hər insanın bir gün öləcəyinə belə diqqət
çəkilər:
(Ya Rəsulum!) Səndən əvvəl də (dünyada) heç bir bəşərə
əbədiyyət (ölməzlik) vermədik. Belə olduğu təqdirdə, sən
ölsən, onlar dirimi qalacaqlar?!
Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır.
(Dözüb-dözməyəcəyinizi, şükür edəcəyinizi, yaxud nankor
olacağınızı) yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə
(xəstəlik, yoxsulluq, ehtiyac və sağlamlıq, var-dövlət
və cah-cəlalla) imtahana çəkərik. Və siz (qiyamət günü
əməllərinizin əvəzini almaq üçün) ancaq Bizim hüzurumuza
qaytarılacaqsınız!.
(Ənbiya Surəsi, 34-35)
ŞEYTANIN HEÇ DAYANMAYAN FƏALİYYƏTİ
Allah Hz. Adəmi yaratdığı və bütün mələklərə "Adəmə
səcdə edin " əmrini verdiyi zaman, şeytan qarşı gəlmiş
və bu üsyanı üzündən sonsuza qədər lənətlənmişdi. Bunun
üzərinə o da, qiyamət gününə qədər insanları azdırmaq
üçün Allahdan müddət istədi. Allah bu icazəni verincə də
bu vəddə oldu:
(İblis) dedi: “Sən məni (Adəmə səcdə etmədiyimə görə)
azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun
üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə)
mane olacam!"
Sonra onların yanına qarşılarından və arxalarından,
sağlarından və sollarından gələcəyəm (soxulacağam) və
Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!”
(Əraf Surəsi, 16-17)
Bir başqa ayədə, şeytanın "azdırma" vədi belə izah
edilər:
"Onları
hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara
salacaq, heyvanlarının qulaqlarını kəsməyi və Allahın
yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! Allahı atıb
Şeytanı özünə dost tutan şəxs, əlbəttə, açıq-aşkar
ziyana uğramışdır.
(Nisa Surəsi, 119)
Əgər insan şeytanın bu xüsusiyyətindən xəbərsiz olsa,
özünü ondan qoruya bilməz və tələsinə asanca düşə bilər.
Bu səbəblə, möminin Quranda xəbər verilən bu həqiqəti
hər an ağlında tutması, şeytanın azdırıcı təbliğlərinə
qarşı oyanıq davranması lazımdır. Necə ki bir ayədə belə
buyurulmaqdadır:
Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə)
düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa
çağırır.
(Fatır Surəsi, 6)
Şeytana qarşı ən diqqətli olması lazım olanlar isə,
möminlərdir. Çünki şeytan əsl olaraq onlarla məşğul
olar. İnkarçıları azdırmaq üçün məşğul olmasına ehtiyac
yoxdur çünki onlar onsuz da şeytanın ordusu halına
gəlmişlər. Buna görə, bütün gücünü möminləri zəiflətmək,
onları müxtəlif şəkillərdə din əxlaqını yaşamaqdan
geridə buraxmaq üçün xərcləyər. Bu səbəblədir ki Allah,
şeytanın fitnəsinə qarşı möminləri belə xəbərdar
etməkdədir:
Ey iman gətirənlər! Şeytanın yolunu tutub getməyin! Kim
Şeytanın getdiyi yolla getsə, o, (insanlara) çirkin, pis
işlər görməyi (zina etməyi, yalan danışmağı, özgələrə
böhtan atmağı) əmr edər. Əgər Allahın sizə neməti və
mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt (günahdan)
pak olmazdı. Lakin Allah dilədiyini (günahdan) pak edər.
Allah (hər şeyi) eşidəndir, biləndir!
(Nur Surəsi, 21)
Allahın Quranda bildirdiyinə görə, şeytanın bu
fəaliyyəti ixlaslı möminlərə təsir etməyəcək. Lakin
zəiflik göstərən və qəflətə dalanlar, şeytanın davamlı
olaraq verməyə çalışdığı mənfi təbliğlərdən təsirlənə
bilərlər. Unutmamaq lazımdır ki şeytan fəaliyyətini heç
dayanmadan, ara vermədən, dayanıb istirahət etmədən,
yatmadan davam etdirməkdədir. Mömin də buna qarşı
davamlı Allahı xatırlamalı, hər an diqqət və mənəvi eşq
halında olmalıdır.
DAİM PİSLİYİ ƏMR EDƏN NƏFS
İnsanın şeytan qədər diqqət yetirməsi lazım olan bir
başqa azdırıcı ünsür də öz içindədir. Allah, insanı
yaradarkən onun nəfsinə (mənliyinə) həm yaxşılıq, həm də
pislik ilham etmişdir. Və bu pis tərəf, insanı davamlı
şeytanın tərəfinə çəkməyə çalışar. Quranda, insan
ruhundakı bu cüt istiqamət belə açıqlanar:
And olsun nəfsə və onu yaradana (ona biçim verənə);
Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini
(xeyir və şəri) öyrədənə ki,
Nəfsini (günahlardan) təmizləyən mütləq nicat
tapacaqdır!
Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır..
(Şəms Surəsi, 7-10)
İnsan, ayədə ifadə edilən nəfsinin içindəki bu
günahdandan xəbərdar olmalı və hər vaxt bu təhlükəyə
qarşı diqqətli davranmalıdır. Əgər nəfsindəki pisliyin
varlığını qəbul etməz də, ayədə deyildiyi kimi onu
"örtsə", adam pislikdən çəkinə bilməz, yenə ayədə
bildirildiyi kimi "dağılmağa düşər".
Bu səbəbdən insanın içindəki pis istiqamətə qarşı
diqqətli davranması, davamlı olaraq nəfsini təmizləməyə
çalışması lazımdır. Hz. Yusifin ayədə xəbər verilən, "
Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə
istisna olmaqla, nəfs (insana) pis işlər görməyi
(şəhvətə uymağı) əmr edər. Həqiqətən, Rəbbim
bağışlayandır, rəhm edəndir!”"
(Yusif Surəsi, 53) şəklindəki ifadəsi, möminin nəfsinə
qarşı olan bu ehtiyatlı olmasını
sərgilər.
İnsan, nəfsinə qarşı hər vaxt bu şəkildə ehtiyatlı
davranmalı, nəfsinin əmr edəcəyi pisliklərə qarşı daim
oyanıq olmalıdır. Çünki, "... Nəfslər 'qısqanclığa və
eqoist ehtiraslara' hazır olmuşdur." (Nisa Surəsi, 128)
Bu ehtirasların insana nələr etdirə biləcəyinə də
Quranda işarə edilmişdir. Məsələn Hz. Adəmin
oğullarından birini, qardaşını öldürməyə yönəldən şey
nəfsidir. (Maidə Surəsi, 30) Samirinin, Hz. Musanın
ardından təkrar bütlərə ibadət etməsinin və qövmünü də
eyni pozqunluğa aparmasının arxasında yatan səbəb də
eynidir; Samiri ayədə bildirildiyi üzrə, "
(Samiri) belə cavab verdi: “Mən (İsrail oğullarının)
görmədiklərini (Cəbraili) gördüm (yaxud bilmədiklərini
bildim). Mən o Rəsulun (Allah elçisinin) ləpirindən
(Cəbrailin atının ayağı dəydiyi yerdən) bir ovuc torpaq
götürdüm və onu (çaladakı od içində əriyən bəzək
şeylərinə) atdım (o da dönüb böyürən bir buzov oldu).
Beləcə, öz nəfsim məni bu işə sövq etdi”. (Nəfsim bu işi
mənə xoş göstərdi, mən də ona uydun)."
(Taha Surəsi, 96) deməkdədir.
İnsanın qurtuluşu, özünü qısqanclığa, eqoizmə, üsyan və
şirkə yönəldən nəfsinin pisliklərindən çəkinməsinə
bağlıdır. Quranda ifadə edildiyi üzrə "
Onlardan (mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və
(Muhəmməd əleyhissəlama qəlbən) iman gətirirmiş kimsələr
(ənsar) öz yanlarına (şəhərlərinə) mühacirət edənləri
sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd
(qəzəb) duymaz, özləri ehtiyac içində olsalar belə,
onları özlərindən üstün tutarlar. (Allah tərəfindən)
nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan
kimsələr – məhz onlar nicat tapıb səadətə (Cənnətə)
qovuşanlardır!” (Həşr
Surəsi, 9)
Mövzuyla əlaqədar başqa ayələrdə də belə
buyurulmaqdadır:
Amma kim (qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan
qorxmuş və nəfsinə istəyini (şəhvəti) qadağan etmişsə,
Həqiqətən, onun yurdu Cənnətdir!.
(Naziat Surəsi, 40-41)
Mömin üçün ən böyük mübarizələrdən biri nəfslə edilən bu
mübarizədir. İman edən insan nəfsinin özünə yönəltmək
istədiyi; eqoizm, qısqanclıq, qürur, ehtiras kimi
xəstəliklərə etiraz etməlidir.
Nəfs, insanı boş hədəflər arxasında qaçdırar. İnsana,
daha çox mal qazanacağına pıçıldayar. Halbuki insan bu
cür zövqlərin heç biriylə təmin olmaz. Nə qədər çox
qazansa, daha da çoxunu istər. Bu halıyla nəfs, ac və
əsla doymayan vəhşi bir heyvan kimidir.
Nəfsin təmkinlik tapması isə, söz mövzusu keçici
zövqlərin heç biriylə deyil, ancaq və ancaq adamın
Allaha sığınmasıyla mümkün olar. İnsan, Allaha qul olmaq
üçün yaradılmışdır və "... ürəklər yalnız Allahın
zikriylə mutmain olar" (Rəd Surəsi, 28) hökmü uyğun
olaraq, bu vəzifəsini yerinə yetirib ONun rəhmətinə
sarılmaqdan başqa heç bir şey ona dinclik və təmkinlik
verməz.
O səbəblədir ki, təmkinlik tapmış bir nəfs ancaq inkarın
hər cür pisliyindən çəkinərək iman edən nəfsdir. Allah
Quranda bu nəfsə belə xitab edər:
(Qiyamət günü Allah-təala mömin kimsəyə belə
buyuracaqdır: ) “Ey (öz imanından, əməlindən və Allahın
vədindən) xatircəm olan kəs! (Və ya: “Ey arxayın nəfs!”)
Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən!
(Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol!
(Onlarla birlikdə) Cənnətimə varid ol!”
(Fəcr Surəsi, 27-30)
SEÇİLMİŞLİK
Allah hər insan üçün bir qədər təyin etmişdir və bu
qədəri heç kimin ya da heç bir hadisənin dəyişdirməsi
mümkün deyil. İnsanın hansı tarixdə, hansı cəmiyyətdə,
hansı ailəyə mənsub olaraq doğulacağını ayırd edən,
irəliləyən həyatı boyunca da nələrlə qarşılaşacağına
qərar verən ancaq Allahdır. İnsana sahib olduğu ağlı,
başından keçirdiyi düşüncələri ilham edən də yenə
Allahdır.
Bu səbəbdən bir insanın iman etməsi, sahib olduğu hər
hansı bir xüsusiyyətdən qaynaqlanmaz. İmanı verən, ancaq
və ancaq Allahdır. Allah "Hadi"dir, yəni hidayət
verəndir; "Rəb"dir, yəni öyrədib yetişdirəndir. Dilədiyi
qulunu doğruya yönəldər. Quranda bu həqiqəti bizə xəbər
verən Hz. Musanın sözləri belədir:
Rəbbimiz, hər şeyə yaradılışını verən, sonra doğru
yolunu göstərəndir. (Taha Surəsi, 50)
İman edən insanlar, Allahın özlərinə lütf etdiyi
kəslərdir. Allah bir ayəsində belə buyurmaqdadır:
Rəbbin, dilədiyini yaradar və seçər; seçki onlara aid
deyil... (Qəsəs Surəsi, 68)
İnsanlar, cəhənnəmə oranı haqq edərək girərlər. Çünki
özlərini yaradan Allaha qarşı üsyan etmişlər və o ən
böyük əzabı haqq etmiş olmuşlar. Buna qarşı, cənnətə
ancaq Allahın lütfü və bağışlaması sayəsində girilər.
Allah, cənnətinə soxacağı möminləri seçmiş, onlara lütf
etmiş, onları öyrətmiş, günahlarını bağışlamış,
səhvlərini örtmüşdür.
Mömin, bu seçilmişliyinin hər vaxt üçün fərqində olmalı,
özünə verilən iman nemətinə qarşı, daim Allaha şükür
halında yaşamalıdır. Bu seçilmişliyin şərəfi onun hər
hərəkətinə əks olunmalı, bunun təmkin və zadəganlığını
üzərində daşımalıdır. Dünyada Quranda təsvir edilən
əxlaqı təmsil etdiyinin, çoxu kimsə qəflət və pozğunluq
içində ikən, Allahın özünü imanla şərəfləndirmiş
olduğunun şüurunda olmalıdır. Çünki mömin dünyada
yaşayan insanlar içində, "ziyanda" olmayan, hər keçən
gün cəhənnəmə bir az daha yaxınlaşan qrupun içində
iştirak etməyən az quldan biridir. Allah, hansı
insanların ziyanda olduğunu belə xəbər verər:
Əsrə and olsun; Həqiqətən insan, ziyandadır. Ancaq iman
edib saleh əməllərdə olanlar, bir-birlərinə haqqı
tövsiyə edənlər və bir-birlərinə səbri tövsiyə edənlər
başqa. (Əsr Surəsi, 1-3)
Bütün inkarçılar, sonu cəhənnəmə doğru gedən bir
"ziyan"ın içində ikən, bir mömin üçün Allahın özünü bu
vəziyyətdən qurtarması və bütün insanlara üstün tutması
əlbəttə ki çox böyük bir şərəfdir.
DUA VƏ EDİLMƏSİ
Allah bir ayəsində, duanın əhəmiyyətini belə ifadə edər:
De ki: 'Sizin duanız olmasaydı Rəbbim sizə dəyər
verərdimi?'... (Furqan Surəsi, 77)
Həqiqətən də dua, bir mömini inkar edənlərdən ayıran,
Allah Qatında "qiymətli" edən təməl ibadətlərdən və
imanın ən açıq göstəricilərindən biridir.
İnsanların çoxu, bütün kainatın bir maddələr cəmi
olduğunu və bu maddələrin də, heç bir ilahi idarə
olmadan bir-birlərinə təsir edərək hərəkət etdiklərini
sanar. Həqiqətdə var olan hər şeyin Allahın iradəsinə
boyun əymiş olduğunun, hər şeyin ancaq Allahın "Ol" əmri
ilə olduğunun fərqində deyildirlər. Bu səbəblə də, bütün
həyatları, bu maddələr dünyasında mübarizə, səy və
məşğuliyyət içində çalışmaqla keçər.
Ancaq iman edən bir insan kainatın sirrini bilməkdədir.
Bu səbəblə, istədiyi bir şeyə çatmanın əsl yolunun, o
şeyləri nəzarət edəndən istəmək olduğunu da anlar. Bilər
ki, Allah, hər şeyi Öz iradəsinə boyun əydirmişdir, hər
şeyə hakimdir və Özündən kömək istəyən qullarına da
şəfqətlidir. Allah bir ayəsində qullarına belə səslənər:
(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə
ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın
duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı
qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin
ki, doğru yola yetişsinlər.
(Bəqərə Surəsi, 186)
Ancaq bilinməlidir ki, "razılıq", duada istənən hər
şeyin verilməsi demək deyil. Çünki insan cahildir və
ayədə ifadə edildiyi şəkliylə "... xeyirə dua etdiyi
kimi, şərə də dua etməkdədir" (İsra Surəsi, 11). Bu
səbəblə Allah, hər duaya razılıq edər, amma bəzən
istənəni verər, bəzən də o istənən şey həqiqətdə bir
"şər"dir; verməz.
Duanın nə olduğunun isə yenə Qurana baxaraq təyin
olunması lazımdır. Allah duanı yalnız Özünə xas edilmiş,
qorxu və ümidlə, yalvara yalvara, için-için ediləcək bir
ibadət olaraq təsvir etməkdədir. Bu xüsusiyyətlərə sahib
olmayan, Allahın əzəmətini təqdir edə bilməyən bir dua,
həqiqi bir dua olmayacaq. Dua ancaq, ixlaslı, candan,
səmimi bir şəkildə, çox istəyərək, yalvararaq, Allahdan
qorxaraq və qarşılığını görmənin ümidi içində olaraq
edildiyində həqiqi mənada dua olar.
Duada müəyyən bir konsentrasiya və Allahla çox içdən bir
bağ qurmaq lazımdır. Necə ki Qurandakı, "Rəbbinizə
yalvara yalvara və için-için dua edin..." (Əraf Surəsi,
55) və "ONA qorxaraq və ümid edərək dua edin. Doğrusu
Allahın rəhməti yaxşılıq edənlərə çox yaxındır" (Əraf
Surəsi, 56) ayələri, duanın edilişini ən açıq şəkildə
təsvir edər. Bir başqa ayədə isə Allahın adları ilə dua
edilməsinə belə diqqət çəkilməkdədir:
Adların ən gözəli Allahındır. Elə isə Ona bunlarla dua
edin... (Əraf Surəsi, 180)
Dua anı, insanın öz acizliyini və Allahın sonsuz
qüdrətini ən diqqətə çarpan bir şəkildə hiss etdiyi
andır. Allah bütün kainatı nəzarət edən, gücü hər şeyə
çatan, gizlinin gizlisini bilən, hər şeydən xəbərdar
olandır. İnsanın duasını eşidən və ona razılıq edəcək
olan da sonsuz şəfqətli Rəbbimizdir. Duadan qaçmaq isə,
Allahın bu böyük rəhmətindən üz çevirmək, qürurlanmaq
mənasını verər. Necə ki Allah, Quranda belə buyurar:
... Mənə dua edin, sizə razılıq edim. Doğrusu Mənə
ibadət etməkdən böyüklənənlər; cəhənnəmə boyun bükmüş
kəslər olaraq girəcəklər. (Mömin Surəsi, 60)
Dua mömin üçün həm ibadət, həm qüvvətli bir silah, həm
də böyük bir nemətdir. Yalnız "istəmək" kimi həqiqətən
asan bir hərəkətlə, maddi, mənəvi hər şeyi əldə edə
bilmənin açarıdır.
BAĞIŞLANMA VƏ TÖVBƏ
Allahın Quranda ən çox təkrarlanan sifətlərindən ikisi,
"Rəhman" və "Rəhm", yəni "əsirgəyən" və "bağışlayan"
sifətləridir. Qullarına olan bu rəhmətindən ötəridir ki,
Allah, insanları işlədikləri günahlar üzündən dərhal
cəzalandırmaz:
Əgər Allah insanları zülmləri üzündən cəzalandırsaydı,
yer üzündə heç bir canlını sağ buraxmazdı. Lakin (Allah)
onlara müəyyən müddət (ömürlərinin sonunadək) möhlət
verər. Əcəlləri gəlib çatdıqda isə (ondan) bircə saat
belə nə geri qalar, nə də irəli keçə bilərlər..
(Nəhl Surəsi, 61)
Allah, insanların işlədiyi cgünahların cəzasını təxirə
salmaqla, onlara bağışlanma diləmək və tövbə etmək üçün
müddət verməkdədir. İnsan, nə cür böyük günahlar işləmiş
olursa olsun, bunlardan ötəri Allahdan bağışlanma diləyə
bilər və bir daha işləməməyi hədəfləyərək tövbə edə
bilər. Allah, Quranda qullarını günahları üçün
bağışlanma diləyib tövbə etməyə belə çağırmaqdadır:
Ayələrimizə iman gətirənlər yanına gəldikdə onlara de:
“Sizə salam olsun! Rəbbiniz Özü-Özünə rəhmli olmağı
yazmışdır (bəndələrinə qarşı rəhmli olmağı əzəldən Özü
Özü üçün müəyyən etmişdir) ki, sizlərdən hər kəs pis iş
görsə, sonra tövbə edib düzəlsə (Allah onun günahından
keçər). Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!”
(Ənam Surəsi, 54)
Bağışlanma, insanın bilərək ya da bilməyərək etdiyi
bütün səhvlər, işlədiyi bütün günahlar üçün Allahın
bağışlayıcılığına sığınmasıdır. Tövbə isə, işlənmiş olan
müəyyən bir günah üçün edilər. Tövbə edən mömin, etdiyi
bir səhvi ya da davam etdirdiyi bir rəftarı düzəltməyə
qəti olaraq qərar verər və bir daha təkrarlamamaq üçün
Allahdan güc və dəstək diləyər. Necə ki məqbul olan
tövbə də, ardından hərəkəti düzəlmə ilə dəstəklənilən
tövbədir:
Kim tövbə edər və saleh əməllərdə olsa, həqiqətən o,
tövbəsi (və özü) qəbul edilmiş olaraq Allaha dönər.
(Furqan Surəsi, 71)
İnsan tövbə edib, ancaq sonra yenə nəfsinə məğlub olaraq
eyni günahı təkrar edir ola bilər. Bəlkə dəfələrlə tövbə
edib, sonra bunların hamısını da pozmuş ola bilər. Amma
bu, bir daha tövbə edə bilməyəcəyi mənasını verməz.
Tövbə qapısı, insan həyatını davam etdirdiyi müddətcə
açıqdır. Ancaq bilinməlidir ki, insanın ölümün kənarına
gəlib, axirətdə başına gələcəkləri fərq edərək son anda
tövbə etməsi qəbul edilməyə bilər. Allah Quranda belə
buyurmaqdadır:
Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki,
onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal
tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir!
Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
Günah işlər görməkdə davam edərək ölüm yetişən anda:
“Mən indi tövbə etdim” –deyənlərin və kafir olaraq
ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli
bir əzab hazırlamışıq!.
(Nisa Surəsi, 17-18)
Bir başqa ayədə, bütün iman edənlər bu qurtuluş yoluna
belə çağırılmaqdadırlar:
"Mömin
qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən
çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini
(zinadan) qorusunlar (və ya örtülü saxlasınlar);
öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla,
zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq
və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini
yaxalarının üstünə çəksinlər (boyunları və sinələri
görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz
atalarından, yaxud ərlərinin atalarından
(qayınatalarından), yaxud öz oğullarından, yaxud
ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud
qardaşlarının oğullarından, yaxud bacılarının
oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud
sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi
qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən,
yaxud qadınların məhrəm yerlərini hələ anlamayan
uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək
şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə
və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız
Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə
çatasınız!)." (Nur
Surəsi, 31)
ÖLƏNƏ QƏDƏR SƏBİR
İnsan tələsikçi olaraq yaradılmışdır və bu xüsusiyyəti
üzündən də müxtəlif səhvlər edər. Halbuki Quranda,
insanın bu tələsikçiliyini buraxması və Allah üçün səbr
etməsi tövsiyə edilər. Mömin, Allahın vəd etdiyi böyük
nemət və qurtuluşu gözləməyi və bu uğurda səbir etməyi
bilməlidir. Bu bir ibadətdir; ayədə "Rəbbin üçün səbr
et" (Muddəssir Surəsi, 7) hökmü verilər. Allah yolunda
icra ediləcək mübarizənin də, Allaha yaxınlaşmaq üçün
izləniləcək yolun da ən əhəmiyyətli xüsusiyyətlərindən
biri səbirdir. Bir ayədə belə buyurulmaqdadır:
Ey iman edənlər, səbir edin və səbirdə yarışın. Allahdan
qorxun. Ümid edilər ki xilas olarsınız. (Al-İmran
Surəsi, 200)
Bu vaxt, səbir ilə "dözüm" anlayışlarını ayırmaq
lazımdır. Cahiliyyə cəmiyyətində bu iki anlayış
bir-birinə qarışmış vəziyyətdədir, halbuki aralarında
mömin tərəfindən qavrana bilən əhəmiyyətli bir fərq
vardır. Dözüm, xoşuna gəlməyən, acı verən bir çətinliyə
dözmə hərəkətidir. Halbuki Quranda nəzərdə tutulan
səbir, mömin üçün bir çətinlik qaynağı deyil. Mömin,
Allahın razılığını qazanmaq üçün səbir edər, bu səbəbdən
səbrindən ötəri bir çətinliyə qapılmaz, əksinə mənəvi
bir həzz duyar. Quranda, səbrin ancaq möminlər üçün bir
ləzzət, inkarçılar üçünsə çətinlik verən bir "dözüm"
olduğu belə ifadə edilmişdir:
(Müsibət vaxtında) səbir etmək və namaz qılmaqla
(Allahdan) kömək diləyin! Bu, ağır iş olsa da, (Allaha)
itaət edənlər üçün ağır deyildir.
(Bəqərə Surəsi, 45)
Quranda, səbrin möminlər üçün "müjdəli" bir ibadət
olduğu və möminlərin qarşılarına çıxan çətinliklərə
qarşı səbir edərkən sahib olduqları ruh halı isə belə
izah edilər:
Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da
mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik.
(Ya Rəsulum! Belə imtahanlara) səbir edən şəxslərə müjdə
ver!
O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz
Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona
tərəf (Onun dərgahına) qayıdacağıq!” deyirlər.
(Bəqərə Surəsi, 155-156)
Səbir elə üstün bir xüsusiyyətdir ki, mömin birliyinə
böyük bir güc qata bilər. Allah, gücün səbirə görə necə
dəyişdiyini aşağıdakı ayədə açıqlamaqdadır:
(Ey möminlər!) İndi Allah (yükünüzü) yüngülləşdirdi.
Çünki O sizdə bir zəiflik olduğunu bilirdi. Artıq
aranızda yüz səbirli kişi olsa, iki yüz nəfərə (kafirə),
min kişi olsa, iki min nəfərə Allahın iznilə qələbə
çalar. Allah səbir edənlərlədir!.
(Ənfal Surəsi, 66)
Səbir, Quranda izah edilən bütün mömin xüsusiyyətlərini
də əhatə edən bir xüsusiyyətdir. Çünki bir insan
təvazökar, comərd, fədakar, itaətkar ola bilər, lakin
yalnız əgər bu xüsusiyyətlərində səbir göstərsə bunların
bir dəyəri olar. Səbir, digər bütün mömin
xüsusiyyətlərini qiymətli və etibarlı edən bir
xüsusiyyətdir. İmanı məqbul edən, onda göstərilən
səbirdir. Möminin bütün ömürü səbirlə keçər. "Allah üçün
səbir et" hökmünə həyatının hər günü yenidən itaətkar
edər. Sonunda isə, Allah canını alar və onu razılığı və
cənnətiylə mükafatlandırar. Cənnətin qapısındakı
mələklər, möminlərə belə səslənərlər:
Səbir etdiyinizə qarşılıq salam sizə. Yurdun sonu nə
gözəl. (Rəd Surəsi, 24)
ALLAHIN MÖMİNLƏRƏ DƏSTƏYİ
Cahiliyyə cəmiyyətindəki insanlar, xarakterlərini sahib
olduqları gücə görə inkişaf etdirərlər. Özlərinə
güvənmələri üçün, mütləq ya zəngin, ya məşhur, ya çox
gözəl, ya da yaraşıqlı olmaları lazımdır. "Hörmətli"
birinin oğulu ya da qızı olmaq da yenə eyni cəmiyyətdə
əhəmiyyətli bir güvən qaynağıdır.
Ancaq şübhəsiz möminlər üçün vəziyyət tamamilə
fərqlidir. Mömin, yalnız Allaha güvənib dayanar. Özünə
güvənməsi üçün, inkarçıların ehtiyac duyduğu maddi
meyarların heç birinə ehtiyacı yoxdur.
Çünki Allah daim möminlərin dəstəkçisidir. Onları inkar
edənlərin qarşısında zəif buraxmaz. "And olsun, Mən
qalib gələcəyəm və elçilərim də" (Mübarizə Surəsi, 21)
hökmü gərəyi, rəsullarını və onlara tabe olan möminləri
hər vaxt qalib edər. Mömin bütün dünyanın qarşısında tək
başına da olsa, bu böyük dəstəklə onlara qarşı üstün
gəlir. Allah, rəsuluna qarşı bu zəmanəti verməkdədir:
Onlar, səni aldatmaq istəyərlərsə, şübhəsiz Allah sənə
yetər. O, səni köməyiylə və möminlərlə dəstəklədi.
(Ənfal Surəsi, 62)
Unudulmamalıdır ki, möminlərə yolları açan,
müvəffəqiyyət qazandıran, onları inkişaf etdirən,
gücləndirən Allahdır. İnsanın həll olaraq müraciət
etdiyi səbəblər, müvəffəqiyyətli olması üçün kafi deyil.
Səbəblər tək başına heç bir şey edə bilməz; yalnız
hərəkəti bir duadırlar. Bununla birlikdə olan şifahi dua
və ixlasın qarşılığında Allah istənən nəticələri
yaradar. Bu səbəbdən möminin bacarmaq istədiyi bir işdə
yalnız Allahın köməyinə güvənib dayanması lazımdır.
Belə olunca da, özündən son dərəcə əmin, heç bir
təhlükədən çəkinməyəcək qədər gözü quru və əleyhdə kimi
görünən inkişaflardan heç bir şəkildə təsirlənməyəcək
qədər möhkəm xarakterli bir insan ortaya çıxar. Qövmünün
hamısının bir-bir azmasına qarşılıq heç bir şəkildə
etibarsızlığa qapılmayan və "... Əgər siz və yer
üzündəkilərin bütünü inkar edəcək olsanız belə şübhəsiz
Allah heç bir şeyə möhtac deyil, təriflənmişdir"
(İbrahim Surəsi, 8) deyə bilən Hz. Musa, bu mövzuda çox
yaxşı bir nümunədir.
Hz. Musa, bu cür etibarlı və qorxusuzdur. Çünki Allahın
köməyinin möminlərlə birlikdə olduğuna əmindir. Allah,
ona, "Qorxma, şübhəsiz sən üstün gələcəksən" (Taha
Surəsi, 68) hökmünü vəhy etmişdir.
Şübhəsiz Hz. Musanın rəftarı digər bütün möminlər üçün
də nümunə olmalıdır. Çünki Allah, eyni zəmanəti yalnız
Hz. Musaya ya da o biri rəsullara deyil, öz rızasına
ixlasla sarılan bütün möminlərə verməkdədir. İnkar
edənlərə qarşı onları qoruyacağını, qalib edəcəyini vəd
etməkdədir. Bu həqiqət Quranda, "(Ey
müsəlmanlar!) Sizə göz qoyan (münafiqlər) Allah
tərəfindən sizə bir qələbə üz verdikdə: “Məgər biz də
sizinlə deyildikmi? “ deyər, kafirlərə (zəfər) nəsib
olduqda isə: “Məgər (möminlərlə birlikdə sizə qarşı
vuruşsaydıq) biz sizə qalib gələ bilməzdikmi? Məgər biz
möminlərə (onların sizə qarşı təcavüzünə cürbəcür
vasitələrlə) mane olmadıqmı? “ – söyləyərlər. Qiyamət
günü Allah Özü sizin aranızda hökm verəcəkdir. Allah heç
vaxt kafirlərə möminlərin əleyhinə olan bir yol
göstərməz!." (Nisa
Surəsi, 141) şəklində ifadə edilmişdir.
Mömin, yalnız Allaha olan sədaqətini qorumaq, ONA
qulluqda qərarlı olmaqla öhdəçiliklidir. Belə etdiyi
təqdirdə, qorxması lazım olan heç bir şey yoxdur:
Ey iman gətirənlər! Nəfslərinizi qorumaq sizin
borcunuzdur. Siz doğru yolda olsanız, (haqq yoldan)
azanlar sizə heç bir zərər yetirə bilməzlər. Hamınızın
axır dönüşü Allahadır. Allah etdiyiniz əməllər barəsində
sizə xəbər verəcəkdir!.
(Maidə Surəsi, 105)
Doğru yola çatanlara, inkar edənlər heç bir şəkildə
zərər verə bilməz. Möminləri təzyiq altına almaq, hətta
öldürmək üçün etdikləri bütün plan və tələləri Allah
boşa çıxardar. Bir ayədə bu sirr belə açıqlanar:
(Kafirlər Peyğəmbərə və islam dininə qarşı bacardıqları
qədər) hiylə qurdular. Onların hiyləsi Allah dərgahında
məlumdur (və buna görə də cəzalarını da alacaqlar).
Onların hiyləsi ilə dağlar (islam dini, onun hökmləri)
yerindən oynayan deyildir! (Və ya onların hiyləsi
dağları yerindən oynatsa belə, yenə də Allahın dini
qarşısında acizdir!).
(İbrahim Surəsi, 46)
İnkarçılar möminlər əleyhinə tələlər hazırlayarkən,
Allah da onları, "... bilməyəcəkləri bir istiqamətdən
dərəcə dərəcə" (Əraf Surəsi, 182) dağıdar. Söz mövzusu
kəslər, öz sadə məntiq hörgüləri içində möminlərdən
üstün olduqlarını və onları asanlıqla məğlub
edəcəklərini sanarlar. Halbuki Allah möminlərlə
bərabərdir və Allahın güc, izzət və əzəməti də
inananlarda təcəlli etməkdədir. Quranda, münafiqlərin
qavraya bilmədiyi bu həqiqət belə ifadə edilər:
Onlar: “Allahın Peyğəmbəri yanında olanlara bir şey
verməyin ki, dağılıb getsinlər!” – deyən kimsələrdir.
Halbuki göylərin və yerin xəzinələri Allaha məxsusdur,
lakin münafiqlər (bunu) anlamazlar.
Onlar: “Əgər biz (Bəni Müstəliq vuruşunda) Mədinəyə
qayıtsaq, ən güclülər (ən şərəflilər – münafiqlər) ən
zəifləri (ən həqirləri – Peyğəmbəri və ona iman
gətirənləri), əlbəttə, oradan çıxardacaqlar!” –
deyirlər. Halbuki şərəf-şan da, (qüvvət və qələbə də)
yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur,
lakin münafiqlər (bunu) bilməzlər!.
(Munafiqun Surəsi, 7-8)
Bu, qəti və dəyişməz bir qaydadır. Mömin, "Ey iman
edənlər, tədbirinizi alın..." (Nisa Surəsi, 71) ayəsini
lazımınca, ibadət qəsdiylə inkarçılara qarşı diqqətli və
tədbirli davranacaq, amma söz mövzusu İlahi qaydanın
rahatlığı içində olacaq. Allah, eyni qaydanı bir başqa
ayəsində belə açıqlayar:
Şübhəsiz ki, kafirlər, (insanları) Allah yolundan
döndərənlər və doğru yol özlərinə bəlli olduqdan sonra
Peyğəmbərə qarşı çıxanlar Allaha heç bir zərər verə
bilməzlər. (Allah) onların bütün əməllərini puç
edəcəkdir!. (Məhəmməd
Surəsi, 32)
ÜMİDSİZLİYƏ VƏ ŞEYTANIN MƏNFİ TƏBLİĞİNƏ FÜRSƏT VERMƏMƏK
Ümidsizlik iki cür ola bilər. Birincisi, insanın
qarşılaşdığı çətinliklər qarşısında ümidsizliyə
qapılmasıdır. Ancaq iman edən hər insan, Allahın
qoruması altında icra edilən və Onun dəstəkləyəcəyini
vəd etdiyi işlərdə bir mənfilik olmayacağını bilməlidir.
Çünki Qurandakı ayələrdə, Allahın qəti bir şəkildə
möminlərin dəstəkçisi olduğu və onları əsla inkarçılar
qarşısında köməksiz buraxmayacağı xəbər verilməkdədir.
Ümidsizliyin ikinci növü isə, adamın etdiyi bir səhv ya
da işlədiyi bir günah səbəbiylə öz imanından ümid
kəsməsi, Allahın özünü bağışlamayacağına və artıq
cəhənnəmlik olduğuna özünü inandırmasıdır. Halbuki bu
tamamilə Qurana müxalif bir düşüncədir. Əksinə Allah
Özünə səmimi bir şəkildə tövbə edənlərin bütün
günahlarını bağışlayar. Allaha yönəlmək, Onun rəhmətinə
sığınmaq üçün heç bir nöqtə "çox gec" deyil. Allah,
Quranda qullarına belə səslənməkdədir:
(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: “Ey Mənim
(günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış
bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah
(tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O
bağışlayandır, rəhm edəndir!.
(Zumər Surəsi, 53)
Ümidsizlik, şeytanın mömini Allah yolundan saxlamaq üçün
verdiyi vəsvəsələrdən biridir. Şeytan bu yolla səhv edən
bir möminin əhvalını pozmağa, edilən sadə səhvləri öz
gözündə böyütməyə və onu daha da böyük səhvlərə sürüməyə
çalışar. Hədəfi, mömini imanından və səmimiyyətindən
şübhəyə salmaq, ona boş-boş işlər təklif etməkdir. Əgər
insan şeytanın bu üsulundan təsirlənsə, gedərək imani
bir zəifliyə düşər, səhv üstünə səhv etməyə başlar. "Bir
dəfə səhv etdim, artıq dönüşü yox" deyə dilə gətirilən
bir məntiq içərisində, gedərək daha da böyük günahlara
süründürülər.
Mömin belə bir hissə qapıldığında dərhal Allaha
sığınmalı, Quranın nuruyla düşünməli və şeytanın
istədiyi bu qorxunc ruh halından çıxmalıdır. Bir ayədə,
möminin göstərməsi lazım olan rəftar belə açıqlanar:
Əgər sənə Şeytandan (bu əmr olunduğun işləri yerinə
yetirməmək məqsədilə) bir vəsvəsə gəlsə (fəsad toxunsa),
Allaha sığın. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir,
biləndir!. (Əraf Surəsi,
200)
Mömin, ixlaslı və səmimi olduqdan sonra səhv də etsə,
bağışlanma dilədikdən sonra Allahın özünü bağışlamasını
ümid edə bilər. Edilən səhv nə olursa olsun yenə də hər
an tövbə edib vəziyyətini düzəldə bilər. Allah sonsuz
rəhmət və ədalət sahibi ikən, möminlərə cənnəti və
müvəffəqiyyəti vəd etmişkən ümidsizliyə qapılmaq, ancaq
şeytanın bir hiyləsidir. Hz. Yaqubun Quranda bildirilən
bu öyüdü, bütün möminlər üçün yol göstəricidir:
Oğullarım! Gedin Yusifdən və qardaşından (Bin Yamındən)
bir xəbər bilin. Allahın mərhəmətindən ümidinizi
kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini
üzər!”. (Yusuf Surəsi,
87)
HƏR HADİSƏNİN QURAN ƏXLAQIYLA QİYMƏTLƏNDİRİLMƏSİ
Möminin həyatının məqsədi, Allaha qulluq etməkdən başqa
bir şey deyil. İnsan dünya üzərində öz ehtiraslarına
görə yaşamaq, ehtiraslarının arxasında qaçmaq ya da
başqa insanlara xidmət etmək üçün deyil, yalnız və
yalnız Allaha qulluq etmək üçün yaradılmışdır.
Allaha qulluq etməsinin yolu isə, Quranı özünə rəhbər
etməsidir. Mömin üçün son məqsəd, Quranın hər hökmünə
əlindən gələnin ən çoxuyla xidmət edə bilməkdir.
Qurana baxıldığında isə, möminin yalnız namaz, oruc,
həcc kimi vacib ibadətlərlə deyil, eyni zamanda tətbiq
olunması tələb edilən ibadətlərlə də öhdəçilikli
olduğunu görərik. Məsələn bir ayədə "Rəbbinin yoluna
hikmətlə və gözəl nəsihət et çağır və onlarla ən gözəl
bir şəkildə mübarizə et..." (Nəhl Surəsi, 125) əmri
verilər. Burada qəsd edilən "hikmət"in və "gözəl öyüd"ün
nə olduğunu, mömin, həm Quranın ümumi məntiq və üslubuna
baxaraq, həm də öz ağıl və anlayışına müraciət edərək
tapacaq.
Möminin ağlını və anlayışını dövrəyə soxmasını tələb
edən bir çox öhdəçilik daha vardır. Məsələn Allah
Quranda, möminin qarşılaşacağı insan tiplərini və
cəmiyyət modellərini təsvir edər, bunlara qarşı
göstərilməsi lazım olan rəftarları da bildirər. Hətta
çox vaxt, qarşılaşılan insan tipinə və onun qarşıya
qoyduğu məntiqlərə qarşı deyilməsi lazım olan sözlər,
"De ki" ilə başlayan ayələrdə xəbər verilər.
Möminə qarşılaşacağı vəziyyətlərlə əlaqədar məlumat və
əmr verən bütün bu ayələr, Quranda çox açıq bir şəkildə
yazılıdırlar. Ancaq, bunların gündəlik həyata
köçürülməsi, əvvəlcə Quranda qəsd edilən vəziyyətlərin
gündəlik həyatda yoxlanılmasını tələb edir ki, möminin
ağlının və anlayışının dövrəyə girdiyi nöqtə budur.
Quranda, fərqli insan tipləri izah edilər; Müsəlmanlar,
müşriklər, münafiqlər, ürəklərində xəstəlik olanlar,
Xristianlar, Yəhudilər kimi. Mömin bunlarla əlaqədar
ayələri çox yaxşı öyrənə bilər; çünki əsl edilməsi lazım
olan şey, Quranda təsvir edilən bu insan xarakterlərini
çox yaxşı tanıya bilmək, insan əlaqələrini və bütün
həyatını Allahın əmrləri istiqamətində
şəkilləndirməkdir.
Mömin bilməlidir ki, ətrafındakı bütün insanlar, Quranda
təsvir edilən bu insan modellərinin birinə girməkdədir.
Çünki hamısı yaradılmışdır və "Biz, bir 'oyun və əylənmə
mövzusu' olsun deyə göyü, yeri və ikisi arasında
olanları yaratmadıq" (Ənbiya Surəsi, 16) hökmü gərəyi
bir məqsəd üzrə, Allahın Quranda təsvir etdiyi cəmiyyət
modelini meydana gətirmək üçün vardırlar.
Mömin, bu həqiqətin şüurunda olaraq hərəkət etsə,
Allahın özünə yüklədiyi məsuliyyətləri yerinə gətirə
bilər. İnsanın gördüyü hər maddə, hər hadisə həqiqətdə
Quranda yazılanların bir əks olunmasından başqa bir şey
deyil. Bir ayədə, bu mövzu belə açıqlanmışdır:
Onun (Quranın) haqq olduğu onlara (müşriklərə) bəlli
olsun deyə, Biz öz qüdrət nişanələrimizi onlara həm
xarici aləmdə (üfüqlərdə, kainatda, göylərin və yerin
ətrafında), həm də onların öz daxilində mütləq
göstərəcəyik. (Ya Peyğəmbər!) Məgər Rəbbinin hər şeyə
şahid olması (sənin dediklərinin doğruluğuna) kifayət
deyilmi?! (Fussilət
Surəsi, 53)
Bütün kainat, həqiqətdə Quranın "afaqda" (üfüqlərdə)
görünən ayələrinin cəmindən ibarətdir. Necə bir cədvəl,
öz rəssamını tanıdırsa, o cədvəldəki hər detal, rəssamın
fırçasının izlərini göstərirsə, bütün kainat və o
kainatın hər detalı da hər şeyin yaradıcısı olan Allahı
göstərmək üçün vardır.
Mömin bu həqiqətin şüuruna varlıq tərəfindən, həm Allahı
daha yaxşı tanıyar və ONA daha çox yaxınlaşar, həm də
ONun hökmlərinə çox daha ətraflı bir şəkildə itaət edər.
Həyatın hər detalının həqiqətdə Quranda tərif ya da
işarə edilən bir "ayə" olduğunu qavradıqca, "gündəlik
həyat" deyilən şeyin hər mərhələsində Qurana görə
düşünəcək və Quranın hökmlərini tətbiq edəcək hala
gələr.
Hər hadisə, Allahın yaratdığı qədərə asılı olaraq
inkişaf edər, buna görə də hər şeyin bir səbəbi və
hikməti vardır. Möminə düşən, qarşılaşdığı hər hadisəni
Qurana görə şərh etmək və Quranda ifadə edilən
reaksiyaları verməkdir. Əgər "boş" bir şeylə qarşılaşsa,
Quranın hökmünə görə ondan üz çevirməlidir.
Möminin qarşılaşdığı hər hadisəni Quran ayələrinə görə
şərh etməsi, əvvəlcə Qurana dayanan bir mədəniyyət və
xarakter inkişaf etdirməsinə bağlıdır. Bunun üçün də
cahiliyyənin özünə verdiyi bütün mədəniyyəti və xarakter
xüsusiyyətlərini üzərindən atması lazımdır. Bir hadisə
qarşısında nə etməsi lazım olduğuna, cahiliyyə
cəmiyyətində məskun olan meyarlara görə deyil, Qurana
görə qərar verməlidir. Quranda isə qarşılaşdığı hər
vəziyyətə işıq tutan bir həll tapacaq. Çünki o, "hər
şeyin açıqlayıcısı" (Nəhl Surəsi, 89) olaraq insanlara
endirilmişdir.
ÜRƏKDƏKİ NİYYƏTİ ALLAHIN
BİLMƏSİ
İnkarçıların ən fundamental xüsusiyyətlərindən biri,
səmimiyyətsiz olmalarıdır. Həm Allaha, həm digər
insanlara, həm də özlərinə qarşı səmimiyyətsizdirlər.
İnsanların üzünə qarşı mənfəət gərəyi çox isti
davranarkən, içlərindən onlara qarşı çox asan kin və ya
qısqanclıq bəsləyə bilməkdədirlər. Eyni ikiüzlülüyü
özlərinə qarşı da edərlər; etdikləri səhvləri özləri də
bildikləri halda şüuraltlarına buraxar və öz özlərini
mükəmməl bir insan olduqlarına inandırarlar.
Bu səmimiyyətsizliyin təməlində, ürəklərindən keçən
düşüncələrin kimsə tərəfindən bilinə bilməyəcəyi və
dolayısilə bu düşüncələr səbəbiylə kimsə tərəfindən
günahlandırıla bilməyəcəkləri inancı yatar. Bu inanc öz
cəmiyyətləri içində doğrudur; kimsə kimsənin həqiqi
düşüncələrini bilməz. Ancaq hesablamadıqları bir şey
vardır; Allah, insanların zehinlərindən keçən bütün
düşüncələri, hətta özlərinin belə fərqinə varmadıqları
şüuraltılarını ən yaxşı şəkildə biləndir. Allahın gizli
və ya açıq hər şeyi bilən olduğu ayələrdə belə
bildirilməkdədir:
Göylərdə və yerdə olanların bütününü bilər; sizin gizli
tutduqlarınızı da, aşkar etdiklərinizi də bilər. Allah,
sinələrdə gizli dayananı biləndir. (Teğabun Surəsi, 4)
Sözünüzü istər gizləyin, istər aşkar edin. Şübhəsiz O,
sinələrin özündə gizli dayananı biləndir. O, yaratdığını
bilməzmi? O, Lətifdir; Habirdir. (Mülk Surəsi, 13-14)
Heç kim, Allahın məlumatı xaricində bir başqasıyla
danışa bilməz, Allahın təqibindən qaça bilməz. Quranda
bu həqiqət belə ifadə edilmişdir:
Allahın göylərdə və yerdə olanların bütününü həqiqətən
bilməkdə olduğunu görmürsənmi? Pıçıldaşmaqda olan üç
adamdan dördüncüləri mütləq Odur; beşin altıncısı da
mütləq Odur. Bundan az və ya çox olsun, hər harada
olsalar mütləq O, özləriylə bərabərdir. Sonra
etdiklərini qiyamət günü özlərinə xəbər verəcək.
Şübhəsiz Allah, hər şeyi biləndir. (Mübarizə Surəsi, 7)
Bu səbəbdən insanın Allahı aldatması heç bir şəkildə
mümkün deyil. Allah, adamın etdiyi bütün hərəkətləri,
ürəyindən keçən düşüncələri, hətta onun da tam olaraq
bilmədiyi şüuraltını bilər. Bir ayədə belə bildirilər:
And olsun, insanı Biz yaratdıq və nəfsinin ona nə
vəsvəsələr verməkdə olduğunu bilərik. Biz ona
şahdamarından daha yaxınıq. (Qaf Surəsi, 16)
Bu vəziyyətdə insanın etməsi lazım olan şey, Allaha
qarşı son dərəcə səmimi və boyun əyici olmaqdan başqa
bir şey deyil. Allah insanın nə olduğunu bilərkən,
Allaha qarşı özünü olduğundan üstün göstərməyə işin heç
bir mənası yoxdur. İnsan, zəifliklərini, əskiklərini,
qüsurlarını, imani zəifliklərini Allaha səmimi bir
şəkildə açmalı və Ondan kömək istəməlidir.
Peyğəmbərlər, Allah ilə olan səmimi əlaqənin ən gözəl
nümunələridir. Allaha "Rəbbim, mənə ölüləri necə
diriltdiyini göstər" şəklində dua edən, Allah özünə
"inanmırsanmı?" deyə soruşduqda da, "xeyir (inandım),
ancaq ürəyimin təmin olması üçün" (Bəqərə Surəsi, 260)
şəklində cavabı ilə Hz. İbrahim, bu mövzuda Quranda
nümunə verilməkdədir. Eyni şəkildə, Allah özünə "Firona
get" əmrini verdiyində, "Rəbbim, həqiqətən onlardan bir
adam öldürdüm, məni öldürmələrindən qorxuram" (Qəsəs
Surəsi, 33) deyərək Allahdan güc istəyən Hz. Musanın
sözləri bir səmimiyyət nümunəsidir.
İnsan Allaha möhtac olduğunu qavramadan özünü güclü,
təqva sahibi, cəsur görməyə çalışmaqla bu xüsusiyyətlərə
qovuşmaz. Çünki "... insan zəif olaraq yaradılmışdır"
(Nisa Surəsi, 28) və bu zəifliyi, Allaha möhtac olduğunu
yaxşıca anlasın deyə vardır. Bu səbəblə, səmimi bir
şəkildə Allaha yaxınlaşmalı, özündə gördüyü hər cür
səhvi Ona açıb, Rəbbimizdən dəstək istəməlidir. |